Xalqın Prezidentə etibarı sarsılmazdır
Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin koronavirus pandemiyasına qarşı apardığı mübarizəni dəstəkləyir.

Pandemiya dövründə xalqın iqtidara, Prezidentə etibarının, inamının sarsılmaz olduğu sübut olundu.

Xalq dövlət başçısına təşəkkür məktubları ünvanlamaqla özünün dərin minnətdarlığını ifadə edir.

Həmin məktubların bir qismini təqdim edirik.

Biləsuvar rayonunun Ağayrı kəndinin sakini Əlifağa Haxverdiyev yazır:

“Hörmətli cənab Prezident.

Xalqımızın bu çətin və ağır günlərində Sizin hər addımınız və gördüyünüz tədbirlər təqdirəlayiqdir. Sizin göstərişinizlə aztəminatlı ailələrə yardımın verilməsi çox humanist bir qərardır.

Mən yaşlı bir vətəndaş kimi özümə borc bildim ki, yaşadığım kəndin sakinləri adından Sizə və ailənizə təşəkkürümü çatdırım. Mən və ailəm hər gün namazda Sizə dua edirik. Allah Sizə hər zaman can sağlığı qismət etsin, bəla görməyəsiniz.

Cənab Prezident, Ulu Tanrı bütün işlərinizdə Sizə yardımçı olsun. Sizin hər bir uğurlu işinizə ürəkdən sevinirik”.

Türkiyənin İstanbul şəhərində yaşayan soydaşımız Firuzə Rəcəbova qeyd edir:

“Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir və alqışlayıram. COVID-19 infeksiyasının qlobal miqyasda yayıldığı şəraitdə Sizin rəhbərliyinizlə həyata keçirilən effektiv dövlət proqramları sayəsində ölkəmiz bu virusdan daha az zərər görən dövlətlər sırasındadır. Sizin humanizm prinsiplərinə əsaslanan sosial siyasətiniz nəticəsində vətəndaşların pandemiya dövründə sağlamlığının və sosial rifahının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Aztəminatli ailələrin müavinətlərinin artırılması, işsizlər üçün əlavə müavinətlərin təyin edilməsi, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz qərarlar, xaricdə olan soydaşlarımızın respublikamıza gətirilməsinin yüksək səviyyədə təşkili xalqımız tərəfindən rəğbətlə qarşılanır.

Möhtərəm cənab Prezident, bu çətin günlərdə xalqa dəstək olduğunuza, xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və ən yaxın silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.

Əziz Prezidentim, mən Türkiyənin İstanbul Universitetində hüquq təhsili alan gənc azərbaycanlı olaraq, Sizinlə qürur duyuram. Uca Tanrı Sizi və Azərbaycanımızı qorusun. Biz birlikdə güclüyük. Biz Sizinlə güclüyük”.

Şirvan şəhərində yaşayan Zəngilan rayonundan məcburi köçkün Bəxtiyar Həsənov bildirir:

“Hörmətli cənab Prezident.

Bütün dünyanın koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Sizin qabaqlayıcı tədbirləriniz xalqımızı bu xəstəlikdən qorudu. Hamımız gördük ki, Siz gecə və gündüz yorulmadan çalışdınız, bütün gücləri səfərbər etdiniz, “Biz birlikdə güclüyük!” çağırışı etdiniz. Bu tədbirlər sayəsində ölkəmizdə koronavirusdan itkilər o qədər də çox olmadı.

Cənab Prezident, Siz həmişə Azərbaycan xalqının yanında olmusunuz, onun sosial və maddi vəziyyətinin yaxşılaşdırılması üçün hər cür şərait yaratmısınız. Bu dəfə də Sizin uzaqgörən siyasətiniz sayəsində bu bəladan alnıaçıq çıxacağıq.

Biz - məcburi köçkünlər həmişə Sizin yanınızdayıq və bizim üçün yaradılan şəraitə görə Sizə minnətdarıq. Pandemiya vaxtında görülən bütün işlərə görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildiririk”.

Cəbrayıl rayonundan 7-ci sinif şagirdi Ləman Həşimova yazır:

“Mən bu məktubu Sizə yazmaq üçün çox fikirləşdim. Hansı sözlərdən istifadə edəcəyim, cümlələrimi necə quracağım haqqında çox düşündüm. Amma sonda anladım ki, mənim Sizə olan minnətdarlığımı heç bir söz, heç bir cümlə tam izah edə bilməz. Bu dəqiqə dünyanın bütün ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparır. Sizin sayənizdə Azərbaycan bu mübarizə kitabının səhifələrinə adını qızıl hərflərlə yazacaq. Vaxtında verdiyiniz qərarlar nəticəsində indi Azərbaycan xalqının üzündən təbəssüm əskik olmur. Siz bu çətin dövrdə hər bir vətəndaşa ayrı-ayrılıqda diqqət göstərdiniz. Çox sağ olun. Allah Sizin kölgənizi başımızın üzərindən əskik etməsin”.

Sumqayıt şəhərindən 5-ci sinif şagirdi Fərəh Əlizadə bildirir: 

“Möhtərəm cənab Prezident.

Mən bu məktubumla Sizə sonsuz minnətdarlığımı bildirirəm. Siz bu gözəl, bol nemətli, bizə atalarımızdan yadigar qalan torpaqları qoruyur, onun inkişafı üçün çox çalışırsınız. Əfsus ki, 2020-ci ildə Yer üzünə bir bəla gəldi: COVID-19. Getdikcə bu virus bütün dünyaya yayılır, təəssüf ki, artıq Azərbaycanda da mövcuddur. Lakin Sizin tədbirləriniz nəticəsində COVID-19-un yayılması digər ölkələrə nisbətən Azərbaycanda azdır. Tətbiq olunan karantin rejimində evdə qaldığımız müddətdə “virtual məktəb” layihəsini həyata keçirərək bizi təhsildən geri qoymursunuz. Xəstələrimizin qayğısına qalır, onlar üçün əlinizdən gələn köməyi əsirgəmirsiniz. COVID-19-la mübarizə müddətində imkansızları maddi yardımla təmin edir, onları qoruyursunuz. Biz Sizin köməyinizlə virusa qalib gələcəyik”.

Abşeron rayonundan Afil İsmayılov qeyd edir:

“Hörmətli cənab Prezident.

Mən böyük qürur hissi duyur və çox sevinirəm ki, Siz bütün Azərbaycanı koronavirus bəlasından az itkilərlə qurtarmaqdasınız. Karantin dövründə ölkə üzrə ehtiyacı olanlara, qocalara dövlət tərəfindən ərzaq və maddi yardımların verilməsi humanist addım olaraq əhali tərəfindən alqışlandı.

Allah Sizi, dövlətimizi, xalqımızı bu böyük bəladan qorusun. Sizə səmimi təşəkkürümü bildirirəm”.

Bakı sakini Validə Xəlilova yazır:

“Hörmətli cənab Prezident.

Müqəddəs Ramazan bayramı münasibətilə Sizi və Mehriban xanımı səmimi qəlbdən təbrik edirəm. Qoy bu müqəddəs bayramın gəlişi ilə bütün bəlalar, eləcə də koronavirus xəstəliyi yurdumuzdan uzaq olsun, ölkəmizə ruzi-bərəkət, yeni parlaq dövr ayaq açsın. Ramazan bayramı Sizin ailəniz başda olmaqla bütün ailələrə sevinc və xoşbəxtlik gətirsin.

Möhtərəm Prezident, mən Rusiya vətəndaşıyam. Bir müddətdir ki, Bakıdayam. Rusiyada yaşayan bütün azərbaycanlılar adından Sizə təşəkkür edirəm. Sizin koronavirusla bağlı gördüyünüz tədbirlər təqdirəlayiqdir. Biz bir daha gördük ki, xalqımızın sağlamlığı, firavan yaşayışı Sizin üçün hər şeydən qiymətlidir. Nə yaxşı ki, varsınız”.

Xızı rayonunun Giləzi qəsəbəsindən Hacıxıdır Cabbarov bildirir:

“Hörmətli cənab Prezident.

Sizin düşünülmüş siyasətiniz sayəsində Azərbaycan inamla öz gələcəyini qurur, müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazanır.

Bu gün Azərbaycan öz sabitliyini və inkişafını təmin edən ölkədir. Bu sabitlik, bu inkişaf koronavirus pandemiyasının öhdəsindən gəlməyə də kömək etdi.

Cənab Prezident, mənim 89 yaşım, yeddi nəvəm və yeddi nəticəm var. Yorulmaz fəaliyyətinizə görə böyük ailəmin adından Sizə minnətdarlığımı bildirirəm. İnşallah, Sizinlə Qarabağda da zəfər yürüşü keçirəcəyik”.

Lerikin Siyov kəndindən Səxavət Bayramov qeyd edir:

“Cənab Prezident.

Sizin rəhbərliyinizlə koronavirus pandemiyasına qarşı aparılan mübarizə sahəsində Azərbaycan dünyanın inkişaf etmiş ölkələrini geridə qoydu. Məhz buna görə, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycanın bu mübarizədə nümunəvi ölkə olduğunu bildirərək, Sizə iki dəfə təşəkkür məktubu ünvanladı və bir sıra ölkələrə məhz respublikamızın bu sahədəki təcrübəsindən yararlanmağı tövsiyə etdi.

Cənab Prezident, gərgin fəaliyyətiniz nəticəsində qazanılan uğurlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Biz Sizin rəhbərliyinizlə hər zaman güclüyük”.

Lənkəranın Havzava kəndinin sakini Sərdar Fərəcov yazır:

“Cənab Prezident.

Mənim 78 yaşım var, təqaüdçüyəm. İki oğlum zabitdir, digər bir oğlum isə Aprel döyüşlərinin iştirakçısıdır.

Siz vətəndaşlara həmişə diqqət və qayğı ilə yanaşmısınız. Hazırda bütün dünyada COVID-19 virusu can almaqda davam edir. Siz virusun Azərbaycanda yayılmasının qarşısını almaq üçün ciddi qabaqlayıcı tədbirlər gördünüz. Buna görə Sizə minnətdarlığımı bildirirəm. Siz bu çətin günlərdə əhalinin bütün təbəqələrindən olan insanların sosial vəziyyətini nəzərə alıb onlara qayğı göstərdiniz. Yaşlı insanlara daha çox yardımlar edilir. Onların tibbi və ərzaq ehtiyacları təmin olunur. Hətta işsiz insanlarda diqqətdən kənarda qalmadı. Onlar üçün birdəfəlik vəsait ayrıldı.

Sizin müdrikliyiniz, humanistliyiniz qarşısında baş əyirik. Siz hər bir vətəndaşın yanındasınız. Biz Sizinlə fəxr edirik. Allah Sizə uzun ömür versin”.

Tovuzun Qovlar şəhərindən Taleh Allahverdiyev bildirir:

“Hörmətli cənab Prezident.

Dünyanı bürümüş COVID-19 infeksiyasının Azərbaycanda pandemiya halına çevrilməsinin qarşısının alınmasında apardığınız məqsədyönlü siyasətə və həyata keçirdiyiniz qətiyyətli tədbirlərə görə Sizə təşəkkürümüzü bildiririk. 2020-ci ildə bəşəriyyət, o cümlədən doğma Vətənimiz pandemiya təhlükəsi ilə qarşılaşdı. Dünyanı bürümüş siyasi və iqtisadi çətinliklərə baxmayaraq, Sizin apardığınız müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycanda pandemiyanın yayılmasının qarşısı alındı. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz bu çətin vəziyyətdən də şərəflə çıxacaq. Ölkəmiz üçün mürəkkəb dövrdə Siz öz əzmkar fəaliyyətinizlə Azərbaycan xalqının yanında olduğunuzu, daim hər bir vətəndaşı düşündüyünüzü və onun qayğısına qaldığınızı bir daha sübut etdiniz. Sizin tükənməz səyləriniz sayəsində minlərlə həmvətənimizin həyatı bu bəladan xilas olundu. Ölkəmizin keçdiyi bu çox mürəkkəb dövrdə xalqımıza göstərdiyiniz qayğı və diqqət, insanların sosial təminatının yaxşılaşdırılması ilə bağlı imzaladığınız Sərəncamlar dövlət-vətəndaş birliyinin əsl təzahürüdür.

Cənab Prezident, dünyanın bəlasına çevrilən COVID-19 ilə mübarizədə xalqın yanında olmağınızı bütün Azərbaycan xalqı kimi bizim kollektivimiz də minnətdarlıqla qəbul edir və bu çətin, gərgin işlərinizdə Sizə yeni uğurlar arzu edirik”.

Masallıdan Samit Nuriyev qeyd edir:

“Möhtərəm cənab Prezident.

Biz - masallılılar həmişə Sizi dəstəkləyirik. Çünki Siz ən ağır günlərdə xalqla olub, həmişə vətəndaşlara dəstək göstərmisiniz. Koronavirus pandemiyasının dünyanı ağuşuna aldığı bir vaxtda Siz yenə də bizimləsiniz. İnsanların sağlamlığını qorumaq üçün ölkəmizdə xüsusi karantin rejimi tətbiq etdiniz. Biz yaxşı başa düşürük ki, sağlam qalmaq və normal həyatımıza dönmək üçün özümüzü müvəqqəti olaraq təcrid etməli və evdə qalmalıyıq.

Cənab Prezident, bu çətin dönəmdə əhalinin həssas qrupuna aid olan insanlara göstərdiyiniz dəstəyə görə Sizə minnətdarıq. Fəxr edirik ki, Sizin kimi Prezidentimiz var”.

Qaxdan Ağa Ramazanov və başqaları yazır:

“Hörmətli cənab Prezident.

Xalqımız əsl imtahan qarşısında olsa da, Sizin sayənizdə bu imtahandan yaxşı nəticələr əldə edir. Ən güclü ölkələri belə sarsıtmış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, itkilərin az olması və yoluxanların sağalma statistikası hamımızı sevindirir. Baş verənlər göstərir ki, bütün bunlara Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər, hazırda bu sahədə aparılan profilaktik işlər, səhiyyəmizin qısa zamanda bu bəlaya qarşı hazır vəziyyətə gətirilməsi nəticəsində nail olunub.

Siz bu çətin günlərdə əhalinin imkansız təbəqəsini də unutmamısınız. Müavinətlərin, maddi yardımların verilməsi məhz Sizin təşəbbüsünüz və iradəniz sayəsində həyata keçirilir”.

Bakı sakini Kəmalə Bilalova bildirir:

“Hörmətli cənab Prezident.

Sizə ünvanladığım bu məktubda bildirmək istəyirəm ki, biz Sizin timsalınızda xalqını sevən və ona dəyər verən bir dövlət başçısı görürük. Pandemiya təhlükəsi üzündən karantin rejiminə əməl etdiyimiz, evdə qaldığımız bu günlərdə Sizin televiziya ekranlarından səslənən "Azərbaycan xalqının sağlamlığı hər şeydən önəmlidir" sözləriniz bir vətəndaş, bir ana, bir nənə, bir müəllim kimi qəlbimi fəxarət və qürur hissi ilə doldurur, gözlərimi yaşardır. Nə yaxşı ki, Azərbaycan xalqının Sizin kimi Vətənini sonsuz məhəbbətlə sevən, millətinə, xalqına böyük dəyər verən bir Prezidenti var. Biz Sizi sevirik və hər zaman Sizi dəstəkləyirik. İnanırıq ki, Azərbaycanın daha parlaq gələcəyi üçün əlindən gələni əsirgəməyən prezidentimiz Qarabağımızı bizə qaytaracaq. Biz Sizinlə birlikdə güclüyük”.

Neftçaladan Vidadi Hüseynov və başqaları qeyd edirlər:

“Hörmətli cənab Prezident.

Ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq Sizin respublikamızın inkişafı yolunda gördüyünüz işlər təqdirlə qarşılanır.

Son zamanlar bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyasının yayılması ilə əlaqədar Sizin çevik və operativ qərarlarınız insanlarımızı bu böyük bəladan çox az itki ilə qurtardı.

Bu işlərə görə Sizə Neftçala rayonunun sakinləri adından dərin hörmət və minnətdarlığımızı bildiririk. Hər zaman Sizin daxili və xarici siyasətinizi bəyənirik”.

Cəlilabaddan Heydər Miriyev və başqaları yazırlar:

“Hörmətli cənab Prezident.

Dünyada geniş miqyas almış və hər gün minlərlə can alan koronovirus pandemiyasının ölkəmizə daha az ziyan vurmasının səbəbini hamımız Sizin vaxtında gördüyünüz tədbirlərdə və karantin rejiminə düzgün əməl olunmasına nəzarətdə görürük. Sizin yüksək təşkilatçılıq bacarığınız sayəsində biz, inşallah, bu sınaqdan minimum itkilərlə çıxacaq.

İşləməyənlərə, imkansız ailələrə edilən maddi köməklər də rayonumuzun sakinləri tərəfindən rəğbətlə qarşılanır.

Xalqımızın sağlamlığına göstərdiyiniz diqqət, qayğı və dəstəyə görə bir daha Sizə dərin minnətdarlığımızı bildiririk”.

Şamaxıdan Rasim Ələsgərov və başqaları bildirirlər:

“Hörmətli cənab Prezident.

Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi, güclü dövlətlərin bu virus qarşısında aciz qaldığı vaxtda Sizin gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz bu çətinliyi dəf etmək istiqamətində müsbət nəticələr əldə edir.

Bu çətin günlərdə Siz yenə də xalqın yanındasınız, bizim sağlamlığımızın və sosial rifahımızın təmin olunması üçün əlinizdən gələni əsirgəmirsiniz. Bizimlə bərabər, ailəmizin, övladlarımızın rifahını düşündüyünüzə, virusun vura biləcəyi zərərin minimuma endirilməsinə görə Şamaxı rayonunun sakinləri adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olmağımızdan qürur duyuruq. Hər zaman dövlətimizin rifahı naminə verəcəyiniz qərarlarda Sizin yanınızdayıq”.

İsmayıllıdan Əsgər Manafov və başqaları qeyd edirlər:

“Hörmətli cənab Prezident.

Bu çətin günlərdə bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə və Mehriban xanım Əliyevaya şəxsən öz adımızdan və ailələrimizin adından Sizə təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar və möhkəm can sağlığı arzulayırıq.

Karantin rejimi ilə əlaqədar işə gedə bilməyən insanlara birdəfəlik ödəmənin, Heydər Əliyev Fondu tərəfindən imkansız ailələrə ərzaq yardımlarının verilməsi çox böyük əhəmiyyət daşıyır. Bu, Azərbaycan vətəndaşlarına olan qayğının və sevginin təzahürüdür.

Xalqımızın dar günündə hər zaman onun yanında oldunuz, ehtiyaclarının ödənilməsini təmin etdiniz. Ulu Tanrı Sizi heç vaxt darda qoymasın”.

Mingəçevirdən Anar Hacıyev yazır:

“Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə gündən-günə gözəlləşən, qüdrətlənən, güclənən Azərbaycanımızla qurur duyuram. Bu danılmaz bir reallıqdır ki, Azərbaycanımızın ümummilli liderimiz Heydər Əliyev ilə başlayan qurtuluşu çiçəklənmə və yüksəlişə doğru irəliləyir. Ölkəmiz Sizin rəhbərliyinizlə bu yüksəlişə davam edir və daha da güclənir, daha da qüdrətlənir, daha da çiçəklənir. Bütün xalqımız Sizin Azərbaycan üçün etdiklərinizi qürurla izləyir, böyük siyasətinizlə fəxr edir. Dünyamızda tüğyan edən bu virusla bağlı gördüyünüz işlər bir daha göstərdi ki, Siz xalqımız üçün necə böyük fədakarlıq göstərir, necə böyük işlər görürsünüz. Pandemiya dövründə Sizin rəhbərliyinizlə görülən işlər bir daha göstərdi ki, Azərbaycanın layiqli, böyük ürəyə malik, xalqını düşünən Lideri var. Mən Sizə böyük minnətdarlığımı bildirir, uzun və xoşbəxt ömür arzulayıram”.

Salyandan Röyalə Babazadə bildirir:

“Möhtərəm cənab Prezident.

Dünyanı çətin vəziyyətdə saxlayan COVID-19 virusu ilə mübarizədə Siz və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva fərqlilik nümayiş etdirdiniz. Dünyanın digər ölkələri ilə müqayisədə yoluxma və tələfat sayının azlığı yeritdiyiniz uzaqgörən siyasət nəticəsindədir. Vətəndaşlarınıza olan sevgi və dəyər bütün bu kompleks tədbirlərdə öz əksini tapıb. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, karantin rejiminin tətbiqi, dövlət və özəl müəssisələrin bu fonda vəsaitlər köçürməsi, aztəminatlı ailələrə və sahibkarlara dəstək, aylıq məvaciblərin əvvəlki qaydada ödənilməsi, şagird və müəllimlər üçün tədrisin davam etdirilməsi məqsədilə virtual layihələrin təşkili və bu cür çevik, sistemli şəkildə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan Respublikası bir çox ölkələrə nümunə oldu və olmaqda davam edir. "Biz birlikdə güclüyük!" deyib həmişə xalqımızı ətrafınıza topladınız. Bütün bu iqtisadi, sosial və siyasi tədbirlər üçün Sizə və Mehriban xanım Əliyevaya bir təhsil işçisi olaraq dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.

Masallıdan Nurlan Əsgərli qeyd edir:

“Hörmətli cənab Prezident.

Bu məktubumla Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu gün dünyanın ən güclü dövlətlərinin belə COVID-19 pandemiyası qarşısında aciz qaldığı bir vaxtda Sizin qətiyyətli addımlarınız sayəsində ölkəmizdə bu infeksiyanın yayılması minimum səviyyəyə endirilib, pandemiyanın yayılmasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Əlbəttə ki, pandemiyadan zərərsiz ötüşmək mümkün deyil. Lakin mən inanıram ki, Sizin məqsədyönlü fəaliyyətiniz və apardığınız sosial-iqtisadi tədbirlərdən sonra Azərbaycan bu pandemiyadan ən az zərərlə çıxan ölkələr sırasında olacaq.

Möhtərəm cənab Prezident, bu gün xalqımızın sağlamlığını düşünərək qəbul etdiyiniz qərarları dəstəkləyir, Sizə dərin təşəkkürümü bildirir və məqsədyönlü fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram. İnanıram ki, sayənizdə bu çətin günləri geridə qoyacağıq. Biz birlikdə güclüyük”.

Bakı sakini Mətanət Qədimova yazır:

“Əziz Prezidentimiz.

COVID-19 pandemiyasının yayıldığı bir dövrdə Azərbaycanda qayğıya ehtiyacı olan təbəqələrin sosial müdafiəsini təmin etdiyinizə, xalqın təhlükəsizliyi üçün həyata keçirdiyiniz tədbirlərə görə bir gənc olaraq Sizə minnətdarlığımı bildirirəm. Ölkəmizə rəhbərlik etdiyiniz dövrdə xalqımızın rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin işlə təmin edilməsi, insanların təhlükəsiz yaşayışı üçün göstərdiyiniz hərtərəfli diqqət və qayğı danılmazdır.

Cənab Prezident, Sizin pandemiya dövründə aztəminatlı ailələrə göstərdiyiniz qayğı xüsusilə təqdirəlayiqdir. Mən də aprel və may aylarında işsizliyə görə 190 manat məbləğində birdəfəlik ödəniş aldım. Çox sağ olun ki, bu qayğını bizdən əsirgəmədiniz. Öz adımdan və anamın adından Sizə təşəkkürümü bildirirəm. Allah Sizin kölgənizi xalqımızın başı üzərindən əskik etməsin. Sizi sevirik və Sizə güvənirik. Allah Sizi və ailənizi qorusun”.

Sabirabaddan Fatma Əskərova və başqaları bildirirlər:

“Hörmətli cənab Prezident.

Bizi qoruduğunuza, xalqımızın xoşbəxt sabahı naminə çəkdiyiniz zəhmətlərə görə Sabirabad rayonunun sakinləri adından Sizə təşəkkür edirik.

Bu qayğılı günlərdə aztəminatlı ailələri unutmayaraq onlara yardım edilir. Hər birimiz Sizi yanımızda hiss edirik.

Sizə uzun ömür, can sağlığı və bərəkətli həyat arzu edirik. Gələcəyiniz nurlu, bütün işləriniz uğurlu olsun. Çox şükür ki, varsınız. Yaşasın Azərbaycan və onu sevənlər”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!