Son zamanların məşhur siması videobloqer Taleh Yüzbəyov ailəsi ilə fotosunu paylaşıb.
Aktyor övladlarını doğum günü münasibətilə təbrik edib.
“Sağ olun ki, həyatımızda varsınız, balaca Yüzbəyovlar. Sağlam və ağıllı böyüyün. Yaxşı insan olun. Öpürəm sizi. Ad gününüz mübarək!” – Yüzbəyov qeyd edib.
Sosial şəbəkədə paylaşımları ilə gənc qızları qısqandıran Hülya Avşar gözəlliyi ilə illərə meydan oxuyub. Avşarın İnstaqram səhifəsində paylaşdığı son foto isə yenə diqqətləri üzərinə cəlb edib. Amma Hülya rəy hissəsini bağlayıb.
Bir neçə gün əvvəl jurnalistlərin suallarını cavablayan Hülya özəl həyatı ilə bağlı deyib: “9 ildir tənhayam. Həyatımda heç kəs yoxdur. O qədər xoşbəxt və sakitəm ki. Açığını deyim, kiməsə ayıracaq vaxtım yoxdur”.
Müğənni Kərim Abbasov yolda hücüma məruz qalıb. Oxu.Az xəbər verir ki, bu barədə Kərim şəxsi “İnstagram” hesabında paylaşdığı videoya yazdığı şərhdə məlumat verib.
Hadisə bağdan qayıdarkən baş verib. Belə ki, Kərimin yaydığı videodan da göründüyü kimi, maşından düşən bir şəxs əlində telefonla video çəkən adama yaxınlaşaraq, ona yumruq zərbələri endirir.
Kərim yumruqlanan şəxsin özü olduğunu iddia edir və hadisə ilə bağlı 102-yə məlumat verib. Müğənni saytımıza açıqlamasında ciddi xəsarət almadığını bildirib: “Danışacaq durumda deyiləm. İş artıq polisə verilib. Hücüma məruz qalmışam. Xoşbəxtlikdən ciddi xəsarət almamışam”.
“Toylar kralı” Manaf Ağayev şəxsi həyatından danışıb.
“Lent.az” xəbər verir ki, ifaçı həyat yoldaşının onu qısqandığını deyib: “Qısqanclıq olmaya bilməz. Qısqanclıq olmasa, demək ki, orada sevgi yoxdur. Hamıya mənim həyat yoldaşım kimi həyat yoldaşı arzu eləyirəm. Niyə? Sinif yoldaşı olmuşuq. Düz 1-ci sinifdən bir yerdə oxumuşuq. Eyni kənddənik. Bir-birimizin kökünü çox gözəl tanıyırıq. Bir-birimizə izah verməyimizə ehtiyacımız yoxdur. Mənim ərköyünlüyümə, çılğınlığıma bələddir. Bilir ki, mən nə istəsəm, onu da edəcəm. Yəni, mən arvaddan qorxan kişi deyiləm.
Amma bu o demək deyil ki, mən həyat yoldaşıma hörmət eləmirəm. Xeyr, o, mənim başımın tacıdır. Kişinin başının tacı öz xanımı olmadısa, bundan faciəli nəsə yoxdur. Mən övladlarımla da, həyat yoldaşımla da fəxr edirəm. Ona görə ki, məni başa düşən insandır. Yəni, mən sənət adamıyam, yanımda qız da ola bilər”.
Müğənni onu da əlavə edib ki, illər öncə xanımına əl də qaldırıb: “Bir dəfə ona əl qaldırmışam. Həmin anda baxdı, çıxdı getdi. Başqa nə reaksiya verəcək ki? Onda çox əsəbi idim. Ona əl qaldırandan sonra özüm də çox peşman oldum. Onda yeni ailə qurmuşduq, istəyirdi ki, nəsə söz desin, gözümün odunu alsın… Amma həmin an vurulmasaydı, mən də o birilərin tayı olacaqdım. Dedim ki, ağıllı ol, bizə söz demək olmaz. Təbii ki, onun da söz deməyə hüququ var. Uşaqlarımın anasıdır. Sadəcə, səmimi olaraq açıqladım, yalandan deyə bilərdim ki, 30 ildə bir dəfə də olsun əl qaldırmamışam, bu, yalan olar. Bir dəfə vurdum, onda da yeni ailə quran vaxtımız idi. İndi yaşımızın o çağı deyil, bir qışqırmaq bəs eləyir”.
“Hansı halda plastik əməliyyat keçirdərsən? Nəyi dəyişmək istəyərdin?”
Milli.Az xəbər verir ki, bu sualla “Ulduzlu yayım” proqramının aparıcısı verilişində qonaq olan Sevda Yahyayevaya müraciət edib.
Sevdanın suala cavab verməyini gözləməyən digər məşhur qonaq Niyam Salami cəsarətli etirafı ilə diqqət çəkib:
“Biz də qocalacağıq da! Efir adamıyıq da, burada nə var ki? Nə isə lazım olacaqsa mənə, mən də kişiyə aid, kişiyə uyğun, səhnəyə uyğun nə isə edəcəm”.
Qeyd edək ki, bir neçə gün öncə mükafatlandırma gecəsinin birində Niyamın aparıcı Sərxan Kərəmoğlu ilə səhnədə dodaq-dodağa öpüşdükləri görüntüsü səs-küyə səbəb olub.
Aktrisa-aparıcı Mələk Heydərova sosial şəbəkədə yeni fotosunu paylaşıb. "Ölkə.Az" xəbər verir ki, 30 yaşlı aktrisa dar və sinəsiaçıq libasla diqqət çəkib.
Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva Bakıda Pir Həsən ziyarətgahına gedib.
Birinci xanım sosial şəbəkədəki hesabında ziyarətgahdan şəkillər paylaşaraq Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb:
“İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm”.
Xalq artisti Eyyub Yaqubovun mayın 17-də İsveçdə konsert verdiyi barədə xəbərlər yayılıb. Müğənninin Laçının işğal günü səhnəyə çıxması Azərbaycanda ciddi etirazla qarşılanıb. Xüsusilə həmin konsertdə İsveçdə yaşayan bəzi azərbaycanlıların da iştirak etməsi hiddət doğurub.
Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq. Zəngimizə onun köməkçisi cavab verdi və mayın 30-da E.Yaqubovun Azərbaycana qayıdacağını, ondan sonra açıqlama verəcəklərini bildirdi.
E.Yaqubovun mahnı səsləndirdiyi tədbirin təşkilatçısı Vahid Azərbaycan Dərnəyi olub. Dərnəyin rəhbəri Ayə Coşqun “Yeni Müsavat”a açıqlamasında bunun təxribat olduğunu söylədi: “Biz İsveçin Malmö şəhərində fəaliyyət göstəririk. Hər il Cümhuriyyət bayramına iki ay qalmış planımızı hazırlayırıq. İsveç hökumətinə bu barədə məlumat veririk. Bu tədbirin Azərbaycanla heç bir əlaqəsi yoxdur. İsveçdə keçirilən bütün tədbirlərin məsuliyyəti bu hökumətin üzərinə düşür. Hər il Cümhuriyyət gününü qeyd etdiyimiz üçün təqvimə əvvəlcədən baxırıq. İşğal və digər bizim üçün ağrılı günlərə tədbirlər salmırıq. Allaha şükür oxumuşuq, bilirik ki, 17 may Laçının işğal günüdür. Mən aidiyyəti şəxslərə dedim ki, bizə 17 maydan savayı hansı gün konsert zalı təşkil edə bilərsiniz. Onlar bizə dedilər ki, ya cümə, ya da şənbə günü ola bilər. 17-nə qəti etiraz bildirmişəm. İndi burada belə bir məsələ qaldırmaq ki, Eyyub bəy 17 may günü konsert verib, bu, ona qarşı çox böyük haqsızlıqdır. Çünki konsert 18-də baş tutub. İsveç hökuməti bizə 2 gündən birini təklif edib və biz də məcbur qalıb 18 mayı seçmişik. Bu, mənim Azərbaycan Dərnəyinin rəhbəri kimi fəaliyyətimə haqsızlıqdır. Feysbuqda Eyyub bəyin erməni bayrağı ilə fotosu verilir. Buna çox üzüldüm. Əvvəla, o çəkdiyimiz filmdən bir fraqmentdir. Əvvəldə, şəhidlərimizin, Böyük Məmməd Əmin Rəsulzadənin ruhu yad edilir. 1918-ci ildən bu yana qədər tarixi şəxsiyyətlərimizlə bağlı film göstərilib. İşğal edilən ərazilərimiz o filmdə göstərilib və orada Rusiya, İran, Türkiyə, Ermənistan bayraqları da keçib. Niyə məhz erməni bayrağı ilə Eyyub bəyin fotosu verilib? Bu Eyyub bəyə hörmətsizlikdir. Çünki Eyyub bəy heç zaman Azərbaycanda siyasətə qarışmayıb. Onun kimi insana bunları etmək ilk növbədə, mənə qarşı həqarətdir. Bu mənim və İsveç dövlətinin əməyinə də həqarətdir.
Sizlərdən xahiş edirəm ki, diaspora təşkilatımızın 10 illiyinə qarşı olan bu hörmətsizliyə imkan verməyin. Çünki tədbirdə Azərbaycanla bağlı tarixi film göstərilib. Film 15 dəqiqə sürüb. Tədbirin əvvəlində Rəsulzadədən, işğal altında olan torpaqlarımızdan və digər məsələlərdən söhbət açılıb. Bizə təbii ki, sərhəd olan ölkələr filmdə keçməli idi. Ermənilər torpaqlarımızı işğal ediblər və o hissədə onların bayrağı keçib. Mənim adıma yaraşmaz ki, səhnədə düşmənlərimin bayrağını göstərək. Mən xalq şairi İsgəndər Coşqunun qızıyam. Dövlətçiliyimiz bizim üçün əsasdır. İsveç parlamentində ”erməni soyqırımı”nı tanıdıqları üçün məsələ qaldırmışıq. Belə bir əmək verdiyim yerdə əməyimin bu cür yerə vurulmasına çox üzüldüm. Bunu kim edibsə, şəxsən onun gözlərinin içinə baxıb danışmaq istəyirəm. Bu filmi kim istəyirsə, bütövlükdə göndərə bilərəm. Heç kimə hesabat vermək zorunda deyiləm. Sadəcə, olanları deyirəm. Biz tarixi göstərmişik. Məntiqlə düşünün, səbəbsiz necə tədbirimdə erməni bayrağını nümayiş etdirə bilərəm? Məni tanıyan yaxşı tanıyır. Kim istəsə, buradakı fəaliyyətimlə maraqlanar. Burada Eyyub bəylik heç nə yoxdur. Eyyub bəy İsveç dövlətinin dəvəti ilə gəlib”.
İsveçdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təmsilçisi Kənan Hacıəkbəroğlu isə kifayət qədər sərt danışdı: “İstənilən iş görüləndə tarixə çox diqqət edilir. Burada tədbirin təşkilatçısı birbaşa məsuliyyət daşıyır. Eyyub Yaqubov da birbaşa günahkardır. Ortada bir razılıq var ki, filan vaxtı, filan saatda konsert olacaq. Bu da azından bir ay öncədən məlum olur. Təşkilatçının bunu bilərəkdən və ya bilməyərəkdən etdiyini deyə bilmərəm, sadəcə, günahkar olduğunu əminliklə söyləyirəm. Bu azərbaycanlıların tarixlərini unutmaq üçün təşkil edilmiş kampaniyanın tərkib hissələrindən biri də ola bilər. Necə 17 mayı unutmaq olar? Belə işlərə diaspora da diqqət etməlidir. Doğrudur, diaspora dərnəklərin işinə qarışa bilmir. Buradakı fürsətdən istifadə edib məlumat verirəm ki, iyulun 23-də Ağdamın işğal günündə BMT-nin Almaniyadakı ofisi qarşısında aksiya keçirəcəyik. Öz torpaqlarımıza getmək istədiyimizi bəyan edəcəyik. Vətənpərvər insanlar kimi bunu ardıcıl şəkildə etmək istəyirik. Kimsə pul qazanacaqsa, bunu tariximizə hörmətsizlik etməklə əldə etməməlidir. Konsertdə iştirak edən azərbaycanlılar olub, hətta rəqs də ediblər. Onların 90%-i feysbuq qəhrəmanlarıdır. Onların belə hərəkətləri yolverilməzdir. Onlara necə vətənpərvər demək olar? Onlar vətən üçün mübarizə aparmayıblar. Şəxsi maraqlarını öndə tutan insanlardır. O tədbirdə iştirak edənlər vətənpərvər deyillər. Orada erməni bayrağının ayaqqabı altında olması önəmli deyil, Laçının işğal günü konsert verməsi daha önəmlidir. Xalq artisti öz tarixini bilmir? Bilmirsə, demək problem özündədir. Xocalı soyqırımı günü toy etmək olar? 27 ildir 26 fevralın soyqırımı olduğunu təbliğ etmişik. Laçının işğal günü pul qazanmaq eşqi ilə konsert vermək bu təbliğata zərbə deyilmi?”
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2019” mahnı müsabiqəsinin təşkilatçılarına şikayətlə rəsmi müraciət edib.
İTV-nin ötən gün “Eurovision-2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Çingiz Mustafayevin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsi ilə bağlı müraciətində deyilir:
“Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla bağlı qarşı tərəfin açıqlamasını gözləyirik”.
ARB TV-nin “Səhər-Səhər” proqramının aparıcısı Elgiz Əkbər illər öncə çəkildiyi filmdə başına gələn maraqlı hadisəni danışıb.
O, əsəbini nümayiş etdirərkən aktrisanın ürəyi gedib və təcili yardım maşını çağırılıb:
“Sssenari yox idi, hamı inprovizasiya edirdi. Mənə deyildi ki, əsəbini nümayiş et. Axı mən aktyor deyiləm. Bilmədim nə edim. Əməkdar artist Gülnar Salmanovanı aldım qucağıma tulladım divana. Sən demə, qadın şəkər xəstəsidir. Gülnar xanımın ürəyi getdi.
Həmin filmdə təcili yardımın gəlməsi, o an olanlar hamısı real baş verən hadisələr idi. Səhəri günü bütün xəbər portallarında, “Azərbaycan Respublikasının əməkdar artisiti Gülnar Salmanovanı jurnalist Elgiz Əkbər qətlə yetirdi” başlığı ilə xəbərlər çıxdı”.<iframe src='https://bax.tv/player/63044.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>