Bununla əlaqədar dövlət başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.
Məktubların bir neçəsini təqdim edirik:
Samux rayonundan Azərbaycanın Milli Qəhrəman Eltun İsgəndərovun valideynləri Xaləddin İsgəndərov və Münəvvər İsgəndərova Azərbaycan xalqının çətin bir dövründə göstərdiyi vətənpərvərliyinə görə dövlət başçısına təşəkkür ediblər:
"Möhtərəm cənab Prezident, xalqımızın və bütün dünyanın ağır sınaqdan keçdiyi bir dövrdə göstərdiyiniz vətənpərvərlik mövqeyinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hətta dünyanın ən güclü dövlətlərinin belə tədbir görməkdə gecikdiyi zamanda Sizin göstərdiyiniz qayğı və diqqət bizim bu sınaqdan da üzüağ çıxmağımızın göstəricisi və qarantıdır. Siz insanlara çox kömək edirsiniz. Bunu hamı bilir. Allah Sizdən razı olsun. Koronavirusla əlaqədar xalqa müraciətiniz bir daha göstərdi ki, Siz xalqın yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda insanlara ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciət çox vacib idi və Siz bunu etdiniz. Biz bir daha əmin olduq ki, ən çətin məqamda belə güvənə biləcəyimiz Prezidentimiz var. Ulu Tanrı Sizi qorusun. Nə yaxşı ki, varsınız".
Azərbaycanın daha bir Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov da Prezident İlham Əliyevə təşəkkür edib:
"Hörmətli cənab Prezident, Siz polad biləkli, geniş ürəkli, uzaqgörən bir sərkərdəsiniz. Bunu Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sübut edir. Məhz bu tədbirlər xalqımızı acı nəticələrdən qorudu. Sərhədlərin vaxtında bağlanması, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, yeni açılan xəstəxananın xəstələrin istifadəsinə verilməsi az itki ilə vəziyyətdən çıxmağımıza xidmət etdi. Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, tənha və aztəminatlı insanlara ayrılan diqqət Sizin hər bir azərbaycanlının Prezidenti olmağınızı sübut edir. Çıxışlarınızı izləyirəm. Xalqımız Sizin və Mehriban xanımın açdığı yolla irəlilədikcə xalqla dövlət arasında birlik də möhkəmlənir. 2018-ci ildə dekabrın 24-də Sizinlə görüş zamanı sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram. Bu qayğını indi də çıxışlarınızda, çağırışlarınızda hiss edirik. Cənab Prezident, Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı, işlərinizdə yüksək zirvələr arzulayıram. Ulu Tanrı Sizi qorusun".
Şəki şəhər 12 nömrəli tam orta məktəbin kollektivi adından Nəzakət Qəhrəmanzadə və Vüqar Qəhrəmanzadənin Prezidentə yazdıqları təşəkkür məktubunda deyilir:
"Hörmətli Prezidentimiz cənab İlham Əliyev, bu gün Yer kürəsini öz ağuşuna almış bu pandemiya zamanı hər bir vətəndaşımızın sağlamlığını düşünüb qətiyyətli addımlar atır, xalqımızın təhlükəsizliyi naminə əlinizdən gələni edirsiniz. Ölüm və yoluxma hallarını digər ölkələrlə müqayisə etdiyimiz zaman bunu açıq şəkildə görmək mümkündür. Bu xəstəliklə mübarizə aparmaq üçün gördüyünüz qabaqlayıcı tədbirlərlə, qəbul etdiyiniz qətiyyətli qərarlarla bizlərə qürur hissi yaşatdınız. Xalqımızı bu bəladan qoruduğunuza və çətin zamanımızda gördüyünüz bütün bu təxirəsalınmaz tədbirlərə görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlıq edir, təşəkkürümüzü çatdırırıq".
Neftçala rayonundan Fərhad Baxışov yazır:
"Hörmətli cənab Prezident, koronavirus pandemiyası elə bir qlobal çağırışa səbəb oldu ki, dünya birliyinin bütün üzvlərini eyni amal uğrunda səmimi niyyətlə birləşməyə sövq etdi. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər nümunəvi model kimi ixrac olunur. Dünyanın aparıcı dövlətləri virusla mübarizədə acizlik nümayiş etdirdikəri halda, Sizin ardıcıl və hesablanmış qərarlarınız sayəsində ölkəmiz infeksiyanın pik həddini geridə qoymuşdur. İnsanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi fəallığın azaldığı və neftin qiymətinin kəskin düşdüyü halda əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində qəbul etdiyiniz qərarlar, verdiyiniz tapşırıqlar kiçikdən-böyüyə hər kəsin sevincinə səbəb olur. Bizim sağlamlığımızı, təhlükəsizliyimizi, maliyyə imkanlarımızı, bir sözlə, həyatımızı qoruduğunuz üçün sizə təşəkkür edirik. Bütün Azərbaycan xalqı Sizə inanır, arxayındır və minnətdardır".
Sərəncama əsasən, İ.Quliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
O, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə təltif olunub.
Bu məqsədlə Azərbaycanın bütün regionlarından Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdədir.
Həmin müraciətlərin bir qismini təqdim edirik.
Bakı sakini, Füzuli rayonundan məcburi köçkün Ülkər Fərzəliyeva yazır:
“Hörmətli Prezidentimiz cənab İlham Əliyev. Mən, ilk növbədə, Sizə salamlarımı çatdırıram. COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə gördüyünüz işlərə və qabaqlayıcı tədbirlərə görə Sizə təşəkkürümü bildirirəm.
Koronavirus böyük bəladır, ancaq əminik ki, Azərbaycan xalqı bu virusdan az zərərlə qurtulacaq. Çünki bizim Sizin kimi Prezidentimiz var. Sizi bu xalqa bəxş edən ata və ananıza Allah rəhmət eləsin.
Həkimlərimizin və polis əməkdaşlarının koronavirus tədbirlərinə qarşı mübarizədə gördükləri işləri yüksək qiymətləndirdiyinizə görə də Sizə təşəkkürümü bildirirəm. Onlar insanların koronavirus xəstəliyinə tutulmamaları üçün bütün güclərini səfərbər ediblər. Bunların hamısı Sizin hər bir sahədə çalışan insanlara göstərdiyiniz qayğının, gördüyünüz qabaqlayıcı tədbirlərin nəticəsidir.
Atalar sözü var: “El gücü sel gücüdür”. Biz hamımız birləşərək, COVID-19 pandemiyasına qalib gəlməkdəyik. Allah Sizə və ailənizə cansağlığı versin. Azərbaycan xalqının başı üzərindən əskik olmayasınız. Günəş işığı kimi tükənməyəsiniz. Çox sağ olun”.
Biləsuvar rayonundan İsmayıl Əlili məktubunda bildirir:
“Möhtərəm cənab Prezident.
Mən Biləsuvar rayon 4 saylı orta məktəbin 8-ci sinif şagirdiyəm. Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Respublikamızda koronavirus pandemiyasına qarşı gördüyünüz tədbirlər müsbət nəticələrini göstərməkdədir. Məktəblilər evdə qalsalar da, dərsdən qalmırlar. Təhsilimizi onlayn formada davam etdiririk. Bu, bizim üçün bir təcrübə oldu. Ancaq sözün düzü, məktəbin yerini tam verə bilməz. Məktəb üçün çox darıxmışam. Məktəbə qayıdacağım günü səbirsizliklə gözləyir və bunun həvəsi ilə yaşayıram. Əminəm ki, Siz tezliklə bu həsrətimizi sona çatdıracaqsınız. Koronavirus təhlükəsi birdəfəlik aradan qalxacaq və biz şagirdlər əvvəlki günlərə qayıdacağıq.
Orta məktəb şagirdi olaraq, bir daha Sizə dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, məktəbə qayıtdıqdan sonra dərslərimə məsuliyyətimi daha da artıracağam. Sizi çox istəyirəm, mənim əziz Prezidentim!”
Bərdə rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov qeyd edir:
“Hörmətli cənab Prezident.
Koronavirus infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması üçün Sizin rəhbərliyinizlə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən operativ və qabaqlayıcı tədbirlər uğurla nəticələnib ki, bu da dünyanın ən inkişaf etmiş ölkələri üçün nümunədir. Bu xəstəliyin yayılması ilə əlaqədar bütün ölkələrin, o cümlədən dövlətimizin maliyyə itkilərinə məruz qalmasına baxmayaraq, hər zaman olduğu kimi, bu ağır günlərdə də Sizin Azərbaycan vətəndaşına, Azərbaycan sahibkarlarına göstərdiyiniz diqqət və qayğı bir daha təsdiqlədi ki, ümummilli liderimiz Heydər Əliyev dühasının layiqli davamçısı olaraq əsas məramınız yalnız Azərbaycan dövlətinin və onun vətəndaşının mənafeyidir.
Bütün bunlara görə Bərdə Rayon Ağsaqqallar Şurasının üzvləri, həmçinin bütün bərdəlilər adından Sizə təşəkkürümüzü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Möhtərəm Prezidentimiz, Sizə inamımız böyük və sonsuzdur”.
Balakən rayonundan Günel Xəlilova yazır:
“Möhtərəm cənab Prezident.
COVID-19 pandemiyasına qarşı aparılan bu ümumxalq mübarizəsində xalqımızın sağlamlığını ən vacib amil hesab etməyiniz biz səhiyyə işçilərini sevindirir. Bu çətin və böhranlı günlərdə Azərbaycan xalqının həmrəyliyi bizi çox qürurlandırır. Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində insanlarımızın sağlamlığının qorunması üçün hər cür lazımi şərait yaradılır. Balakən RMX artıq bir aydır ki, zona üzrə pandemiya xəstəxanası kimi fəaliyyət göstərir. Hazırda COVID-19 infeksiyasına yoluxmuş xəstələrin müayinə və müalicəsi, həmçinin bizim xəstəxanamızda da davam etdirirlir. Sevindirici haldır ki, sağalaraq evə yazılan xəstələrimiz az deyil. Burada istər tibb personalı, istərsə də xəstələr üçün hər cür şərait yaradılıb və lazımi avadanlıqlarla təchiz olunub.
Cənab Prezident, Sizin bu çətin və ağır vəziyyətdə Azərbaycanın səhiyyə işçilərinə göstərdiyiniz dəstək və qayğı sayəsində biz tibb işçiləri əzmlə, yorulmadan çalışırıq və bu çətin sınaqdan uğurla çıxacağımıza inanırıq. Ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizənin çox yüksək səviyyədə təşkil edilməsinə görə kollektivimiz və bütün balakənlilər adindan Sizə dərin təşəkkürümüzü bildiririk. Biz birlikdə güclüyük!”
Yardımlıdan Balaxan Mayılov bildirir:
“Möhtərəm Prezident. Mənim 94 yaşım var. Ömrümün ahıl çağlarını yaşayıram. Ağlım kəsəndən zəhmət çəkmişəm, çoxlu rəhbərlər görmüşəm. Tam səmimiyyətlə deyirəm ki, mərhum atanız və Siz xalqın qəlbində əbədi yer tutmuş insanlarsınız.
Bu çətin dövrdə, xəstəliyin tüğyan etdiyi bir vaxtda gördüyünüz işlər, həyata keçirdiyiniz tədbirlər bir daha sübut edir ki, Siz təkcə müdrik və uzaqgörən bir rəhbər, lider deyil, həm də qəlbi hər bir vətəndaşın ürəyi ilə döyünən həssas bir insansınız.
Siz bu günlərdə xalqımızın rifahı üçün atdığınız addımlarla özünü müxalifət adlandıranların ümidlərini puç etdiniz. Allah Siz və xalqımızı qorusun”.
Masallı rayonunun Qasımlı kənd sakini Şəmsəddin Şükürov məktubunda qeyd edir:
“Əziz Prezident.
Sizin sayənizdə Azərbaycan koronavirusun az yayıldığı və əhaliyə sosial dəstəyin yüksək səviyyədə olduğu ölkələrdən biridir. Pandemiya ilə mübarizədə bütün güclü dövlətlərdən əvvəl gördüyünüz qabaqlayıcı tədbirlər tez bir zamanda faydasını verdi. Bütün bunlar biz vətəndaşların sağlamlığı üçün planlaşdırılıb. Axı, həyatda insandan, insan həyatından qiymətli heç nə yoxdur. Siz uşaqdan böyüyə kimi hamını düşünürsünüz. Tələbələri, iş adamlarını Vətənə qaytardınız, hər bir şəxsə fərdi yanaşma tətbiq edildi. Sizin humanist və qayğıkeş insanlıq meyarlarınız dünyadakı bütün azərbaycanlıların qürur mənbəyidir. Uğurlarınıza, qələbənizə sevinirik və Ümummilli Liderin təbirincə desək, indi hamımız bir nəfər kimi fəxr edirik ki, biz azərbaycanlıyıq. Bu gün Sizin sayənizdə üçrəngli bayrağımız ən uca zirvələrdə dalğalanır.
Hörmətli cənab Prezident, Sizin bütün dialoq və çıxışlarınız, xüsusilə Münhen Təhlükəsizlik Konfransındakı tarixi, intellektual, heyrətamiz çıxışınız məni də bir insan kimi valeh etdi. Bütün bunlara görə Sizə minnətdarlığımı ifadə edirəm. Mən öz vətəndaşlıq duyğularımı Sizə bildirirərək demək istəyirəm ki, Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Bu millətin Prezidenti yalnız Siz ola bilərsiniz və öz işlərinizlə, çoxşaxəli fəaliyyətinizlə bunu sübut edirsiniz. Biz Sizə inanırıq, cənab Prezident!
Məsuliyyətli və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Həmişə Allahın nəzərində olasınız”.
Sumqayıt şəhərindən Haqverdi İsgəndərov yazır:
“Hörmətli cənab Prezident.
Sizin hər bir işiniz xalq tərəfindən bəyənilir və dəstəklənir. Eyni zamanda, dünya liderləri arasındakı siyasi nüfuzunuz getdikcə artmaqdadır.
Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğınızın, uğurlu daxili və xarici siyasəətinizin nəticəsidir ki, biz məcburi köçkünlər tezliklə doğma Laçınımıza qayıtmaq eşqi ilə yaşayırıq.
Hazırda dünyada yayılmış COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün təcili və təxirəsalınmaz işlər görürsünüz. Hətta imkansız və işsiz insanlara maddi yardımları artırır, onların sosial vəziyyətini diqqət mərkəzində saxlayırsınız. Buna görə Laçın rayonundan məcburi köçkünlər adından və ailəmizin adından müstəqil Azərbaycanımızın daha da inkişafı istiqamətində hər bir işinizdə Sizə nailiyyətlər arzu edirəm”.
Qusardan Səbinə Hüseynova bildirir:
“Möhtərəm cənab Prezident.
Bu gün Azərbaycan xalqı çətin sınaq qarşısındadır. Xalqımız bütün dünyanı cənginə almış pandemiya ilə mübarizə aparır. Sizin özünütəcrid çağırışlarınıza əməl edərək, xəstəliyin yayılmasının qarşısının alınması üçün hər birimiz daha intizamlı olmağa, qoyulan qaydalara əməl etməyə çalışırıq. Çünki bu xəstəliyin dünya ölkələrində səbəb olduğu itkiləri görürük. Pandemiyanın yayılmağa başladığı ilk günlərdən bu məsələyə göstərdiyiniz xüsusi diqqət, çevik münasibət, səhiyyə sisteminin, həmçinin bütün dövlət qurumlarının səfərbər olunması və digər qabaqlayıcı tədbirlər xalqımız ağır itkilərlə üzləşməkdən xilas etdi. Pandemiyaya qarşı mübarizə, eləcə də adət etdiyi həyat tərzini dəyişərək təcrid şəraitində yaşayan xalqımıza sosial xidmətlərin, maddi dəstəyin göstərilməsi ilə bağlı sərəncamların imzalandığını, sosial paketlərin icra edildiyini görürük. Qusar rayonunda yaşayan aztəminatlı ailələrə, imkansız və işsiz vətəndaşlara, yaşlı nəslin nümayəndələrinə müxtəlif yardımlar göstərilir. Bu, bizi çox sevindirir. Sizin daim insanlarımızın yanında olmağınız, çətin gündə öz diqqət və qayğınızı əsirgəməməyiniz xalqını sevən hər bir vətəndaşa, eləcə də biz gənclərə gözəl bir nümunədir. Biz qusarlı gənclər də Sizdən nümunə götürməyə, pandemiyaya qarşı mübarizəyə öz töhfəmizi verməyə çalışırıq.
İnanırıq ki, Sizin ətrafınızda sıx birlik nümayiş etdirməklə biz bu sınaqdan da uğurla çıxacağıq.
Cənab Prezident, xalqımızın bu çətin günlərində nümayiş etdirdiyiniz əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə Sizə minnətdarlığımızı bildiririk”.
Bakı sakini Rüfət Salmanzadə qeyd edir:
“Hörmətli cənab Prezident.
Dünya birliyinin mürəkkəb siyasi və iqtisadi proseslərlə üzləşdiyi bir vaxtda Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi və mədəni inkişafı, müstəqilliyinin və beynəlxalq nüfuzunun güclənməsi əsasları üzərində möhkəm dayanmış sabitlik adasıdır.
Dünyanı bürüyən koronavirus bəlası sanki insan cəmiyyətlərini və fərdləri sınaqdan çıxarır. İnsanlıq ciddi imtahan qarşısındadır. Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dünyanı cənginə alan infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması məqsədilə atdığınız addımlar, həyata keçirdiyiniz siyasət, etdiyiniz müraciətlər, gördüyünüz qabaqlayıcı tədbirlər, əhalinin sağlamlığının qorunması üçün aparılan işlər biz gənclər tərəfindən yüksək qiymətləndirilir.
Uğurlu siyasətiniz nəticəsində Azərbaycan regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və dünyada öz sözünü deyən dövlət kimi qəbul olunur.
Siz pandemiya ilə mübarizədə bütün ölkələrdən tez addım atdınız, məktəbləri, sərhədləri vaxtında bağladınız və bununla da, virusun Azərbaycanda yayılmasının qarşısını aldınız. Görülən bu işlər təkcə əhali tərəfindən deyil, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir.
Bu çətin günlərdə dövlətimiz, xalqımız üçün göstərdiyiniz fədakarlıq, yorulmaz səyləriniz bir gənc olaraq məni qürurlandırır. Azərbaycan böyüklüyündə bir ailənin qayğısını çəkdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və ali dövləti vəzifənizdə uğurlar arzu edirəm. Ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Qoy, Ucaq Allah Sizə bütün işlərinizdə uğurlar, rifah və möhkəm cansağlığı nəsib etsin”.
Digər paytaxt sakini Vüqar Əsədov məktubunda yazır:
“Hörmətli cənab Prezident. Koronavirus pandemiyasının dünyada yaratdığı makroiqtisadi problemlər və bu problemlərin dünya ölkələrinin iqtisadiyyatında və digər sahələrdə səbəb olduğu mənfi təsirlər hamıya məlumdur. Lakin bu çətin durumda Sizin xalqın önündə gedərək, daim onunla birlikdə olmağınız, ölkəmizdə maddi yardıma ehtiyacı olan hər bir vətəndaşı nəzərə almaqla iri şirkətlərin də bu mənfi təsirlərdən ziyansız ötüşməsi istiqamətində addımlar bizdə dövlətimizin və xalqımızın bu çətin vəziyyətdən üzüağ çıxacağına inamı daha da artırıb.
Sizin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Sərəncamınız və həmin Sərəncamın icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Qərarı ölkəmizin bütün iş adamlarının və sahibkarlarının rəğbətinə səbəb oldu.
Koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlar, o cümlədən “Prometal” MMC-yə göstərdiyiniz maddi və mənəvi dəstəyə görə kollektivimiz adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk”.
Bakı sakini Əjdər Cəfərov bildirir:
“Hörmətli cənab Prezident.
Ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün göstərdiyiniz çevikliyə, hər bir azərbaycanlını öz doğmanız və yaxınınız kimi gördüyünüzə, hər an bizimlə olduğunuza görə Sizə minnətdaram. Sizin Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, ən müasir avadanlıqlarla təchiz edilmiş "Yeni klinika" tibb müəssisəsinin, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılması, xüsusi karantin rejimi çərçivəsində atılan qabaqlayıcı addımlar, istər sahibkarlara, istərsə də işsizlərə və mövcud vəziyyətdən zərər çəkən digər şəxslərə dövlət dəstəyinin, maddi yardımın göstərilməsi bir daha sübut etdi ki, Siz hər zaman Azərbaycan xalqının sağlamlığını və təhlükəsizliyini düşünür, məhz bunun üçün yorulmadan çalışırsınız. İnanıram ki, Sizin doğru qərarlarınız, uzaqgörən siyasətiniz və dövlət qurumlarının birgə fəaliyyəti sayəsində Azərbaycan xalqı tezliklə bu xəstəlikdən ən az itki ilə qurtulacaq.
Bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm, cənab Prezident!”
Masallıdan Cəsarət Əzizov qeyd edir:
“Hörmətli cənab Prezident.
Mən 30 hektar sahədə çiyələk becərilməsi ilə məşğul oluram. Ölkədə karantin rejimi elan olunanda işçilərimin işə gələ bilməyəcəklərinə görə məhsulun sahədə qalıb çürüyəcəyini və nəticədə, mənə külli miqdarda ziyan dəyəcəyini düşünürdüm. Bu da məni çox narahat edirdi. Lakin Sizin tapşırığınız əsasında fermerlərin və digər zəhmətkeşlərin müəyyən olunmuş qaydalara əməl etməklə fəaliyyətinə icazə verilməsi məni çox sevindirdi. İndi min bir əziyyətlə yetişdirdiyimiz məhsulu yığaraq rahat şəkildə bazara çıxara bilirik. Sahədə mənimlə birlikdə çalışan işçilər də ailələrinə gündəlik olaraq qazanc apara bilirlər.
Cənab Prezident, buna görə həm ailəm adından, həm də kollektivimizin adından Sizə dərin minnətdarlığımızı bildirirəm”.
Əhalinin Prezidentə müraciətləri xalq-iqtidar birliyinin göstəricisidir. Məktubların mətnindən görünür ki, Azərbaycanda yaşından, sosial statusundan asılı olmayaraq, hamı Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
Sərəncamla Azərbaycan – Rusiya Federasiyası dövlət sərhədində “Xanoba” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun uzunluğu 23,5 km olan hissəsinin 4 zolağa genişləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 30,0 (otuz) milyon manat ayrılıb.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, virtual görüş Azərbaycanın Mədəniyyət naziri, BMT baş katibinin ali nümayəndəsi, İSESKO-nun baş direktoru, UNESKO və digər qurumların nümayəndələrinin iştirakı nazirliyin “Facebook” səhifəsi üzərindən canlı yayımlanıb.
Virtual görüş COVİD-19 pandemiyası ilə əlaqədar hazırkı böhranın insanlar və mədəniyyətlər arasındakı münasibətlərə təsirlərini müzakirə etmək, bu şəraitdə effektiv dövlətlərarası və mədəniyyətlərarası əməkdaşlıqla bağlı fikir mübadiləsi aparmaq məqsədilə keçirilib.
Görüşü açan Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü ötən müddətdə qlobal mahiyyət qazanıb. 2011-ci ildən etibarən (iki ildə bir olmaqla) “Bakı Prosesi” çərçivəsində beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu, altı dəfə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Azərbaycan paytaxtı 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib.
Nazir bildirib ki, BMT tərəfindən “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində əsas qlobal platforma elan edilib.
Ə.Qarayev çıxışında həmçinin Azərbaycanda COVID-19 virusu ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib, mədəniyyət və yaradıcılığın dəstəklənməsi üçün də 20-dən çox layihənin həyata keçirildiyini diqqətə çatdırıb.
Görüşdə BMT baş katibinin ali nümayəndəsi Migel Moratinos Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə belə bir qlobal təşəbbüsə görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, pandemiyanın yaratdığı vəziyyətə görə bütün əvvəlki planları həyata keçirmək mümkün olmasa da, bu humanitar böhranın qarşısını almaq üçün həmrəylik nümayiş etdirməliyik.
İCESKO-nun baş direktoru Salim Al Malik İCESKO-Azərbaycan əlaqələrinin inkişafına göstərilən dəstəyə görə ölkəmizin rəhbərliyinə təşəkkürünü ifa edib. Qurumun rəhbəri İCESKO tərəfindən COVID-19 virusu ilə mübarizə üçün bir sıra layihə və müsabiqələrin elan edildiyini, xüsusilə rəqəmsal inkişafla bağlı mühüm addımların atıldığını diqqətə çatdırıb.
UNESKO-nun nümayəndəsi Ann Belinda Preis təşkilatın “Bakı Prosesi”nə sadiqliyini ifadə edərək qurum tərəfindən “ResiliArt” (dözümlü incəsənət) beynəlxalq çağırışının elan edildiyini, UNESKO-ya üzv dövlətlərin Mədəniyyət nazirlərinin onlayn görüşünün keçirildiyini vurğulayıb.
Panelin digər iştirakçıları tərəfindən mövcud vəziyyətlə əlaqədar maraqlı təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılıb. Çıxışlarda ölkələr arasında keçmişdə qurulmuş mədəni əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Sonda virtual görüşün müzakirəsinin xüsusi hesabatının hazırlanması və gələcək əməkdaşlıqla bağlı yeni yol xəritəsinin təqdim edilməsi qərara alınıb. Görüşün nəticələri barədə ətraflı hesabat yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.
Sənədi Ombudsman Səbinə Əliyeva təqdim edir.
O Ombudsman institutunun ötən il ərzində gördüyü işlər, qarşıda duran vəzifələrə barədə məlumat verir. O eyni zamanda Azərbaycanda insan hüquqlarının daha səmərəli şəkildə müdafiəsini təmin etmək barədə təkliflərini səsləndirib.
Bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Tahir Kərimli səsləndirib.
Onun sözlərinə görə, bir nəfər 1965-ci ildə Qərbi Azərbaycana bir qonaq gəlib: “Krasnoselski rayonunun birinci katibi Əli Həsənovla görüşür. Bu şəxs o zaman Dövlət Təhlükəsizlik Komitəsində işləyən Heydər Əliyev idi. O zaman Moskva icazə vermişdi ki, ermənilər soyqırımı tədbirlərini keçirsin. Hətta Gədəbəydə, bizim torpaqlarımızda. O zamanda azərbaycanlıların soyqırımı nəzərdə tutulurdu. Bunun qarşısını məhz Heydər Əliyev ala bildi. Biz erməni ilə heç vaxt dost ola bilmərik. Bunu unutmamalıyıq”.
Tahir Kərimli daha sonra qeyd edib ki, Beynəlxalq Amnistiya Təşkilatı bəyanat verib ki, Bakıda qadınlar aksiya keçirərək, gender bərabərliyi tələb ediblər: “Onları qəhraman kimi təqdim ediblər. Bizim qəhramanlarımız milli azadlıq hərakatında rus tankarının qarşısına çıxanlar, cəbhədə erməniyə qarşı vuruşanlardır. Həmin insanlar bizim qəhrəmanımız ola bilməz”.
Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
“Yadımdadır, biz 1994-cü ildə bu parlamentdə atəşkəs haqqında sazişi təsdiqləyəndə bir məsələni əsas götürmüşdük ki, bu müddətdə Azərbaycan iqtisadi cəhətdən inkişaf etsin, ordusunu gücləndirsin. Artıq 26 ildir Azərbaycan atəşkəs rejimində yaşayır. Bu müddətdə Azərbaycan iqtisadiyyatı kifayət qədər inkişaf edib, ordusu da güclənib, dünyanın ən güclü orduları sırasındadır”- deputat V. Əhmədov bildirib.
Deputat qeyd edib ki, ancaq yenə də biz ATƏT-in Minsk Qrupundan yapışırıq, Lavrovun çıxışına diqqət kəsilirik, Ermənistanın nə deyəcəyini gözləyirik: “Birdəfəlik bilmək lazımdır, Azərbaycanın yeganə dostu Türkiyədir! Ona görə də Azərbaycan təcili şəkildə Türkiyə ilə hərbi ittifaqa girib torpaqlarının işğaldan azad edilməsi barədə qərar verməlidir”.
V.Əhmədov sözlərinə görə, Lavrov bir dəfə çıxıb deyir 5 rayon, sonra deyir 5+2 rayon qaytarılacaq: “Azərbaycanın yeganə yolu müharibə yoludur, buna hazır olmalıyıq! Başqa kim nə deyirsə, bunlar hamısı utopioyadır. Azərbaycanın dövlət başçısının arxasında dayanaraq torpaqlarımızı azad etməliyik!”
Sərəncama əsasən 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 (min beş yüz) manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
Bu Sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat ayrılıb.