Pandemiya dövründə xalqın iqtidara, Prezidentə etibarının, inamının sarsılmaz olduğu sübut olundu.
Xalq dövlət başçısına təşəkkür məktubları ünvanlamaqla özünün dərin minnətdarlığını ifadə edir.
Həmin məktubların bir qismini təqdim edirik.
Biləsuvar rayonunun Ağayrı kəndinin sakini Əlifağa Haxverdiyev yazır:
“Hörmətli cənab Prezident.
Xalqımızın bu çətin və ağır günlərində Sizin hər addımınız və gördüyünüz tədbirlər təqdirəlayiqdir. Sizin göstərişinizlə aztəminatlı ailələrə yardımın verilməsi çox humanist bir qərardır.
Mən yaşlı bir vətəndaş kimi özümə borc bildim ki, yaşadığım kəndin sakinləri adından Sizə və ailənizə təşəkkürümü çatdırım. Mən və ailəm hər gün namazda Sizə dua edirik. Allah Sizə hər zaman can sağlığı qismət etsin, bəla görməyəsiniz.
Cənab Prezident, Ulu Tanrı bütün işlərinizdə Sizə yardımçı olsun. Sizin hər bir uğurlu işinizə ürəkdən sevinirik”.
Türkiyənin İstanbul şəhərində yaşayan soydaşımız Firuzə Rəcəbova qeyd edir:
“Hörmətli cənab Prezident.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayıram. COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən effektiv dövlət proqramları sayəsində ölkəmiz bu virusdan daha az zərər görən dövlətlər sırasındadır. Sizin humanizm prinsiplərinə əsaslanan sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağlamlığının və sosial rifahının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Aztəminatli ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Möhtərəm cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuza, xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və ən yaxın silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.
Əziz Prezidentim, mən Türkiyənin İstanbul Universitetində hüquq təhsili alan gənc azərbaycanlı olaraq, Sizinlə qürur duyuram. Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun. Biz birlikdə güclüyük. Biz Sizinlə güclüyük”.
Şirvan şəhərində yaşayan Zəngilan rayonundan məcburi köçkün Bəxtiyar Həsənov bildirir:
“Hörmətli cənab Prezident.
Bütün dünyanın koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Sizin qabaqlayıcı tədbirləriniz xalqımızı bu xəstəlikdən qorudu. Hamımız gördük ki, Siz gecə və gündüz yorulmadan çalışdınız, bütün gücləri səfərbər etdiniz, “Biz birlikdə güclüyük!” çağırışı etdiniz. Bu tədbirlər sayəsində ölkəmizdə koronavirusdan itkilər o qədər də çox olmadı.
Cənab Prezident, Siz həmişə Azərbaycan xalqının yanında olmusunuz, onun sosial və maddi vəziyyətinin yaxşılaşdırılması üçün hər cür şərait yaratmısınız. Bu dəfə də Sizin uzaqgörən siyasətiniz sayəsində bu bəladan alnıaçıq çıxacağıq.
Biz - məcburi köçkünlər həmişə Sizin yanınızdayıq və bizim üçün yaradılan şəraitə görə Sizə minnətdarıq. Pandemiya vaxtında görülən bütün işlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk”.
Cəbrayıl rayonundan 7-ci sinif şagirdi Ləman Həşimova yazır:
“Mən bu məktubu Sizə yazmaq üçün çox fikirləşdim. Hansı sözlərdən istifadə edəcəyim, cümlələrimi necə quracağım haqqında çox düşündüm. Amma sonda anladım ki, mənim Sizə olan minnətdarlığımı heç bir söz, heç bir cümlə tam izah edə bilməz. Bu dəqiqə dünyanın bütün ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır. Sizin sayənizdə Azərbaycan bu mübarizə kitabının səhifələrinə adını qızıl hərflərlə yazacaq. Vaxtında verdiyiniz qərarlar nəticəsində indi Azərbaycan xalqının üzündən təbəssüm əskik olmur. Siz bu çətin dövrdə hər bir vətəndaşa ayrı-ayrılıqda diqqət göstərdiniz. Çox sağ olun. Allah Sizin kölgənizi başımızın üzərindən əskik etməsin”.
Sumqayıt şəhərindən 5-ci sinif şagirdi Fərəh Əlizadə bildirir:
“Möhtərəm cənab Prezident.
Mən bu məktubumla Sizə sonsuz minnətdarlığımı bildirirəm. Siz bu gözəl, bol nemətli, bizə atalarımızdan yadigar qalan torpaqları qoruyur, onun inkişafı üçün çox çalışırsınız. Əfsus ki, 2020-ci ildə Yer üzünə bir bəla gəldi: COVID-19. Getdikcə bu virus bütün dünyaya yayılır, təəssüf ki, artıq Azərbaycanda da mövcuddur. Lakin Sizin tədbirləriniz nəticəsində COVID-19-un yayılması digər ölkələrə nisbətən Azərbaycanda azdır. Tətbiq olunan karantin rejimində evdə qaldığımız müddətdə “virtual məktəb” layihəsini həyata keçirərək bizi təhsildən geri qoymursunuz. Xəstələrimizin qayğısına qalır, onlar üçün əlinizdən gələn köməyi əsirgəmirsiniz. COVID-19-la mübarizə müddətində imkansızları maddi yardımla təmin edir, onları qoruyursunuz. Biz Sizin köməyinizlə virusa qalib gələcəyik”.
Abşeron rayonundan Afil İsmayılov qeyd edir:
“Hörmətli cənab Prezident.
Mən böyük qürur hissi duyur və çox sevinirəm ki, Siz bütün Azərbaycanı koronavirus bəlasından az itkilərlə qurtarmaqdasınız. Karantin dövründə ölkə üzrə ehtiyacı olanlara, qocalara dövlət tərəfindən ərzaq və maddi yardımların verilməsi humanist addım olaraq əhali tərəfindən alqışlandı.
Allah Sizi, dövlətimizi, xalqımızı bu böyük bəladan qorusun. Sizə səmimi təşəkkürümü bildirirəm”.
Bakı sakini Validə Xəlilova yazır:
“Hörmətli cənab Prezident.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizi və Mehriban xanımı səmimi qəlbdən təbrik edirəm. Qoy bu müqəddəs bayramın gəlişi ilə bütün bəlalar, eləcə də koronavirus xəstəliyi yurdumuzdan uzaq olsun, ölkəmizə ruzi-bərəkət, yeni parlaq dövr ayaq açsın. Ramazan bayramı Sizin ailəniz başda olmaqla bütün ailələrə sevinc və xoşbəxtlik gətirsin.
Möhtərəm Prezident, mən Rusiya vətəndaşıyam. Bir müddətdir ki, Bakıdayam. Rusiyada yaşayan bütün azərbaycanlılar adından Sizə təşəkkür edirəm. Sizin koronavirusla bağlı gördüyünüz tədbirlər təqdirəlayiqdir. Biz bir daha gördük ki, xalqımızın sağlamlığı, firavan yaşayışı Sizin üçün hər şeydən qiymətlidir. Nə yaxşı ki, varsınız”.
Xızı rayonunun Giləzi qəsəbəsindən Hacıxıdır Cabbarov bildirir:
“Hörmətli cənab Prezident.
Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan inamla öz gələcəyini qurur, müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazanır.
Bu gün Azərbaycan öz sabitliyini və inkişafını təmin edən ölkədir. Bu sabitlik, bu inkişaf koronavirus pandemiyasının öhdəsindən gəlməyə də kömək etdi.
Cənab Prezident, mənim 89 yaşım, yeddi nəvəm və yeddi nəticəm var. Yorulmaz fəaliyyətinizə görə böyük ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. İnşallah, Sizinlə Qarabağda da zəfər yürüşü keçirəcəyik”.
Lerikin Siyov kəndindən Səxavət Bayramov qeyd edir:
“Cənab Prezident.
Sizin rəhbərliyinizlə koronavirus pandemiyasına qarşı aparılan mübarizə sahəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrini geridə qoydu. Məhz buna görə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycanın bu mübarizədə nümunəvi ölkə olduğunu bildirərək, Sizə iki dəfə təşəkkür məktubu ünvanladı və bir sıra ölkələrə məhz respublikamızın bu sahədəki təcrübəsindən yararlanmağı tövsiyə etdi.
Cənab Prezident, gərgin fəaliyyətiniz nəticəsində qazanılan uğurlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Biz Sizin rəhbərliyinizlə hər zaman güclüyük”.
Lənkəranın Havzava kəndinin sakini Sərdar Fərəcov yazır:
“Cənab Prezident.
Mənim 78 yaşım var, təqaüdçüyəm. İki oğlum zabitdir, digər bir oğlum isə Aprel döyüşlərinin iştirakçısıdır.
Siz vətəndaşlara həmişə diqqət və qayğı ilə yanaşmısınız. Hazırda bütün dünyada COVID-19 virusu can almaqda davam edir. Siz virusun Azərbaycanda yayılmasının qarşısını almaq üçün ciddi qabaqlayıcı tədbirlər gördünüz. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Siz bu çətin günlərdə əhalinin bütün təbəqələrindən olan insanların sosial vəziyyətini nəzərə alıb onlara qayğı göstərdiniz. Yaşlı insanlara daha çox yardımlar edilir. Onların tibbi və ərzaq ehtiyacları təmin olunur. Hətta işsiz insanlarda diqqətdən kənarda qalmadı. Onlar üçün birdəfəlik vəsait ayrıldı.
Sizin müdrikliyiniz, humanistliyiniz qarşısında baş əyirik. Siz hər bir vətəndaşın yanındasınız. Biz Sizinlə fəxr edirik. Allah Sizə uzun ömür versin”.
Tovuzun Qovlar şəhərindən Taleh Allahverdiyev bildirir:
“Hörmətli cənab Prezident.
Dünyanı bürümüş COVID-19 infeksiyasının Azərbaycanda pandemiya halına çevrilməsinin qarşısının alınmasında apardığınız məqsədyönlü siyasətə və həyata keçirdiyiniz qətiyyətli tədbirlərə görə Sizə təşəkkürümüzü bildiririk. 2020-ci ildə bəşəriyyət, o cümlədən doğma Vətənimiz pandemiya təhlükəsi ilə qarşılaşdı. Dünyanı bürümüş siyasi və iqtisadi çətinliklərə baxmayaraq, Sizin apardığınız müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycanda pandemiyanın yayılmasının qarşısı alındı. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz bu çətin vəziyyətdən də şərəflə çıxacaq. Ölkəmiz üçün mürəkkəb dövrdə Siz öz əzmkar fəaliyyətinizlə Azərbaycan xalqının yanında olduğunuzu, daim hər bir vətəndaşı düşündüyünüzü və onun qayğısına qaldığınızı bir daha sübut etdiniz. Sizin tükənməz səyləriniz sayəsində minlərlə həmvətənimizin həyatı bu bəladan xilas olundu. Ölkəmizin keçdiyi bu çox mürəkkəb dövrdə xalqımıza göstərdiyiniz qayğı və diqqət, insanların sosial təminatının yaxşılaşdırılması ilə bağlı imzaladığınız Sərəncamlar dövlət-vətəndaş birliyinin əsl təzahürüdür.
Cənab Prezident, dünyanın bəlasına çevrilən COVID-19 ilə mübarizədə xalqın yanında olmağınızı bütün Azərbaycan xalqı kimi bizim kollektivimiz də minnətdarlıqla qəbul edir və bu çətin, gərgin işlərinizdə Sizə yeni uğurlar arzu edirik”.
Masallıdan Samit Nuriyev qeyd edir:
“Möhtərəm cənab Prezident.
Biz - masallılılar həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır günlərdə xalqla olub, həmişə vətəndaşlara dəstək göstərmisiniz. Koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejimi tətbiq etdiniz. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq və normal həyatımıza dönmək üçün özümüzü müvəqqəti olaraq təcrid etməli və evdə qalmalıyıq.
Cənab Prezident, bu çətin dönəmdə əhalinin həssas qrupuna aid olan insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var”.
Qaxdan Ağa Ramazanov və başqaları yazır:
“Hörmətli cənab Prezident.
Xalqımız əsl imtahan qarşısında olsa da, Sizin sayənizdə bu imtahandan yaxşı nəticələr əldə edir. Ən güclü ölkələri belə sarsıtmış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, itkilərin az olması və yoluxanların sağalma statistikası hamımızı sevindirir. Baş verənlər göstərir ki, bütün bunlara Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər, hazırda bu sahədə aparılan profilaktik işlər, səhiyyəmizin qısa zamanda bu bəlaya qarşı hazır vəziyyətə gətirilməsi nəticəsində nail olunub.
Siz bu çətin günlərdə əhalinin imkansız təbəqəsini də unutmamısınız. Müavinətlərin, maddi yardımların verilməsi məhz Sizin təşəbbüsünüz və iradəniz sayəsində həyata keçirilir”.
Bakı sakini Kəmalə Bilalova bildirir:
“Hörmətli cənab Prezident.
Sizə ünvanladığım bu məktubda bildirmək istəyirəm ki, biz Sizin timsalınızda xalqını sevən və ona dəyər verən bir dövlət başçısı görürük. Pandemiya təhlükəsi üzündən karantin rejiminə əməl etdiyimiz, evdə qaldığımız bu günlərdə Sizin televiziya ekranlarından səslənən "Azərbaycan xalqının sağlamlığı hər şeydən önəmlidir" sözləriniz bir vətəndaş, bir ana, bir nənə, bir müəllim kimi qəlbimi fəxarət və qürur hissi ilə doldurur, gözlərimi yaşardır. Nə yaxşı ki, Azərbaycan xalqının Sizin kimi Vətənini sonsuz məhəbbətlə sevən, millətinə, xalqına böyük dəyər verən bir Prezidenti var. Biz Sizi sevirik və hər zaman Sizi dəstəkləyirik. İnanırıq ki, Azərbaycanın daha parlaq gələcəyi üçün əlindən gələni əsirgəməyən prezidentimiz Qarabağımızı bizə qaytaracaq. Biz Sizinlə birlikdə güclüyük”.
Neftçaladan Vidadi Hüseynov və başqaları qeyd edirlər:
“Hörmətli cənab Prezident.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq Sizin respublikamızın inkişafı yolunda gördüyünüz işlər təqdirlə qarşılanır.
Son zamanlar bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yayılması ilə əlaqədar Sizin çevik və operativ qərarlarınız insanlarımızı bu böyük bəladan çox az itki ilə qurtardı.
Bu işlərə görə Sizə Neftçala rayonunun sakinləri adından dərin hörmət və minnətdarlığımızı bildiririk. Hər zaman Sizin daxili və xarici siyasətinizi bəyənirik”.
Cəlilabaddan Heydər Miriyev və başqaları yazırlar:
“Hörmətli cənab Prezident.
Dünyada geniş miqyas almış və hər gün minlərlə can alan koronovirus pandemiyasının ölkəmizə daha az ziyan vurmasının səbəbini hamımız Sizin vaxtında gördüyünüz tədbirlərdə və karantin rejiminə düzgün əməl olunmasına nəzarətdə görürük. Sizin yüksək təşkilatçılıq bacarığınız sayəsində biz, inşallah, bu sınaqdan minimum itkilərlə çıxacaq.
İşləməyənlərə, imkansız ailələrə edilən maddi köməklər də rayonumuzun sakinləri tərəfindən rəğbətlə qarşılanır.
Xalqımızın sağlamlığına göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk”.
Şamaxıdan Rasim Ələsgərov və başqaları bildirirlər:
“Hörmətli cənab Prezident.
Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi, güclü dövlətlərin bu virus qarşısında aciz qaldığı vaxtda Sizin gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu çətinliyi dəf etmək istiqamətində müsbət nəticələr əldə edir.
Bu çətin günlərdə Siz yenə də xalqın yanındasınız, bizim sağlamlığımızın və sosial rifahımızın təmin olunması üçün əlinizdən gələni əsirgəmirsiniz. Bizimlə bərabər, ailəmizin, övladlarımızın rifahını düşündüyünüzə, virusun vura biləcəyi zərərin minimuma endirilməsinə görə Şamaxı rayonunun sakinləri adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olmağımızdan qürur duyuruq. Hər zaman dövlətimizin rifahı naminə verəcəyiniz qərarlarda Sizin yanınızdayıq”.
İsmayıllıdan Əsgər Manafov və başqaları qeyd edirlər:
“Hörmətli cənab Prezident.
Bu çətin günlərdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya şəxsən öz adımızdan və ailələrimizin adından Sizə təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar və möhkəm can sağlığı arzulayırıq.
Karantin rejimi ilə əlaqədar işə gedə bilməyən insanlara birdəfəlik ödəmənin, Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə ərzaq yardımlarının verilməsi çox böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycan vətəndaşlarına olan qayğının və sevginin təzahürüdür.
Xalqımızın dar günündə hər zaman onun yanında oldunuz, ehtiyaclarının ödənilməsini təmin etdiniz. Ulu Tanrı Sizi heç vaxt darda qoymasın”.
Mingəçevirdən Anar Hacıyev yazır:
“Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə gündən-günə gözəlləşən, qüdrətlənən, güclənən Azərbaycanımızla qurur duyuram. Bu danılmaz bir reallıqdır ki, Azərbaycanımızın ümummilli liderimiz Heydər Əliyev ilə başlayan qurtuluşu çiçəklənmə və yüksəlişə doğru irəliləyir. Ölkəmiz Sizin rəhbərliyinizlə bu yüksəlişə davam edir və daha da güclənir, daha da qüdrətlənir, daha da çiçəklənir. Bütün xalqımız Sizin Azərbaycan üçün etdiklərinizi qürurla izləyir, böyük siyasətinizlə fəxr edir. Dünyamızda tüğyan edən bu virusla bağlı gördüyünüz işlər bir daha göstərdi ki, Siz xalqımız üçün necə böyük fədakarlıq göstərir, necə böyük işlər görürsünüz. Pandemiya dövründə Sizin rəhbərliyinizlə görülən işlər bir daha göstərdi ki, Azərbaycanın layiqli, böyük ürəyə malik, xalqını düşünən Lideri var. Mən Sizə böyük minnətdarlığımı bildirir, uzun və xoşbəxt ömür arzulayıram”.
Salyandan Röyalə Babazadə bildirir:
“Möhtərəm cənab Prezident.
Dünyanı çətin vəziyyətdə saxlayan COVID-19 virusu ilə mübarizədə Siz və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva fərqlilik nümayiş etdirdiniz. Dünyanın digər ölkələri ilə müqayisədə yoluxma və tələfat sayının azlığı yeritdiyiniz uzaqgörən siyasət nəticəsindədir. Vətəndaşlarınıza olan sevgi və dəyər bütün bu kompleks tədbirlərdə öz əksini tapıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi, dövlət və özəl müəssisələrin bu fonda vəsaitlər köçürməsi, aztəminatlı ailələrə və sahibkarlara dəstək, aylıq məvaciblərin əvvəlki qaydada ödənilməsi, şagird və müəllimlər üçün tədrisin davam etdirilməsi məqsədilə virtual layihələrin təşkili və bu cür çevik, sistemli şəkildə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan Respublikası bir çox ölkələrə nümunə oldu və olmaqda davam edir. "Biz birlikdə güclüyük!" deyib həmişə xalqımızı ətrafınıza topladınız. Bütün bu iqtisadi, sosial və siyasi tədbirlər üçün Sizə və Mehriban xanım Əliyevaya bir təhsil işçisi olaraq dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.
Masallıdan Nurlan Əsgərli qeyd edir:
“Hörmətli cənab Prezident.
Bu məktubumla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyanın ən güclü dövlətlərinin belə COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir vaxtda Sizin qətiyyətli addımlarınız sayəsində ölkəmizdə bu infeksiyanın yayılması minimum səviyyəyə endirilib, pandemiyanın yayılmasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Əlbəttə ki, pandemiyadan zərərsiz ötüşmək mümkün deyil. Lakin mən inanıram ki, Sizin məqsədyönlü fəaliyyətiniz və apardığınız sosial-iqtisadi tədbirlərdən sonra Azərbaycan bu pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaq.
Möhtərəm cənab Prezident, bu gün xalqımızın sağlamlığını düşünərək qəbul etdiyiniz qərarları dəstəkləyir, Sizə dərin təşəkkürümü bildirir və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram. İnanıram ki, sayənizdə bu çətin günləri geridə qoyacağıq. Biz birlikdə güclüyük”.
Bakı sakini Mətanət Qədimova yazır:
“Əziz Prezidentimiz.
COVID-19 pandemiyasının yayıldığı bir dövrdə Azərbaycanda qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, xalqın təhlükəsizliyi üçün həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı üçün göstərdiyiniz hərtərəfli diqqət və qayğı danılmazdır.
Cənab Prezident, Sizin pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə təqdirəlayiqdir. Mən də aprel və may aylarında işsizliyə görə 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Çox sağ olun ki, bu qayğını bizdən əsirgəmədiniz. Öz adımdan və anamın adından Sizə təşəkkürümü bildirirəm. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Sizi sevirik və Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun”.
Sabirabaddan Fatma Əskərova və başqaları bildirirlər:
“Hörmətli cənab Prezident.
Bizi qoruduğunuza, xalqımızın xoşbəxt sabahı naminə çəkdiyiniz zəhmətlərə görə Sabirabad rayonunun sakinləri adından Sizə təşəkkür edirik.
Bu qayğılı günlərdə aztəminatlı ailələri unutmayaraq onlara yardım edilir. Hər birimiz Sizi yanımızda hiss edirik.
Sizə uzun ömür, can sağlığı və bərəkətli həyat arzu edirik. Gələcəyiniz nurlu, bütün işləriniz uğurlu olsun. Çox şükür ki, varsınız. Yaşasın Azərbaycan və onu sevənlər”.
Bunu Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib.
“Biz özümüz indi tibbi maska, kombinezon, dezinfeksiya vasitələri istehsalına başlamışıq. Ona görə bu kompleks tədbirlər, əlbəttə ki, bizi böyük bəladan qoruya bildi. İndiki şəraitdə ki, artıq yumşalma prosesi gedir, əsas amil vətəndaşların məsuliyyəti olacaq.
Mən bir daha demək istəyirəm ki, vətəndaşlar bu məsuliyyəti dərk etsinlər. Pandemiya başa çatmayıb, virus qeyb olmayıb, bu virus dolaşacaq.
Ona görə hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməlidir və nizam-intizama da əməl etməlidir”, - dövlət başçısı qeyd edib.
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zaqatala hərbi prokuroru Mustafa Əsgərov tutduğu vəzifədən azad edilib.
Zaqatala hərbi prokuroru vəzifəsinin icrası Surxay Hüseynova həvalə olunub. /metbuat.az
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov sosial şəbəkədə məlumat yayıb.
Elnur Musayev Bakı Dövlət Universitetinin, Böyük Britaniyanın Şeffild Universitetinin hüquq fakültələrini və Beynəlxalq Antikorrupsiya Akademiyasını fərqlənmə ilə bitirərək ikinci magistr dərəcəsini qazanmışdır.
O, 1998-ci ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2005-2020-ci illərdə Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləmişdir.
Beynəlxalq ekspert qismində BMT-nin, Avropa Şurasının və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) monitorinq mexanizmlərində 14 ölkənin, o cümlədən Meksika, Norvec, Polşa, Rumıniya, Serbiya, Ukrayna və digər ölkələrin monitorinqini həyata keçirmişdir. Avropa Şurasının çirkli pulların yuyulması sahəsində Moneyval mexanizmi çərçivəsində Xorvatiya üzrə montorinq eksperti seçilmişdir. Avropa Birliyinin Tvinninq layihəsinin əlaqələndicisi olmuş, Avropa Şurasının bir neçə beynəlxalq layihəsini həyata keçirmişdir.
Peşəkar fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə dövlət təltiflərinə layiq görülmüşdür. İngilis, fransız və rus dillərini sərbəst bilir.
Baş prokurorun digər əmri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Müabrizə Baş İdarəsinin böyük prokuroru, kiçik ədliyyə müşaviri Emin Nəsibov tutduğu vəzifədən azad edilərək Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi vəzifəsinə təyin olunmuşdur.
Emin Nəsibov Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və həmin universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pillələrində təhsil almışdır.
O, 2010-cu ildən prokurorluq orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən 2019-cu ildən Baş prokuror yanında Korrupsyaya qarşı mübarizə Baş İdarəsində böyük prokuror vəzifəsində işləmişdir.
Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində İtaliyanın məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə üzrə təcrübənin öyrənilməsi, Avropa İttifaqının Əmlakın bərpası üzrə Qurumların Platforması tərəfindən təşkil edilən virtual valyutalar üzrə təlimlərdə, habelə bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak etmişdir.
Hazırda Beynəlxalq Antikorrupsiya Akademiyasında Antikorrupsiya Təlimləri üzrə magistr proqramı üzrə təhsilini davam etdirir. İngilis və rus dillərini sərbəst bilir.
Şöbənin əməkdaşları - Əli Qazıyev, Orxan Məmmədov, Nəsir Muxtarlı, Əbülfət Rufiyev və Kamran adlı şəxs tutduqları vəzifədən azad ediliblər. Xatırladaq ki, sözügedən şöbənin müdiri Zeynal Nağdəliyevdir. Qeyd edək ki, PA-da Əbülfət Rufiyev İmişli rayonu üzrə “kurator”, Nəsir Muxtarlı isə Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifəsində çalışıb.Unikal
Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidmətindən eyni zamanda prokurorluq orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Prokururorluğunun Fəxri Fərmanı ilə təltif edilən həmin prokurorluq işçiləri Baş Prokurorluğa dəvət edilərək onlara Fəxri Fərmanlar təqdim edilmişdir. Bu məqsədlə keçirilən tədbirdə Baş prokuror prokurorluq orqanlarında uzunmüddətli peşəkar fəaliyyətlərinə görə onlara təşəkkür etmişdir.
Səmimi qəbula görə minnətdarlıqlarını bildirən sabiq prokurorluq işçiləri fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək xidmət illəri ərzində əldə etdikləri təcrübəni prokurorluğun gənc əməkdaşlarından əsirgəməyəcəklərini ifadə etmişlər.
Prokurorluq orqanlarında fəaliyyətin səmərəliliyini təmin etmək məqsədilə kadr islahatları aparılmışdır.
Belə ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Baş prokurorun böyük köməkçiləri Toğrul Muxtarov, Namiq Məmmədov, köməkçiləri Natiq Eyvazov, Fərid Dadaşov, Elnur Eyvazov və Elvin Bəşirli tutduqları vəzifədən azad edilərək Toğrul Muxtarov Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Natiq Eyvazov Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin İttihamın təşkili və təhlili şöbəsinin rəisi, Namiq Məmmədov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru, Fərid Dadaşov Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin prokuroru, Elnur Eyvazov Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin böyük prokuror-metodisti, Elvin Bəşirli isə Yasamal rayon prokurorunun böyük köməkçisi vəzifələrinə təyin ediliblər.
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə baş-leytenant Tural Namazov Salyan rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.
Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyinin daxili tədqiqat yoxlaması nəticəsində Salyan DYP-nin rəisi Orxan Qəribov, rəis müavini Əsəd Əsədov, inspektor Raqib Dəmirov, İstintaq bölməsinin rəisi Kərim Xələfov, Əməliyyatçı İntiqam Dəmirov və daha 2 nəfər tutduqları vəzifələrdən azad edilərək sərəncama göndəriliblər.
Bundan başqa Salyan Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini İlqar Şabanov da tutduğu vəzifədən azad olunaraq Xaçmaz rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinə rəis təyin edilib.APA
“BakuPost” xəbər verir ki, işdən azad olunan Baş prokuror köməkçiləri daha aşağı vəzifələrə təyin olunublar. Onlardan üçü tanınmış şəxlərin övladlarıdır.
Vəzifəsindən azad olunaraq Beynəlxalq əlaqələr idarəsinə prokuror göndərilən Elnur Eyvazov uzun müddət prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış Əli Eyvazovun oğludur.
Vəzifəsini itirən digər köməkçi Namiq Məmmədov isə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun oğludur. O, bundan sonra qurumun FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifəsində çalışacaq.
Başqa bir köməkçi Toğrul Muxtarov isə qurumun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini göndərilib. T.Muxtarov Rusiyada fəaliyyət göstərən tanınmış iş adamı Novruz Muxtarovun oğludur. Onun qayınatası isə “Embawood” şirkətinin sahiblərindən biridir.
Dünən əmrləri verilən 6 köməkçidən 3-nü sabiq Baş prokuror Zakir Qaralov vəzifədən getməzdən bir neçə gün öncə bu posta təyin etmişdi.
Milli Məclis sabah 19 məsələni yaz sessiyasının növbəti plenar iclasına çıxaracaq. Modern.az-ın məlumatına görə, həmin məsələlər aşağıdakılardı:
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
3. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
5. “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
7. “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
8. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 25 avqust tarixli 285 nömrəli Qərarının ləğv edilməsi barədə.
10. “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.
11. “Hərbi qulluqçuların statusu haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Veteranlar haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Torpaq islahatı haqqında”, “Sosial sığorta haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Uşaq hüquqları haqqında”, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Polis haqqında”, “Avtomobil yolları haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Dövlət qulluğu haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Psixiatriya yardımı haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Gənclər siyasəti haqqında”, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Yaşayış minimumu haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Atçılıq haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “İcbari sığortalar haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Mədəniyyət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).
19. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş). /modern.az/