Bu gün tarix elmləri namizədi, görkəmli alim, tanınmış yazıçı, tarixçi, publisist, ictiami-siyasi xadim, İsrafil Məmmədov vəfat edib.
Qaynarinfo xəbər verir ki, İsrafil Süleyman oğlu Məmmədov 1927-ci ildə Zəngəzur mahalının, Meğrı rayonunun Əmrəkar kəndində anadan olub. İsrafil Məmmədov Orta məktəbi qızıl medalla bitirərək öz kəndində – bitirdiyi məktəbdə müəllimlik edib. 1990-cı il yanvarın 19-da ailəsi ilə birgə Bakıya pənah gətirib.
İsrafil Məmmədov bir sıra sahələrdə çalışıb. O, rayon qəzeti və paralel olaraq rayon radiosunun aparıcısı olub, həmçinin Meğrı rayon komsomol komitəsinin birinci katibi vəzifəsində işləyib. İrəvan Ali Partiya məktəbini bitərərək 1955-90-cı illərdə keçmiş Ermənistan SSR-də Azərbaycan dilində nəşr olunan “Sovet Ermənistanı” adlı respublika qəzetinin son baş redaktoru olub. Keçmiş Ermənistan SSR Təhsil nazirinin müavini, Respublika “Bilik” Cəmiyyəti İdarə Heyəti sədrinin müavini, Jurnalistlər İttifaqı sədrinin müavini, AMEA Tarix İnstitutunda “Ermənistanda Azərbaycan mətbuatı tarixi” üzrə baş məsləhətçi vəzifəsində çalışıb.
1972-ci ildə “Ermənistanda Azərbaycan mətbuatı” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Azərbaycanda və Ermənistanda 1991-ci ildən sonra 5 dissertasiyanın rəsmi opponenti, 17 elmi əsərin redaktoru, 4 dissertasiyanın elmi rəhbəri olub. Azərbaycanlıların ın yaşam fəlsəfi, ictimai fikir tarixinə dair İrəvanda erməni və rus dillərində ensklopediyada 8,jurnallarda 32, qəzetlərdə 185, Azərbaycan dilində 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.
“Üç göyərçinim”, “Eldarın uşaqları”, “Bizim Əfəndiyev”, “Hicran, Körpüdən”, “Ömür yarpağı” hekayələri həm də erməni mətbuatında işıq üzü görüb. A.Gelmanın “Aləmlə üz-üzə”, Y.Onelin “Qarağaclar altında məhəbbət”, P.Pançevin “Əkizlər”, Ə.Əbubəkrin “Şuburumda dava-dalaş”, Q.Sundukyanın “Daha bir qurban” və başqa səhnə əsrlərini ana dilimizə çevirib. Erməni millətçiləri buna cavab olaraq 1968-ci ildə onun yaşadığı mənzili partladıblar.
Respublika radiosunda indiyə qədər erməni dilində 2680, Azərbaycan dilində 1145 elmi-analitik məqaləsi səsləndirilib. 1991-ci ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində “Erməni redaksiyası”nın müdiri olub. 1964-cü ildən İrəvan Pedoqoji Universitetində dərs deyib.
Prezidentin 25 may 2012-ci il tarixli Sərəncamı ı ilə İsrafil Məmmədova elm sahəsində “Dövlət Mükafatı” laureatı verilib.
Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərli arasında “İlhamə Quliyevanın taxtı” mövzusunda başlayan qalmaqal daha da şiddətlənib.
Minval.info axşam.az-a istinadən bildirir ki, “ATV maqazin onlarla” proqramına danışan Zərgərli həmkarı haqda sərt sözlər səsləndirib:
“Arada mənə söz atır. Ona Damla deyiləm ki, şəklimi cırıb atsın. İlhamə xanımla müharibə apardı, qalib ola bilmədi. İlhamə Quliyeva olası deyiləm. Məni Zahirən Faiq Sücəddinovdan tutmuş bütün incəsənət xadimləri ona oxşadırlar”.
O, daha sonra sözlərinə belə davam edib: “Elza, birincisi, get, ədəbiyyatla məşğul ol. Onun “ağzını tikmişəm” şeiri xoşuma gəlirdi, hərhalda, öz başına gələnlərdən yazıb. Deyir ki, Roza yolunu çaşıb. Roza insanların həyatına girir və onların yolunu çaşdırır. Mən İlhamə Quliyeva kimi ağır insan ola bilmərəm. Düşmənimə belə pislik arzulamamışam. Dava etmədən İnstaqramdan sildim ki, qəlbim səndən qırıldı. Elzanın sözlərini ondan gözləmirdim. Sən demə, qarnında qara qanlar axırmış. Onun haqqı yox idi ki, bu sözləri mənə desin. Bəzi nüanslar var ki, onları demək düzgün deyil – çirkinlikdir. İnsan etdiyini deməz, ya mövzunu bağla, qalsın kənarda, ya da iyrənc dərinliklərə gedəcəm. Bu sözləri ziyalı bildiyim qadına yaraşdırmadım”.
“Bizim şəhəri vəba təhdid edəndə o, şəhər həkiminin xahişi ilə öz alovlu nəfəsini gölə püskürtdü və gölü qaynatdı. Bütün şəhər qaynadılmış su içdi, epidemiyadan xilas oldu”
(Yevgeni Şvars, “Əjdaha” pyesindən)
Hökumət maaşları artırmaq qərarı verən kimi qiymətlər də qalxır. Hətta bəzən qiymətlər namərdlik eləyib hökumətin qərarının qüvvəyə minməsini gözləmirlər. Örnək üçün, son maaş artımı qərarı, deyəsən, sentyabrdan hesablanacaq, ancaq bir çox zadın qiyməti dünəndən qalxmışdır. Bu da əhalinin haqlı narazılığına səbəb olur, ölkəmizdə aparılan dinc quruculuq işlərinə mane olur, dövlət qulluqçularının nəzakətlilik prinsiplərini pozur, sistemli yanaşmaya imkan vermir. Gərək qiymət idarəsindən tələb olunsun, bu sahəyə nəzarət güclənsin. Bizdə adətən belə olur: nəzarət güclənməsə xeyri yoxdur. Odur, seçkilərə nəzarət güclənəndən bəri heç bir saxtakarlığa yol verilmir. Dünən mən xəbər gördüm, Ərdoğan müxalifətçi Əkrəm İmamoğlunu İstanbula mer seçilməsi münasibətilə təbrik etmişdir. Görün nə qədər demokratik yanaşmadır. Bizdə də belədir, sadəcə, müxalifət heç Biləcərinin Qıllıdərə məhəlləsində qalib gəlməyi bacarmır. Yoxsa niyə təbrik eləməyək? Bir dövlət, iki millətik.
O baxımdan, hesab edirəm, gələcəkdə maaşlar artırılanda qiymətlərin sakit oturması haqda ora hansısa əlavə edilsə, dövlətçilik məqsədlərimizə uyğun olar. Biz daima millətin rifah halını fikirləşməliyik. Baxın, hava dəhşət isti keçir, “Sədərək” yarmarkasında nəfəs almaq mümkün deyildir. Srağagün getmişəm, o üzdən dəqiq bilirəm. Nəticədə Vergilər Nazirliyindən bir neçə yoldaş gedib orada alver edənləri cərimələyiblər. Tacirlər cərimədən narazı qalıb tətil elan edibdir – dükanı bağlayıb evlərinə gediblər. Görün nə qədər humanist nəticə alınıbdır! Orada qalsalar, günvurmadan ölə bilərdilər.
Yaxud Bakı metrosunda ventilyasiya, havalandırma problemi bütün dünyaya məlumdur. Mən eşitdiyimə görə, Sakit okeandakı Marian çökəkliyinə enib elmi tədqiqat aparan alimləri bir neçə aylığına gətirib “Dərnəgül-Əhmədli” marşrutunda metroya buraxırlar, burada onlar dərin qatlarda havasız qalmağın, o cümlədən, oksigensiz mühitdə yetişən canlıların sirlərini öyrənirlər, hazırlıq kursu keçirlər (bu arada Eldar Mahmudovun uşaqlarından xahiş edirik, Metro Tağının 3 milyon dollarını qaytarsınlar). Bəs idarə bu problemi necə həll edir? Olduqca sadə: maşinistlər tunellərdə vaqonların qapısını açıq qoyub sürürmüş! Bəli, dahilik sadəlikdir. Qatarın qapılarından vurub-çıxan hava kütlələri hərəkət zamanı inanılmaz effektli sərinlik yayır, hətta bir çox sərnişinin tükləri biz-biz olur. Əlbəttə, qorxudan yox, soyuqdan. İndi AZAL ekspertləri metronun bu təcrübəsini öyrənib uçuşlar zamanı tətbiq eləməyi düşünürlər.
Ancaq bəzən zəhmətkeşlərimiz bu yenilikləri qəbul eləməkdə, qavramaqda, anlamaqda çətinlik çəkir, qəzetlərə şikayət yazırlar. Sitat: ““Yeni Müsavat”a daxil olan məlumata görə, bu ilin may ayının 28-də “20 Yanvar” stansiyası istiqamətində maşinist Fazil Rəsulovun idarə etdiyi qatar stansiyada saxlamadan yoluna davam edib. İyunun 7-də 1-ci yolda maşinist Tərlan Tağıyevin idarə etdiyi qatar “Koroğlu” stansiyasını saxlamadan keçib”. Sitatın sonu. Görün bu şikayəti edən yoldaş nə qədər savadsızdır, dövlətçilik ruhundan necə uzaq düşübdür! Allah səni öldürsün, Pənah bəy demişkən. Axı “20 Yanvar” stansiyasında düşmək sənin nəyinə lazımdır, əgər düzgün adamsansa? Orada taksi sürücüləri metronun çıxışında tərlan kimi dayanırlar. Məni bir dəfə Biləsuvara, başqa bir gün isə Sumqayıta tutub aparırdılar, yolda tualetə getmək adıyla düşüb birtəhər qaçmışam. O cümlədən, maşinist “Koroğlu” stansiyasında nə üçün qatarı saxlasın? Bəs Koroğlu babamızın adına layiq vətəndaşları necə yetişdirməliyik? Bacarırsansa, özün qatarı saxla, düş, hara istəyirsən cəhənnəm ol. O vaxt Koroğlu Çənlibelə çıxanda bəlkə maşinistdən icazə almışdı? Adam o boyda dəlini idarə eləyirdi, siz bir vaqon adam yola getmirsiniz. Yox, bunların hərəsinə görə bir dəfə qatar dayanmalıymış. Qələtinizi eləyin, yenə Pənah bəy demiş…
Çox əsəbləşmişəm, ona görə yazını burada saxlayıram.
Ermənilər işğal altındakı Ağdam şəhərinin ən son fotolarını yayıblar.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda ermənilərin Əsgəranın inzibati sərhədlərinə daxil etdiyi və “Akna” adı verdiyi Ağdam xarabalıqlar içindədir və rayonun daimi əhalisi yoxdur.
Xatırladaq ki, Ağdam 1993-cü il iyulun 23-də erməni hərbi birləşmələrti tərəfindən işğal olunub.
"Ölkə.Az"ın Report-a istinadən məlumatına görə, Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Zəminə Sərdar qızı Aslanova 79 yaşında vəfat edib.
Z.Aslanova 1940-cı ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. O, Azərbaycanın pambıq ustası, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı və Prezident təqaüdçüsü olub.
“Ölkə.Az” xəbər verir ki, ifaçı fotosunu İnstaqram səhifəsindən paylaşıb.
Fotoda Nigarın dərin dekolteli, uzun yarıqlı geyimi izləyicilər tərəfindən çox bəyənilib. Onlar müğənninin ünvanına təriflər yağdırmağa başlayıblar. Bəziləri isə Camalın çox cazibədar olduğunu da vurğulayıblar. Hətta onunla tanış olmağa can atanlar da olub.
Sözügedən fotonu təqdim edirik:
“Ölkə.Az” xəbər verir ki, ifaçı videonu İnstaqram səhifəsində yayımlayıb.
Görüntüdə Qasımov dərvişlərin rəqsi sayılan səmavi rəqs edib. Maraqlısı isə onun geyindiyi uzun ətəyi olub.
Video izləyicilər tərəfindən çox bəyənilib. Eldar görüntünü belə şərh edib:
"O oğlana bax, səhnəyə bax, rəqsi ilə səhnəni dağıdır".
Sözügedən görüntünü təqdim edirik:
ATV kanalının ən uzun ömürlü serialı olan “Bacanaqlar” final edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ekran işinin instaqram səhifəsində məlumat verilib. Qeyd olunub ki, 10 ilə yaxındır ki, tamaşaçı qarşısına çıxan layihə 444-cü bölümdə tamaşaçılarla vidalaşıb.
“Hər gözəl başlanğıcın bir sonu olur. Bu illər ərzində bizimlə çox insanlar çalışdı. 100-dən çox əsas rol iştirakçıları, 2000-dən çox kütləvi səhnələrdə çəkilən insanlarla qarşınızda olduq. Bu 10 ildə sizə gülüş bəxş etdiyimiz üçün çox xoşbəxtik. Hər bir tamaşaçımızı öpüb bağrımıza basırıq”.
Cənubi Azərbaycanın məşhur xanəndəsi Huşəng Azəroğlu vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə sənətçi Cavid Təbrizli məklumat verib.
Xeyli müddətdir ağır xəstəlikdən əziyyət çəkən Huşəng Azəroğlu dünən dünyasını dəyişib.
Qeyd edək ki, xanəndə milli ruhlu mahnıları ilə şöhrət qazanıb. Onun “Sizə Salam gətirmişəm”, “Olmaz, olmaz, olmaz” mahnıları dillər əzbəri olub.
20 iyun - Ümumdünya Qaçqınlar Günüdür.
"Qafqazinfo"nun məlumatına görə, 2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Şübhəsiz ki, qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü onu dünyanın ən çox qaçqın və məcburi köçkünü olan ölkəsinə çevirib.
Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb, sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapıb.
Ermənistan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədilib - 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib. Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb. Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb.