“Ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar”
“Taxılçılıq, pambıqçılıq Tərtər üçün ənənəvi kənd təsərrüfatı sahələridir. Pambıqçılığa gəldikdə, Tərtərdə məhsuldarlıq ölkə üzrə orta məhsuldarlıqdan üstündür. Hər hektardan 34 sentner pambıq götürülüb. Ölkə üzrə bu göstərici də yaxşı səviyyədədir, 29 sentnerdir. Amma Tərtər burada qabaqcıl yerlərdədir. Nəzərə almalıyıq ki, mənfur qonşularımız uzun illər ərzində Tərtərin suyunu kəsiblər. O suyu ki, Azərbaycan Respublikası onun yığılması ilə bağlı vaxtilə, 1970-ci illərdə böyük işlər görüb. Sərsəng su anbarının inşası Azərbaycan Respublikası tərəfindən, respublika büdcəsi tərəfindən həyata keçirilib. İndi isə mənfur qonşular bizim suyumuzu kəsiblər. Bu, ekoloji terrordur”.

Bu sözləri Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılış mərasimində çıxışı zamanı deyib.

“Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır.

Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Kasıb Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar. O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: “Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir.

Bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir. Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir”, - deyə dövlət başçısı əlavə edib.

Prezident icra başçısına irad BİLDİRDİ
Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verib.

Bildirilib ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.

Prezident İlham Əliyev: Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.

Müstəqim Məmmədov: Baş üstə.

Prezident İlham Əliyev: İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.

İlham Əliyev Ağcabədidə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

 Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat veriblər.

Dövlət başçısı mərkəzin açılışını edib.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.

***

İyunun 3-də Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına müəssisə barədə məlumat verib.

***

Prezident İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İcra başçısının oğlu vəzifəsindən
Milli Məclisin Aparatında kadr islahatları davam etdirilir.

Unikal.org-a istinadən xəbər verir ki, Milli Məclsin sədri Sahibə Qafarovanın müvafiq əmri ilə, Aparatda çalışmış Fuad Qasımov tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, F.Qasımov Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovun oğludur.

Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub.

Report xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb. 

Əmrə əsasən, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Malik İbrahimov tutduğu vəzifədən azad edilərək İdarə rəisinin birinci müavini təyin edilib.

Nazirin digər əmri ilə Alay komandirinin müavini, polkovnik-leytenant Raif Süleymanov YPX Alayının komandiri təyin olunub.

Deputat: “Dəyərlər sisteminin qorumaq üçün sosial şəbəklərinin hüquqi tənzimləmə mexanizminə ciddi zərurət var”

“Son illərdə müasir informasiya texnologiyaları, xüsusən də sosial şəbəkələr insan həyatının ayrılmaz bir hissəsinə çevrildiyindən cəmiyyətdə ictimai rəyin formalaşmasında müstəsna rol oynayır. Müasir informasiya texnologiyaları sürətlə inkişaf etdiyindən həyatımıza elə daxil olub ki, hətta ona ciddi şəkildə təsir edə bilib. Bu da özlüyündə yeni bir ictimai münasibətlər sistemi formalaşdırmağa başlayıb. Yəni qloballaşmanın indiki mərhələsində məğlubiyyət və qələbələr kommunikativ texnologiyaların geniş istifadəsi ilə görünməz informasiya cəbhəsində reallaşdığından sosial şəbəkələrin ictimai rəyin formalaşmasında müstəsna rolu danılmazdır”.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, istəyimizdən asılı olmayaraq, sosial şəbəkələr bu gün artıq insanın və cəmiyyətin sosiomədəni dəyərlər sistemini formalaşdırmaqdadır. “Bu da öz növbəsində istənilən cəmiyyətin informasiya və xəbərdən asılılıq dərəcəsinin dəqiq və ətraflı öyrənilməsini diqtə edir:

"Bu, ən azından qanunlar və real həyat arasında harmoniyanın yaradılması baxımından da vacibdir. Sosial medianın insan və cəmiyyətin həyatına təsiri düzgün qiymətləndirilmədikdə bu, dəyərlər sisteminin çöküşünə gətirib çıxarır.

 
Digər tərəfdən, yeni texnologiyalar sayəsində həyata keçirilən təbliğatlar insanların təkcə davranışına deyil, şüur və psixikasına da ciddi təsir göstərməkdədir. Nəticə etibarı ilə sosial medida yayılan bu xəbərlərə yeniyetmə və gənc nəslin milli-mənəvi dəyərlərə uyğun, vətənpərvər ruhda böyüdülməsində problemə çevrilir. Təəssüflər olsun ki, bəzi insanlar, özlərini siyasətçi, ictimai fəal adlandıranlar sosial məsuliyyət hissini “unutduğundan” yanlış fəaliyyət nəticəsində cəmiyyətin formalaşdırdığı dəyərlər sisteminə sarsıdıcı zərbə vurmaqla, əslində özləri də bilmədən və ya bilərəkdən gələcəyimizə balta çalmış olurlar. Ona görə də hesab edirəm ki, sosial medianın da hüquqi tənzimləmə mexanizminə ciddi zərurət var.

Təkzibedilməz faktdır ki, Azərbaycanda söz və məlumat azadlığı mövcuddur və bu, praktiki olaraq qanunvericlik aktları, ölkənin qoşulduğu müxtəlif beynəlxalq konvensiyalarla öz təsdiqini tapıb. Lakin ən inkişaf etmiş demokratik Qərb dövlətlərinin təcrübəsində olduğu kimi, Azərbaycan da öz informasiya məkanını cəmiyyətə açıq-aşkar təhdid vəd edən informasiyalardan qorumaq hüququna malikdir. Çünki biz son illərdə sosial mediada Azərbaycanı və onun inkişafını sevməyən qüvvələrin cəmiyyətdə xaos yaratmaq məqsədi ilə yanlış, reallıqdan uzaq, qərəzli rəy formalaşdıraraq, ölkəmizin beynəlxalq nüfuzlarına xələl gətirmək istiqamətində fəaliyyətinə şahidlik etməkdəyik. O baxımdan da formasından və məzmunundan asılı olmayaraq, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən, insanların hüquqlarını kobud şəkildə pozub, onları təhqir edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır. Bildiyiniz kimi, sosial media təkcə Azərbaycanda yox, hətta dünyanın ən inkişaf etmiş ölkələri üçün təhdidə çevrildiyindən, sosial medianın hüquqi tənzimləmə mexanizminin tətbiq edilməsini zəruri sayırlar. Buna misal olaraq ABŞ Prezidenti Donald Trampın ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalamasını qeyd etmək yerinə düşər. Beynəlxalq aləmdə də artıq belə bir praktika mövcuddur. 

Hətta bir halı qeyd etmək kifayətdir ki, Almaniya 2017-ci  ildən sosial şəbəkə istifadəçilərinin hüquq və vəzifələrini müəyyənləşdirən qanun qəbul  edilib.
Bu qanunun məqsədi  kiminsə hüquqlarını məhdudlaşdırmaq  yox, şəbəkə istifadəçilərinin  hüquq və vəzifələrinin  müəyyən edilməsi, istifadə qaydalarını hüquqi tənzimləmə mexanizmidir. Hesab edirəm ki, sosial media üzərində hüquqi tənzimləmə mexanizmi olarsa, sosial media daha çox cəmiyyətin inkişafında öz müstəsna rolunu oynaya bilər. Yəni proseslər qeyri-sağlam münasibətlər üzərində deyil, sağlam rəqabət və tənqid üzərində qurulacaq. Cəmiyyətdə baş verən proseslərə qərəzdən uzaq sağlam tənqidi münasibət bildirmək isə cəmiyyətin inkişafına öz töhfəsini verə bilər”.

Qənirə Paşayeva Baş nazirə müraciət etdi
“Kənd təsərrüfatının inkişafı istiqamətində cənab Prezidentin rəhbərliyi ilə bir sıra layihələr həyata keçirilir. Amma suvarma sistemi problemi həll olunmadan kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil”.

Bu fikirləri millət vəkili Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deyib.

O bildirib ki, il quraq keçərsə, bu il də məhsuldarlıq çox aşağı olacaq: “Tovuz rayonunun problemini həll edəcək iki böyük layihə var. Bununla bağlı Nazirlər Kabinetinə müraciət ünvanlanıb. Baş Nazir Əli Əsədovu bu layihələrə dəstək verməyə çağırıram. Bunlardan biri Zəyəm çayı üzərində su anbarının tikilməsidir. Bu, həm də Şəmkirin bir çox kəndində kənd təsərrüfatının inkişafına səbəb olar. İkincisi isə Kür çayından su nasosları ilə kəndlərə su vurulmasıdır. Hörmətli Baş Naziri çox qısa zamanda bu layihələrə baxmağa çağırıram”.

Vilayət Eyvazov alay komandirinə yüksək vəzifə verdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilb.

Bakupost.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb.

M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu.

Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək.

Vilayət Eyvazovdan yeni təyinat
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə yeni rəis müavini təyin edilb.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə bu vəzifə polkovnik-leytenant Malik İbrahimova tapşırılıb.<ins'>

M.İbrahimov bu ilin yanvar ayında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Alay komandiri vəzifəsinə təyin olunmuşdu.

Məlumata görə, polkovnik-leytenant hər iki vəzifəni icra edəcək. bakupost