Spiker daha bir köməkçisini işdən çıxardı
Milli Məclis sədrinin köməkçisi Ruslan Şahbaz oğlu İsmayılov vəzifəsindən azad edilib.

Bu barədə parlament sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Qeyd edək ki, R.İsmayılov 2-ci dərəcəli dövlət müşaviridir.

“Ermənistanın cəhdləri bölgədə sülhün təmin olunmasına başlıca maneədir”
Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümünü ilə əlaqədar XİN-in Mətbuat xidməti idarəsinin açıqlama yayıb.

XİN-in açıqlamasında aşağıdakılar qeyd olunub:\

“18 may tarixində Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28 ili tamam olur.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonunun işğalı nəticəsində 237 nəfər həlak olub, 67 nəfər isə itkin düşüb. Bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77.700 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüz siyasətinin davamı olan bu işğal rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri məhv edilib. Həmçinin yerli və dünya əhəmiyyətli çoxsaylı tarixi abidə vandalizmə məruz qalıb. O cümlədən, 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edilib; Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib.

Təcavüzkar Ermənistan işğal etdiyi digər Azərbaycan ərazilərində olduğu kimi, Laçın rayonunda da beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq bu ərazidə qeyri-qanuni fəaliyyəti davam etdirir. Coğrafi adlar dəyişdirilir, rayonun təbii resursları talan edilir, qanunsuz infrastruktur dəyişiklikləri həyata keçirilir, burada məqsədyönlü məskunlaşma siyasəti aparılaraq bölgənin demoqrafik tərkibi dəyişdirilir.

Məlum olduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə Azərbaycanın Laçın rayonundan məcburi qovulmuş Azərbaycan vətəndaşlarının xeyrinə 2015-ci il 16 iyun tarixli qərar qəbul edilərək onların İnsan Hüquqları və Fundamental Azadlıqların qorunmasına dair Konvensiya üzrə mülkiyyət hüququ, şəxsi və ailə həyatına hörmət kimi hüquqlarının pozulduğunu təsbit edib. Həmçinin, bu qərarın 19-20-ci paraqraflarında Laçın rayonu, ələlxüsus Laçın şəhərinin hərbi hücuma məruz qalması, 1992-ci il may ayının ortalarında Laçının havadan bombardman edilməsi və bunun nəticəsində çoxlu sayda evlərin dağıdılması, şəhərin talan edilməsi və yandırılması, hərbi münaqişə dövründə Laçın və ətraf kəndlərin tamamilə dağıdılması öz təsdiqini tapıb.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələri, habelə digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan, münaqişənin sülh yolu ilə həlli pərdəsi arxasında Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarında işğala əsaslanan status-quo rejimini möhkəmləndirməyə çalışır və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdür.

Lakin, dəyişməyən bir həqiqət var; Laçın və işğal olunmuş Dağlıq Qarabağ və ətraf digər rayonlar da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır və Azərbaycan ərazilərinin işğalının nəticələri birmənalı şəkildə rədd edilir. Azərbaycan ərazilərinin hərbi işğal altında saxlanılması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların məqsədi münaqişənin nəticələrinin aradan qaldırılması, beləliklə də Azərbaycan torpaqlarının işğalına son qoyulması və etnik təmizləməyə məruz qalmış məcburi köçkünlərin fundamental hüquqlarının bərpa edilməsidir. Beynəlxalq hüquq, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və Paris Xartiyasında əks olunan norma və prinsipləri münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinin əsasını təşkil edir. Ermənistanın danışıqlar prosesinin əsassız şəkildə, yalan və saxtakarlıqla uzatması cəhdləri qəbuledilməzdir və bölgədə sülhün təmin olunmasına başlıca maneədir.

Münaqişənin ağır fəsadlarının aradan qaldırılması beynəlxalq ictimaiyyətinin öhdəliyi olmaqla yanaşı, BMT Nizamnaməsində təsbit edildiyi kimi Azərbaycan dövlətinin ayrılmaz hüququdur”.

Prezident istefaya göndərdi, Elçin Quliyev geri qaytardı

Xəbər verdiyimiz kimi, bu ilin fevral ayında Dövlət Sərhəd Xidməti rəisinin müavini - general-leytenant Əsgər Xəlilov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb. 

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev istefaya göndərilən general-leytenant Əsgər Xəlilovu özünə müşavir təyin edib.(unikal.org)

Prezidentin işdən çıxardığı 19 illik icra başçısı
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

N.İsmayılov 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib.

Sabiq icra başçısı buna qədər Göyçay, Şamaxı və Sabirabad rayonlarında 18 il icra başçısı kimi çalışıb. 

N.İsmayılov 1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Qeyd edək ki, icra başçısı və onun oğlu Anar İsmayılov barəsində mətbuatda müxtəlif zamanlarda tənqidi məlumatlar yer alıb. Belə ki, icra başçısısın oğlunun xaricdə mülk sahibi olması, bahalı maşınlar əldə etməsi haqda dəfələrlə xəbərlər paylaşılıb. 

Mədət Quliyevdən yeni təyinat
Müdafiə Sənayesi Nazirliyinə məxsus "Təhlükəsizlik və mühafizə idarəsi" MMC-yə yeni direktor təyin edilib.

 "Report" xəbər verir ki, bu, İlqar Məmmədovdur. O, bu vəzifədə ötən ay vəfat etmiş Akif Qorçubəylini əvəz edib. 

Qeyd edək ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevdir.

General Yaşar Əliyevə YÜKSƏK VƏZİFƏ verildi
Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinə müdir müavini təyin olunub.

Bu vəzifəyə Yaşar Əliyev təyinat alıb. O, həmçinin, həqiqi hərbi xidmətə qəbul olunub və ona general-leytenant hərbi rütbəsi verilib.

Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevdir.

Qeyd edək ki, Yaşar Əliyev bu təyinata qədər Azərbaycan Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb. APA

Mayın 15-də CİSCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Videokonfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər. (axar.az)

Deputat: “Azərbaycanın hücum diplomatiyası Ermənistana növbəti ciddi zərbə vurdu”
“Avropa İttifaqı Şurasının 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti ilə bağlı yekun qərarı Azərbaycan üçünböyük əhəmiyyət kəsb edir. Bu sənəd dövlət və milli maraqlarımıza cavab verir”.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa İttifaqı Şurasının 11 may qərarını şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqı Şurasının təsdiqlədiyi bu sənəd Aİ-nin Şərq Tərəfdaşlığı siyasətinin prioritetlərini müəyyənləşdirir. Aİ üzv ölkələrlə münasibətlərini məhz bu sənəddə yer alan prinsiplər əsasında davam etdirəcək. 

S.Fətəliyeva bildirib ki, bu qərarın 2-ci bəndində Şərq Tərəfdaşlığının siyasi və hüquqi əsasları, o cümlədən ən vacib fəaliyyət prinsipləri əks olunur: “Belə ki, Aİ Şurası Avropa Qonşuluq Siyasətinin spesifik regional “ölçüsü” olan Şərq Tərəfdaşlığının strateji əhəmiyyətini bir daha vurğulayaraq, vahid demokratiya, rifah və sabitliyin ümumi məkanının qurulması ilə bağlı birgə öhdəliyi yenidən təsdiq edir. Eyni zamanda, Aİ Şurası Şərq Tərəfdaşlığı məkanının fəaliyyətinin əsaslarını müəyyən edən ortaq öhdəliklər sırasında Helsinki Yekun Aktının və ATƏT-in Paris Nizamnaməsinin prinsiplərində də qeyd olunduğu kimi, ərazi bütövlüyü, müstəqillik və suverenlik daxil olmaqla, beynəlxalq nizama, beynəlxalq hüquqa əsaslanan qaydalara, həmçinin fundamental dəyərlərə, azlıqlara mənsub şəxslərin hüquqları daxil olmaqla, bütün şəxslərin insan hüquqlarına və fundamental azadlıqlarına hörmət, demokratiya, qanunun aliliyi, yaxşı idarəçilik, gender bərabərliyi, davamlı inkişaf və bazar iqtisadiyyatına dair Aİ-nin ortaq öhdəliklərini təsbit edir. Təbii ki, bu amil işğalçı Ermənistanın mövqeyinə ziddir. Çünki hər zaman Ermənistan ərazi bütövlüyü məsələsini aqressiya ilə qarşılayır və işğalçı siyasətini davam etdirməyə çalışır”.

Deputat əlavə edib ki, Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın torpaqlarının bir hissəsini hələ də işğal altında saxlayır. “Aİ Şurasının qərarında ərazi bütövlüyü məsələsinin təsbit olunması Ermənistanın işğalçı mövqeyinə ciddi zərbə vurur. Bu sənəd Azərbaycan diplomatiyasının növbəti ciddi uğuru, Ermənistanın isə diplomatik cəbhədə daha bir məğlubiyyətidir. Bütövlükdə, bu fakt Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu xarici siyasətin əyani nümunəsi, eləcə də ölkəmizin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Beləliklə, Azərbaycanın hücum diplomatiyası növbəti dəfə işğalçı Ermənistana ciddi zərbə vurdu”- deutat bildirib.

Ramil Usubovun qudası İŞDƏN ÇIXARILDI
Xətai rayon prokuroru Yusif İldırımzadə təqaüdə göndərilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Qeyd edək ki, Y.İldırımzadə sabiq Daxili İşlər naziri, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubovun qudasıdır. Yusif İldırımzadə lisenziyası ləğv edilən “Amrahbank” ASC-nin Müşahidə Şurasının sədri Yunis İldırımzadənin qardaşıdır. azsabah.com

undefined

undefined

Güvənli, qayğıkeş və cəsur Azərbaycan polisi haqqında  - QEYDLƏR
Koronavirusla mübarizədə ön cəbhədə savaşan polisə həsr olnur

Bənd-bənd yazdıqlarım Azərbaycan polisi haqqında çoxlarının son 3 ayda düşüncələrini əks etdirir. Və mən düşündüm ki, polisə olan mənəvi borcumu bu yazıyla ödəyim.

Bu gün onlar dövlət tərəfindən hər şeylə təmin olunub. Amma mənəvi dəstəyə hər zaman ehtiyac var. Koronavirusla mübarizədə bütün dünya ciddi mübarizə aparır, döyüşür. Azərbaycanda da bu mübarizəni və döyüşü həkimlərlə yanaşı polisimiz aparır. Odur ki, rəisindən tutmuş sıravi əməkdaşının da ön sırada olduğu polis haqqında düşüncələrimi qeyd etməyi vacib sayıram. Bu gün Azərbaycan polisi insanları qorumaq üçün; - post qurub bizə keşik çəkir - 24 saat küçə və yollarda xidmət aparır.

 

- insanları maarifləndirir

- onlara pulsuz tibbi maska, əlcək paylayır

- metroda, avtobusda insanları qorumaq üçün nəzarət tədbirlərini həyata keçirir

- insanları qoruyarkən özləri virusa yoluxur

- imkansız ailələrə yardımlar aparır

- karantin qaydasını pozanlarla əvvəlcə təbliğat xarakterli söhbət aparır

- daha sonra qayda pozanları cəzalandırır

- yolda qalanlara kömək edir

- yanğın baş verəndə yanğınsöndürən olur

- ağır yaralı və ya xəstə olanda təcili yardım sürücüsü kimi onu xəstəxanaya aparır.

Bütün bunlarla yanaşı gündəlik işlərini də davam etdirirlər;

- cinayətkarlığa qarşı mübarizə aparır

- narkotiklərə qarşı mübarizədə amansızdır

- yollarda qəzaların baş verməməsi, qayda pozanların çoxalmaması üçün gərgin iş görür

- bu gərgin dövrdə vətəndaş müraciətlərinə dərhal baxılır

- sosial şəbəkələrdə, mediada yayılan istənilən xəbərə dərhal reaksiya verir

- TV-də, sosial şəbəkələrdə, mediada insanları dayanmadan informasiya ilə təmin edir

- hara baxsaq polisi görürük

- ən gərgin nöqtələrdə hamıdan öndədir

- bu qədər gəgin iş rejimində vətəndaşlarla xoş davranır

- səbrli, təmkinli və cəsarətli davranır.

Bizi qorumaq üçün daha nələr etmirlərki?

Bütün bunlar əsas verir ki, biz birlikdə güclü olaq və deyək:

Yaşasın Azərbaycan polisi

Var olsun Azərbaycan polisi

Səninlə qürur duyuram bizim polis...