Deputat: “Azərbaycan xalqı əmin oldu ki, vətəndaşın təhlükəsizliyi ölkə rəhbərliyi üçün hər şeyin fövqündə dayanır”
Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirusla mübarizə çərçivəsində həyata keçirilən kompleks tədbirlər planı bir daha onu təsdiq etdi ki, insanlarımızın təhlükəsizliyi, vətəndaşların sağlamlığının müdafiəsi, sosial rifah halı və iqtisadi, siyasi sabitlik şəraitində yaşaması ölkə rəhbərliyi üçün hər şeyin fövqündə dayanır.

Bunu  açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvü Əliabbas Salahzadı Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirənin yekunlarını şərh edərkən deyib.

Deputat bildirib ki, məhz  Prezident və Birinci vitse-prezidentin öncəgörənliyi, çevik, vaxtında həyata keçirdiyi siyasət nəticəsində koronavirus pandemiyası dövründə vətəndaşlarımızın təhlükəsizliyi təmin edib, sağlamlığını  qorumaq məqsədilə dövlətin bütün resursları səfərbər olundu və  nəticədə çox qısa zaman ərzində uğurlu nəticələr əldə edildi.

“Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində koronavirus infeksiyası ilə bağlı vəziyyət nəzarətə götürlüdü və nəzarətdə saxlamaq mümkün oldu. Cənab Prezidentin də söylədiyi kimi, zamanında  lazımi addımlar atılmasaydı bunun faciəsinin miqyasını ağla gətirmək belə çətin olardı. Bütün bunlar məhz ölkə rəhbərliyinin  Azərbaycan xalqının təhlükəsizliyinin və sağlamlığının qorunması istiqamətində atdığı təxirəsalınmaz tədbirlər nəticəsində mümkün oldu. Ölkə rəhəbrliyi bununla  həm dövlətin qüdrətini və gücünü ortaya qoydu, həm də xalqının  təhlükəsizliyinin  keşiyində  duran bir dövlət başçısı  keyfiyyətlərini dünyaya sübut etdi.  Prezidentin  koronavirus pandemiyası dövründə atdığı addımlar və bu yüksək insani keyfiyyətlər nəinki, Azərbaycan  xalqı tərəfindən deyil, eyni zamanda   dünya dövlətləri və ictimaiyyəti tərəfindən çox müsbət qarşılandı, təqdir edildi. Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bundan öncə də bir sıra məsələlərdə   dünya birliyi üçün çox önəm daşıyan  məsələlərdə təşəbbüslərlə çıxış edərək nümunə olublar. Məhz bunun nəticəsi olaraq  son illərdə Azərbaycan dünyanın üzləşdiyi  ciddi problemlər həllinin dialoq mərkəzinə çevrilib. Biz bu gün bəşəriyyətin  koronavirus pandemiyası ilə üzləşdiyi ən çətin, mürəkkəb şəraitdə də şahidi olduq.   Hətta bəzi inkişaf etmiş ölkə başçıları , beynəlxalq təşkilatlar problemin qaşısında özlərinə qapandıqları halda Azərbaycan Prezidenti beynəlxalq təhdidə çevrilən koronavirus pandemiyası dövründə də öz çevikliyini nümayiş etdirməklə dünyaya nümunə oldu. Bir sıra ilklərə imza atdı. Bu istər koronavirus infeksiyasının ölkə daxilində, istərsə də pandemiyanın qarşısınının alınması istiqamətində atdığı məsələlərdə olsun. Prezident və Birinci vitse-prezident tərəfindən həyata keçirilən məqsədyönlü və effektiv addımlar, nümunəvi təcrübələr beynəlxalq praktikada da istifadə olunmağa başlandı. Artıq bir çox ölkələr koronavirus pandemiaysına qarşı mübarizədə Azərbaycan təcrübəsindən yararlanırlar. Azərbaycan  təcrübəsi bununla bitmədi. Azərbaycan dünyanın bir parçası olaarq bu sahədə beynəlxalq aləmə öz töhfəsini vermək üçün ciddi addımlar atdı. Türk Şurasının Zirvə görüşünün təşkili və keçirilməsi bunun bariz nümunəsidir. Azərbaycan bu addımı ilə  beynəlxalq aləmə mesaj verdi ki,  dünya ölkələri bir olub, həmrəylik nümayiş etdirib, birgə fəaliyyət göstərmədən heç bir ölkə bu bəladan təkbaşına çıxması asan olmayacaq. Türk Şurasının Zirvə görüşünü keçirməklə Azərbaycan  koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq aləmlə birgə fəaliyyət göstərmək niyyətini, maraqlı olduğunu konkert atmış olduğu addımı ilə  ortaya qoymuş oldu. Bununla da Azərbaycan dünyaya öz liderlik qabliyyətini ortaya qoydu. Dünya problemlərinin həlli istiqamətində konkret addımlarla çıxış edən ölkə kimi tanıdı və qəbul etdi”- deputat qeyd edib.

Deputat əlavə edib ki,  koronavirus pandemiyasə bird aha ölkə rəhbərliyinin vətəndaşlarını təkcə onların sağlamlığının müdafiəsinin keşiyində yox, üzləşdikəri çətinliklərin aradan qaldırılması üçün bütün zəruri addımları atdı:

“ Vətəndaşların aztəminatlı və işsiz  təbəqəsinin sosial müdafiəsi istiqamətində  konkret addımlar ataraq, dəstək verdi və biz bunun şahidi olmaqdayıq. Ümumiyyətlə Azərbaycan xalqı  bu çətin günlərdə Prezident və Birinci vitse-prezidentin simasında xalqını, dövlətini  üzləşdiyi ən çətin durumlardan çıxarmaq qabliyyətinə malik layiqli lider keyfiyyətlərinin olduğuna şahidlik etdi. Ona görə də ölkə rəhbərliyinin atdığı hər addımı təqdir edərək yüksək dəyərləndirdi və onun ətrafında sıx birləşərək yürütdüyü siyasətə  canla-başla xidmət etdi. Xalq-iqtidar birliyi formulasına əsaslanaraq üzləşdiyimiz  çətinliyi aradan qaldırmaq üçün həmrəylik nümayiş etdirib, birgə fəaliyyət  göstərdi və göstərməkdədir. Əminəm ki, xalq-iqtidar birliyi və səfərbərliyi nəticəsində  Azərbaycan dövləti və xalqının həm  koronavirus pandemiyasından, həm də  iqtisadi vəziyyətdən daha az itki ilə çıxmağa  imkan yaradacaq.  Azərbaycan qısa zamanda yenidən əvvəlki kimi  davamlı inkişaf mərhələsinə qədəm qoyacaq. Çünki Azərbaycanın İlham Əliyev və Mehriban xanım Əliyeva kimi uzaqgörən, müdrik, xalqını sevən, ən çətin zamanda onların yanında olub, üzləşdikləri mürəkkəb vəziyyətindən çıxarmaq qabaliyyətinə malik lideri var. Məhz bu lidelərin rəhbərliyi altında Azərbaycan xalqı bütün problemlərini həll edib sülh, sabitlik şəraitində sosial rifah halında yaşamlarını təmin edərək və sürəcəklər”.

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!