Son xəbərlər

Yaşar Nurinin SON GÜNÜ: “Yatanda dedi ki, burada ol, ayılanda…”


Görkəmli teatr və kino aktyoru, əvəzolunmaz sənətkar Yaşar Nuri fitri istedadı və çəkdiyi sonsuz zəhmət sayəsində canlandırdığı rollarla hafizələrə silinməz izlər qoyub.

Modern.az Yaşar Nuriyə məqalə həsr edərək onun son sözləri, vəsiyyəti barədə yazı hazırlayıb.

Xalq artisti, Dövlət Mükafatı laureatı adlarına layiq görülmüş sənətkar 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

O, 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

1972-ci ildə institutu bitirib.Orduda xidmətini başa vurduqdan sonra, 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Yaşar Nurinin böyük populyarlıq qazandığı çoxlu obrazlar var. 50-yə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış 100-dən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Yaşar Nurinin son günü haqqında Modern.az-a onun həyat yoldaşı Rəhimə Nuriyeva danışıb:

“Yaşarla biz “Sovetsiki”də doğulmuşuq, Bakı qədeşlərindənik (gülür). Yaşarla qohum olmuşuq. Amma onunla şəxsi tanışlığım yox idi. Anam mənə dedi ki, uzaq qohumlardan sənə elçi gəlmək istəyirlər. Dedilər ki, adı Yaşardır. Bilmədim, nə deyəm. Ona ailədən təklif etmişdilər ki, qohum qız var alaq sənə. O da bir-iki dəfə arxamca gəlmişdi. Nişanlanandan sonra 3 ay onu görmədim”.

Yaşar müəllimlə 40 ilə yaxın birlikdə ömür sürən xanımı evləndikləri gündən hər anında, necə deyərlər, xəstəliyində və sağlığında aktyorun yanında olub:

“Yaşar insanları güldürsə də, özü çox ciddi adam idi. Hər şeyə gülməzdi. Onu ürəkdən güldürən yeganə insan Arif Quliyev idi.

O evdə olanda mən qətiyyən özümü rahat hiss eləyə bilməzdim. “Bəyin oğurlanması” filmində canlandırdığı İsrafil obrazı deyərdim ki, həyatdakı Yaşarla eyni idi. O, evdə olarkən qapı döyüləndə qapını sadəcə Yaşar aça bilərdi. Telefonlara Yaşar cavab verərdi. Sözünün kəsəri var idi, bir sözü bir dəfə deyərdi. O, teatrda, kinoda, verlişdə olarkən qətiyyən telefonuna zəng edə bilməzdim”.

Sənətçi olmaqla sənətkar olmaq arasında çox böyük bir fərq var. Qrimsiz, bir üzlə fərqli-fərqli obrazları mükəmməl şəkildə canlandırmaq sənətçinin yox, sənətkarın işidir. Yaşar Nuri anadangəlmə sənətkar idi.

Rəhimə xanım:

“Yaşar fikircil adam idi. Heç unutmaram, 1990-cı ilin 20 yanvar hadisəsindən sonra bir gecədə saçının arxası ağarmışdı. Bunu bildiyimə görə “Fəryad” filmi ilk dəfə televiziyada veriləndə gedib elektrik açarından işıqları söndürdüm. Bilirdim ki, təsirli filmdi, baxsa stres keçirə bilər”.

Möhtəşəm aktyorluq istedadıyla bərabər, Yaşar müəllimin gözəl rəqs etmək qabiliyyəti də var idi:

“ Ən çox “Qoçəli” rəqsini oynayardı. Bütün toylarda xüsusi olaraq Yaşar üçün ifa edib, onu rəqsə dəvət edərdilər…

…Yaşar yalnız sənəti ilə deyil, savadı ilə də seçilirdi. Peşəkar jurnalistlər ondan müsahibə götürəndə çalışırdılar ki, istədikləri cavabları alsınlar, çətin suallar verirdilər ki, bəlkə Yaşar çaşıb nəyisə deyər. Amma o, sualları elə ustalıqla cavablandırırdı ki, heyran qalmamaq mümkün deyildi. O qədər güclü yaddaşı var idi ki, ona həmişə deyirdim ki, Yaşar, sən arxivsən. Son zamanlarda istəyirdi ki, esseler yazsın. Keçmiş xatirələrindən ibarət kitab çıxarmaq istəyirdi.

… Yaşarın kaprizləri dəhşət çox idi. Geyimlərinə xüsusi diqqət yetirirdi. Paltarı mütləq ütülü olmalıydı”.

Xanımı deyir ki, Yaşar Nuri ifa etdiyi obrazları yaşayaraq oynayırdı. Sənətinə, səhnəyə aşiqliyi idi onu sənət yoldaşlarından fərqləndirən.

“Yaşarın canlandırdığı hər obraz maraqlı və yadda qalan olub. Lakin mənim üçün onun əvəzedilməz rolu “Səni axtarıram” tamaşasındakı Elçin obrazı idi. Yadımdadır ki, Firəngiz onda səhnəyə ilk addımlarını atırdı. Yaşarın Firəngizə məhəbbəti olub deyirlər. Bəlkə də hə, bu belədir. Çünki düşünürəm ki, Firəngizi sevməsəydi “aşiq rolu”nu bu qədər gözəl oynamazdı. Məncə elə Yaşarın sevgisi var idi ki, bu tamaşa efirə verildiyi gündən indiki vaxta qədər yadda qalıb, danışılır. Tamaşanın sonunda Yaşarın Firəngizin çiyninə əlini qoyub “Sən yaxşı qızsan, Gülnar” deməsi bəs idi hər kəsi kövrəltməyə”.

Rəhimə xanım Yaşar Nurinin yumorostik hallarından da bəhs edib:

“Yadımdadır ki, bir dəfə Yaşarla səfərdən qayıdırdıq. Mən təyyarədən çox qorxurdum. Yanımızda dostlarımız da var idi. Yaşar həmişəki kimi bizi zarafatlarıyla güldürürdü. Qəfil mənə dedi ki, “Rəhimə, bir aşağı bax, artıq düşürük”. Baxdım ki, dənizin üstündən keçirik. Mənə dedi ki, “indi təyyarə xarab olacaq, hamımız dənizə düşəcəyik”. Mənim qorxudan ürəyim bir hala qaldı ki… Yumorluğu tutmuşdu həmin vaxt. Bir dəfə də Türkiyədən qayıdırdıq. Təyyarədə idik, Yaşarın ad günü idi. Sözgəlişi dedi ki, doğum günüdür. Bunu arxadan eşitmişdi kimsə. Bir də gördük ki, zərf gəldi bizə içində də pul (gülür). Təyyarədəkilər, ad gününü belə təbrik etdilər”.

Xanımı deyir ki, Yaşarla yeni evləndikləri vaxtlar imiş, kirayə evdə qalırmışlar. Gənc ailənin çox çətin vaxtları olub o zaman. Yaşar müəllim yatarkən Rəhimə xanım kirayə evin döşəməsinin “cır-cır” səs çıxaran yerlərini ağ tabaşirlə xətləyirmiş ki, birdən o hissələrdən keçər və həyat yoldaşı oyanar. Hər güclü kişinin arxasında bir qadın dayanar deyiblər. Rəhimə xanım məhz o güclü kişinin arxasındakı qadın idi.

“ Mən Yaşara ən çox xəstə olanda vurulmuşdum. Əlimi bir an olsun əlindən buraxmırdı. Son günləri idi Yaşarın. Bakıdakı Mərkəzi Gömrük Hospitalındaydı. Axşam saat 21:00-a kimi qala bilirdik yanında. Bir dəfə kefini açmağa, üzünü güldürməyə çalışdım. Dedim ki, Yaşar, sevirsən məni? Üzünü “turşudub “eh, bəsdi, şitliyin tutmasın” söylədi. (Gülür).

Getdikcə səsi tutulmuşdu. Uzun sürən xəstəliyinə baxmayaraq, bir fikri elə səhnədəydi. Ömrünün son günlərində çox böyük bir arzusunu dilə gətirdi. Dedi ki, “Rəhimə, elə istəyirəm ki, səhnədə tək çıxış edim, monoloq söyləyim. Amma əlil arabasında səhnəyə çıxmağım düzgün olarmı bilmirəm””.

22 noyabr 2012-ci il… Rəhimə xanım xəstəxanada Yaşar Nurinin baş ucundaydı. Yaşar müəllim:

“Rəhimə, bir az yatım, yuxum gəlir. Burda ol, yanımda. Ayılanda səni görmək istəyirəm”. Bu, Yaşar Nurinin son sözləri idi. Axşam saat 21:00 idi. Görüş vaxtı bitmişdi. Rəhimə xanım evə getməliydi, amma Yaşar müəllim hələ də yatırdı. Xanımı tibb bacısına tapşırıq verdi: “Yanından ayrılma, qızım. Durar, nəsə istəyi olar”.

Saat 22:30 idi. Rəhimə xanım tibb bacısına zəng eləyir. Tibb bacısından “hələ də yatıb, Rəhimə xanım” sözlərini eşidir. Gecə yarısı saat 03:00-da Rəhimə xanıma bəd xəbər verilir:

“İnana bilmədim. Həmin gün əhvalı yaxşı idi. Günorta tibb bacısının telefonundan mənə xırıltılı səslə “Rəhimə, darıxıram yanıma gəl!” demişdi. Gecə yarısı qızımla evdən necə qaçaraq çıxdıq, inana bilməzsiniz. Həkim mənə “son dəfə görmək istəsəniz, sizi görməyə apara bilərik” deyəndə qəti şəkildə “yox” cavabı vermişdim. Mən Yaşarı dik, məğrur, güclü görmüşəm həmişə, onun cansız, susqun bədəninə baxa bilməzdim. O, mənim yaddaşımda həmişə güclü Yaşar olaraq qalsın deyə, görmək istəmədim onun son halını.

Yaşar dünyadan köçəndən elə bil qolum-qanadım, arxam-dayağım gedib. Çox çətindi mənim üçün. Yaşarın sağlığında əl tutduğu adamlar indi mənim hal-əhvalımı belə soruşmur. Yaxın qohumlar belə olduqdan sonra onun sənət dostlarından bizlə maraqlanmalarını necə gözləyə bilərəm”.
Validə Abbasovanın yay pozları – Fotolar


“Miss millenium gözəli” Validə Abbasova fotoları ilə diqqət çəkib.Uzun illərdir İsveçrədə yaşayan keçmiş model şortik və büstqalter stilində koftası ilə poz verib.
İzləyicilər Validənin görüntülərinə təriflər yağdırıblar.

Qeyd edək ki, V.Abbasova qızı Kamilla ilə birlikdə İsveçrəyə köçüb. (axşam.az)
Validə Abbasovanın yay pozları – Fotolar
Validə Abbasovanın yay pozları – Fotolar
Validə Abbasovanın yay pozları – Fotolar
 
Dilqəm Əsgərov baba oldu - Adını Dilqəm qoydular












5 ildir ki, erməni girovluğunda saxlanan Kəlbəcər sakini Dilqəm Əsgərov baba olub.

Bu barədə Modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. K.Əsgərov qismən də olsa, anasına verdiyi sözünü reallaşdırdığını bildirib: 

“Anam atamın həsrətini çox çəkirdi. Anama söz vermişəm ki, atam azad olunub gələnə kimi onun azadlığı uğrunda mübarizə aparacam. Anamın az da olsa Dilqəm həsrətini yumşaltmaq üçün qərar verdim ki, atamsız evlənim və elə də oldu. Evləndim və bu gün bir oğlum dünyaya gəldi. Körpə Şəmkirdə doğuldu. Adını Dilqəm qoyduq”.

Kürdoğlu Əsgərov öz oğlunu anasına hədiyyə etdiyini vurğulayıb: “İstəyirəm anam az da olsa balaca Dilqəmlə baba Dilqəm azad olub gələnə kimi təsəlli tapsın”. 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan digər soydaşımız Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin qondarma məhkəməsi D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Yeni ana olan Safuradan — İLK FOTO



Azərbaycanı "Avroviziya"da təmsil edən keçmiş müğənni Safura Əlizadənin yeni fotosu yayılıb.
İfaçı yeni doğulan körpəsi ilə olan fotosunu İnstaqram səhifəsindən paylaşıb. 

Xatırladaq ki, Safura may ayının 20-si 3-cü dəfə ana olub.


Qeyd edək ki, ifaçı mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Cütlüyün İsgəndər adlı oğlu, Aişə adlı qızı var.

Yeni ana olan Safuradan — İLK FOTO
75 yaşlı aktrisa çimərlik geyimində — FOTO



75 yaşlı türk aktrisası Nebahat Çehrənin çimərlik geyimində fotosu yayılıb.
İnstaqramda paylaşılan foto izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Onlar aktrisanın ünvanına təriflər yağdırıblar.
Xatırladaq ki, Nebahat Çehrə Türkiyənin ən reytinqli layihələrindən olan “Aşk-ı -Memnu”, “Möhteşem Yüzyıl” serialları ilə böyük tamaşaçı simpatiyasını qazanıb.75 yaşlı aktrisa çimərlik geyimində — FOTO
Asya roluna görə universitetdən xaric edilən, qızına hirslənib infarkt keçirən AKTRİSA



“Arşın mal alan” filmindəki Asya yadınıza düşür? Bu xanımGənc Tamaşaçılar Teatrında müxtəlif obrazlar yaratsa da, çoxları onu məhz “Arşın mal alan” filmindəki Asya rolu ilə tanıyır. Yəqin ki, yaşlı və orta nəsil söhbətin Azərbaycanın xalq artisti, gözəl aktrisa Xuraman Hacıyevadan getdiyini anladı… Amma yəqin ki, onun haqqında aşağıda bəhs olunanlardan xəbərsizsiniz. Elə isə…

Minval.info Modern.az-a istinadən Xuraman xanıma haqda məqaləni təqdim edir:

Öz dövrünün sevilən aktrisalarından olan Xuraman Hacıyeva 7 mart 1945-ci il tarixində Bakıda dünyaya göz açıb. Valideynləri əslən Ucar rayonundan olub.

10-dan çox filmdə, xeyli sayda teatr tamaşasında rol alan aktrisa incəsənət aləminə orta məktəbdə oxuyarkən gəlib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda rejissor Tofiq Tağızadənin “Arşın mal alan” bədii filmində Asya roluna çəkilib.

1966-cı ildə təhsilini yarımçıq qoymalı olub və Gəncəyə gedib. Bir müddət Gəncədəki Dövlət Dram Teatrıda aktrisa işləyib. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb.

1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq artisti (9 oktyabr 1999) fəxri adlarına layiq görülüb.

14 fevral 2005- ci il Bakıda vəfat edib.

Sənət yoldaşları aktrisa haqqında xatirələrini ilə bölüşüblər.

Asya roluna görə başı bəlalar çəkən aktrisa

Tanınmış aktyor, Xalq artisti Tariyel Qasımov deyir ki, Xaurman xanımın “Arşın mal alan” filmindəki Asya rolunu oynaması universitetdən qovulmağına səbəb olmuşdu:

“Xuramanla ilk tanışlığımız o, 9-10-cu siniflərdə oxuyanda olmuşdu. Əvvələr dram dərnəyi var idi, sonradan Xalq teatrı oldu. İlk tanışlığımız həmin dərnəkdə olmuşdu. Tərəf müqabili kimi bəzi tamaşalarda çıxış etdik. Sonra qısa müddətə də olsa, yollarımız ayrıldı. Xuraman universitetə daxil oldu, mən də universiteti bitirib Dram Teatrına getdim. İkinci kursda oxuyanda “Arşın mal alan” filmində Asya rolunu canlandırdı. Filmin çəkilişlərinə görə universitetdə dərsə davamiyyəti zəif idi. Buna görə də onu universitetdən xaric etdilər. Universitetdən xaric ediləndən sonra Gəncəyə getdi. Gəncə Teatrında baş rolları oynayaraq sevilən və tanınan aktrisaya çevrildi . Orada çox qalmadı, yenidən Bakıya qayıtdı. Gənc Tamaşaçılar Teatrında birgə işləməyə başladıq. Hansı tamaşada birgə çıxış edirdiksə, həmin günü zal dolu olardı. Bu da Xuramanın həm xarici gözəlliyinin, həm də səhnədə peşəkarlığının nəticəsi idi”.

“…hamı elə bilirdi evliyik”

“Bəzi xanım aktrisalardan fərqli olaraq, Xuraman səhnədə kişi aktyorlarla yaxınlıq etməkdən çəkinmirdi. Əksər xanım həmkarlarımız səhnədə kişi aktyorların onlara toxunmasına icazə vermirdi. Sevgi səhnələrində yaxınlıq olmasa, təbii alınmaz axı. Xuraman bunu yaxşı başa düşürdü. Heç vaxt kişi aktyorlardan çəkinmirdi, rolunu çox təbii oynayırdı. Səhnədə özünü unudurdu. Tamaşaçıya da Xuramanı sevdirən əsas səbəblərdən biri də bu idi.

Xuraman çox gözəl xanım idi. İndi desəm ki, ona qarşı heç bir hissim olmayıb, düz çıxmaz. Mən də gənc vaxtlarımda çox yaraşıqlı idim. Xuraman da mənə qarşı biganə deyildi. Hətta onun yaxın rəfiqəsi, xanım həmkarlarımızdan biri mənə demişdi ki, “sən hara baxırsan, onun sənə qarşı olan sevgisini görmürsən?”. Heç nə edə bilməzdim. Çünki tərəf müqabili idik, tez-tez səhnəyə çıxırdıq. Əgər ona hisslərimi ifadə etsəm, ailə qursaydıq, onda bir yerdə çalışmaqdan da imtina etməli olardıq. Çünki ailədə söz-söhbət olur, küskünlük yaranır. Bu inciklik istər istəməz Xuramanda səhnədə özünü biruzə verəcəkdi və əvvəlki kimi təbii ifalatr alınmayacaqdı. Hisslərimizi işimizə görə kənara qoyduq, yaxın dost olduq. Qəribə gələcək sizə bəlkə, amma ailə quracağım xanımı sonralar Xuraman seçmişdi. İstəyirdi ki, hər şeyin yaxşısı mənim olsun, xoşbəxt olum”.

“Ona paxıllıq edənlər çox idi, çünki…”

Tariyel Qasımov deyir ki, bütün baş rollar ona verilirdi. Xuraman xanım gözəl olduğu üçün tamaşaçının da sevgisini qazana bilirdi.

“Bu səbəbdən digər aktrisalar ona paxıllıq edirdilər. Lakin Xuraman buna görə narahat olmurdu. Paxıllıq etsələr də, onlara qarşı heç vaxt sərt münasibət göstərməzdi. Açığı, qadınlarla o qədər də yaxınlıq etmirdi. Kişilərlə dostluq etməyi daha çox sevərdi. Təbii gözəl idi, qətiyyən makiyaj etməzdi. Belə deyim də, hər şey özünə məxsus idi, süni deyildi”.

“Qeyri-rəsmi nikahdan olan qızı ölümünə səbəb oldu” 

Tariyel Qasımov aktrisa haqda xatirələrini davam etdirir:

“Gəncədə olarkən bir nəfərlə münasibəti olmuşdu. Həmin münasibətdən də qızı dünyaya gəldi. Sonradan uşağın atası ilə əlaqəsi olmadı. Qızını özü böyütdü. Xuraman əvvəllər ata-anası ilə birgə qalırdı, sonradan dövlət ona ev verdi, qızı ilə birgə orada yaşamağa başladı. Sonradan qızı türk vətəndaşı ilə ailə qurdu, Türkiyəyə köçdü. Ondan sonra başına xeyli iş gəldi.

Qızının həyat yoldaşı “bizneslə məşğul oluram” deyib Xuramanın evini satdırdı. Pulu da götürüb getdilər Türkiyəyə. Sonralar Xuraman tək yaşadı. Qızına çox əsəbləşirdi, heç yola getmirdilər. Üstəlik onu tərk edib başqa ölkəyə getməsi Xuraman üçün lap ağır zərbə oldu. Hər gün övladına görə fikir edirdi. Elə onun dərdi də ölmünə səbəb oldu. Belə ki, qızına hirslənib infarkt keçirdi, bu infarkt da onun həyatdan köçməsi ilə nəticələndi”.

“Ailənin yükü Xuramanın üstünə düşürdü”

Digər həmsöhbətimiz, aktrisa Məsumə Babayevanın sözlərinə görə, Xuramanla dostluqları 1972-ci ildən Gənc Tamaşaçılar Teatrında başlayıb:

“Demək olar eyni tamaşalarda rol alırdıq. “Aycan”, “Yolda” tamaşalarında yadımdadır ki, bərabər çıxış edirdik. Dostluqda çox möhkəm, mərd qız idi. Baxmayaraq ki, çətin günlərində ona kömək edən olmadı, amma o, hamının ağır günlərində yanında olurdu. Çətin gün deyəndə, Türkiyədən qayıtdığı vaxtı nəzərdə tuturam. Evi olmadığı dönəmlərdə vəziyyəti çox pis idi. Bir il yarım Suraxanıda mənimlə eyni evdə qaldı. Sonralar kürəkəni, qızı Bakıya qayıtdı. Ev tutub bir yerdə kirayə yaşadılar. İki qız nəvəsinə də özü baxırdı.Ailənin bütün çətinliyi Xuramanın üstündəydi. Kürəkəni tez- tez deyirdi ki, sən tanınmış adamsan evə pul tap gətir. Xuraman da məcbur qalırdı ki, borc alsın, ailəni dolandırsın. Kürəkəni Azərbaycanda olanda bir müddət sürücü işlədi, amma yenə də evin yükü Xuramanın üstündə idi”.

“Problemlər onu susqun qaraqabaq birinə çevirdi”

“Krassvord həll etməyi sevərdi. Qəmgin olduğu vaxtlarda bir də görürdün lal-dinməz saatlarla krossvord edir. Birtəhər danışdırıb problemlərdən uzaqlaşdırmaq istəyirdim onu. Amma elə hey fikri qızının yanında olurdu. Bir az danışıb gülən kimi, baxırdın yenə qəmlənib, yenə fikir içindədir”.

“Ayağının altını qazmaq istəyən çox idi”

“Tamaşalarda çox rol alırdı. Digər aktrisalar da onu çox qısqanırdılar. Çalışırdılar ki, bir yolla Xuramanı gözdən salsınlar, rollarını əlindən alsınlar. Lakin o da hamının cavabını verə bilirdi, özünü heç vaxt kimlərinsə yanında sındırmazdı. Bir ara küsüb getdi Naxçıvan Teatrına. Elə orada olanda da Xalq artisti adını aldı. Səhnədə olanda bir üzü gülürdü, biri ağlayırdı. Evdəki problemlərini rollarına yansıtmazdı. Yeganə qadın aktrisa idi ki, tamaşaçı üçün bir üzü gülürdü biri dərdindən ağlayırdı. Bu ağlayan üzünü də ancaq biz aktrisalar, yaxınları görə bilirdik”.

“İkinci dəfə qanuni nikahı oldu”

Məsumə Babayeva deyir ki, Xuraman Hacıyevanın ilk nikahı qeyri-qanuni olsa da, ikinci dəfə rəsmi şəkildə evlənib:

“Teatrdan bir işçi var idi onunla ailə qurdu. Həmin adam Xuramandan yaşca kiçik idi. Elə oldu ki, Xuraman qızının yanına Türkiyəyə gedəsi oldu. Qayıdandan sonra da ayrıldılar. Evlilikləri çox az çəkdi. Ayrılandan qısa zaman sonra həmin adam xəstəlikdən dünyasını dəyişdi”.

“Əl qabiliyyəti çox yaxşı idi, çox dadlı yeməklər bişirirdi”

“Çox yüksək səviyyədə dadlı yeməklər bişirməyi bacarırdı. Yaxşı da süfrə qurardı, bizi qonaq çağırardı. Tikiş işini də bacarırdı. Qəşəng paltarlar tikərdi, bir sözlə, əl qabiliyyəti çox yaxşı idi. Toyda-bayramda hamıdan aktiv olardı.Təşkilatçılığı yaxşı idi. Mənim 50 illik yubileyimdə həm aparıcılıq elədi, həm də digər işlərə köməklik göstərdi. Bir dəqiqə dayanmazdı, hara baxsan, hansı işə əl atsan Xuraman orada olardı. Çox zarafatcıl idi. Hamının müəyyən anını tuturdu ki, təqlid eləsin güldürsün”.

“Qeyri-adi hörmət var idi”

“Atası hüquqşünas idi, anası evdar qadın. Bacı-qardaşlarının içində incəsənətə təkcə Xuraman üz tutmuşdu. Xuraman atasına, qardaşına xüsusi hörmətlə yanaşardı. Onlar otağa girən kimi avtomatik olaraq Xuraman da ayağa qalxırdı. Atasının yanında uzanmazdı, oturmazdı. Ailəsi aktrisa olmasına o qədər də razı deyildi. Amma Xuraman arzusundan imtina etmədi, ailəsinə qarşı çıxmağa məcbur olsa da, aktrisalığı seçdi”.

Yolda gedərkən ürəyi tutub xəstəxanaya aparıblar

“İşdən evə gedəndə qəfil ürəyindən ağrı tutub yıxılmışdı. Küçədəki insanlar xəstəxanaya aparmışdılar. Amma həkimlər əlac edə bilmədilər. Onun axrına fikir çıxdı. Qızının dərdi əcəli oldu. Ucarda, ata yurdunda – Müsüslü kəndində dəfn olunub”.
Yay fəsli Azərbaycana nə vaxt gələcək? — AÇIQLAMA













Bu il yay fəslinin Azərbaycana gəlmə vaxtı açıqlanıb.
APA xəbər verir ki, bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Məlumata əsasən, yaz fəsli iyunun 21-i Bakı vaxtı ilə saat 19:54-də yay fəsli ilə əvəzlənəcək.
Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirəcək və ya Günəş həmin an üfüqdən maksimum hündürlükdə olacaq. Həmin an qısa gecə və uzun gündüz qeydə alınacaq.
Leyla Əliyeva sakinlərlə açılışda - Fotolar



İDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva bununla bağlı keçirilən tədbirdə iştirak edib.

Tədbir zamanı uşaqlar üçün müxtəlif əyləncə proqramları təqdim olunub. Həyətdə uşaqlar üçün yeni salınmış oyun meydançası, maraqlı attraksion, sürüşkən və yelləncəklər onların böyük sevincinə səbəb olub. Cizgi film qəhrəmanlarının (maskotlar) və animatorların da qoşulduqları tədbir zamanı uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.

Qeyd edək ki, yenilənmiş həyət Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 107, 109, 111, 113 ünvanlarında 2 min nəfərə yaxın sakinin yaşadığı doqquzmərtəbəli dörd binanı əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə ərazidə 1 mini futbol meydançası, 1 şahmat meydançası, idman qurğuları, 4 söhbətgah və oturacaqlar quraşdırılıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ağac əkilib və 3 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi dördüncü həyətdir.
Leyla Əliyeva sakinlərlə açılışda - Fotolar
Leyla Əliyeva sakinlərlə açılışda - Fotolar
Leyla Əliyeva sakinlərlə açılışda - Fotolar
Leyla Əliyeva sakinlərlə açılışda - Fotolar
Leyla Əliyeva sakinlərlə açılışda - Fotolar
Leyla Əliyeva sakinlərlə açılışda - Fotolar
Leyla Əliyeva sakinlərlə açılışda - Fotolar
Leyla Əliyeva sakinlərlə açılışda - Fotolar
Nigar Şəbnəmi yenə ələ saldı



Müğənni Nigar Camal yenə Şəbnəm Tovuzluya söz atıb. “Eurovision- 2011” qalibi Şəbnəmin bir neçə ay bundan əvvəl “Avropanın paytaxtı Amerikadır” deməsini məsxərəyə qoyub. 

Nigar sosial şəbəkədə foto paylaşaraq “London Böyük Britaniyanın paytaxtıdır” şərhini yazıb və gülüş işarəsi qoyub. Bundan sonra instaqram istifadəçiləri şəklə rəy yazaraq Nigarın Şəbnəmə söz atdığını bildirib və Tovuzlunu yenidən tənqid ediblər. 

Xatırladaq ki, Nigar bir müddət əvvəl “Gucci” kəmərini tərs taxan Şəbnəmə söz atmış, tərəflər arasında qalmaqal yaranmışdı.Nigar Şəbnəmi yenə ələ saldı
Onlar Tünzaləyə görə keçəl oldular


Ailəsi xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevaya dəstək olub. Həyat yoldaşı Röyaldan sonra aktrisanın qayınatası, qardaşı və bacısı oğlu onun yanında olduqlarını göstərmək üçün saçlarından imtina ediblər. 

Tünzalə instaqram səhifəsində onların keçəl şəkillərini yayaraq ailə üzvlərinə təşəkkürünü bildirib: “Nə qədər ki, ailəcə bir-birimizin yanındayıq, çətin anlarda dəstəyik, o qədər güclü olacağıq. Allah sizi məndən əksik etməsin”. 
Onlar Tünzaləyə görə keçəl oldular