Prezidentin sərəncamından sonra bu işlər görülüb

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı profilaktik və preventiv tədbirlər görülməklə bərabər, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və ümumilikdə 2 milyon vətəndaşı əhatə edən bu tədbirlər üçün 400 milyon manat vəsait ayrılıb. 

Dövlət sektorunda məşğulluğa dəstək

Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməyib, bu sektorda minimal işçi sayı ilə fəaliyyət davam edib, məzuniyyətə buraxılan işçilərin evdən işləmələri ilə əməkhaqlarının saxlanması təmin edilib. Bu tədbir dövlət sektorunda çalışan 910 min işçini əhatə edib.  

Qeyri-dövlət sektorunda məşğulluğa dəstək

Qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması məqsədilə elektron sistem üzərindən gündəlik nəzarət edilib, əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib. Həmçinin işçi qüvvəsinə ehtiyac olmadığı hallarda qanunvericiliklə görülməsi mümkün olan və iş yerlərinin qorunub saxlanmasına imkan verən alternativ üsullar təqdim edilib. Bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edib. 

Müsbət nəticə kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, əmək müqavilələrinin sayında artım dinamikası davam edib. 2020-ci ilin 1 aprel tarixinə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-ə çatıb, beləliklə, əmək müavilələrinin sayında 1 aprel tarixinə 46 848 müqavilə, 1 yanvar tarixinə isə 69 478 müqavilə artımı baş verib.

Eyni zamanda, təsdiq olunan Tədbirlər Planında 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi və təqribən 300 min fərdi sahibkara dəstək verilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Əhalinin məşğulluq imkanlarının artırılması

Əhalinin məşğulluq imkanlarının artırılması üçün rayon (şəhər) Məşğulluq Mərkəzlərinin fəaliyyəti gücləndirilib. 
DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub, bunun üçün 30 milyon manat vəsait ayrılıb. Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib. 13 apreldən artıq bu ictimai iş yerlərinin yaradılmasına başlanacaq. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.

İşini və qazancını itirmiş şəxslərə dəstək

Bundan əlavə, işini və qazancını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün işsiz şəxslərə birdəfəlik ödəmə olaraq 190 manat məbləğində dəstəyin verilməsi qərara alınıb. Bunun üçün 70 milyon manat vəsait ayrılıb. Ödənişin verilməsi şərtləri və qaydaları Nazirlər Kabinetinin 07.04.2020 tarixli qərarı ilə təsdiq edilib. Ödənişi məşğulluq orqanında qeydiyyatdan keçmiş işsiz statusu olanlar və dövlətdən sosial ödəniş almayan şəxslər alırlar. İşsiz kimi qeydiyyat üçün vətəndaşlara elektron portal və telefon zəngi vasitəsilə qeydiyyat imkanı yaradılıb. Müraciətlərin çox olması ilə əlaqədar rayon və şəhərlər üzrə aprelin 12-dək olan dövr üçün müraciət üzrə Qrafik təqdim edilib. 

7 apreldə təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində -  2 günə ödənişlərə başlanılıb. Aprelin 9-da - 10 min, aprelin 10-da - 10 min, aprelin 11-də - 15 min, aprelin 12-də - 20 min işsiz üçün vəsait bank filialları və poçt şöbələrinə ödənilib. Ümumilikdə 9-12 apreldə 55 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib. 

İşsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsi

Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün  verilməsi müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial müdafiə tədbiri üçün 0,6 milyon manat ayrılıb.

Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi 

2020-ci il üzrə 11 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat  ayrılıb. Bu ilin əvvəlindən artıq 2600 nəfər proqrama cəlb edilib və proses davam edir. Layihə çərçivəsində Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə). Özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Aprelin 8-də banklar tərəfindən aktivlər verilməsinə başlanıb.

Özünüməşğulluq proqramının genişləndirilməsində bu il Dünya Bankı ilə birgə də layihəyə başlanacaq. Dünya Bankı layihəsi çərçivəsində hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin də biznes-planları banklar tərəfindən qiymətləndirilib, hazırda biznes-planların online formada müdafiəsi həyata keçirilir.

İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi 

İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi üçün qanunvericiliyə dəyişikliklərlə bağlı işlər aparılır. Məqsəd əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsidir. 2020-ci il üçün bu növ ödənişinin əhatə dairəsinin 20 min nəfər olması, tələb olunan vəsaitin (il ərzində): 20 milyon manat (İşisizlikdən Sığorta Fondu hesabına) olması nəzərdə tutulur.

Xüsusi həssas təbəqələr üzrə sosial müdafiə tədbirlərinin gücləndirilməsi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatından istifadə olunmaqla əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilir və il ərzində də davam edəcək. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) alır: 2,3 mln. nəfər. 

Pensiya və digər sosial ödənişlər zamanı bankomatlar qarşısında sıxlığın olmaması və əlçatanlığın təmin olunması üçün Mərkəzi Bankla birlikdə görülən işlər nəticəsində müvafiq ödənişlər ölkədə fəaliyyət göstərən bütün bankların və Azərpoçtun bankomatlarından və posterminallarından heç bir faiz tutulmadan, yəni komissiyasız ödənilir.

Aprelin 8-də Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları, eləcə də Sumqayıt şəhəri və Abşeron, aprelin 9-da Nizami, Nərimanov və Xətai rayonları, 10-da Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödənildi.  Ayın 15-də digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və artıq bütün ölkə üzrə aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.  Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. 

Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi.

Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyona manat ayrılıb.

Aztəminatı ailələrin ünvanlı sosial yardım proqramından faydalanmaq imkanlarının və proqrama əlçatanlığının artırılması işləri nəticəsində bu yardımı alan ailələrin sayı artmaqda davam edir.  12 aprel tarixinə 78 722 ailə və ya 326 883 nəfər ailə üzvü yardım alır, artım 1 aprel tarixi ilə müqayisədə  8 114 ailə və ya  33 644 nəfər ailə üzvüdür. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Tənha yaşlılara sosial xidmətlər

Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır.15 000-dən çox  tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 14100 tənha ahıla və əlilliyi olan şəxsə ərzaq payları evlərinə aparılıb verilib. Bu proses davam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur. 

2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və  bunun üçün 2.6 milyon manat ayrılıb.

Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır. 

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Tələb olunan vəsait (il ərzində): 40 milyon manatdır. Təqribən 17 min tələbəni əhatə etməsi nəzərdə tutulur.

142-Çağrı Mərkəzinə müraciətlər

Aprelin 1-dən 142-Çağrı Mərkəzi tərəfindən 65 551 vətəndaş müraciəti cavablandırılıb. Çağrı Mərkəzinin işçi heyəti 3 dəfə artırılıb, iş saatları 24:00-dək artırılıb.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!