Müğənni Afət Fərmanqızı ərə gedib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.
Sənətçi instaqram hesabında dini nikah mərasimindən fotosunu və sənədi paylaşaraq Ramal Hüseynov adlı şəxsi işarələyib və “Həyatıma xoş gəldin” qeydini yazıb.
“Günay özü trend üçün ölür. Onu trendə qəbul edən var ki? O trenddə olsa, elə sevinər ki… Trend saxtalıq deyil. Kimsə bunu edirsə, özü özünü aldadır”.
Minval.info xəbər verir ki, bu sözləri “Lent.Az”ın canlı yayımında ifaçı Şəbnəm Tovuzlu həmkarı Günay İbrahimlinin “Trenddə olmaqdansa, sənəti ataram” sözlərinə qarşılıq olaraq deyib.
O, daha sonra müğənnilər Damla, Nigar Camal və Günay İbrahimlinin ona nisbətdə canlı oxuya bilmədiklərini söyləyib:
“Canlı ifada nə Damla, nə də Günay qarşımda dura bilməz. Damla da, Günay da, Nigar da bilir ki, onların səs tembri mənimki kimi deyil. Mən xanəndəlik bitirmişəm. Muğam oxuyub, istədiyim tonallıqda ifa edən biriyəm. Onlar mənimlə yan-yana durub, ifa edə bilməzlər. Damla xırıltılı həzin səsi ilə bu yerə gəldi. Sevildi, kütləsi var. Amma “lya”dan “Qarabağ şikəstəsi” oxuya bilməz. Həmçinin də Günay İbrahimli. Onun da öz sevənləri var. Günayla səmimi salam-sağ olumuz var idi, bundan sonra da öz salamımı verəcəm, alar sağ olsun, almasa da özü bilər”.
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun yay tətilini Türkiyədə keçirir.
Minval.info xəbər verir ki, Aysun tətil fotolarını özünün “instagram” hesabında paylaşır.
Fotolarda çimərlik geyimində olduğu üçün gənc müğənni tənqid ediləcəyini düşünüb və bütün fotolarının şərhini bağlayıb.
Xalq artisti Yalçın Rzazadənin vəziyyəti kəskin pisləşib.
Minval.info axar.az-a istinadən xəbər verir ki, xalq artistinin oğlu Mətin Rzazadə məlumat verib. M.Rzazadə bildirib ki, atası təcili Türkiyəyə aparılıb.
Qeyd edək ki, bir neçə gün bundan əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi.
Onun müalicəsini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Bakı Ali Neft Məktəbinin tələbəsi Şaiq Məmişovun “Məzun günü”ndə rektor Elmar Qasımovdan diplomunu qeyri-adi formada alması maraqla qarşılanıb.
“Qafqazinfo”ya açıqlama verən 22 yaşlı Şaiq bildirib ki, bu addımıyla sadəcə öz sevincini bölüşmək istəyib:
“Bununla öz sevincimi qeyd etmək istədim. Əvvəlcədən bunu edəcəyimi bilirdim. Sadəcə, necə edəcəyimi planlaşdırmamışdım. Rektorun bunu təbəssümlə qarşılamağı gözlənilən idi. Çünki sevincini qeyd edən tələbə qeyri-adi və ya neqativ bir şey etmir. Sadəcə, sevinir və anı yaşayır. Tədbir universitetdaxili idi, ona görə də kənara çıxacağını gözləmirdim. Özüm üçün də sürpriz oldu. Etdiyim hərəkətdə xüsusi bir şey yoxdur. Buna ən yaxın nümunə futbolçuların və digərlərinin öz sevincini bölüşməsidir”.
Qeyd edək ki, Şaiq Məmişov eyni zamanda Prezident təqaüdçüsüdür. O, Ali Neft Məktəbinə 685 balla qəbul olub.
Azərbaycanın estrada müğənnisi Ayan Babakişiyeva öz Instagram hesabında maraqlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni yalan fikir formalaşdıran insanlara “vicdanınızla hərəkət edin” deyə sərt ismarıc yollayıb: “Kənardan hər kəsi şərhlərinizlə müzakirə edə bilərsiniz! Amma biz necə görmək istəyiriksə, elə də görəcəyik! Bəlkə o insan çox gözəl, mələk kimi xeyirxahdır, ancaq biz onu şeytan kimi görürük, bəlkə də şeytandır, mələk edirik. Bəlkə çox xoşbəxtdir, bəlkə çox bədbəxtdir, bilmirik. Ancaq danışırıq. Bir şeyi unutmayın! İnsanın gözünün tam içinə baxın, o zaman anlayacaqsınız. Vicdanınızla hərəkət edin, danışın!”
Qeyd edək ki, Ayan Babakişiyeva 1989-cu ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Bakı Mədəniyyət və Turizm Baş idarəsi tərəfindən “İlin ən məhsuldar müğənnisi” mükafatını alan Babakişiyeva, Faiq Sücəddinov, Xumar Qədimova, Aygün Bəylərin bəstələdiyi mahnılardan ibarət “İnternational” adlı albomu ilə tanınır.
Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.
Trend-in məlumatına görə, ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb.
Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır.
Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir.
Ötən günlərdə aparıcı İlqar Mikayıloğlunun “Geyləri və lezbiyanları öldürmək lazımdır” deyə, yazdığı status sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Minval.info Axşam.az-a istinadən xəbər verir ki, tənqid atəşinə tutulan aparıcıya daha bir irad eks-həmkarı Aynur Talıbovadan gəlib.
O, “Facebook”da İlqar haqda xatirələrini bölüşüb və fikrinə belə münasibət bildirib:
“15-16 il əvvəlin söhbətidir… Rəhmətlik ANS – “Marş” verilişinin müəllifi kimi İlqarın masasının üstü hərbi vertolyot və oyuncaqlarla dolu olardı. İstədiyi tək şey müharibə çağırışı idi, savaşmaq eşqi…
Bu imicinə zərər dəyməsin deyə, radio proqramlarda səsləndirmələrə də ehtiyatla yanaşırdı ki, insanlar səhv salmasınlar. Eyni şəkildə Mətanət də (Mətanət Əliverdiyeva – red.) xəbərin səsi idi və televiziyadan uzaq durmağı üstün tuturdu. Çox uzaq tarix deyil, amma anlatdıqlarım nağıl da deyil. Dediklərimi canlı yaşayanlar təsdiqləyər. Nə oldusa, sonradan oldu – İlqara da… Ən son özüylə də bu haqda danışmışdıq. Əl atdığı üsul bu cəmiyyətdə sağ qalmağın ən sağlam yollarından biridir”.
A.Talıbova daha sonra yazdığı rəydə düşüncələrini bu cür ifadə edib:
“Tolik, Elgiz, Bayram, Samiraldolar üzərindən reytinq, pul, ad-san qazanan cəmiyyət onların məclislərində iştirak edib, öz məclislərində yuxarı başda oturdub, özlərini də öldürmək lazım olduğunu düşünür… Kənardan biriləri də “kişisənsə, efirə çağır və vur, öldür” deyər. Yox, olmaz! Lazım gələndə ermənilər LGBT (Lezbiyan, Gey, Biseksual, Transseksual) üzvlərini öldürəcək şübhəsiz”.
Azərbaycanın tanınmış sənətkarı, Xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı ilə yeni görüntüləri yayılıb.
Minval.info xəbər verir ki, Şamaxı rayonunda çəkilən fotonu tanınmış aparıcı Hacı Nuran sosial mediada paylaşıb.
Fotoda Fəxrəddin Manafov, sənətkarın xanımı Vahidə Sadıqova və Hacı Nuran yer alıb.