Bunu açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvü Əliabbas Salahzadı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirənin yekunlarını şərh edərkən deyib.
Deputat bildirib ki, məhz Prezident və Birinci vitse-prezidentin öncəgörənliyi, çevik, vaxtında həyata keçirdiyi siyasət nəticəsində koronavirus pandemiyası dövründə vətəndaşlarımızın təhlükəsizliyi təmin edib, sağlamlığını qorumaq məqsədilə dövlətin bütün resursları səfərbər olundu və nəticədə çox qısa zaman ərzində uğurlu nəticələr əldə edildi.
“Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində koronavirus infeksiyası ilə bağlı vəziyyət nəzarətə götürlüdü və nəzarətdə saxlamaq mümkün oldu. Cənab Prezidentin də söylədiyi kimi, zamanında lazımi addımlar atılmasaydı bunun faciəsinin miqyasını ağla gətirmək belə çətin olardı. Bütün bunlar məhz ölkə rəhbərliyinin Azərbaycan xalqının təhlükəsizliyinin və sağlamlığının qorunması istiqamətində atdığı təxirəsalınmaz tədbirlər nəticəsində mümkün oldu. Ölkə rəhəbrliyi bununla həm dövlətin qüdrətini və gücünü ortaya qoydu, həm də xalqının təhlükəsizliyinin keşiyində duran bir dövlət başçısı keyfiyyətlərini dünyaya sübut etdi. Prezidentin koronavirus pandemiyası dövründə atdığı addımlar və bu yüksək insani keyfiyyətlər nəinki, Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda dünya dövlətləri və ictimaiyyəti tərəfindən çox müsbət qarşılandı, təqdir edildi. Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bundan öncə də bir sıra məsələlərdə dünya birliyi üçün çox önəm daşıyan məsələlərdə təşəbbüslərlə çıxış edərək nümunə olublar. Məhz bunun nəticəsi olaraq son illərdə Azərbaycan dünyanın üzləşdiyi ciddi problemlər həllinin dialoq mərkəzinə çevrilib. Biz bu gün bəşəriyyətin koronavirus pandemiyası ilə üzləşdiyi ən çətin, mürəkkəb şəraitdə də şahidi olduq. Hətta bəzi inkişaf etmiş ölkə başçıları , beynəlxalq təşkilatlar problemin qaşısında özlərinə qapandıqları halda Azərbaycan Prezidenti beynəlxalq təhdidə çevrilən koronavirus pandemiyası dövründə də öz çevikliyini nümayiş etdirməklə dünyaya nümunə oldu. Bir sıra ilklərə imza atdı. Bu istər koronavirus infeksiyasının ölkə daxilində, istərsə də pandemiyanın qarşısınının alınması istiqamətində atdığı məsələlərdə olsun. Prezident və Birinci vitse-prezident tərəfindən həyata keçirilən məqsədyönlü və effektiv addımlar, nümunəvi təcrübələr beynəlxalq praktikada da istifadə olunmağa başlandı. Artıq bir çox ölkələr koronavirus pandemiaysına qarşı mübarizədə Azərbaycan təcrübəsindən yararlanırlar. Azərbaycan təcrübəsi bununla bitmədi. Azərbaycan dünyanın bir parçası olaarq bu sahədə beynəlxalq aləmə öz töhfəsini vermək üçün ciddi addımlar atdı. Türk Şurasının Zirvə görüşünün təşkili və keçirilməsi bunun bariz nümunəsidir. Azərbaycan bu addımı ilə beynəlxalq aləmə mesaj verdi ki, dünya ölkələri bir olub, həmrəylik nümayiş etdirib, birgə fəaliyyət göstərmədən heç bir ölkə bu bəladan təkbaşına çıxması asan olmayacaq. Türk Şurasının Zirvə görüşünü keçirməklə Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq aləmlə birgə fəaliyyət göstərmək niyyətini, maraqlı olduğunu konkert atmış olduğu addımı ilə ortaya qoymuş oldu. Bununla da Azərbaycan dünyaya öz liderlik qabliyyətini ortaya qoydu. Dünya problemlərinin həlli istiqamətində konkret addımlarla çıxış edən ölkə kimi tanıdı və qəbul etdi”- deputat qeyd edib.
Deputat əlavə edib ki, koronavirus pandemiyasə bird aha ölkə rəhbərliyinin vətəndaşlarını təkcə onların sağlamlığının müdafiəsinin keşiyində yox, üzləşdikəri çətinliklərin aradan qaldırılması üçün bütün zəruri addımları atdı:
“ Vətəndaşların aztəminatlı və işsiz təbəqəsinin sosial müdafiəsi istiqamətində konkret addımlar ataraq, dəstək verdi və biz bunun şahidi olmaqdayıq. Ümumiyyətlə Azərbaycan xalqı bu çətin günlərdə Prezident və Birinci vitse-prezidentin simasında xalqını, dövlətini üzləşdiyi ən çətin durumlardan çıxarmaq qabliyyətinə malik layiqli lider keyfiyyətlərinin olduğuna şahidlik etdi. Ona görə də ölkə rəhbərliyinin atdığı hər addımı təqdir edərək yüksək dəyərləndirdi və onun ətrafında sıx birləşərək yürütdüyü siyasətə canla-başla xidmət etdi. Xalq-iqtidar birliyi formulasına əsaslanaraq üzləşdiyimiz çətinliyi aradan qaldırmaq üçün həmrəylik nümayiş etdirib, birgə fəaliyyət göstərdi və göstərməkdədir. Əminəm ki, xalq-iqtidar birliyi və səfərbərliyi nəticəsində Azərbaycan dövləti və xalqının həm koronavirus pandemiyasından, həm də iqtisadi vəziyyətdən daha az itki ilə çıxmağa imkan yaradacaq. Azərbaycan qısa zamanda yenidən əvvəlki kimi davamlı inkişaf mərhələsinə qədəm qoyacaq. Çünki Azərbaycanın İlham Əliyev və Mehriban xanım Əliyeva kimi uzaqgörən, müdrik, xalqını sevən, ən çətin zamanda onların yanında olub, üzləşdikləri mürəkkəb vəziyyətindən çıxarmaq qabaliyyətinə malik lideri var. Məhz bu lidelərin rəhbərliyi altında Azərbaycan xalqı bütün problemlərini həll edib sülh, sabitlik şəraitində sosial rifah halında yaşamlarını təmin edərək və sürəcəklər”.
Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, indi koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur:
"Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur.
Azərbaycan güclü dövlətdir və Azərbaycan rəhbərliyi vətəndaşlara hər şeyi necə varsa, elə də təqdim edir. Biz ümumi mənzərəni şişirtmirik, eyni zamanda, tam səmimiyyətlə deyə bilərəm ki, panika üçün, hansısa narahatlıq üçün bu gün heç bir səbəb yoxdur. Əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır. Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur. İqtisadiyyat bir il tənəzzülə uğraya bilər, başqa il arta bilər, hər halda, hər şey nəzarət altındadır. Ona görə valyuta bazarında da bu gün heç bir təşvişə ehtiyac yoxdur".
Bunu Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə deyib.
Dövlət başçısı bildirib ki, bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür. İdarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin:
"Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq".
İlham Əliyev bildirib ki, bu islahatların məntiqi davamı parlament seçkiləri idi:
"Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.
Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi.
Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir.
O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcasına qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi".
AZƏRTAC xəbər verir ki, sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır.
Sənədə əsasən, sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etmək tapşırılıb.
Müşavirədə ilin birinci rübündə həyata keçirilən tədbirlərdən danışan Prezident İlham Əliyev Azərbaycanda islahalatların davam etdirilməsinin yaxşı nəticələrə gətirib çıxardığını deyib.
Koronovirus pandemiyası ilə mübarizə çərçivəsində görülən işləri vurğulayan dövlətimizin başçısı Azərbaycanda vəziyyətin nəzarət altında saxlanıldığını bildirib.
İqtisadi vəziyyətə pandemiyanın təsiri ilə əlaqədar hökumətə bir sıra tapşırıqlar verən Prezident İlham Əliyev 2020-ci ilin də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü olacağını deyib, ilin birinci rübünün iqtisadi göstəricilərindən danışıb.
Sonra Maliyyə naziri Samir Şərifov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Kənd təsərrüfatı naziri İnam Kərimov məruzə ediblər.
Prezident İlham Əliyev müşavirəyə yekun vurub.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN) açıqlama yayıb.
Daxil olan açıqlamada deyilir:
"Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejiminə riayət olunmasının vəziyyətinin təhlili və aparılmış araşdırmalar göstərir ki, hərəkətinə xidməti vəsiqə, arayış, elektron qeydiyyat əsasında icazə verilən şəxslərin əksəriyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında müəyyən olunmuş hüquqlardan sui-istifadə edərək iş vaxtı və icazə müddəti başa çatdıqdan sonra, eləcə də qeyri-iş günlərində müvafiq məhdudiyyətlərə əməl etmir, küçələrdə və avtomobil yollarında intensivliyi, eyni zamanda infeksiyanın yayılma riskini artırırlar.
Bütün orqan, müəssisə və təşkilatların rəhbərlərindən tələb olunur ki, “icaze.e-gov.az” portalına yalnız əmək müqaviləsi və ya xidməti müqavilə əsasında çalışan şəxs haqqında məlumatları daxil etsinlər. Əməkdaşlarına işdən çıxdıqdan sonra məhz yaşadıqları ünvana qayıtmalarının vacibliyini, verilmiş icazələrdən sui-istifadə hallarına görə inzibati qanunvericiliyə uyğun məsuliyyət daşımalarını izah etsinlər.
Vətəndaşlara evdən yalnız tibbi zərurətlə əlaqədar, ərzaq və dərman almaq, bank və poçt xidmətindən istifadə etmək məqsədilə müəyyən edilmiş qaydada icazə aldıqdan sonra çıxmaq, bu zaman fərdi nəqliyyat vasitəsindən istifadə etməmək, saat 21.00-dan sonra isə yaşadığı ünvanı tərk etməmək tövsiyə olunur.
Özünüzün və ailənizin sağlamlığını qorumaq üçün bir daha məhdudiyyət tədbirlərinə riayət olunmasını xahiş edirik".
Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Vüqar Hacıyev Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) Xudat Polis Bölməsinin (PB) rəisi təyin edilib.
V.Hacıyev bundan əvvəl Quba RPŞ-nin Qonaqkənd PB-nin rəisi olub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı profilaktik və preventiv tədbirlər görülməklə bərabər, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.
Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və ümumilikdə 2 milyon vətəndaşı əhatə edən bu tədbirlər üçün 400 milyon manat vəsait ayrılıb.
Dövlət sektorunda məşğulluğa dəstək
Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməyib, bu sektorda minimal işçi sayı ilə fəaliyyət davam edib, məzuniyyətə buraxılan işçilərin evdən işləmələri ilə əməkhaqlarının saxlanması təmin edilib. Bu tədbir dövlət sektorunda çalışan 910 min işçini əhatə edib.
Qeyri-dövlət sektorunda məşğulluğa dəstək
Qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması məqsədilə elektron sistem üzərindən gündəlik nəzarət edilib, əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib. Həmçinin işçi qüvvəsinə ehtiyac olmadığı hallarda qanunvericiliklə görülməsi mümkün olan və iş yerlərinin qorunub saxlanmasına imkan verən alternativ üsullar təqdim edilib. Bu işlər qeyri-dövlət sektorunda çalışan 710 min işçini əhatə edib.
Müsbət nəticə kimi, özəl sektorda nəinki əmək müqavilələrinin sayında azalma baş verməyib, əksinə, əmək müqavilələrinin sayında artım dinamikası davam edib. 2020-ci ilin 1 aprel tarixinə əmək müqavilələrinin sayı 664 119 olubsa, 12 aprel tarixinə bu göstərici 710 967-ə çatıb, beləliklə, əmək müavilələrinin sayında 1 aprel tarixinə 46 848 müqavilə, 1 yanvar tarixinə isə 69 478 müqavilə artımı baş verib.
Eyni zamanda, təsdiq olunan Tədbirlər Planında 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi və təqribən 300 min fərdi sahibkara dəstək verilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.
Əhalinin məşğulluq imkanlarının artırılması
Əhalinin məşğulluq imkanlarının artırılması üçün rayon (şəhər) Məşğulluq Mərkəzlərinin fəaliyyəti gücləndirilib.
DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub, bunun üçün 30 milyon manat vəsait ayrılıb. Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib. 13 apreldən artıq bu ictimai iş yerlərinin yaradılmasına başlanacaq. Həmin ictimai iş yerləri əsasən dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək.
İşini və qazancını itirmiş şəxslərə dəstək
Bundan əlavə, işini və qazancını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün işsiz şəxslərə birdəfəlik ödəmə olaraq 190 manat məbləğində dəstəyin verilməsi qərara alınıb. Bunun üçün 70 milyon manat vəsait ayrılıb. Ödənişin verilməsi şərtləri və qaydaları Nazirlər Kabinetinin 07.04.2020 tarixli qərarı ilə təsdiq edilib. Ödənişi məşğulluq orqanında qeydiyyatdan keçmiş işsiz statusu olanlar və dövlətdən sosial ödəniş almayan şəxslər alırlar. İşsiz kimi qeydiyyat üçün vətəndaşlara elektron portal və telefon zəngi vasitəsilə qeydiyyat imkanı yaradılıb. Müraciətlərin çox olması ilə əlaqədar rayon və şəhərlər üzrə aprelin 12-dək olan dövr üçün müraciət üzrə Qrafik təqdim edilib.
7 apreldə təsdiq edilən qaydalar üzrə çox qısa müddət ərzində - 2 günə ödənişlərə başlanılıb. Aprelin 9-da - 10 min, aprelin 10-da - 10 min, aprelin 11-də - 15 min, aprelin 12-də - 20 min işsiz üçün vəsait bank filialları və poçt şöbələrinə ödənilib. Ümumilikdə 9-12 apreldə 55 min işsiz üçün birdəfəlik ödəmə təmin edilib.
İşsizlikdən sığorta və peşə hazırlığı kurslarının müdavimlərinin sosial müdafiəsi
Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. 2 min nəfəri əhatə edən bu sosial müdafiə tədbiri üçün 0,6 milyon manat ayrılıb.
Özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi
2020-ci il üzrə 11 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb. Bu ilin əvvəlindən artıq 2600 nəfər proqrama cəlb edilib və proses davam edir. Layihə çərçivəsində Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir (hər il 250 ailə). Özünüməşğulluq proqramının genişləndirilməsində banklarla əməkdaşlıq edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Aprelin 8-də banklar tərəfindən aktivlər verilməsinə başlanıb.
Özünüməşğulluq proqramının genişləndirilməsində bu il Dünya Bankı ilə birgə də layihəyə başlanacaq. Dünya Bankı layihəsi çərçivəsində hər il 5 min ailənin özünüməşğulluğu təmin ediləcək. BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində 500 nəfər əlilliyi olan şəxsin də biznes-planları banklar tərəfindən qiymətləndirilib, hazırda biznes-planların online formada müdafiəsi həyata keçirilir.
İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi
İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi üçün qanunvericiliyə dəyişikliklərlə bağlı işlər aparılır. Məqsəd əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişinin şamil edilməsidir. 2020-ci il üçün bu növ ödənişinin əhatə dairəsinin 20 min nəfər olması, tələb olunan vəsaitin (il ərzində): 20 milyon manat (İşisizlikdən Sığorta Fondu hesabına) olması nəzərdə tutulur.
Xüsusi həssas təbəqələr üzrə sosial müdafiə tədbirlərinin gücləndirilməsi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə yaranmış 200 mln. manat ehtiyatından istifadə olunmaqla əhaliyə sosial ödənişlərin davamlılığı təmin edilir və il ərzində də davam edəcək. Bu ödənişləri (pensiya, müavinət təqaüd və s.) alır: 2,3 mln. nəfər.
Pensiya və digər sosial ödənişlər zamanı bankomatlar qarşısında sıxlığın olmaması və əlçatanlığın təmin olunması üçün Mərkəzi Bankla birlikdə görülən işlər nəticəsində müvafiq ödənişlər ölkədə fəaliyyət göstərən bütün bankların və Azərpoçtun bankomatlarından və posterminallarından heç bir faiz tutulmadan, yəni komissiyasız ödənilir.
Aprelin 8-də Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi və Qaradağ rayonları, eləcə də Sumqayıt şəhəri və Abşeron, aprelin 9-da Nizami, Nərimanov və Xətai rayonları, 10-da Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiyalar ödənildi. Ayın 15-də digər rayonlar üzrə, həmçinin dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə pensiyaların ödənişi aparılacaq və artıq bütün ölkə üzrə aprel ayının pensiyalarının ödənişi prosesi başa çatacaq. Ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər.
Ünvanlı dövlət sosial yardımının verilməsi müddətinin uzadılması və təyinatının sadələşdirilməsi.
Xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyona manat ayrılıb.
Aztəminatı ailələrin ünvanlı sosial yardım proqramından faydalanmaq imkanlarının və proqrama əlçatanlığının artırılması işləri nəticəsində bu yardımı alan ailələrin sayı artmaqda davam edir. 12 aprel tarixinə 78 722 ailə və ya 326 883 nəfər ailə üzvü yardım alır, artım 1 aprel tarixi ilə müqayisədə 8 114 ailə və ya 33 644 nəfər ailə üzvüdür. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.
Tənha yaşlılara sosial xidmətlər
Yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır.15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Sosial tərəfdaşlar vasitəsilə artıq 14100 tənha ahıla və əlilliyi olan şəxsə ərzaq payları evlərinə aparılıb verilib. Bu proses davam edir. Hazırda 9 sosial xidmət müəssisəsində 1000-dən çox şəxs stasionar şəraitdə sosial xidmətlər təmin olunur.
2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2.6 milyon manat ayrılıb.
Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılıb. Tələb olunan vəsait (2 aylıq) 10 milyon manatdır.
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi nəzərdə tutulub. Tələb olunan vəsait (il ərzində): 40 milyon manatdır. Təqribən 17 min tələbəni əhatə etməsi nəzərdə tutulur.
142-Çağrı Mərkəzinə müraciətlər
Aprelin 1-dən 142-Çağrı Mərkəzi tərəfindən 65 551 vətəndaş müraciəti cavablandırılıb. Çağrı Mərkəzinin işçi heyəti 3 dəfə artırılıb, iş saatları 24:00-dək artırılıb.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında idman sahəsinin inkişafında xüsusi xidmətlərinə görə Faiq Zülfüqar oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, F.Həsənov Azərbaycan şahmatçısı, şahmat hakimi və televiziya aparıcısıdır.