Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general-polkovnik hərbi rütbəsi verilib.
Qafqazinfo” xəbər verir ki, Azərbaycanda bununla da sözügedən ali hərbi rütbəni daşıyan məmurların sayı 18-ə çatıb. Bundan əvvəl isə 17 məmura general-polkovnik hərbi rütbəsi verilib.
Qeyd edək ki, general-polkovnik hərbi rütbəsi güc strukturlarında ən yüksək ali rütbə hesab edilir.
Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik:
1. Zakir Həsənov – Müdafiə naziri
2. Nəcməddin Sadıqov – Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlükəsizlik Şurasının katibi
4. Kəmaləddin Heydərov – Fövqəladə Hallar naziri
5. Elçin Quliyev – Dövlət Sərhəd Xidmətinin rəisi
6. Vaqif Axundov – Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
7. Bəylər Əyyubov – Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi
8. Namiq Abbasov – Azərbaycanın sabiq milli təhlükəsizlik naziri
9. Səfər Əbiyev – Sabiq müdafiə naziri
10. Eldar Mahmudov – sabiq milli təhlükəsizlik naziri
11. Tofiq Ağahüseynov – Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
12. Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin keçmiş sədri
13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)
14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)
15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik)
16. Mədət Quliyev – Müdafiə Sənayesi naziri
17. Səfər Mehdiyev – Dövlət Gömrük Komitəsinin sədri
18. Kərəm Mustafayev – Müdafiə nazirinin müavini
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Silahlı Qüvvələr günü münasibətilə özünün "Instagram" səhifəsində paylaşım edib.
Paylaşımda deyilir:
"Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm! Hər kəsə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!"
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.
Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb.
Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.
Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.
Sənəd AZƏRTAC-da dərc olunub.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Mühyəddin oğlu Səmədova general-mayor ali hərbi rütbəsi verilib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş aşağıdakı şəxslər təltif ediliblər:
“Azərbaycan Bayrağı” ordeni ilə
Hüseynov Rövşən Səməd oğlu – istefada olan polkovnik-leytenant
Çaybasarlı Elçin Rəhman oğlu – istefada olan mayor
Həsənov Zahir Şamxal oğlu – istefada olan leytenant
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Babayev Elşad Çingiz oğlu – general-leytenant
Ağalarov Fazil Köçəri oğlu – general-mayor
Eminov Məmməd Şəmil oğlu – general-mayor
Xəlilov Elçin Xəzənağa oğlu – general-mayor
Nəsibov Qədir Əşrəf oğlu – general-mayor
“Vətən uğrunda” medalı ilə
Əlibəyov Elxan Əlibəy oğlu – general-mayor
Əliverdiyev Vüqar Əfqan oğlu – general-mayor
Rzayev Mübariz Balağa oğlu – general-mayor
Əsgərov Vüqar Feyruz oğlu – polkovnik
Əzimzadə Emin Rauf oğlu – ədliyyə polkovniki
Hüseynov Anar Tofiq oğlu – polkovnik
İslamzadə Namiq Sərəfruz oğlu – polkovnik
Mirzəyev Fikrət Ərəstun oğlu – polkovnik
Ramazanov Nəsif Məmmədəli oğlu – polkovnik
Seyidov İlham İsrayıl oğlu – polkovnik
Şirvanov Mahir Məhərrəm oğlu – polkovnik
Əliyev Ramiq Sirac oğlu – polkovnik-leytenant
Həziyev İbrahim Əsəd oğlu – polkovnik-leytenant
Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant
Şıxalıyev Nəsimi Yarməmməd oğlu – polkovnik-leytenant
Zeynalov Zahir Səlamət oğlu – mayor
İsmayılov Ceyhun İsaxan oğlu – kapitan
“İgidliyə görə” medalı ilə
Həsənov Ayaz Binyat oğlu – general-leytenant
Cəfərov Zaur Hüseyn oğlu – polkovnik-leytenant
Əliyev Əli Mikayıl oğlu – polkovnik-leytenant
Əmirov Teymur Abbas oğlu – polkovnik-leytenant
Əfkərov Ramin Əhməd oğlu – mayor
Hümbətov Ramal Səlim oğlu – mayor
Mehdiyev Elmar Adil oğlu – mayor
Təhməzov Ceyhun Mirzəbaba oğlu – kapitan
Əliyev İlkin Məhəmməd oğlu – baş gizir
“Hərbi xidmətlərə görə” medalı ilə
Əliyev İkram Zülfü oğlu – general-mayor
İsmayılov Rauf Arif oğlu – general-mayor
Mahmudov Hüseyn Pənah oğlu – general-mayor
Babayev Aqşin Azad oğlu – polkovnik
Cəfərov Ceyhun Sədulla oğlu – polkovnik
Cəfərov Rövşən Məmmədcəfər oğlu – tibb xidməti polkovniki
Ərəblinski Şərif Ramazan oğlu – polkovnik
İsayev Vüqar İsa oğlu – ədliyyə polkovniki
Məmmədov İlqar Kazım oğlu – polkovnik
Şirinov Habil Sabir oğlu – istefada olan tibb xidməti polkovnik-leytenantı
Baxşəliyev Mehman Asdan oğlu – istefada olan mayor
İsayev Hənifə Hüseyn oğlu – istefada olan mayor
Sedov Sergey Yakovleviç – istefada olan mayor
Aslanov Ərşad Xasay oğlu – istefada olan baş leytenant
Bayramov Siyavuş Rəhim oğlu – ehtiyatda olan baş gizir
Rəhimova Gülnaz Xasay qızı – baş gizir
Mehdiyev İlqar Mirzə oğlu – istefada olan gizir
Müzəffərov Eynulla Feyzulla oğlu – ehtiyatda olan baş çavuş
Abbasov Basir Ağaəli oğlu – çavuş (ölümündən sonra)
Həsənov Aftandil Məmməd oğlu – ehtiyatda olan kiçik çavuş
Salmanov Məhərrəm Hüseyn oğlu – ehtiyatda olan kiçik çavuş
Həsənov Amil Vəli oğlu – ehtiyatda olan əsgər
Hüseynov Bilal Ətraf oğlu – ehtiyatda olan əsgər
Novruzov Eyvaz Əli oğlu – ehtiyatda olan əsgər
Rəhimov Xudaverən Yaqub oğlu – istefada olan əsgər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında iştirak edib.
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport veriblər.
Hərbi hissədə yaradılan şəraitlə tanış olduqdan sonra Prezident İlham Əliyev hərbi hissənin komanda heyəti ilə görüşüb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.