Arif Məmmədov “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Arif Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Arif Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib. 

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir
Azərbaycanda koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı atdığı qətiyyətli addımlara görə Prezident İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.

Prezidentin saytı həmin məktubların bir neçəsini təqdim edir.

Bakı şəhərinin Nəsimi rayonunun sakini, şəhid anası Lətifə Novruzovanın məktubunda deyilir: “Çox hörmətli Prezidentimiz İlham Əliyev, hazırda Yer kürəsinin 200-dən çox ölkəsinə yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri günün 24 saatı ərzində nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan bu xəstəlikdən ölüm sayına görə sonuncu pillələrdədir. Bu xəstəliyə düçar olmuş vətəndaşlarımızın Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılığı bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz sayəsində biz bu pandemiya dövrünü tezliklə geridə qoyacağıq. Siz hər zaman vətəndaşların yanında olub onların sevincinə də, kədərinə də şərik çıxırsınız. Biz şəhid anaları da inanırıq ki, bu çətin günlərdən Sizin rəhbərliyinizlə alnıaçıq, üzüağ çıxacağıq. Allah Sizi və xalqımızı bütün bəlalardan qorusun!”.

Ağdam rayonunun Ayaq Qərvənd kəndinin sakinləri Vaqif Məmmədov, Nüsrət Anafov və Mehriban Əliyeva yazırlar: “Çox hörmətli cənab Prezident, koronavirus pandemiyası bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən çətinliklər yaradıb. Mövcud şəraitdə ölkəmizin səhiyyəsinin qənaətbəxş səviyyədə olmasına, iqtisadiyyatımızın dayanıqlılıq göstərməsinə görə Sizə minnətdarıq. Vətənimizin belə çətin günlərində düşmənlərimizi sevinməyə qoymursunuz. Sizin tapşırıq və tövsiyələrinizə qulaq asan insanlarımız “Evdə qal!” çağırışına qoşulublar. Bununla yanaşı, belə bir şəraitdə dövlətimiz tərəfindən bizə göstərilən maddi və mənəvi dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin dövlətimizi və xalqımızı belə çətin vəziyyətdən üzüağ çıxaracağınıza inanırıq. Uca Allah köməyiniz olsun!”.

Dövlətimizin başçısının pandemiya dövründə əlillərə, veteranlara da qayğı ilə yanaşdığını qeyd edən Laçın rayonundan məcburi köçkün Murad Eyvazov yazır: “Möhtərəm cənab Prezident, Qarabağ qaziləri hər zaman Sizin diqqət və qayğınızla əhatə olunublar. Bütün dünyanın üzləşdiyi pandemiya dövründə Siz biz əlilləri, veteranları da unutmursunuz. Biz hər zaman Sizin qayğınızı hiss edirik. Möhtərəm Prezident, bizə göstərdiyiniz diqqət və qayğıya görə Laçın rayonundan olan Qarabağ qaziləri adından Sizə minnətdarlığımızı bildirirəm. Biz keçmiş döyüşçülər hər zaman Sizin əmrinizə müntəzirik”.

Gəncə şəhərindən təqaüdçü Fazil Nəbiyev dövlətimizin qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacağına əminliyini bildirərək yazır: “Möhtərəm cənab Prezident, mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir. Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz xalqımızı bu bəladan qoruyacaq və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu vəziyyətdən minimal itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. İnanıram ki, bu qara buludlar tezliklə başımızın üstündən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcək. Cənab Prezident, Sizin daim yanımızda olmağınızdan qürur və şərəf duyuruq. Tanrı Sizi, dövlətimizi və xalqımızı qorusun!”.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərin vətəndaşlarımızın sağlam yaşamasına yönəldiyini vurğulayan Yevlax şəhərinin sakini Knyaz Əliyev məktubunda qeyd edir: “Möhtərəm cənab Prezident, dünyada tüğyan edən, bəşəriyyətin bəlasına çevrilən COVID-19 pandemiyası hər birimiz üçün böyük təhlükədir. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Tarixində ilk dəfə belə xəstəliklə üzləşən gənc, müstəqil ölkəmizdə görülən tədbirlər nəticəsində yoluxma və ölüm hallarının sayı dünyanın elmi-texniki cəhətdən inkişaf etmiş ölkələrindən dəfələrlə aşağıdır. Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Hökumətin hər bir üzvü ona verilən tapşırığı dəqiq yerinə yetirir. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətin məntiqi nəticəsidir. Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir ağsaqqal kimi Yevlax sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident! Allah atanız, xalqımızın ümummilli lideri Heydər Əliyevə rəhmət eləsin”.

Bakı şəhərinin Binəqədi rayonunun sakini Səbuhi İsazadə dövlətimizin başçısına ünvanladığı məktubunda yazır: “Hörmətli cənab Prezident, dünya ölkələrindəki acınacaqlı vəziyyət hər kəsin gözü önündədir. İnkişaf etmiş ölkələrdə xaos, insan itkiləri vahimə yaradır. Ölkəmizdə isə Sizin sayənizdə sakitlik, həmrəylik, əmin-amanlıq, bolluq müşahidə olunur. Bütün bunlara səbəb Sizin daim ölkə vətəndaşlarını düşünməyiniz, vaxtında qətiyyətli təbirlər görməyinizdir. Cənab Prezident, var olun ki, həm kəndlinin, həm də sahibkarın, bir sözlə, hər bir vətəndaşın yanındasınız. Allah Sizi xəta-bəladan uzaq eləsin. Biz hər zaman Sizinləyik”.

Gəncə şəhər sakinləri Vüsal Hüseynov və Azadil Hüseynova Prezident İlham Əliyevin uzaqgörənliyi, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyi göstəriş və Sərəncamlar sayəsində başqa ölkələrlə müqayisədə koronavirusun Azərbaycana az təsir göstərdiyini qeyd edirlər. Onlar yazırlar: “Möhtərəm cənab Prezident, bütün dünyanı lərzəyə salan koronavirus pandemiyasi təəssüf ki, Vətənimiz Azərbaycandan da yan ötmədi. Lakin Sizin uzaqgörənliyiniz, bu ümumbəşəri bəlaya qarşı vaxtında verdiyiniz göstəriş və sərəncamlar başqa ölkələrlə müqayisədə Azərbaycana az təsir göstərməkdədir. Siz daim Azərbaycan xalqının yanında olduğunuzu bir daha sübut etdiniz. Əziz Prezidentimiz, Sizin dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Biz də deyirik ki, biz Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə daha güclüyük. Ölkəmizdə yaratdığınız əmin-amanlığa və biz vətəndaşlara göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz daim Sizinləyik. Cənab Prezident, Allah Sizə uzun ömür versin. Sizə uğurlar diləyirik”.

Spiker deputatlara köməkçiləri ilə bağlı ciddi irad bildirdi
Millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında köməkçilərin təyinatının gecikdirilməsi ilə bağlı məsələni qaldıraraq qısa zamanda həll olunmasını parlament rəhbərliyindən xahiş etdi.

 S. Rüstəmxanlının sözlərinə görə, deputat köməkçiləri təyin edilə bilmədiyindən koronavirus pandemiyası dövründə deputatların   səmərəli  fəaliyyət göstərməsinə imkan vermir: “Ona görə də bu məsələ həllini tapmalıdır”.

Məsələyə reaksiya verən Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, deputatların əksəriyyətinin köməkçilərinin sənədi hazır olmadığından məsələ gecikir və səbəb budur:

“Odur ki, fürsətdən istifadə edib köməkçiləri ilə  bağlı sənədlərini hazırlasınlar. Çünki onlar düz deyil. Bir çox deputatın köməkçisi rayon yox, Bakı qeydiyyatındadır. Əgər onlar özləri köməkçi yığırsa sənədlərini də həll etsinlər.  Bununla bağlı Aparata da  tapşırıqlar verilir. Sənədlər yığılsın. Hamının köməkçiləri eyni zamanda təsdiqlənsin. Məsələyə fərdi yanaşmaq olmaz”.

Spiker: “Düşünülmüş siyasət nəticəsində sosial-iqtisadi sahəyə dəyən ziyanlar qısa zamanda aradan qaldırılacaq”
Prezident İlham Əliyevin keçirdiyi videokonfrans şəklində müşavirədə ölkəmizdə I rübdə əldə olunan iqtisadi nəticələrin uğurlu olmasını qeyd edib.

Bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib.

Spiker deyib ki, koronavirusla bağlı qabaqlayıcı tədbirlərin həm insanların sağlamlığını qoruyacağına, həm də iqtisadi inkişafı təmin edəcəyinə əmindir: “Koronavirus pandemiyası dünyanın digər ölkələrinə olduğu kimi Azərbaycanın da sosial-iqtisadi həyatına öz mənfi təsirlərini göstərməkdədir. Amma düşünülmüş  siyasət nəticəsində həm insanların sağlamlığına, həm də sosial-iqtisadi sahəyə dəyən ziyanlar qısa zamanda  aradan qaldırmağa imkan verəcək”.

 Prezidentin müşavirədə həyata kerçirilən kadr və struktur islahatları barədə səsləndirdiyi  fikirlərə mövqeyini bildirən spiker  ölkə başçısı  Nazirlər Kabineti və Milli Məclisdə aparılan islahatlaırn müsbət nəticə verdiyini qeyd edib. “Ölkə başçısı bildirib ki, həyata keçirilən islahatların müsbət nəticəsi göz qarşısındadır. Bu islahatlar nəticəsində ölkə yeni inkişaf mərhələsinə qədəm  qoyub. O baxımdan VI çağırış Milli Məclisin iclasında Prezident İlham Əliyevin Milli Məclisin işi ilə bağlı verdiyi tövsiyələrə bundan sonra da əməl olunacaq”- spiker qeyd edib.

Milli Məclis Mehriban Əliyevanın qanvermə aksiyası təşəbbüsünə qoşulacaq
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə qanvermə keçirilən aksiyasına Milli Məclis də qoşulacaq.

Bunu bu gün Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova bildirib. 

O deyib ki, Milli Məclis də bu aksiyada yaxından iştirak etməlidir: ”Bu məqsədlə Milli Məclisdə xüsusi yer ayrılıb və həkimlər dəvət olunub. Sabah saat 12-dən deputatlar və aparatın əməkdaşları qan verə bilərlər”.

Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə yardım edildi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət yardım bağlamaları təqdim olunub.

Koronavirus (COVID-19) xəstəliyi ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin günlərində Heydər Əliyev Fondu tərəfindən ölkə üzrə aztəminatlı ailələrə müxtəlif yardım payları çatdırılır.

Xatırladaq ki, Heydər Əliyev Fondu fəaliyyəti çərçivəsində mütəmadi olaraq aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə yönəlik müxtəlif layihələr həyata keçirir.

Deputat: “Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan bütün problemlərdən uğurla çıxacaq”Cənab Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində keçirilən müşavirədəki çıxışı göstərdi ki, koronavirus pandemiyası kimi problemlər ancaq səmərəli dövlət idarəçiliyi qarşısında acizdir.

 Bunu “Ölkə.Az” a açıqlamasında  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsinin üzvü Məşhur Məmmədov Azərbaycan Prezidentinin aprelin 14-də 2020-ci ilin birinci rübünün yekunların həsr olunmuş  müşavirə haqqında mövqeyini aşıqlayarkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər, tövsiyyələr  koronavirus pandemiyası, həm də postpandemiya dövründə ölkəmizdə  həyata keçirilən tədbirlər istiqamətində atılan və atıacaq  addımlarının “yol xəritəsi”  kimi dəyərləndirilməlidir. “Ölkə başçısının çıxışı bir göstərdi ki,  səmərəli dövlət idarəçiliyi istənilən problemin öhdəsindən alyiqincə gəlməyə imkan verir. Məhz xalqın maraqlarına xidmət edən səmərəli dövlət idarəçiliyi nəticəsində istənilən böhrandan minimal itkilərlə çıxmaq olar. Neəc ki, biz Azərbaycan prezidenti İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın rəhbərliyi  timsalına şahidi oluruq. Biz təkcə ölkə rəhbərliyinin koronavirus pandemiyası dövründə deyil, bundan öncə baş verən qlobal maliyyə-iqtisadi böhran zamanı şahidi olmuşuq. O zamanda cənab Prezidentin çevik, uzaqgörən siyasəti nəticəsində Azərbaycan minimal itkilərlə vəziyyətdən çıxaraq, növbəti inkişaf mərhələsinə qədəm qoyub. Koronavirus pandemiyasının ilk günlərindən etibarən Prezident və Birinci vitse-prezident  proseslərə zamanında   çevik reaksiya verərək, tapşırığı əsasında   infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması, az itkilərlə vəziyyətdən çıxmaq   istiqamətində ciddi tədbilər planı hazırlanaraq  həyata keçirildi.

Məhz  görülən məqsədyönlü və zəruri tədbrilər nəticəsində vəziyyəti nəzarətə götürmək oldu. Əks halda ölkə başçısının da söylədiyi kimi zamanında bu işlər görülməsəydi vəziyyət faciəvi şəkil alardı. Görülən təbrilər nəticəsində həm koronavirus pandemiyasının yayılmasının qarşıaının alınması, həm  bunun nəticəsində insanlara, ölkə iqtisadiyyatına mənfi təsirlərin aradan qaldırılması istiqamətində addımlar atıldı. Ölkə ba.çısının tapşırığına əsasən sosial paket hazırlandı. Sosial paketə uyğun  olaraq  ölkədə iqtisadi fəallığın, makroiqtisadi sabitliyin qorunmasına, sosial dəstəyə ehtiyacı olan şəxslərə dövlət dəstəyi göstərilməyə başlanıldı.Sosial paket 1,9 milyondan çox insanın sosial müdafiəsinə yönəldilib. Bu məqsədlə dövlət büdcəsindən ilkin olaraq, 2,5 milyard manatdan çox vəsait ayrılıb.  Bu vəsait hesabəna eyni zamanda sahibkarlıq subyektlərinə öz iqtisadi fəallıqlarını bərpa etdirilməsi üçün dövlət dəstəyi proqramı da  hazırlanıb”- deputat qeyd edib.

 Deputat bildirib ki,  dövlətin əsas məqsədlərindən biri  iqtisadi dayanıqlılığın qorunub saxlanması, işsizlik probleminin yaranmaması, məşğulluq məsələlərinə böyük diqqət yetirilir və bu məsələ harınana tədbrilər planında öz əksini tapıb: “Bu məqsədlə büdcədən 2,5 milyard manat vəsait ayrılıb. Ayrılan vəsait   qeyri-neft sektorunun, sahibkarlığın və özəl sektorun inkişafına yönəldiləcək.  Bununla da  iqtisadi aktivliyi qoruyub saxlamaqla postpandemiya dövrünə hazırlıq  işləri görülür. Məqsəd postpandemiya dövründə iqtisadi artımın yeni modeli tətbiq ediləcək. Dövlətin iqtisadi siyasətinin əsas prioritetləri tikinti, dağ-mədən sənayesi, neft-kimya sənayesi, rəqəmsal iqtisadiyyat, nəqliyyat, ticarət, logistika, telekommunikasiya, daxili turizm, kənd təsərrüfatı və emal sənayesi olacaq. Bu çətin dövrdə dövlət adından şirkətlərin vahid mərkəzdən idarə olunması, onların fəaliyyətinin, o cümlədən investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin olunması üçün Dövlət İnvestisiya Holdinqi yaradılacaq. Postkorona dövründə tikinti həm yeni dəyər, həm də məşğulluq yaradan, eləcə də multiplikativ effekti ilə digər sahələri də hərəkətə gətirən bir sahə kimi nəzərdən keçirilir. Tikinti sektorunda strateji layihələrin işlənməsi və həyata keçirilməsinin yeni mexanizminin yaradılması məqsədilə şəhərlərin və regionların inkişafının sürətləndirilməsi üçün Azərbaycan İnşaat Korporasiyası yaradılacaq”. 

Deputat əlavə edib ki, ölkə iqtisadiyyatına koronavirus pandemiyasənın mənfi təsirlərinin qısa zamanda və  az iki ilə çıxarmaq üçün  böyük imkanlar mövcuddur: “2020-ci ilin ilk 3 ayındakı iqtisadi göstəricilər bunu deməyə əsas verir. Belə ki,  Ümumi Daxili Məhsul 3 faizə yaxın, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olub.  Ölkə başçısının dediyi kimi əgər koronavirus olmasaydı artım daha da böyük ola bilərdi. Pandemiya nə qədər davam edəcək və iqtisadi fəallıq nə zaman bərpa olunacağı bəlli deyil. Buna baxmayaraq Azərbaycan ölkə rəhbərliyi bütün variantlara uyğun olaraq planlar hazırlayıb. Bütün bu tədbirlər bizi arxayın edir ki, cənab Prezident və Birinci vitse-prezidentin liderliyi altında hökümət vəziyyətə nəzarət edir və postpandemiya dövründə də Azərbaycan sürətlə inkişaf etməyə davam edəcək”.

Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib.

Birinci vitse-prezident bildirib.

Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə Heydər Əliyev Fondu tərəfindən başlanılmış qanvermə aksiyasına könüllü olaraq çoxsaylı vətəndaşlarımızın qoşulması bunu bir daha göstərdi. Bu nəcib təşəbbüsə qoşulan hər kəsə dərin minnətdarlığımı bildirirəm! Hamıya möhkəm cansağlığı arzulayıram! Qoy xoş əməllərin sayı artsın! Uca Tanrıu sizi qorusun!

Könüllü qanvermə aksiyasına qoşulmuş təşkilatların siyahısı

1. “AS Qrup İnvestment” şirkəti

2. Azərbaycan İdman Jurnalistləri Federasiyası

3. Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi

4. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş, Göyçay, Mingəçevir İdarəsi

7. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

8. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi

9. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi

10. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

11. Azərbaycan Respublikasının Milli Məclisi

12. “AzərEnerji” ASC

13. “Azərişıq” ASC

14. Azərkosmos” ASC

15. “AzərGold” QSC

16. Bakı Şəhər İcra Hakimiyyəti

17. Bakı Nəqliyyat Agentliyi

18. City Hospital

19. Ege Hospital

20. Dövlət Dəniz Agentliyi

21. Heydər Əliyev Fondu

22. Heydər Əliyev Mərkəzi

23. “Kontakt Home” mağazalar şəbəkəsi

24. “Sağlam Ailə” Tibb Mərkəzi

25. “Rahat” supermarketlər şəbəkəsi

26. “Referans Medical Group”

27. Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbi

Prezident İlham Əliyevə növbəti minnətdarlıq məktubları gəlir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir. Bununla əlaqədar dövlət başçısının ünvanına minnətdarlıq məktubları gəlməkdə davam edir.

President.az saytı bu məktubların daha bir neçəsini təqdim edir.

Daşkəsən rayonu, Bayan kənd sakinləri Firdovsi Rəcəbov, Bayraməli Orucov, Sakit Əhmədov bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyi dəstəyə görə dövlət başçısına təşəkkür edib:

"Möhtərəm cənab Prezident, yaşadığımız bu çətin günlərdə Azərbaycan vətəndaşlarına göstərdiyiniz dəstəyi hər birimiz görürük və buna görə Sizə təşəkkür edirik. Sizin təşəbbüsünüzlə görülən işlər səmərəsini göstərdi. Apteklərdə, ticarət obyektlərində süni qiymət artımına yol verilmədi, ortaya çıxan hər bir çətinlik vaxtında aradan qaldırıldı. Rayonumuzda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülür. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcəkdir. Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk".

Bakı şəhəri, Xətai rayonundan Hüseyn Hüseynov məktubunda Prezident İlham Əliyevin iradəsi ilə dövlətimizin qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacağına inandığını bildirib:

"Zati-aliləri, möhtərəm cənab Prezident, mən və ailəm Sizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin xalqımızın rifahının yaxşılaşdırılması üçün səylə çalışmağınız və yürütdüyünüz ardıcıl siyasət bizi fərəhləndirir.

Hazırda koronavirus pandemiyası dünyaya və insanlığa meydan oxuyur. İnanırıq ki, məhz Sizin yorulmaz fəaliyyətiniz, bu məsələ ilə bağlı iradəniz xalqımızı bu bəladan qorumağa imkan verəcək və dövlətimiz qısa zamanda bu ağır sınaqdan üzüağ çıxacaq. Siz hər bir vətəndaşın sağlam qalması, ölkəmizin bu böhranlı vəziyyətdən maksimum az itki ilə xilas olması üçün bütün imkanları səfərbər edirsiniz. Biz vətəndaşların vəzifəsi isə Sizin qərarlarınıza əməl etməkdir. İnanıram ki, Vətənini, millətini, dövlətini sevən hər bir Azərbaycan vətəndaşı evdə qalacaq, tezliklə bu qara buludlar başımızın üzərindən çəkiləcək və dövlətimiz Sizin müdrik rəhbərliyinizlə tutduğu inkişaf yolunu davam etdirəcəkdir.

Sizə müraciət etməyimizin əsas səbəbi böyük zəhmət və məhəbbətlə qurulan, uğurla inkişaf edən respublikanın vətəndaşları kimi həmişə yanınızda olduğumuzu bəyan etmək, bundan qürur və şərəf duyduğumuzu bildirməkdir. Tanrı Sizi və dövlətimizi qorusun".

Bakı şəhəri, Suraxanı rayonundan Sədaqət Manafova, İsmayıl Caniyev, Şahin Qəzənfərov, Rövşən Cabbarov, Zaur Məmmədovxanov və Validə Abdullayeva isə məktubda yazırlar:

"Hörmətli cənab Prezident, son illər respublikamızda aparılan abadlıq-quruculuq işləri Suraxanı rayonundan da yan keçməyib. Bu işlər Sizin imzaladığınız dövlət proqramlarının, fərman və sərəncamların icrası ilə mümkün olub və insanların rifahının yaxşılaşmasına, işsizliyin aradan qaldırılmasına xidmət edib. İlin əvvəlindən Yeni Suraxanı qəsəbəsində bir neçə küçə və yaşayış məntəqəsində daxili yollara asfalt örtüyün çəkilməsi bütün qəsəbə sakinlərini çox sevindirdi. Bundan sonra insanlar və avtomobillər bu yollarla daha rahat hərəkət edəcək. Bütün hallarda insanların rahatlığını düşünərək onların qayğısına qaldığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun!".

Bakı şəhəri, Nəsimi rayonundan Zinyət Əhmədova yazır ki, Prezident İlham Əliyevin hər zaman Azərbaycan vətəndaşının yanında olaraq onun sevincinə də, kədərinə də şərik çıxdığını vurğulayıb:

"Möhtərəm Prezident, hazırda planetin 200-dən çox ölkəsində yayılan COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin uzaqgörən siyasətinizin, hadisələri diqqətlə izləməyinizin və nəzarətdə saxlamağınızın nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında Azərbaycan ölüm hallarının sayına görə son pillələrdədir. Xəstəliyə yoluxan insanların Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğınız sayəsində bütün səhiyyə ocaqlarında yaradılmış şəraitdən, tibb işçilərimizin xidmətlərindən razılıq etmələri bir daha onu göstərir ki, Sizin rəhbərliyiniz və düzgün siyasətiniz ilə biz bu xəstəlikdən tezliklə xilas olacağıq. Siz hər zaman vətəndaşın yanında olub onun sevincinə də, kədərinə də şərik çıxırsınız. Xalqımız əmindir ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən də alnıaçıq, üzüağ çıxacağıq. Siz xalqımızı qoruyursunuz, Allah da Sizi qorusun".

Göyçay rayonunun Çayarxı kənd sakini Nəriman Paşayev rayon sakinləri adından dövlət başçısı minnətdarlığını bildirib: "Hörmətli cənab Prezident, Siz istirahət etmədən xalqımızın qayğısına qalırsınız. Buna görə Sizə Göyçay rayonunun sakinləri adından dərin minnətdarlığımızı bildirirəm. Bir çox ölkələrdən fərqli olaraq koronavirus epidemiyasının ilk günlərindən qabaqlayıcı tədbirlərin görülməsi öz nəticəsini verdi.

Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir. Allahın izni ilə bu bəla tezliklə çəkilib gedəcək, respublikamız daha da inkişaf edəcəkdir. Buna görə də xalq daim Sizin arxanızdadır. Bizim seçimimiz və gələcəyimiz Sizinlə bağlıdır.

Ulu Tanrı Sizi və ailənizi qorusun!"

Bərdə rayonun Şorəlli kənd sakini, Qarabağ müharibəsi veteranı, Ağdərə rayonundan məcburi köçkün olan Nazim Paşayev isə ölkə başçısının Azərbaycan xalqına göstərdiyi qayğının tarixboyu xatırlanacağını vurğulayıb: 

"Möhtərəm cənab Prezident, dünyanı bürüyən pandemiya ilə əlaqədar Sizin vaxtında gördüyünüz tədbirlər və verdiyiniz tapşırıqlar sayəsində ölkəmizdə epidemiyanın qarşısının alınmasına nail olundu. Keçmiş döyüşçü olaraq mən Sizi dövlətimizin həm Prezidenti, həm generalı, həm də sərhəddə, səngərdə məğrur dayanan bir əsgəri adlandırardım. Allah köməyiniz olsun. Sizin Azərbaycan xalqına göstərdiyiniz ata, qardaş qayğısı tarixboyu xatırlanacaq. Var olun, cənab Prezident!

Biz döyüşdük, amma torpaqlarımızı, xalqımızı layiqincə qoruya bilmədik. Ancaq Siz xalqımızı böyük bəladan qorudunuz və qoruyursunuz. İnşallah, Allahın köməyi ilə Sizin sayənizdə biz bu bəladan üzüağ və minimum itki ilə çıxacağıq. Sizə uğurlar arzulayıram".

Naftalan şəhərindən Afiq Muradov isə Prezident İlham Əliyevə ünvanladığı məktubunda yazır:

"Möhtərəm cənab Prezident, bu gün bütün dünya ciddi şəkildə sınaqdan keçir. Koronavirus infeksiyası bütün dünyada sürətlə yayılır. Sizin qətiyyətli tapşırıqlarınız nəticəsində bu virusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində bütün dövlət orqanları tərəfindən ciddi şəkildə iş aparılır. Hazırlanmış sosial-iqtisadi paketlər, həkimlərimizi ilk gündən diqqət mərkəzində saxlamanız bizim gələcəyə ümidimizi daha da artırır. Ölkəmizdə kiçik şübhə doğuracaq hər bir məqama böyük diqqət yetirilir. Virusa yoluxma ehtimalı olan şəxslər dərhal nəzarətə götürülür. Biz həkimlər əminik ki, Sizin müdrikliyiniz və qayğıkeşliyiniz sayəsində bu qorxunc virusdan minimum zərərlə qurtulacağıq. Sizə və ailənizə cansağlığı arzulayıram. Allah Sizi, dövlətimizi, millətimizi qorusun".

Quba rayonundan Tehran Əmiraslanov məktubunda qeyd edir ki, bu çətin günlərdə Prezident İlham Əliyevin tapşırığı ilə əhaliyə göstərilən diqqət ölkənin hər yerini - bütün şəhər, rayon, kənd və qəsəbələri əhatə edir:

"Hörmətli cənab Prezident, hazırda dünya gözəgörünməz bir virusla böyük mübarizə aparır. Bu pandemiya ölkəmizdən də yan keçmədi. Bu arzuolunmaz “qonaq” əlbəttə ki, bir gün bizləri tərk edəcək. Sizin sözlərinizlə desək, bu çətinlikdən də ən az zərərlə qurtulmaq lazımdır. Sizin təxirəsalınmaz tapşırıqlarınız və ciddi nəzarətiniz ilə ölkəmizdə böyük tədbirlər görüldü və görülməkdədir. Əhaliyə göstərilən diqqət ölkənin hər yerini - bütün şəhər, rayon, kənd və qəsəbələri əhatə edir. Bu proseslər biz vətəndaşların gözü önündə baş verir və buna görə də Sizə təşəkkür edirik.

Cənab Prezident, pandemiyadan əziyyət çəkən aztəminatlı ailələrə və sahibkarlara göstərdiyiniz yardım təqdirəlayiqdir. Buna görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Rayonumuzun sahibkarları, o cümlədən mən Sizlərin sahibkarlara göstərdiyiniz yardımlardan yararlandıq. Sizə bir daha minnətdarlığımı bildirirəm".

Sabirabad rayonu, Qaragüney kənd sakini Nurlan Kərimli bildirib ki, dövlət başçısının tam zamanında verdiyi müdrik və qətiyyətli qərarlar, sərəncamlar, görülmüş tədbirlər pandemiyanın yayılmasının qarşısını kəskin şəkildə alır:

"Hörmətli cənab Prezident, hazırda dünya ölkələri koronavirus pandemiyasının yayılmasının qarşısını almaqda böyük çətinlik çəkirlər. Ölkəmiz Sizin qətiyyətli addımlarınız sayəsində bu bəlanın öhdəsindən az itkilərlə gəlməyə çalışır. Sizin bu çətin günlərdə qəbul etdiyiniz qərarlardan çox qürurlandım. Tam zamanında verdiyiniz müdrik və qətiyyətli qərarlar, sərəncamlar, görülmüş tədbirlər pandemiyanın yayılmasının qarşısını kəskin şəkildə alır. Sizin və Mehriban xanımın Azərbaycan xalqını böyük fəlakətdən xilas etmək üçün göstərdiyiniz fədakarlığı və qayğını bütün xalqımız kimi, biz də çox dəyərləndiririk.

2010-cu ildə də baş verən su daşqını zamanı kəndlərimizə dəyən zərərin nəticələri Sizin göstərişinizlə qısa müddətdə aradan qaldırılmışdır. Azərbaycanda görülən tədbirlər, əhalinin zərərçəkən təbəqəsi üçün nəzərdə tutulan güzəştlər insanları razı salır. Sizin tapşırıqlarınız hazırki çətin günlərdə də yarana biləcək narahatlıqları aradan qaldırır.

Cənab Prezident, xalqa göstərdiyiniz böyük qayğıya görə mən Sabirabad rayonunun Qaragüney və Dadaşbəyli kəndlərinin ictimaiyyəti adından Sizə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycan dövləti, Azərbaycan xalqı, gələcək nəsillərin xoşbəxtliyi naminə Allahdan Sizə və ailənizə sağlam və uzun ömür diləyirik.

Allahdan bu bəlanın tezliklə Azərbaycanın və bütün dünyanın üstündən çəkilməsini diləyirik".

Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında koronavirusla mübarizədə ölkəmizə dəstək verdiyi üçün Türkiyəyə təşəkkür edib.

Paylaşımda deyilir: 

“Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində.

Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”