Milli Məclisin iclasında Şuşanın işğalı ilə bağlı məsələdə mübahisə düşüb.
Deputat Sabir Rüstəmxanlı Şuşanın Azərbaycanın bəzi qüvvələrinin xəyanəti nəticəsində işğal edilməsi barədə fikirlərin yanlış olduğunu deyib:
“Bəzi cavan deputatlar o dövrdəki hadisələrin içərisində olmayıblar, səthi məlumatlarla çıxışlar edirlər. Biz Şuşada bu qədər şəhid vermişik. AXC-Müsavat iqtidarını tənqid etmək olar, amma xəyanətdə ittiham etmək o anlama gəlir ki, guya Şuşanı Ermənistan işğal etməyib. Bu yanaşmaya son qoyulmalıdır”.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə cavab olaraq deyib ki, Azərbaycanda Şuşanın işğalına hüquqi qiymət verilib.
“Sabir müəllim, burada heç kim demədi ki, Şuşa Ermənistan tərəfindən işğal edilməyib. O zaman bununla bağlı Ali Məhkəmədə məhkəmə prosesi olub. İşğala hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradan məsələlərə də qiymət verilib. Buna tam hüquqi qiymət verilib və heç bir halda bizim tərəfimizdən başqa cür yozula bilməz. Şuşa Ermənistan tərəfindən işğal olunub.
Amma o zaman Azərbaycanda yaranmış siyasi vəziyyətə hər zaman olduğu qiyməti verəcəyik”.
Ə.Hüseynlinin bu cavabı YAP-çı deputatların alqışına səbəb olub.
Qeyd edək ki, parlamentin iclasında deputatlar Siyavuş Novruzov və Cavid Osmanov AXC-Müsavat cütlüyünü xəyanətdə ittiham edən fikirlər səsləndiriblər.
İclasın gündəliyinə 18 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. “GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın Nizamnaməsində dəyişikliklər edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
5. “Hərbi qulluqçuların statusu haqında”, “İnzibati icraat haqqında”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”də və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
6. Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Gənclər siyasəti haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Reklam haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
7. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
9. Azərbaycan Respublikasının 1996-cı il 17 mart tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
10. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
13. “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Bələdiyyələrin su təsərrüfatı haqqında” və “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
14. “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
16. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
17. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
Azərbaycan Respublikasının Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli xəstəxana kompleksinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və birinci xanıma tibb müəssisəsində yaradılan şərait barədə məlumat verildi.
Bildirildi ki, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Sahəsi 3000 kvadratmetr olan bu kompleks 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək. Üç korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan modul tipli xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac yaranacağı təqdirdə, əlavə avadanlıqlar təchiz olunmaqla palataların reanimasiyaya çevrilməsi mümkündür.
Kompleks bütün zəruri avadanlıq və sistemlə təchiz olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı ventilyasiya qurğusu ilə təmizlədikdən sonra palatalara ötürür. May ayı ərzində modul tipli daha 5xəstəxana kompleksinin, iyun ayının ortalarınadək isə digər 4 kompleksin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim edilməsi nəzərdə tutulur ki, bu da koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni, zərurət olmadıqda tezliklə və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün də istifadə edilə bilər.
Modul tipli xəstəxana kompleksi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb işçiləri ilə görüşdülər.
X X X
Qeyd edək ki, koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görüldü. Təsadüfi deyil ki, COVID-19 ilə bağlı Azərbaycanda görülən işləri Ümumdünya Səhiyyə Təşkilatı bu gün nümunə kimi göstərir. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Hazırda ölkə ərazisində, ümumilikdə, 10 modul tipli xəstəxana kompleksinin quraşdırılması aparılır. Onlardan ikisi Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda quraşdırılacaq. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq.
Bunu APA-ya açıqlamasında Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Mehman Qaibov deyib.
O bildirib ki, struktur islahatları çərçivəsində Milli Məclis Aparatının 40-dan çox əməkdaşı işdən çıxarılıb: “Bir o qədər əməkdaş da İşlər İdarəsində tutduğu vəzifədən azad edilib”.
M. Qaibov deyib ki, bəzi ştatlar ləğv olunub, bəzi şəxslərin isə vəzifələri dəyişdirilib.
Unikal.org məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis kapitanı Seymur Quliyev vəzifəsindən azad olunaraq, DİN-nin Baş Tədqiqat və İstindaq idarəsində fəaliyyətə başlayıb.
Qeyd edək ki, Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.
Bu barədə Fonddan bildirilib.
Adil Əliyev 2005-2020-ci illər üzrə Milli Məclisin III, IV, V və VI çağırış deputatıdır və 10 mart 2020-ci ildə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri seçilib. Milli Məclisin Parlamentlərarası İttifaqdakı nümayəndə heyətinin rəhbəri, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun rəhbəridir. 2009-cu ildən Müstəqil Dövlətlər Birliyinin Müdafiə və təhlükəsizlik komitəsinin sədr müavinidir. Əvvəllər Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2019-cu il Sərəncamına əsasən ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Baş Nazir, Milli Məclis sədrinin müavini, Azərbaycan Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.
Bu barədə Milli Məclisin mətbuat katibliyindən verilib.
Mətbuat katibliyindən bildirilib ki, Ceyhun Əli bu gün kollektivə təqdim olunub.
“BakuPost” xəbər verir ki, Milli Məclisin spikeri Sahibə Qafarovanın əmri ilə bu posta tanınmış teleaparıcı Ceyhun Əli təyin edilib. Bu gün ərzində o, kollektivə təqdim olunacaq.
Maraqlıdır ki, bir neçə gün əvvəl bu vəzifəyə AzTV-nin aparıcısı Elnar Məmmədlinin təyin edilməsi ilə bağlı məlumat yayılmışdı.
Məsələ ilə bağlı Elnar Məmmədli “BakuPost”a bildirib ki, xəbərlər yayılsa da, onun təyinatı ilə bağlı rəsmi qərar olmayıb.
Bunu “Ölkə.Az”a açıqlamasında İmişlinin deputatı Razi Nurullayev DTX-nın İmişlidə həyata keçirdiyi əməliyyatı nəticəsində RİH başçısı Vilyam Hacıyevin saxlamasına mövqeyini açıqlayarkən deyib:
"İstəyirəm, Azərbaycanda şəffaflıq və abadlıq hökm sürsün, vətəndaşların hüquqları ən yüksək səviyyədə təmin olunsun: “Həyata keçirilən əməliyyata gəldikdə isə onu deyə bilərəm ki, bununla bağlı artıq müvafiq qurumlar araşdırmalar aparır”.
Son günlərdə ölkə başçısı tərəfindən fəaliyyətində ciddi nöqsanlara yol verən RİH başçılarına qarşı həyata keçirilən əməliyyatlar barədə mövqeyini açıqlayan R. Nurullayev hesab edir ki, korrupsiya və rüşvətxorluğa qarşı başladılan proses müsbət bir sonluqla nəticələnəcək: “Bu proses ölkədə inkişafa öz müsbət təsirini göstərəcək”.
O əlavə edib ki, prosesin uğurla başa çatması kadr siyasətindən də asılıdır: “Müasir dünya görüşünə malik, dövlətçiliyə bağlı kadrların irəli çəkilməsi başladılan prosesi sürətləndirəcək.
Bu məsələ ilə bağlı xüsusi bir məqamı da qeyd edim ki, biz bu məsələləri önə çəkmişik və bu məsələlərdə iqtidar-müxalifət arasında əməkdaşlığın daimi inkişaf etdirilməsinin tərəfdarı olmuşuq”- deputat bildirib.
R. Nurullayev hesab edir ki, bu gün ölkədə yeni bir siaysi dönəm başlayıb və bu mərhələdəki proseslərdə iqtidar müxalifət birlikdə iştirak etməlidir: “Belə olarsa aparılan siyasət müsbət nəticə verə bilər. Biz buna hazırıq. Siyasi sahədə islahatlar gedir. Danışıqlar gedir, ciddi yeniliklər var. Ümid edirəm ki, həyata keçirilən islahatlar öz müsbətnəticəsini verəcək”.