Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov “Salyan postu”nun komandirini işdən çıxarıb.
Nazirin müvafiq əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 10-cu tağımının komandiri, polis mayoru Vüqar Kərimli tutduğu vəzifədən azad edilib. /Unikal.org/
Sərəncamla Qusar rayonunun Zuxul kəndində həyətyanı sahələrin və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 652 000 (altı yüz əlli iki min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Bu gün keçirilən iclasda həmçinin “İstehsalat və məişət tullantıları haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” və “Bələdiyyələrin su təsərrüfatı haqqında” qanunlara dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsinin üçüncü oxunuşda müzakirə olunacaq.
Oxu.az məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.
Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinin Əməliyyat üzrə rəis müavini, polis mayoru İsa Çıraqov vəzifəsindən azad olunub.
O, Zaqatala Rayon Polis Şöbəsinin istintaq bölməsinə müstəntiq təyin edilib.
“Xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılmalıdır. Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir”. Bunu Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib. Dövlət başçısı bildirib ki, artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır: “Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub. Biz bu vəsaiti ona görə ayırırıq ki, bu gün özünə iş tapa bilməyən adam heç olmasa minimum əməkhaqqı səviyyəsində əməkhaqqı alsın, evinə çörəkpulu aparsın. Bunlar ona da göz dikiblər. Yəni, gözləri doymur. Bu, bir xəstəlikdir və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksək vəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi. Ödəniş kartlarının, sosial yardımın oğurlanması bu cinayətin hələ cüzi bir hissəsidir.
Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm.
Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar”.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin genişləndirilməsi üçün Hacıqabul rayonu ərazisində 40 hektar torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilərək, sənaye təyinatlı torpaqlar kateqoriyasına keçirilməsini iki ay müddətində təmin etmək tapşırılıb. Həmçinin nəzərdə tutulmuş torpaq sahəsi icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Hacıqabul Rayon İcra Hakimiyyəti isə nəzərdə tutulmuş torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı bir ay müddətində Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır.
Oxu.az məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Elnur Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovun müavini təyin olunub.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Fərmana əsasən, Prezident Administrasiyasında vətəndaşların qəbulu sahəsində operativliyin təmin edilməsi və vətəndaş müraciətlərinə baxılma işində səmərəliliyin artırılması məqsədilə “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili Qaydası” təsdiq edilib.
Bunu Prezident İlham Əliyev mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib: "Mən qeyd etdiyim kimi, bu sahədə aparıcı beynəlxalq təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı bizim işlərimizə yüksək qiymət verir. Təkcə o qalıb ki, vətəndaşlar məsuliyyət və nizam-intizam göstərsinlər. Əlbəttə, nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir. Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm, məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək".
"Mən əminəm ki, biz buna nail olacağıq. Çünki artıq neçə aydır ki, bu pandemiya bütün dünya üçün böyük problemdir. Amma bu günə qədər vəziyyəti nəzarət altında saxlamaq doğrudan da böyük nailiyyət hesab oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, indiki şəraitdə cəmiyyətdə mövcud olan həmrəylik bəlkə ən yüksək səviyyədədir. Çünki bütün cəmiyyət bu mübarizədə birləşib.
Fürsətdən istifadə edərək özəl sektorun nümayəndələrinə, ictimai təşkilatlara, ayrı-ayrı adamlara bir daha təşəkkürümü bildirmək istəyirəm, həm ianələrə, həm vətəndaşlara göstərdikləri yardımlara, həm də bu qısa müddət ərzində tibbi sənayeni bizim maraqlarımıza uyğun şəkildə təşkil etdiklərinə görə. Bu gün ehtiyac içində yaşayanlara da özəl sektor, ictimai təşkilatlar tərəfindən yardım göstərilir. Onların arasında birinci yerdə əlbəttə ki, Heydər Əliyev Fondu dayanır. Fond, ayrı-ayrı adamlar ehtiyacı olan insanlara kütləvi surətdə kömək göstərirlər, kimin imkanı nəyə çatır etməlidir. Bu, bizim xalqımıza xas olan ən yüksək keyfiyyətləri bir daha göstərir. Ümid edirəm ki, pandemiya gec-tez sona çatacaq, ondan sonra bu həmrəylik ovqatı, həmrəylik əhval-ruhiyyəsi cəmiyyətimizdə daha da güclənəcək", - İlham Əliyev qeyd edib.
"Ölkə.Az"ın avtosfer.az-a istinadən məlumatına görə, bu günlərdə bütün şüşələri tünd plyonka ilə örtülmüş avtomobil Daxili İşlər Naziri Vilayət Eyvazovun qarşısına çıxıb. Hətta ön şüşəsinə belə plyonka vurulmuş avtomobil ilə maraqlanan nazir sürücünün polis əməkdaşı olduğunu öyrənib. Bundan sonra isə Vilayət Eyvazov bütün polislərin şəxsi avtomobillərindən ümumiyyətlə plyonkanı sökməsi ilə bağlı göstəriş verib.
Hazırda polislər şəxsi maşınlarından plyonkaları sökür.