Son xəbərlər

 
«Xəzər-Market» aldadır – İstehlak bazarında hərc-mərclik tüğyan edir!


Bu istiqamətdə hökumətin fəaliyyətsizliyi təəccüb doğurur…

Bakının Yeni Günəşli qəsəbəsinin «V» yaşayış sahəsində «Xəzər-Market» adlı böyük bir dükan fəaliyyət göstərir. Bu səhər yolum həmin dükana düşdü – plastik qabda 1,0 litr Gədəbəy suyu («Slavyanka») götürdüm. Qiymətinə diqqət yetirdim – 0,57 manat. Kassaya yaxınlaşdım və xeyli «orijinal» bir situasiya ilə üzləşdim – kassada suyun qiyməti 0,62 manat çıxdı!

Səbəbini soruşdum – kassada işləyən cavan qız bir cavan oğlanı çağırdı və sualımı ona ünvanlamalı olduğumu dedi. Məsələni oğlana danışdım və qiymət fərqinin səbəbini soruşdum. Oğlan üz-gözünü turşudaraq, «bir səhvdir də olub» – dedi. Soruşdum ki, bu səhv nə üçün həmişə satanın xeyrinə baş verir? Oğlan gülümsünüb, doğdağının altında mızıldandı – heç nə anlamadım, o da çıxıb getdi…

Bu, bir epizoddur – mən qarşılaşdım. Nə yazıq ki, bu gün Azərbaycanın istehlak bazarında total bir hərc-mərclik («dərəbəylik») hökm sürür – satıcılar hər vasitə ilə istehlakçıları həm kəmiyyətdə, həm keyfiyyətdə, həm qiymətdə (qiymətlər süni şəkildə qaldırılır!), həm də «endirim kampaniyası» adı altında aldadırlar. Dərdimizi deməyə bir ünvan da yoxdur – sanki bütün bunların «Novruz hökuməti»nə heç bir aidiyyəti yoxdur…

Bu yaxınlarda dövlət başçısı Nazirlər Kabineti ilə keçirdiyi müşavirədə bildirdi ki, bazara nəzarət edən qurumlar var və onlar imkan verməməlidirlər ki, natəmiz adamlar qiymətləri süni şəkildə qaldırsınlar, hansısa inhisarçı fəaliyyətlə məşğul olsunlar və s. Sahə üzrə mövcud vəziyyət göstərir ki, aidiyyəti orqanlar öz vəzifələrini yerinə yetirmirlər və ya yetirmək istəmirlər. Sanki onlar «əlahəzrət inhisar»dan çəkinirlər. O zaman vay halımıza ki, «hökumətimiz inhisarımız»dan qorxur… qoxur nədir, lap «üyüdür»! Belədə, məntiqi sual yaranır: Əlazəzrət inhisar bunca gücü haradan alır?! Sualı hər kəs üçün açıq saxlaıram…

Bəs, ölkənin istehlak bazarında hökm sürən rüsvayçı vəziyyət haradan şərtlənir? Yenə «Novruz hökuməti»nin fəaliyyətsizliyindən. Bu qənaətimi konkret misalla əsaslandırmaq istərdim. Məlum olduğu kimi, hələ 1998-ci ildə Azərbaycanın Baş naziri Artur Rəsizadə bir sənəd imzalayıb – «Azərbaycan Respublikasında ticarət və xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları» adlanır. Bu sənəd sanki ölü doğulan körpəymiş kimi, imzalanığı gündən «dərin quyuda dəfn olunub» – təcrübədə, onun tələblərinin heç birinə əməl olunmur. Artur hökuməti uzun illər bu vəziyyəti görməzliyə vurdu. Ənənə üzrə, indi də bu «zorən maymaqlığı» Novruz hökuməti davam etdirir…

Xeyli maraqlı bir mənzərə ilə üz-üzəyik – nə kələkdirsə, cəmiyyətə islahat adı altında təqdim olunan «yerdəyişmə qanunu» istehlak bazarından yan keçir. Bu görməzliyin səbəbi və məqsədi nədir?

Sualı Novruz hökuməti üçün açıq saxlayıram…

AzPolitika.info
15 May 2024 “Bakı Metropoliteni”ndən yayılan görüntülərə reaksiya
15 May 2024 Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar dayandırıldı
15 May 2024 Bakıda qadına əxlaqsızlıq edən şəxs həbs olundu - Video
15 May 2024 Bakıda taksi sürücülərinə qarşı reyd keçirildi
15 May 2024 Tökmə, yoxsa yığma beton?
15 May 2024 Mayda havalar niyə soyuq keçir?
15 May 2024 Bakı onları Özbəkistana təhvil verdi
15 May 2024 Bu qəbiristanlıqda 16 kamera quraşdırılacaq - Video
13 May 2024 Bakıda obyekt sahibi göyrüş ağaclarını kəsdi
11 May 2024 Abşeronda qanunsuz tikintinin qarşısı alındı - Video
11 May 2024 Bakıda daha bir bina sökülür - VİDEO
10 May 2024 AQTA: 29 müəssisədə nöqsanlar aşkarlandı
10 May 2024 Sabah 25° isti olacaq
10 May 2024 Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
10 May 2024 Bələdiyyə sənədi olan torpaqlara çıxarışı necə ala bilərik?
09 May 2024 Məhkəmə “Abzas Media” işi ilə bağlı qərar qəbul etdi
09 May 2024 Dünyanın ən isti aprel ayını yaşadıq
09 May 2024 Kreml sarayındakı şam menyusunda nələr var idi? - VİDEO
09 May 2024 Xərçəng əmələ gətirən ət məhsulları bunlardır
08 May 2024 Zaqatalada baş verən zəhərlənmənin səbəbi... – Rəsmi
08 May 2024 Natiq Qasımovun qatili keşiş Baqrata qoşuldu
08 May 2024 Taksilərlə bağlı yeni qərar qiymət artımına səbəb oldu
08 May 2024 Uşaqlar dərsə gəlmir, direktora pul verirlər - Müəllim
07 May 2024 Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
07 May 2024 Güneydə tarixi qala məhv edilir
07 May 2024 Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər
07 May 2024 Azərbaycandan donos verən tiktoker Əli, toyuq oğruları...
07 May 2024 Bakıda 17 min manata pişik satılır - Video
06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır