Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərinə səfərə gəlib.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Xidmətinin rəis vəzifəsini icra edən Mətin Eynullayev sabiq sədr Kərəm Həsənovun kadrlarını işdən çıxarıb.
Unikal.org məlumatına görə, Dövlət Əmlak Xidmətinin Maliyyə şöbəsinin rəisi Ənnağı Cənnətov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin rəisi Zəfər Abdulov, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Hikmət Mustafayev, Torpaq Agentliyinin rəisi Muhamma Heratiyev tutduğu vəzifələrdən azad olunublar.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə şəxsi heyəti təbrik edib.
Təbrikdə deyilir:
"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!
Sizi Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Ən müasir texnika və avadanlıqlarla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən ordumuz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.
2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən işğalında olan torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi. Azərbaycan Ordusunun yubiley tarixlərində keçirilən möhtəşəm paradlar da ölkəmizin müdafiə qabiliyyətinin, hərbi potensialının daha da güclənməsinə bariz nümunədir.
Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət başçısının fərmanına əsasən orduda xidmət edən hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin olunur, hərbi qulluqçuların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da uğurla davam etdirilməsinə zəmin yaradılıb.
Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanmaq üçün siz döyüş və mənəvi-psixoloji hazırlığınızı, səy və bacarıqlarınızı daha da artıraraq Ali Baş Komandanın döyüş əmrini yerinə yetirəcəksiniz.
Bir daha hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Bayramınız mübarək olsun!"
“Əlbəttə ki, dövlət nə lazımdırsa, onu edir: “Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq, heç kimə müraciət etmirik”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib:
“Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Samux rayonuna səfərə gedib.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Samux şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və iqtisad elminin inkişafında xidmətlərinə görə Ziyad Əliabbas oğlu Səmədzadə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
“MediaPost”un məlumatına görə, V.Eyvazov müvafiq əmri ilə Fərid Mirələmov Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin rəis müavini vəzifəsindən çıxarılıb.
Fərid Mirələmov sərəncama götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “MediaPost”a xəbəri nə təkzib, nə təsdiq edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”na əlavələr edilib.
Belə ki, Ailə Məcəlləsinə uyğun olaraq Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən verilən şəhadətnəmadə evlənən və boşanan şəxslərin qohumluq əlaqələrinin olub-olmaması qeyd olunacaq.
Həmçinin həmin məlumatlar müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında da qeyd ediləcək.
"Dövlət institutlarına vətəndaşların münasibətini 2019-cu ildəki sənədlərimizdə obyektiv olaraq əks etdirmişik. Çox mümkündür ki, bəzi sənədlər tam ictimailəşməyib, burada heç bir tələb də yoxdur, əsas məsələ o yöndə işlərin gerçəkləşməsidir. Yalnız onu deyə bilərik ki, bizim sənədlərimizdə icra hakimiyyətlərinə əhalinin yarıdan çox hissəsinin münasibətinin mənfi olduğu təsbit edilib".
Bunu deputat, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc "Yeni Müsavat"a müsahibəsində deyib. O qeyd edib ki, bu, özlüyündə dərin narahatlıq doğurmaqdaydı: "Bu günlərdə əsas siyasətin, eləcə ideoloji-siyasi işlərin quruculuğuna cavabdehlik daşıyan qüvvələrin fəaliyyətlərində dönüş etməyəcəkləri təqdirdə sərt addımların atılacağı şübhə doğurmurdu. Gördüyünüz kimi, artıq indi beş icra hakimiyyəti başçısının ən sərt qaydada cəzalandırılması, həbsə məruz qalması özlüyündə mühüm bir göstəricidir və təəssüf ki, mənfi siqnaldır. Belə halda, problemlərin xəritəsini müəyyənləşdirərək onun üzərindən sırf emosional hissi ovqatda deyil, elmi əsaslarla hər biri işi aparmaq təkcə problemi öz adı ilə çağırmaq deyil, təkliflər irəli sürmək və çıxış yollarını göstərmək sarıdan önəmlidir".
Əziz dostlar, dəyərli oxucular.
Mən Rəhman Cəbiyev, bu günə qədər Azərbaycan və Azərbaycançılıq idiologiyasına sadiq qalaraq, dinimə, milli mənsubiyyətimə dayanaraq, vətənim Azərbaycanı cani könüldən sevən bir insan kimi Azərbaycanın hər bir vətənpərvər qeyrətli oğullarını çətin günlərində dəstəklədim və əlimdə olan bütün imkanları səfərbər etdi. Azərbaycanı sevən, bayrağına dəyər verən, millətinin yanında olan oğullardan biri də Mübariz Mənsimovdur. Mən, Mübariz Mənsimovu şəxsən tanımıram və onu müdafiə etmək üçün şəxsən tanımağıma da ehtiyac duymuram. Bilirsiniz ki, heç bir günahı olmadan, əsassız ittihamla Mübariz bəyin barəsində həbs qətimkan tədbiri seçiləndən bu günə qədər, istər Türkiyədə, istər Azərbaycanda, istərsə də dünyanın başqa ölkələrində yaşayan azərbaycanlılar Mübariz bəyin müdafiəsinə qalxdılar. Bu müdafiə elə təşkil olundu ki, Mübariz bəyə dəstək adı altında məqsədyönlü insanlar da həqiqi Mübarizsevərlərin içinə sızmağa imkan tapdı. Hal bu ki, bu saxtakarların yeganə məqsədi, Mübariz bəyə zərbə vurmaq, Mübariz bəyin müdafisəinə əngəl törətmək və həqiqi Mübarizsevərlərin arasında baş verənləri əks tərəfə çatdırmaq, Mübariz bəyə həsr olunan canlı yayımları pozmaqdan ibarətdir.
Bu müddət ərzində mən şəxsən apardığım analizlərə dayanaraq bu tipdə olan şəxsləri müəyyən edə bildim. Bu gün Mübariz Mənsimovun həbsdə olmasını nəzərə alaraq həmin şəxslərin və başında duranın adını açıqlamaq istəmirəm.
Biləsiniz ki, aramıza sızmış satılmış olan bu saxtakarlar hər gün artmaqdadır və bu addımlar məqsədyönlü şəkildə atılır. Çox təəssüf edirəm ki, bəzi həqiqi Mübarizsevərlər də həmin saxtakarlardan və satılmışlardan olan şəxslərin xoşagəlməz hərəkətlərinə bilmədən, onlara inanmaqla dəstək verirlər. İşin ən acı tərəfi budur !
Əziz dostlar, dəyərli oxucular.
Dünənki canlı yayımda baş verənlər də məhz həmin saxtakarların müdaxiləsi nəticəsində baş verdi. Nə yazıq ki, həqiqi Mübarizsevərlər rəy bölümündə yaradılan şounun məqsədinə varmadan həmin şəxslərə dəstək verməyə başladılar. Hal bu ki, onların əvvəldən elə məqsədləri belə bir vəziyyət yaratmaq idi. Vəzifələri isə Mübariz Mənsimovu dəstəkləyənləri parçalamaqdı. Bu gün canlı yayımın paylaşımlarına nəzər salanda gördüm ki, 399 paylaşımdan 308-I qalıb. 90 nəfərdən yuxarı insan paylaşımlarını siliblər. İndi soruşsan deyərlər ki, bu canlı yayımda qalmaqal oldu, ona görə sildik ki, düşmənlərimiz bundan istifadə edə bilərlər. Əslində bu yanlış bir yanaşmadır. Çünki düşmən o yayımdan istifadə etmək istəsə, mən yayımı silməmişəm, elə ordan götürüb istifadə edər. Hal bu ki, mən bir hüquqçu olaraq bilirəm ki, mənim o canlı yayımımda Mübariz bəyin əleyhinə istifadə ediləsi heç bir şey yoxdur və o yayımdan düşmən istifadə etməz. Əksinə istifadə etmiş olsa bu vəziyyət Mübariz bəyin xeyrinədir. Xeyrinə olduğu üçün də istifadə etməsi mümkünsüzdür.
Digər tərəfdən qeyd edim ki, paylaşımlarını silən 90 nəfər insanın içində həmin saxtakarlardan da var və onların sifarişi ilə Mübariz bəyin dəstəkçiləri də paylaşımlarını silməklə onların məqsədli istəklərini yerinə yetirdilər.
Çünki o saxtakarlar və satılmışlar, Mübariz bəy üçün ilk canlı yayım açan Fuad Abbasovu məhz buy olla susdurdular. Hazırda Azərbaycanda Mübariz Mənsimovu dəstəkləyən və canlı yayımlar edən Ümid Tv Azərbaycan kanalıdır ki, artıq parçalama yaratmaqla həmin satılmışlar öz istəklərinə bu dəfə də nail olurlar. Ümid Tv Azərbaycan kanalından başqa Azərbaycanda Mübariz bəyə dəstək olan bir kanal yoxdur. Əgər siz həqiqi Mübarizsevərlər o satılmışların arzularını həyata keçirirsinizsə, daha mənim sizə sözüm yoxdur.
İstəyirəm biləsiniz ki, mən Ümid Tv Azərbaycan kanalının rəhbəri Rəhman Cəbiyev olaraq Mübariz Mənsimov azadlığa çıxana qədər onu müdafiə edəcəm və ona dəstəklə bağlı canlı yayımıma 1 nəfər baxmış olsa belə canlı yayımlar edəcəm.
Mən hüuqçuyam və mübarizəm sivil hüquqi mübarizədir. Şantajçı saxtakarlar məni oyunlarına cəlb edə bilməzlər və dəstəyimə mane ola bilməzlər. Daha biz birlikdə güclüyük demiyəcəm. Çünki birlik görmədim. Tək də qalib gəlmək mümkündür. Çünki o qalibiyyəti tək olan Allah qazandırır !
Hörmətlə: Rəhman Cəbiyev Ümid Tv Azərbaycan.