İlham Əliyevdən Ağstafa ilə bağlı SƏRƏNCAMPrezident İlham Əliyev Ağstafa rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Ağstafa rayonunun Muğanlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 2,5 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
“Biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq”

“İki il bundan əvvəl Bakıda keçirdiyimiz görüşdən sonra əməkdaşlığımıza gəlincə, bildiyiniz kimi, biz razılaşma imzalamışdıq. Görüşümüzdən əvvəl mənə məlumat verildi ki, on minlərlə lisenziya verilib və bu məsələ hazırda uğurla davam etdirilir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde və “Microsoft” şirkətinin digər nümayəndələri arasında keçirilən videokonfrans zamanı deyib.

Dövlət başçısı bildirib ki, piratçılığa qarşı birgə səylər yaxşı nəticələr verir:

“Gələcək planlarımıza gəlincə, bəlkə də bilirsiniz ki, hazırda biz rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işləyirik. Ümidvarıq ki, bu məsələdə “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyik. Bu proqram növbəti 5 il üçün planlaşdırılır. Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir. Kibertəhlükəsizlik hər zaman gündəlikdədir, çünki bu, bütün ölkələrin hazırlıqlı olmalı olduğu məsələdir. İndiyədək bizdə belə böyük hallar olmayıb, lakin heç kim sığortalanmayıb.

Ona görə də bu da bizim gələcəyimiz üçün prioritetlər sırasında qalır. Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq.

Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin, distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.

İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə videokonfrans keçirdi

İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Şahmar Mövsümov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.

 

Milli Məclisdə 2 nəfər koronavirusa yoluxdu

“Azərbaycan Respublikasının Milli Məclisində “COVİD 19” karonavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır. Bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD 19 testinin nəticəsi müsbət çıxıb”.
Bu barədə “Ölkə.Az”a Milli Məclisin mətbuat xidmtəindən məlumat verilib.
Koronavirusa yoluxan parlament əməkdaşlarə dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD 19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.

Mehriban Əliyeva Azərbaycan xalqını Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqını Milli Qurtuluş Gününü təbrik edib.

Bu barədə M.Əliyeva sosial media hesabında paylaşım edib.

“Əziz həmvətənlər! Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”,- deyə, Birinci vitse-prezident qeyd edib.

Prezident Dövlət Agentliyinə vəsait ayırdı

Prezident İlham Əliyev Şabran rayonunun Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)-Şahnəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (4 km)-Şahnəzərli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 900,0 (doqquz yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Eldar Sultanov vəzifəsindən azad edildi
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəzifəsindən azad olunub.

News24.az məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. 

E.Sultanov K.Əliyevin əmri ilə Baş Prokurorluğun Müraciətlərə Baxılması İdarəsinə rəis təyin olunub.

Həmin idarənin rəisi Anar Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəis müavini, sözügedən idarənin rəis müavini Heydər Məmmədov isə baş prokurorun müavini təyin edilib. 

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək.

İclasda 7 məsələ müzakirə ediləcək. Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

2. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

5. “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

6. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).