İlham Əliyev bu ASC-yə vəsait ayırdı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Oğuz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Oğuz rayonunun əhalisi 12736 nəfər olan doqquz yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700 min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

"Hesab edirəm ki, çıxışlarda səslənən bütün təkliflər katiblik tərəfindən qeydə alınsın və ümumiləşdirilib, bütün ölkələrə razılaşdırma üçün təqdim edilsin. Əminəm ki, bu dəyərli təkliflər nəzərə alınacaqdır. Beləliklə, biz əməkdaşlığımızın növbəti mərhələsini uğurla davam etdirərək və koronavirusla mübarizədə birlik göstərərək bu bəlaya qalib gələcəyik".

Bunu Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyev aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə keçirilən fövqəladə Zirvə görüşündə yekun çıxışı zamanı deyib.

Dövlət başçısı deyib: "Əziz qardaşlarımdan soruşmaq istərdim, əlavə hansısa məsələlər, suallar, təkliflər varsa, xahiş edirəm bildirin.

Əgər yoxdursa, onda icazə verin, mən yekun sözümü söyləyim və ondan sonra Bəyannamənin qəbul edilməsi nəzərdə tutulur.

- Hörmətli dostlar.

Bir daha əziz qardaşlarıma bizim təşəbbüsümüzü qəbul etdiklərinə və Zirvə görüşündə iştirak etdiklərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bu gün çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizi daha da gücləndirəcəkdir. Eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması üçün pandemiyadan sonrakı dövrdə iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərimizi daha da artırmağımız zəruridir.

Bizim həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu, onu göstərir ki, biz yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır. Biz digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırıq. Hesab edirəm ki, Zirvə görüşünün Yekun Bəyannaməsi bu əməkdaşlığa əhəmiyyətli töhfədir.

Hörmətli həmkarlar, ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik və bu ağır vəziyyətdən az itkilərlə çıxacağıq. İndi isə gündəlikdə Bəyannamənin qəbul edilməsi durur. Bəyannamənin mətni razılaşdırılıb və beləliklə, Bəyannamə qəbul edildi.

Əziz dostlar, bir daha Zirvə görüşündə fəal iştirakınıza görə təşəkkürümü bildirirəm və Zirvə görüşünü bağlı elan edirəm. Sağ olun".

Baş nazirdən icbari sığorta ilə bağlı
Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nı təsdiq edib.

Qərara əsasən, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinin yeni ardıcıllığı aşağıdakı kimi müəyyən olunub:

- Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən;

- Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;

- Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən.

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinin yeni ardıcıllığının müəyyən edilməsi ilə əlaqədar “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” 2019-cu il 27 dekabr tarixli qərar ləğv edilib.

Prezidentdən əhaliyə ŞAD XƏBƏR

“Azərbaycanda banklar tərəfindən sahibkarlara verilən 500 milyon manat və ya təqribən 300 milyon dollar həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək”.

Oxu.Az məlumatına görə, bu barədə Prezident İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirdiyi fövqəladə Zirvə görüşündə çıxış edərkən deyib.

Prezident bildirib ki, zəmanət verilən kreditlər üzrə faiz dərəcələrinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq.

İlham Əliyev qeyd edib ki, dövlət zəmanəti olmayan bir milyard manat və ya 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq.

“Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və ya təqribən 30 milyon dollar vəsait ayrılıb. Bu tədbirin əsas səbəbi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir”, - deyə Prezident əlavə edib.

Dövlət başçısı qeyd edib ki, sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfiyyatı artıb:

“Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilib. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir. Digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirdiyi fövqəladə Zirvə görüşü koronavirus pandemiyasına həsr olunub.

Azərbaycan Respublikasının Prezidenti, Türk Dövlətləri Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilən Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünü canlı yayımlanır.

“TRT Haber” zirvə görüşünü canlı təqdim edir:

(publika.az)

Prezidentə minnətdarlıq məktubları gəlməkdə davam edir
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində atılan addımlar cəmiyyətdə müsbət reaksiyalar yaradır.

Bir neçə gündür ki, vətəndaşlar Azərbaycan dövlətinin iqtisadi itkiləri azaltmaq yönündə, sosial sferada həyata keçirdiyi tədbirlər planını alqışlayırlar.

Koronavirusun ziyan vurduğu sahələrin müəyyən olunması və zərərin qarşılanması, işsiz statusu olan şəxslərə birdəfəlik müavinətlərin verilməsi təqdirəlayiq hal kimi dəyərləndirilir.

Bu məqsədlə sakinlər öz fikirlərini ifadə etmək üçün Azərbaycan Prezidentinə müraciət ünvanlayırlar.

Azərbaycanın bütün regionlarından ölkə başçısına ünvanlanan çoxsaylı minnətdarlıq məktubları dövlətin koronavirusa qarşı mübarizədə nə qədər effektiv işlər gördüyünün göstəricisidir.

Ağdamın Quzanlı qəsəbəsinin sakini Hacıağa Hacıyev yazır:

“Yeni klinika” tibb müəssisəsinin pandemiya ilə mübarizə məqsədilə xalqımızın xidmətinə verilməsi Prezidentin əhalinin sağlamlığının qorunmasına yüksək diqqət göstərməsinin bariz nümunəsidir.

Hörmətli cənab Prezident, mən inanıram ki, Sizin müdrik qərarlarınızla biz bu bəladan minimum zərərlə qurtulacağıq. Sizinlə fəxr edirəm, Sizə dəstəyim misilsizdir. Bu gün dövlətin insanlardan ən böyük tələbi evdə qalmaqdır və yaradılan şəraitdə bu, heç də çətin bir iş deyil. Allah Sizi və xalqımızı qorusun. Biz birlikdə güclüyük!”.

Bakı sakini Samir Abdullayev isə qeyd edir ki, “Yeni klinika” tibb müəssisəsinin koronavirusa yoluxan xəstələrin müalicəsi üçün istifadəyə verilməsi, tibbi maska istehsalı müəssisəsinin açılışı ölkə başçısının xalqın yanında olmasının, daim vətəndaşları düşünməsinin daha bir sübutudur.

Lənkərandan Nurlan İbadov əminliyini ifadə edir ki, Prezidentin müdrik rəhbərliyi ilə tezliklə koronavirus bəlasından xilas olacağıq.

Salyan rayonunun Qarabağlı kəndinin sakinləri adından dövlət başçısına ünvanlanan məktubda da dərin minnətdarlıq hissi ifadə edilir.

Yazılanlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycan əhalisində dövlətin yürütdüyü siyasətə dərin inam və etibar var.

Ölkədə işsizliklə bağlı ciddi problem var

Deputatların qəbul otağında kameraların quraşdırılması təklif edilib.
Bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev təklif edib.
O həmçinin Milli Məclisin deputatlarının səlahiyyətlərinin artırılmasını təklif edib:
“Biz sosial şəbəkələrə daxil ola bilmirik. Ölkədə işsizliklə bağlı ciddi problem var. İşsizlik statusları ilə bağlı meyarlara ciddi dəyişikliklər edilməlidir. Təklif edirəm ki, deputatların səlahiyyətlərinin artırılması ilə bağlı xüsusi qrup yaradılsın”.

Vilayət Eyvazov rəisi işdən çıxardı
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Müslüm Quliyev vəzifəsindən azad edilib.

O, sərəncama götürülüb.

Nazirin digər əmri ilə Aqil Ələsgərov Suraxanı RPİ-nin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 

Spiker: Koronavirus epidemiyası çərçivəsində görülən işlər əhalinin sağlamlığına yönəlib
Azərbaycan Prezidentinin bu günlərdə imzaladığı növbəti Əfv sərəncamı bir daha göstərdi ki, siyasi mənsubiyyətindən, əqidəsindən, statusundan asılı olmayaraq hər bir insanın sağlamlığı dövlətimizin diqqət mərkəzindədir.

Bunu Milli Məclisin sədri Sahiba Qafarova parlamentin bu gün keçirilən növbəti plenar iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə humanist addım ataraq koronavirus infeksiyasının yayılması qarşısının alınması məqsədi ilə yaşı 65-dən yuxarı olan və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan 176 məhbusu azad edib.

“Ölkə başçısının bu addımı həm daxili və beynəlxalq aləm tərəfindən yüksək dəyərləndi. Bu addım bir daha göstərdi siyasi mənsubiyyətindən, əqidəsindən, statusundan asılı olmayaraq hər bir insanın sağlamlığı dövlətimizin diqqət mərkəzindədir. Koronavirus epidemiyası çərçivəsində görülən işlər əhalinin sağlamlığına yönəlib. Məhz bir neçə gün öncə Prezident və birinci vitse-prezident Sumyaqıtda maska istehsal edən müəssisənin açılışinda iştirak edib. Bundan əlavə olaraq cənab Prezident koronavirusa daha effektiv mübarizəni təşkil etmək üçün respublika ərazisində 6 modul tipli xəstəxana tikilməsi məqədi ilə 15 milyon ayrılması barədə sərəncam imzalayıb. Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə ön cərgədə dayanaraq öz töhfəsini verməkdədir”.

S.Qafarova əlavə edib ki, bundan əlavə olaraq ölkəmizdə iqtisadi böhrana yol verilməməsi üçün işlər görülməkdədir:

“Sahibkarlala yardım edilir, işçilərin  istisar olunmasının qarşısı alınır, aztəminatlı ailələrə yardım edilməsi istiqamətində ciddi addımlar atılır. Buna görə prezidentə təşəkkür edirik”.

Milli Məclisdə Baş Nazirin videohesabatı dinlənilir
Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilir.

İclasda Baş Nazir Əli Əsədovun videohesabatı dinlənilir.

Videohesabatdan sonra səsləndirilən rəy və təkliflər sistemləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.