Azərbaycanın Milli Qəhrəmanının valideynləri Prezidentə təşəkkür etdilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyü işlər xalq tərəfindən yüksək qiymətləndirilir.

Bununla əlaqədar dövlət başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir.

Məktubların bir neçəsini təqdim edirik:

Samux rayonundan Azərbaycanın Milli Qəhrəman Eltun İsgəndərovun valideynləri Xaləddin İsgəndərov və Münəvvər İsgəndərova Azərbaycan xalqının çətin bir dövründə göstərdiyi vətənpərvərliyinə görə dövlət başçısına təşəkkür ediblər:

"Möhtərəm cənab Prezident, xalqımızın və bütün dünyanın ağır sınaqdan keçdiyi bir dövrdə göstərdiyiniz vətənpərvərlik mövqeyinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Hətta dünyanın ən güclü dövlətlərinin belə tədbir görməkdə gecikdiyi zamanda Sizin göstərdiyiniz qayğı və diqqət bizim bu sınaqdan da üzüağ çıxmağımızın göstəricisi və qarantıdır. Siz insanlara çox kömək edirsiniz. Bunu hamı bilir. Allah Sizdən razı olsun. Koronavirusla əlaqədar xalqa müraciətiniz bir daha göstərdi ki, Siz xalqın yanındasınız, onlara kömək göstərirsiniz. Sizin müraciətiniz bu həssas məqamda insanlara ruh yüksəkliyi verdi. İnsanların təşvişə düşməmələri üçün bu müraciət çox vacib idi və Siz bunu etdiniz. Biz bir daha əmin olduq ki, ən çətin məqamda belə güvənə biləcəyimiz Prezidentimiz var. Ulu Tanrı Sizi qorusun. Nə yaxşı ki, varsınız".

Azərbaycanın daha bir Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov da Prezident İlham Əliyevə təşəkkür edib:

"Hörmətli cənab Prezident, Siz polad biləkli, geniş ürəkli, uzaqgörən bir sərkərdəsiniz. Bunu Sizin yüksək siyasi bacarığınız, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər sübut edir. Məhz bu tədbirlər xalqımızı acı nəticələrdən qorudu. Sərhədlərin vaxtında bağlanması, lazımi tibbi avadanlıqların ölkəyə gətirilməsi, yeni açılan xəstəxananın xəstələrin istifadəsinə verilməsi az itki ilə vəziyyətdən çıxmağımıza xidmət etdi. Xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, tənha və aztəminatlı insanlara ayrılan diqqət Sizin hər bir azərbaycanlının Prezidenti olmağınızı sübut edir. Çıxışlarınızı izləyirəm. Xalqımız Sizin və Mehriban xanımın açdığı yolla irəlilədikcə xalqla dövlət arasında birlik də möhkəmlənir. 2018-ci ildə dekabrın 24-də Sizinlə görüş zamanı sadə, mehriban, qayğıkeş münasibətinizi xatırlayıram. Bu qayğını indi də çıxışlarınızda, çağırışlarınızda hiss edirik. Cənab Prezident, Sizə və Mehriban xanıma uzun ömür, cansağlığı, işlərinizdə yüksək zirvələr arzulayıram. Ulu Tanrı Sizi qorusun".

Şəki şəhər 12 nömrəli tam orta məktəbin kollektivi adından Nəzakət Qəhrəmanzadə və Vüqar Qəhrəmanzadənin Prezidentə yazdıqları təşəkkür məktubunda deyilir: 

"Hörmətli Prezidentimiz cənab İlham Əliyev, bu gün Yer kürəsini öz ağuşuna almış bu pandemiya zamanı hər bir vətəndaşımızın sağlamlığını düşünüb qətiyyətli addımlar atır, xalqımızın təhlükəsizliyi naminə əlinizdən gələni edirsiniz. Ölüm və yoluxma hallarını digər ölkələrlə müqayisə etdiyimiz zaman bunu açıq şəkildə görmək mümkündür. Bu xəstəliklə mübarizə aparmaq üçün gördüyünüz qabaqlayıcı tədbirlərlə, qəbul etdiyiniz qətiyyətli qərarlarla bizlərə qürur hissi yaşatdınız. Xalqımızı bu bəladan qoruduğunuza və çətin zamanımızda gördüyünüz bütün bu təxirəsalınmaz tədbirlərə görə Sizə və Mehriban xanım Əliyevaya dərin minnətdarlıq edir, təşəkkürümüzü çatdırırıq".

Neftçala rayonundan Fərhad Baxışov yazır:

"Hörmətli cənab Prezident, koronavirus pandemiyası elə bir qlobal çağırışa səbəb oldu ki, dünya birliyinin bütün üzvlərini eyni amal uğrunda səmimi niyyətlə birləşməyə sövq etdi. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlər nümunəvi model kimi ixrac olunur. Dünyanın aparıcı dövlətləri virusla mübarizədə acizlik nümayiş etdirdikəri halda, Sizin ardıcıl və hesablanmış qərarlarınız sayəsində ölkəmiz infeksiyanın pik həddini geridə qoymuşdur. İnsanların sağlamlığının qorunması ilə yanaşı, iqtisadi fəallığın azaldığı və neftin qiymətinin kəskin düşdüyü halda əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində qəbul etdiyiniz qərarlar, verdiyiniz tapşırıqlar kiçikdən-böyüyə hər kəsin sevincinə səbəb olur. Bizim sağlamlığımızı, təhlükəsizliyimizi, maliyyə imkanlarımızı, bir sözlə, həyatımızı qoruduğunuz üçün sizə təşəkkür edirik. Bütün Azərbaycan xalqı Sizə inanır, arxayındır və minnətdardır".

21 Noyabr 2024 Zaxarovadan COP29-la bağlı açıqlama
20 Noyabr 2024 Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
20 Noyabr 2024 Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış
20 Noyabr 2024 Baydenin Rusiyanın vurulmasına razılıq verməsi... - Ərdoğan
20 Noyabr 2024 Rusiyaya xəbərdarlıq etmişdik... - Miller
08 Noyabr 2024 İsrail səfirliyi Azərbaycanı təbrik etdi
24 Oktyabr 2024 Kobaxidze Ərdoğana başsağlığı verdi
22 Oktyabr 2024 Keçmiş prezident rüşvətə görə 20 il həbs cəzası aldı
22 Oktyabr 2024 Zelenski Putinin həbsinə imkan verən qanunu imzaladı
09 Oktyabr 2024 İrəvan üçtərəfli bəyannamədən çəkilib? - Rusiya
07 Oktyabr 2024 Lukaşenko da Moskvaya getdi
02 Oktyabr 2024 Qərb İranı çökdürmək üçün SSRİ planını işə salır - Markov
16 Sentyabr 2024 Pezeşkiandan Azərbaycanla bağlı açıqlama
14 Sentyabr 2024 İki millət vəkili və 41 siyasətçi İYİ Partiyasından getdi
09 Sentyabr 2024 Biz Qərblə ünsiyyət qapısını bağlamırıq - Lavrov
09 Sentyabr 2024 İran düşünür ki, Zəngəzur dəhlizi açılarsa... - Türk general
31 Avqust 2024 Paşinyan Bakıya gələcəkmi? - Özü açıqladı
29 Avqust 2024 Siyasətçilər illər əvvəl... - Foto
27 Avqust 2024 Ukrayna ilk ballistik raketini yaratdı - Zelenski
26 Avqust 2024 Qafqaz İran üçün strateji baxımdan... – Arakçı
24 Avqust 2024 23 min Ukrayna hərbçisi bizim ölkədə təlim keçib - Duda
23 Avqust 2024 İsraili həmişə dəstəkləyəcəyəm - Harris
21 Avqust 2024 İsrailə cavab verilməsə, pislikləri davam edəcək – Rezayi
20 Avqust 2024 Müharibədən sonra ilk: Modi Kiyevə niyə gedir?
19 Avqust 2024 Bakı Moskva və Kiyev arasında danışıqlar üçün idealdır - Markov
16 Avqust 2024 Daha bir ölkə Kiyevə silahlarından istifadəyə icazə verdi
16 Avqust 2024 Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir
16 Avqust 2024 Tiflis Rusiyaya ittiham şansı verdi: Bu, xəyanətdir!
16 Avqust 2024 Qardaş ölkə Azərbaycan üçün viza rüsumunu ləğv etdi
15 Avqust 2024 Ölüm təhlükəsinə baxmayaraq, Qəzzaya gedəcəyəm!