Azərbaycanlı müğənninin yataqdan görüntüsü YAYILDI


Müğənni Nüşabə Musayevanın yataqda fotosu yayılıb.
“Ölkə.Az” xəbər verir ki, ifaçı fotonu İnstaqram səhifəsindən paylaşıb. Müğənni yataqda qırmızı gecə köynəyi ilə kameralara poz verib. O, fotoya bu sözləri əlavə edib:

“Sizə sevgi dolu gecələr”.

Maraqlıdır ki, müğənni foto paylaşsa da şərh bölümünü bağlayıb.
Sözügedən görüntünü təqdim edirik:Azərbaycanlı müğənninin yataqdan görüntüsü YAYILDI
Bu da Elgizin qızı — FOTO



Məşhur teleaparıcı Elgiz Əkbərin qızı ilə fotosu yayılıb.
Foto İnstaqram səhifələrinin birində paylaşılıb.

Elgizin qızı Lalə ilə olan fotosuna çoxlu sayda xoş sözlər yazılıb.

Qeyd edək ki, Elgiz Əkbər hazırda ARB telekanalında “Səhər-səhər ” verilişinin aparıcısıdır.Bu da Elgizin qızı — FOTO
“Həbsimi sifariş etmişdilər” – Təranə Səmədova ilk dəfə danışdı – Video,Fotolar


Prodüser Təranə Səmədova… Son günlər mediada adı ən çox hallanan simalardan biridir. Həbs edilməsi qədər, azadlığa çıxması da səs-küy yaratdı. İlk vaxtlar heç kimə müsahibə verməyəcəyini desə də, “saqqızını” oğurlaya bildik. Kameramız qarşısına keçib 6 ay 6 gün həbsxanada yaşadıqlarını bölüşdü. Suallarımızı cavablandırarkən gah ağladı, gah güldü.

Təranə Səmədovanın Axşam.az-a müsahibəsini təqdim edirik:

– (Zəhra Əhmədova) Artıq 3 həftədir azadlıqdasınız. Həyatınızda nə dəyişiklik hiss edirsiniz?

– Mənə sual verirdilər ki, nə edəcəksən? Çıxan kimi işə davam edəcəksən? Deyirdim, bilmirəm. Düşünürdüm ki, cəmiyyətin qınağı, gerçəyi bilmədən insanın üstünə getməyi var. Şərhlər məni qorxudurdu. Çıxandan sonra hamının mənə arxa çevirəcəyini, daha soyuq münasibət bəsləyəcəyini düşünürdüm. Mənə qəribə və yuxarıdan aşağı baxacaqlar. Amma əksini gördüm, heç gözləmədiyim insanlar belə mənə bir addım yaxın gəldi. Hələ azadlığa tam alışa bilmirəm.

– Yəqin orada olanda planlar qururdunuz…

– Fikirləşirdim ki, buradan çıxıb, özümü anama və övladıma həsr edəcəm. Heç vaxt fikirləşmədim ki, gedib layihələr edəcəm, iş görəcəm… Əminlik var ki, nəsə etsəm, əvvəkindən uğurlu olacaq. Orada bizə nəzarət edən insanlar təsəlli verirdilər ki, dahi, görkəmli insanların belə buradan yolu keçib. Həyat sınağıdır, əzilmə, özünə qapanma.

“QINAQLARDAN QORXURDUM…”

– Həbsxanaya düşmək tənqid olunası bir durum deyil. Heç kim heç nədən sığortalanmayıb. Amma açıq etiraf edək ki, cəmiyyətimizdə belə bir düşüncə var: həbsxanada yatan insana başqa cür baxırlar. Hamı onları bir növ qınayır.

– Çox böyük qınaq gözləyirdim, qorxurdum da… Ən çox çəkindiyim də bu idi. Elə məqamlar var ki, susmalıyam. Elə bir şeydə ittiham olundum ki, ağırdır. Çəkisi çox ağırdır, onu daşımaq çətindir.

– Dəfələrlə məhkəmə olmuşdu, hamı aranın sakitləşdiyini düşünürdü. Amma qəfil Təranənin məhkəmə zalından həbs edildiyi xəbəri yayıldı.

– Qətiyyən gözləmirdim. Müəyyən vaxt cəza çəkib, azadlığa çıxandan sonra nələrsə danışmaq, onların mənim əleyhimə çevrilməsini istəmirəm. Susmağı seçirəm… Məhkəmədə bəraət alacağıma ümid edirdim. Üsyançı obrazı yaratmaq istəmirəm. Mən orada susmağı öyrəndim.

“HƏBSİMİ SİFARİŞ ETMİŞDİLƏR”

– Hətta ətrafda danışıldı ki, kimlərsə sənin həbsini istəyib, sifariş verilib.

– Bunu mən də eşitdim. Bir yox, bir neçə insan bunun kimin arzusu olduğunu dedi. Həbsimi sifariş etdilər… Hər dəfə məhkəməyə gələndə düşünürdüm ki, buradan azadlığa buraxılacam. Amma məyus halda yenidən həbsxanaya qayıdırdım. İçəri girəcəyimi düşünmürdüm. Vəkillər əlindən gələni edirdi. Hətta mənə “Ən yüngül cəza veriləcək, amma övladının yanında olacaqsan” vədi verildi. Deyirdim, eybi yox, nahaqdan “məhkum” adı alaram, amma azadlıqda olaram. Nə azadlıq, mən hətta nahaqdan həbs də yatdım. Azərbaycanda yaxşı qanunlar var. Müəyyən vəzifədə oturanlar onlardan aşağıda əyləşənlərin hər əməlindən xəbərdar deyillər. Hər məhkəmədə, apellyasiyada ümid edirdim ki, gedəcəm evə. Son gün məhkəmə zalından çıxdım, arxamca gələnlərə dedim, olmadı (ağlayır). Həyatda kimisə qınamışamsa, bir balaca mənfi düşüncəm olubsa, hər şeyi yaşayıram. İnsan kimisə qınayırsa, onu yaşamadan bu dünyadan köçməyəcək. Mənə bu pislikləri edənlər dünyanı tutub durmayacaqlar ki…

“MƏHKƏMƏDƏ ÜZÜMƏ DURDULAR”

– (Pərviz Hüseyn) Hər dəfə ümidlə məhkəmə zalına gəlirdin. Ümidin boşa çıxırdı…

– Həyatda hər zaman qalib ola bilməzsən. Müəyyən məqamda məğlub olmalısan, dostu düşməndən ayıra bilmək üçün lazımdır. Bu pisliyi mənə edənlər… Şərhlərdə oxuyuram, məndən şikayət edən insanları qurban kimi qələmə verirlər: onların da anası var. O qınayan insanlar həmin şəxslərin həyatına kənardan baxsınlar. Görün, o şikayət edənlər əziyyət çəkən ananın övladlarına oxşayır? Cəmiyyətin çox yüngül həyat tərzi keçirən üzvləridir. Onlar üçün bu həyatda itirəcək heç nə yoxdur. Belə bir oyunun qurbanı olmaq dəhşətdir. Onlar vicdan əzabı çəkən deyildi. Günahı özümdə görürəm. O qədər ürəyi yumşaq olmuşam. Kimsənin qəlbinə dəyə bilmirdim. Yüngül həyat tərzi yaşayan, hansısa əxlaqsızlıq edənlərin mənfi tərəfin heç vaxt görmürdüm. Hər zaman deyirdim ki, hərənin öz həyatı var. Bu sınaq dövrü mənə öyrətdi ki, kimisə yazıq olduğu üçün yaxına buraxmaq olmaz. Özümü qınayıram ki, niyə mən onlara sirrimi dedim? Boşluqlarımdan istifadə edib, məhkəmədə üzümə durdular.

“Həbsimi sifariş etmişdilər” – Təranə Səmədova ilk dəfə danışdı – Video,Fotolar



“BU QƏDƏR ÖNƏMLİ DÜŞMƏN OLDUĞUMU BİLMİRDİM”

– (Zəhra) Sizdən şikayət edən qadınların sosial şəbəkədə dəfələrlə videoların gördük. Sizin dediyiniz kimi, yüngül həyat tərzi keçirən şəxslər Təranə Səmədova tərəfindən satıldıqlarını iddia edirdi…

– Görünür, şikayətin ciddi qəbul edilməsi üçün çalışanlar oldu. Mən bu qədər önəmli, yüksək çəkili düşmən olacağımı bilmirdim. Mənə göstərdilər ki, nə qədər önəmli biri imişəm. Kimlərəsə mane olur, yolunu kəsirmişəm.

– Təranə Səmədova kimə nə etmişdi ki, intiqam onu barmaqlıqlar arasına qədər aparıb saldı?

– İndi açıb hər şeyi töküm? (gülür) Heç kimə böyük pislik etməmişəm. Cüzi bir pislik etmişəmsə, demək, həmin adam ona layiq olub. Etmişəm ki, başa düşsün insanı vurmaq olmaz. Mənim sifarişimi verən insanlara isə heç bir pisliyim olmayıb. Adı hallanan insanın bu gün cəmiyyətdə tanınmasında, ayaqüstə durmasında, önəmli yer tutmasında vasitəçilərdən biri də mən olmuşam. Niyə etdi…?

“RƏQSANƏ ANAMA ZƏNG VURUB”

– (Pərviz) Həbsxanaya girəndən sonra bir vaxtlar sizə “düşmən” olanlar, statuslar yazıb, dəstək olduqlarını göstərməyə başladılar. Dedilər, ailənizə yardım etməyə hazırdılar.

– (Zəhra) Açıq adlarını çəkək: müğənnilər Rəqsanə İsmayılova və Kərim Abasov. Kömək etdilər ailənizə?

– İllər keçib, eyni şəxslərlə bağlı mövzunu danışmayım. O insanlar hər cüzi məqamdan faydalanıb, yaxşı obraz yaratmağa çalışırlar. Heç bir kömək olmayıb, buna ehtiyac da duymayıb ailəm. Mənə olan maddi yox, mənəvini ödəməyi bacarardılar, sonra… Rəqsanə anama zəng vurub. O da cavab verib ki, gətir, Təranəyə olan borcu qaytar, heç nəyin lazım deyil. Zamanında ona böyük məbləğdə pul kömək etmişəm. Soruşanda deyir ki, Təranənin pulu hardan idi? Müəyyən insanlar var idi ki, mənə və anama güvənib pulu verdi. Rəqsanə qaytarmadı onu. Özüm verdim borcu. Həmin adamlar indi dünyasını dəyişib. İndi kimsə evimə gəlib təmirsiz görəndə, deyir ki, sən illərdir qazanmısan, bu nə evdir? O qədər acınacaqlı durumdayam ki… İllərdir mənə vurulan zərbələrin altından çıxmaq üçün güzəranımı düzənləyə bilməmişəm. Kamera qarşısında mənə baxan bilməz ki, maddi sıxıntım var. Çantamda 3 manatım olub, heç kimə hiss etdirməmişəm. Mənliyimi qorumuşam, etimadımı itirməmək üçün çox çabalamışam. burada kim nə paylaşırdısa, orada çalışanlar gəlib deyirdi. Sədəqə dilənirəm? Həyatımda olan insan 6 ay elə dəstək durdu ki…

“Həbsimi sifariş etmişdilər” – Təranə Səmədova ilk dəfə danışdı – Video,Fotolar


“HƏBSXANANIN ÖZ QAYDALARI VAR İDİ”

– (Zəhra) Azadlığa çıxanda kimlər zəng vurdu?

– Həbsdə olanda məni axtarmayanları yola verdim… Həyat davam edir. Sınaqdır… Məni çətin günümdə tək buraxmayanları, heç vaxt yarıyolda qoymaram.

– 6 ay bizim üçün qısa müddət kimi gəlir. Amma yəqin orada günlər keçmirdi…

– 2,5 ay təcridxanada qaldım. 4 ay isə cəzaçəkmə müəssisəsində oldum. Təcridxanada qapalı yerdə idim, hələ tam dərk etmirdim. Cəzaçəkmə müəssisəsinə keçəndən sonra başa düşdüm… Artıq qaydalar var idi. Hər gün səhər saat 7-də zəng çalınır, gözümü açanda deyirdim, yox, hələ yuxu bitməyib. Elə bilirdim dəhşətli bir yuxudayam. Elə bir gecə yox idi ki, iki-üç dəfə ayılıb, saata baxmayım. Böyük sarsıntı keçirdim.

– (Pərviz) İndi azadlığa adaptasiya olmağınız çətindir?

– Elə bil yuxuda idim, oyandım. İndi evimdə rahat yatıram, gecələr ayılmıram da. Amma harasa restorana gedəndə, qəribə gəlir mənə.

“ELƏ MƏHKUMLAR VAR Kİ, DEYİRSƏN, BUNU YANDIRMAQ LAZIMDIR”

– Vaxtınızı necə keçirirdiniz orada?

– Mütaliə edirdim. Nə qədər kitab oxudum. Hər bir kitab həyat təcrübəsi idi. Yoqa ilə məşğul olurdum. Özümə qapanmamaq üçün müxtəlif vasitələrdən istifadə edirdim.

– (Zəhra) Filmlərdən, seriallardan həbsxana həyatı bizim üçün qəddar tərəfləri ilə dolu bir aləm kimi görünür. Yeni gələnləri digər məhkumlar döyür, özlərinə tabe etmək istəyirlər…

– Mənim üçün də dəhşətli işgəncəli, “palajeniya” olan bir yer kimi gəlirdi. Ölkədə bir dənə qadın cəzaçəkmə mərkəzi var. Ən ciddi qaydalar orada hökm sürür. Qadınlar mürəkkəb varlıqlardır, onlarla mübarizə aparmaq çətindir. Amma orada sakitlik, mehribanlıq yaradılıb. Heç kim dalaşmaz, küsülü qalmaz. Hər şeyin öz saatı var. Qırmızı ərazidir, daxili türmə qaydaları yoxdur. 85 faiz günahının cəzasını çəkir. 15 faiz isə hansısa şər, böhtan qurbanı olub. Elə ana-bacılar var ki, çöldəki ən dəyərli xanım belə onun əlinə su tökməyə dəyməz. Eləsi də var ki, deyirsən, bunu yandırmaq lazımdır.

– Yəqin ki, müxtəlif həyat hekayələri dinlədiniz…

– Dəhşət idi… Ora girən rejissor neçə senari, yazıçı neçə kitab yazar. Kimi övladını, kimi doğmasın öldürüb. Qınamayın, günahdır. Allah heç kimin ağlını başından almasın. Allahdan arzulayıram ki, ağlımı alınca, canımı alsın. Həyat yoldaşını, kimisə öldürəni qınamıram. Amma övladı öldürmək…

– (Pərviz) Məhbuslar arasında çəkindiyiniz var idi?

– Bir qadın gəlmişdi, cibgir idi. Deyirdi ki, məndən soruşanda işin nədir, cavab verirəm avtobusda çalışıram. Bir dəfə elə bildim yatıb, arxasınca danışırdım ki, cibgir eşitmişdim, demək belə olurmuş? Sən demə, oyaq imiş. Qayıtdı ki, buynuzum, yoxsa quyruğum olmalıydı? (gülür) Ondan çəkinirdim, pulqabımı gizlədirdim. Özünə də etiraf etdim ki, pulqabımı gizlədirəm səndən. Deyirdi ki, çöldə işimdir, burada yox. Sözlə gördüklərim izah ediləcək deyil.

– Məşhur olmağın üstünlükləri var idi?

– Əvvəl özümə qapanmışdım. Sakit dayanıb, oradakılara baxırdım. Elə bilirdilər ki, tanınmışam deyə, özümü yüksək tuturam. Sonra gördülər ki, yox… Bayram günü zalın bu başından o başına hamıyla oynadım. Qayıtdılar ki, elə bil əhd eləmişdin içəri girim, oynayım. Bu da bir həyat sınağı idi.

– (Zəhra) Görüşə gələnlərdən nə soruşurdunuz?

– Həbsxanada olanları azadlıqda baş verənlər maraqlandırmır. Hətta yanıma gələnlər danışanda, qıcıq olurdum.

– 6 ay 6 gün sonra azadlıq xəbəri gəldi…

– Çimmək günləri fərqli idi. Çimdim gəldim, oturub corabımı tikirdim. Həftənin bazar ertəsi nə telefon, nə görüş olur. Dedilər, Təranə səni çağırırlar. Təəccübləndim ki, nə etmişəm? Gəldim, dedilər, məhkəməndi, yəqin buraxılacaqsan. O dəqiqələri gözləyəndə, nələr yaşadım. Dəmir darvazaya baxırdım, deyirdim, görəsən onun o tərəfində olacam? Allah hamının qapısını açsın. Çörək kəsdiyim qadınlar soruşurdu ki, çıxsan, bizdən danışacaqsan? Sahibə, Gülər, Yeganə, Elvira və Sevinc var idi… Alnıaçıq çıxdım oradan. Həbsxanada həm cəzaçəkənlərin, həm əməkdaşların hörmətini qazandım.

– (Pərviz) Təranə həbs olunan gün çantasında nə qədər pul var idi?

– Burada dostluğumuzdan sui-istifadə edirsən (gülür). Rəfiqəm bizdə qalmışdı, çantamda 1 manat var idi. Rəfiqəm 10 manat qoydu ki, məhkəməyə gedəndə taksiyə ver. 2 manat taksi etdi, 9 manat qaldı. Oradan aparıldım cəzaçəkmə müəssisəsinə. Çantamı içəri girəndə yoxlayırdılar. Təəccübləndilər ki, tanınmış adamsız, 9 manatınız var?

“FƏDAYƏ LAÇINI GÖRDÜM”

– (Zəhra) Fədayə Laçını görürdünüz?

– İstintaq Təcridxanasında məhkumlar bir-biri ilə görüşmürdü. Bir dəfə üzləşdik, çox dəyişib. Qapalı yerdir deyə, qadın oturur, kökəlir. Ona yaraşırdı, qəşəng idi. Tezliklə azadlığa çıxmağı arzulayırdı. Bizə eyni gündə cəza verdilər. Mən qısa müddətdə qurtuldum. Fədayə isə uzun illər orada qalacaq. Həyatda kimin səhvi yoxdur ki…

– Bayaqdan danışırıq, belə başa düşdüm ki, həyatınızda biri var…

– Həbsxanada olduğum müddətdə həmin şəxs nə məni, nə anamı tək qoydu. Ailəmə sahib çıxdı, mənim arxamda dayandı. Onun ailəsinə təşəkkür edirəm ki, belə bir tərbiyəli övlad böyüdüblər.

– (Pərviz) Təranə Səmədova özünə hansı sərhədləri qoydu?

– Sərhədlər qoymuşam, amma nə qədər davam edəcək bilmirəm. Bu ürəyin sahibi mənəm. Olmur qəddarlaşmaq…

– (Zəhra) Çıxandan sonra iş təklifi almadınız?

– Hansısa müğənnidən təklif almamışam. Məni axtarmağa qorxurdular, o da qaldı işləməyə. Qorxaq insanlarıq… Birinin başının üstünü qara bulud alanda, ətrafdakılar qaçıb gizlənir ki, mənə dəyməsin. Hansı müğənni ilə işləməyi arzulayım? Ağlıma gəlmir. Yeni biri ilə isə işləməkdən qorxuram.

– Sizdən şikayət edənlərə zəng vurub “Niyə” sualını verdiniz?

– Çıxdığım gün ortaq tanıdıqlarımız dedilər ki, filankəslərin qara günü başladı, intiqam alacaqsan. Pislik edənə o cür cavab verən deyiləm. Onlar “Niyə” sualını verməyimə layiq şəxslər deyil. Gəlib üzümə dururlar, 3 il həbsimi istəyirlər, onlara sual verməyə dəyər?<iframe width="426" height="326" src="https://www.youtube.com/embed/0Ekd-zzhoPY" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Nazpərinin qardaşı qızının açıq-saçıq görüntüləri yayıldı – FOTO, VİDEOLAR



Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə Dostəliyevanın ailəsi ilə qalmaqalı səngimək bilmir.

“Minval.info” xəbər verir ki, o, bu dəfə açıq-saçıq görüntülər sərgiləyən gənc qızın foto və videolarını sosial mediada paylaşıb.

Pərvanə iddia edib ki, paylaşımlarındakı şəxs atası Ağalar Dostəliyevin qızıdır, yəni, Pərvanənin ögey bacısı Rəvanə Dostəliyeva… O, atasına səslənərək “Bax, Ağalar, yaxşı-yaxşı bax. Nəslin davamçısı” sözlərini yazıb.

Nazpərinin qardaşı qızının açıq-saçıq görüntüləri yayıldı – FOTO, VİDEOLAR


Minval.info-nun əldə etdiyi məlumata görə, həmin qız “instagram”da paylaşımları ilə yetərincə izləyici toplaya bilib. Striptiz göstərilən, bu yaxınlarda da mətbuatın gündəmində olan “Hot Room Club”da tez-tez görünən, klubun reklam üzü olan gənc qız gecə həyatına yetərincə düşkündür.

Klubla bağlı bu yazını oxuyun!

Qeyd edək ki, Pərvanə bundan öncəki açıqlamalarında atasının ona təcavüz etdiyini, Nazpərinin isə onun müğənnilik fəaliyyətinin qarşısını aldığını söyləmişdi.

<iframe src='https://bax.tv/player/64158.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>

Nazpərinin qardaşı qızının açıq-saçıq görüntüləri yayıldı – FOTO, VİDEOLAR
Nazpərinin qardaşı qızının açıq-saçıq görüntüləri yayıldı – FOTO, VİDEOLAR
Nazpərinin qardaşı qızının açıq-saçıq görüntüləri yayıldı – FOTO, VİDEOLAR
Nazpərinin qardaşı qızının açıq-saçıq görüntüləri yayıldı – FOTO, VİDEOLAR
Nazpərinin qardaşı qızının açıq-saçıq görüntüləri yayıldı – FOTO, VİDEOLAR
Nazpərinin qardaşı qızının açıq-saçıq görüntüləri yayıldı – FOTO, VİDEOLAR
Nazpərinin qardaşı qızının açıq-saçıq görüntüləri yayıldı – FOTO, VİDEOLAR


Bəhram Bağırzadə AzTV-də işə başladı



Əməkdar artist Bəhram Bağırzadə AzTV-də işə başlayıb.

O, bundan sonra dövlət televiziyasında aparıcılıq edəcək.

Aktyorun verilişinin adı isə “Bəhram+”dur. Artıq proqramın ilk çəkilişi də baş tutub.

Qeyd edək ki, veriliş həftədə bir dəfə yayımlanacaq.
Renkan AST Telmanın otelində elə rəqs etdi ki… – VİDEO


Rəqqasə Renka Türkiyəyə istirahətə yollanıb.

Rəqqasə maraqlı istirahət görüntülərini sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Azərbaycanlı iş adamı Telman İsmayılovun Antalyadakı otelində dincələn Renka görüntüləri ilə hər kəsi valeh edib. Onun çimərlik geyimində etdiyi rəqs izləyicilərinin marağına səbəb olub.

Həmin görüntüləri təqdim edirik:<iframe src='https://bax.tv/player/64126.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Yaş özünü göstərir. "Babək" filmində atdan yıxılmışdım. O vaxt hiss etmirdim, indi isə problemlər yaradır. Belimdə yırtıq var, əziyyət çəkirəm. İnsan var ki, atdan yıxılır, dünyasını dəyişir. Tacik dostum var idi, çəkilişdə at sürümüşdü, başı divara dəyib ölmüşdü.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev "X maqazin"ə səhhəti barədə danışarkən bildirib. Kino ulduzu 8 kq arıqladığını da vurğulayıb:

"İnsanlar var ki, yeməklərini vaxtı vaxtında yeyir. Məndə isə fərqlidir. Bu da ziyanımadır. Mədəmdə də problem yaranır. 84 kq idim, 76 oldum, 8 kilo arıqlamışam. Bir az şəkərim var. İştahsızlıq yaranır, insan qocaldıqca da yığılır. Şükür ki, qulluq edənim var. Arzu edirəm ki, ölənədək kiminsə köməyinə ehtiyacım olmasın. Yəni, özüm özümü idarə edim. Heç kəs heç kimdən asılı olmasın. Ölüm haqdır, hamı bununla görüşməlidir".

Türkiyəli aktyor vəfat etdi



Türkiyənin kino ulduzu Eşref Kolçak dünyasını dəyişib. O, dünən müalicə aldığı Gemlik Dövlət Xəstəxanasında həyatını itirib. 

92 yaşlı aktyorun ağciyərinə su yığıldığı qeyd edilib. Orqan çatışmazlığından əziyyət çəkən E. Kolçak vəfat edib. O, Gemlik bələdiyyə məzarlığında torpağa tapşırılacaq.
Türkiyəli aktyor vəfat etdi
Türkiyəli aktyor vəfat etdi
Türkiyəli aktyor vəfat etdi
Təbriz Qasımov: “Bəzi din təbliğatçıları cəfəngiyat dolu nağıllara üstünlük verir”


Cəmiyyətin düşüncə tərzindən, problemlərindən, təhsil səviyyəsindən xəbərdar olmayan birisi şübhəsiz, öz çıxışlarında ciddi xətalara, böyük yanlışlara yol verəcək”

Minval.info ölkə hüdudlarından kənarda xeyli müddət təhsil alan teoloq, araşdırmaçı-yazar Təbriz Qasımovdan müsahibə alıb. Ənənəvi dini baxışlardan uzaq olan müsahibimiz nə az, nə çox 14 sualımıza cavab verib. Suallar arasında bəzi ilahiyyatçıların yayındığı, hətta cavab vermək istəmədiyi mövzular yer alıb. Lakin müsahibimiz ona ünvadığımız bütün suallara cavab verib.

İlahiyyatçı Təbriz Qasımovlar söhbətimizi təqdim edirik:

– Təbriz müəllim, Azərbaycandakı dini mühitin səviyyəsini necə qiymətləndirirsiniz?

– Azərbaycandakı dini mühitin səviyyəsini müxtəlif aspektlərdən təhlil etmək mümkündür. Ümumiyyətlə, bizim ölkədə dini mühit çoxşaxəlidir. Bu çoxşaxəlilik fərqli dinlərdən, həmçinin dindaxili məzhəblərdən ibarətdir. Bu cəhətdən “dini mühit” ifadəsi bir qədər mürəkkəb və geniş anlam daşıyır. Lakin dini mühitin ümumi xarakteriskasını vermək istəsək, burada nəzərə çarpan ən bariz özəlliyin dinlərarası tolerantlığın olduğunu deyə bilərəm. Bu, olduqca önəmli faktordur. Çünki din və məzhəblərarası qarşıdurmalar tarix boyu dini kütləni ən çox narahat edən aktual məsələlərdən biridir. Tarixdə bu qarşıdurmaların necə böyük fəlakət və fəsadlara yol açdığına dair çoxlu sayda nümunələr var. Lakin xoşbəxtlikdən Azərbaycanda dini mühit bu baxımdan stabildir. Lakin bu stabilliyi axıra qədər qoruyub saxlamaq, bunun üçün ciddi şəkildə maarifləndirmə işləri aparmaq lazımdır. İnsanlar arasında ikitirəlik, təfriqə, mübahisə yaradacaq bütün fəaliyyətlərin qarşısı alınmalıdır. Din və ya məzhəblərarası müzakirələr elmi, mədəni, əxlaqi müstəvidə aparılmalıdır. Qarşı tərəfin dəyərlərini təhqir edən ifadə və hərəkətlərə yol verilməməlidir.

Azərbaycandakı dini mühitdə nəzərə çarpan digər bir özəllik ziyalı təbəqə arasında dinin nüfuzunun getdikcə artmasıdır. Bildiyiniz kimi, sovet təbliğatı nəticəsində insanlarda belə bir stereotip formalaşmışdı ki, guya, din ancaq qaragüruhçu, savadsız, dünyagörüşü olmayan təbəqəyə məxsusdur. Lakin günümüz reallığı bu düşüncənin nə qədər yanlış olduğunu, dinin əslində savadından, dünyagörüşündən asılı olmayaraq cəmiyyətin bütün təbəqələrinin ehtiyac duyaraq üz tutduğu bir fenomen olduğunu göstərməkdədir. Bu baxımdan hazırda dini mühitdə keçmişə nisbətdə müqayisə olunmayacaq qədər böyük bir inkişafın olduğunu deyə bilərik.

“Tənqid olmayan yerdə inkişaf və tərəqqi olmaz, o zaman din xadimləri də yanlış etdiyi məsələlərdə tənqid oluna bilərlər”

– Sizin fikrinizcə, din xadimlərini tənqid etmək olarmı? Bəzi ilahiyyatçılar düşünür ki, bu, qətiyyən yolverilməzdir.

– Din ümumiyyətlə təbəqələşmənin əleyninədir. Dini inancda təlqin olunan fundamental məsələlərdən biri də bütün insanların Allah dərgahında bərabər olmalarıdır. Allah yanından üstünlüyün yeganə meyarı təqvadır. Quranda “Hücurat” sürəsinin 13-cü ayəsində bu barədə belə deyilir: “Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən təqvalı (pəhrizkar) olanınızdır”. Deməli, irqindən, millətindən, vəzifəsindən asılı olmayaraq Allah yanında hamı bərabərdir. Üstünlüyün yeganə meyarı isə ayədə qeyd olunduğu kimi təqvadır.


Teoloq Təbriz Qasımov

Din xadimlərini tənqidə gəldikdə, ümumiyyətlə, heç kim xətadan sığortalanmayıb. Din xadimləri, ilahiyyatçılar, dini elmlərdə dərin biliyə sahib olan mütəxəssislər xəta və yanlış edə bilərlər. Nəzərə alsaq ki, tənqid olmayan yerdə inkişaf və tərəqqi olmaz, o zaman din xadimləri də yanlış etdiyi məsələlərdə tənqid oluna bilərlər. Sadəcə olaraq, tənqid zamanı edilən tənqidin faydalı və tutarlı olması üçün lazım olan şərtlərə diqqət etmək lazımdır. Birincisi, tənqid zamanı təhqirə yol vermək olmaz. Bəzən olur ki, tənqid adıyla təhqirə yol verilir. Bu da təbii ki, edilən tənqidin faydalı olmaq yerinə zərərli olmasına səbəb olur. İkinci önəmli şərt isə tənqid edənin etdiyi tənqiddə məlumatlı olmasıdır. Məsələn, siz ixtisas tələb edən hansısa bir məsələdə savadınız yetmədiyi halda bu sahədə mütəxəssis olan din xadiminə etiraz etsəniz, sizin bu əməlimiz heç vaxt tutarlı tənqid hesab olunmayacaq. Bu hal din xadimləri üçün də keçərlidir. Etiraz və tənqid etdikləri məsələlərdə kifayət qədər dini və ya dünyəvi biliklərə yiyələnməlidirlər ki, etdikləri tənqidlər tam hədəfə otura bilsin.

“Unutmayaq ki, din insanlar üçündür, insanlar din üçün deyil. Ona görə də din yaşanabilir olmalıdır, dinamik olmalıdır, dini hökmlər həyata tətbiq oluna biləcək bir mahiyyətə sahib olmalıdır”

– İslamda mühafizakarlıq daha çox nəzərə çarpır. Reformist, yəni islahatçı olmaq daha məqsədəuyğundur, yoxsa ənənəvi mühafizəkarlıq?

– Baxır məsələyə hansı aspektdən baxırısız. Danılmaz faktdır ki, insanların din haqqında düşüncələri, qənaətləri, baxışları bir deyildir. Fikrimcə, mühafizəkar və reformist axınlar məhz bu anlayışların təsirilə formalaşır. İnsanların savadı, dünyagörüşü, düşüncə tərzinin burada müstəsna rol oynadığını hesab edirəm. Mənim subyektiv qənaətimə görə, hazırda reformist yanaşma daha idealdır. Təəssüf ki, reformizm bəzən yanlış başa düşülür. Bəzi insanlar elə güman edirlər ki, reformizm dini parçalamağa, aradan aparmağa köklənib. Bu təsəvvür olduqca yanlışdır. Reformizm dinin özü, substansiyası deyil, məhz insanların dindən başa düşdükləri yanlış izahları, anlaşılmaları islah etmək üçündür. Məsələn, Martin Luter reformist idi, məqsədi xristiyanlığı aradan aparmaq, məhv etmək deyildi, əksinə insanların xristiyanlıqdan anladıqları yanlışları düzəltmək idi. Martin Luter kilsələrdə pul müqabilində günah çıxarmağın yanlış olduğunu deyirdi. Bu bir islahatçı, reformist hərəkat idi. Martin Luter apardığı yorulmaz islahatlar nəticəsində müəyyən qədər istəyinə nail ola bildi. Kilsələr reformu qəbul etdi, insanlar dəstə-dəstə Protestanlığa üz tutdu. Luter bu fəaliyyətilə xristianlığı təhrif etmədi, əksinə ona yenidən həyat və canlılıq bəxş etdi, onu öz əslinə bir az yaxınlaşdıra bildi.

Reformizmdə nəzərə çarpan digər bir önəmli nüans islahatçı fəaliyyətlərin daim dini düşüncəyə və yaşam tərzinə canlılıq, dinamiklik bəxş etməsidir. Bilirsiniz, cəmiyyət elə bir fenomendir ki, o, sabitliyi, ətaləti sevmir. Unutmayaq ki, din insanlar üçündür, insanlar din üçün deyil. Ona görə də din yaşanabilir olmalıdır, dinamik olmalıdır, dini hökmlər həyata tətbiq oluna biləcək bir mahiyyətə sahib olmalıdır. Dini təlimləri formal deyil, mesajmərkəzli və hədəfmərkəzli oxumaq, qiraət etmək olduqca zəruridir.

Bir məsələni oxucuların diqqətinə çatdırmağı vacib hesab edirəm. Burada reformizm dedikdə, korkoranə hərəkət nəzərdə tutulmur. Kim nəyi necə istəyirsə o şəkildə islah edə bilməz. Burada metodologiya önəmlidir. Məsələlər rasional müstəvidə, tutarlı arqumentlər təqdim olunmaqla tənqid edilməlidir. Hər növ metodoloji və elmi xaosdan uzaq durmaq lazımdır.

“Dinin yanlış tanıtdırılması ateizmə qapı açmaqdadır, burada psixoloji tarvmalar da önəmli rol oynayır”

– Nəyə görə, İslam daha çox irrasionallıqla tanınır. Bu isə insanlarda çoxlu suallar yaradır. Dini ciddi qəbul etmirlər. Nə deyə bilərsiniz bununla bağlı?

– Bu suala qısaca belə cavab vermək istəyirəm ki, dinin irrasional tanınmasında ən böyük qüsur bəzi din təbliğatçılarının apardıqları yanlış təbliğatdan qaynaqlanır. Din təbliğatı ilə məşğul olan kəslərin təbliğat zamanı cəfəngiyyat dolu nağıllara üstünlük vermələri, yetəri qədər fəlsəfi-məntiqi bilgilərə sahib olmamaları, emprik (təcrübi – S.M.) elmlərin bu qədər inkişaf etdiyi dövürdə bu elmlərdən primitiv miqdarda olsa belə, məlumatsız qalmaları digər insanlarda dinin irrasional bir fenomen olması təsəvvürünü yaradıb.

– Sosial şəbəkələrdə belə bir mənzərə yaranıb ki, ateizm ölkədə sürətlə inkişaf edir. Bunun səbəbi nədir?

– Sosial şəbəkələr reallığı nə qədər əks etdirir bilmirəm. Lakin danılmaz faktdır ki, dinin yanlış tanıtdırılması ateizmə qapı açmaqdadır. Fikrimcə, Qərbdə son dövrlərdə ateizmin inkişaf etməsində tam olmasa da, müəyyən qədər kilsə amili də rol oynayır. Kilsənin təqdim etdiyi yanlış kainat təsviri, hər sahədə özünü avtoritet hesab etməsi, elmi sahələrə lüzumsuzca etdikləri müdaxilələr, 600 il mövcudluğunu qorumuş İnkvizisiya məhkəməsi ateizmin yaranmasında başlıca rol oynayıb. Deməli, dini insanlara düzgün, rasional formada çatdırmaq lazımdır. Әks təqdirdə yanlış din təqdimatı sonda müəyyən təbəqənin içərisində ateizmin doğmasına zəmin yaradacaqdır.

Ateizmin meydana gəlməsində psixoloji tarvmalar da önəmli rol oynayır. Antoni Flunun qeyd etdiyinə görə, Avropada “Holokost” (Nasistlərin törətdikləri yəhudi soyqırımı) hadisəsindən sonra insanlarda tanrı anlayışına qarşı inamsızlıq yarandığı səbəbindən ateizm sürətlə inkişaf etməyə başladı. Flunun qeyd etdiyi bu təsbitin nə qədər dəqiq olduğunu deyə bilmərəm. Lakin psixoloji travmaların insanın ateizmə və nihilizmə yönəlməsində rol oynadığı danılmaz faktdır.

Ä°lgili resim
Məscid

– Din xadimləri çıxışlarında bəzən sərt danışır və çoxluq tərəfindən qəbul edilməyən mövzulardan söhbət açır. Siz necə düşünürsünüz, bu, belə olmalıdır?

– Kütlə qarşısında çıxış edən hər bir kəs, istər din xadimi olsun, istərsə də qeyrisi, ilk növbədə xitab etdiyi cəmiyyəti yaxşı tanımalı, bir növ mahir cəmiyyətşünas, sosioloq olmalıdır. Cəmiyyətin düşüncə tərzindən, problemlərindən, təhsil səviyyəsindən xəbərdar olmayan birisi şübhəsiz, öz çıxışlarında ciddi xətalara, böyük yanlışlara yol verəcək. Könül istərdi ki, bu sahədə nəzarət olsun. Lakin mövcud şəraitdə bunu tətbiq etmək imkansızdır.

“Bir insan ateist olduğu üçün alim və ixtiraçı olmur. Belə olsaydı, bütün ateistlər alim və ixtiraçı olardı. Nə də ki, bir insan inanclı olduğu üçün alim və ixtiraçı olmur. Әks təqdirdə, inanclı təbəqənin hamısı alim və ixtiraçı olardı”

– Bir çox insanlar dinə gəldikdən sonra onlar haqda deyilir ki, “kaş, əvvəlki kimi qalardı, heç namaz qılmazdı”. Bunun səbəbi nədir?

– Bunun miqdarını və əksər namaz qılanlara aid olduğunu təyin etmək olduqca müşküldür. Fikrimcə, burada bir az mübaliğə var. Lakin belə faktların olduğu da danılmazdır. Bunun bir çox səbəbi ola bilər. Məsələn, namaz qılan birisi haram olduğu üçün rüşvət almaqdan imtina edə bilər. Həyata maddi aspektdən baxan praqmatist təfəkkürlü birisinə görə, bu adam namaz qılmasaydı daha yaxşı olardı, “indi acından öləcək”. Şübhəsiz, belə birisinin namaz qılana etiraz etməsi heç bir əhəmiyyət daşımır. Lakin bəzi hallarda namaz qılan birisi düşdüyü radikal mühitin təsirilə aqressivləşir, insanlara qarşı kobud olmağa başlayır, lüzumsuz yerə dünya həyatına üz çevirir, inzivaya çəkilir, bəzən isə ətrafındakılara qarşı təhlükəli olmağa başlayır. Belə davranan birisi haqqında şikayətlərin olması da təbiidir.

– Müsəlmanlar bəzən qınanır ki, “ateistləri bəyənmirsiniz, amma onların istehsal etdiyi məhsuldan istifadə edirsiniz”. Bu, nə dərəcədə uyğun və tutarlı arqumentdir?

– Olduqca absurd və heç bir rasional məzmunu olmayan bir iddiadır. Çünki tarixdə etdiyi icadlarla məşhur olan kifayət qədər inanclı insan olub. Statiskada Nobel mükafatı alan inanclı alimlərin sayı ateistlərə nisbətdə müqayisə olunmayacaq qədər çoxdur. Ümumiyyətlə, elm adamlarının inanclımı, yoxsa inancsızmı olduqları heç bir əhəmiyyət daşımır. Çünki texnika və texnologiyada edilən kəşflər, ixtiralar, istehsal olunan məhsullar sadəcə olaraq, emprik savad tələb edir. Bunun birbaşa inancla əlaqəsi yoxdur. Bir insan ateist olduğu üçün alim və ixtiraçı olmur. Belə olsaydı, bütün ateistlər alim və ixtiraçı olardı. Nə də ki, bir insan inanclı olduğu üçün alim və ixtiraçı olmur. Әks təqdirdə, inanclı təbəqənin hamısı alim və ixtiraçı olardı. Teizm və Ateizm hər ikisi fəlsəfi məsələdir. Bunun emprik elmlərlə, elmi kəşflərlə, bir sözlə “sciense”lə heç bir əlaqəsi yoxdur.

“”Kurtlar Vadisi” serialında bir fraqment var, hər zaman diqqətimi çəkib. Aron Feller Davud Tataroğluna bir müddət səhnədən geri çəkilməyi, əlindəki sahələri digər mafiya başçılarına verməyi tapşırır. Amma medianı istisna edir”

– Nəyə görə belə bir düşüncə formlaşıb ki, İslam terror dinidir və dindar görəndə uzaq durmağa çalışırlar? Hətta dindarların bəziləri dindar olan məclisə getmək istəmirlər?

– Burada iki amil əsas rol oynayır: Savadsız, dünyagörüşsüz, radikallığa meyilli olan kəslərin xüsusi şəkildə istismar edilməsi və medianın gücü. Birinci qrup hər zaman potensial təhlükədir. Bu qrupa aid olanlar bəzən din adıyla, bəzən isə başqa ad və ünvanlarla hər zaman cəmiyyət üçün təhlükə mənbəyi olublar. Digər bir amil isə medianın apardığı qərəzli və planlı təbliğatlardır. Məsələn, siz heç vaxt mediada “NATO və Terror”, “Demokratiya və Terror” başlıqlı xabərlərin tirajlandığını görə bilməzsiz. Halbuki NATO qüvvələrinin demokratiyanı bəhanə edərkən neçə-neçə ölkəni xaraba qoyduqlarını hamımız yaxşı bilirik. “Kurtlar Vadisi” serialında bir fraqment var, hər zaman diqqətimi çəkib. Aron Feller Davud Tataroğluna bir müddət səhnədən geri çəkilməyi, əlindəki sahələri digər mafiya başçılarına verməyi tapşırır. Amma medianı istisna edir. Deyir, “nə qədər ki, media sənin əlindədir, deməli, ən güclüsü hər zaman sənsən”.



– Əksər dindarlar cəmiyyətdə geyimi və görünüşü ilə fərqlənir. Bu, bir çox hallarda ikrah hissinə səbəb olur. Əslində, dindar necə olmalıdır?

– Geyim dedikdə, baxır cəmiyyətdə hansı geyim tərzi hakimdir. Bəzən olur ki, əksər insanların istifadə etdikləri geyim tərzi özü ikrah doğurur. Burada cəmiyyətin geyim tərzinə uymaq vacib deyil. Məsələn, gənclər dizi cırıq və dar-dütdək şalvar geyinirsə, bu növ geyim tərzinə uymaq lazım deyil. Amma cəmiyyətin əksər hissəsi normal geyinirsə, bu zaman cəmiyyətə uyğun olacaq şəkildə geyinmək, insanlarda ikrah hissini oyadacaq geyimlərdən uzaq durmaq lazımdır. Məlum mələsədir ki, kimsə bizim cəmiyyətdə hindistanlılar kimi geyinsə, bu digər insanlarda ikrah hissi oyadacaq.

“Bir şeyi yaxşıca dərk etməliyik ki, məsxərə və təhqir heç vaxt əlac deyil. Unutmamalıyıq ki, təsir əks təsirə bərabərdir”

– Qeyri-dindarlar din xadimlərinin bəzi çıxışlarını məsxərəyə qoyurlar. Bunun səbəbi nədədir?

– Ümumiyyətlə, məsxərəyə qoymaq, təhqir etmək, dözümsüzlük göstərmək son dövürlərdə gənclər arasında yaman yayılıb. Bu, yolverilməzdir. Maksimum şəkildə təhqir və məsxərələrdən uzaq durmaq lazımdır. Әgər məqsəd qarşı tərəfin etdiyi yanlışı düzəltməkdirsə, o zaman bunu rasional şəkildə, ədəb-ərkanla həyata keçirmək lazımdır. Bir şeyi yaxşıca dərk etməliyik ki, məsxərə və təhqir heç vaxt əlac deyil. Unutmamalıyıq ki, təsir əks təsirə bərabərdir.

– İslam dini barədə siravi dindarlar və ya teoloqlar bəzən ənənəvi düşüncələrdən fərqli fikir bildirərkən sorğulanmadan əqidədaşları tərəfindən sərt reaksiyalar verilir. Hətta bir çox hallarda təhqirə yol verənlər də olur. Bu barədə nə deyə bilərsiniz?

– Modern dünyada emprik elmləri cazibədar qılan önəmli bir faktor var – test etmə və nəticə alma faktoru. Humanitar elmlərin bəzi sahələrində də bu metod müəyyən qədər tətbiq olunur. Bu metodun başlıca özəlliyi nəticəmərkəzli olmasıdır. Məsələn, götürək hüququ. Hansı hüququ qaydalar daha idealdır? Şübhəsiz, cəmiyyətə istiqrar bəxş edən. Deməli, burada önəmli olan cəmiyyətin istiqrarıdır, yəni nəticədir. Kimsə durub ənənəviçilik göstərsə və Hammurapi qanunlarını müdafiə etməyə çalışsa, şübhəsiz, belə bir şəxsin ümumiyyətlə, hüquq fəlsəfəsindən xəbərsiz olduğu aydın olacaq. Və ya qədimdə filosoflar planetlərin də ruhlarının olduğuna inanırdılar. Çünki planetlərin Günəş ətrafında nizamlı şəkildə fırlanmalarını ancaq ruhun varlığıyla izah edirdilər. Halbuki müasir elm bunu cazibə qanunu ilə izah edir.

Deməli, ənənəviliyin də bir həddi-hüdudu, çərçivəsi olmalıdır. “Keçmişdəkilər nə deyiblərsə, düz deyiblər, bizim alternativ yeni bir şeylər ortaya qoymaq haqqımız yoxdur” məzmunlu düşüncələr gerilikdən savayı bir şey deyil. Sanki həqiqətlər bütün çılpaqlığı ilə keçmişdəkilərə əyan olub və bizim düşünməyimizə artıq ehtiyac qalmayıb. Bu təfəkkür tərzi fikrimcə, çox təhlükəlidir və inkişafın qarşısını alan ən böyük maneələrdən biridir.

“”Dindaramsa deməli, ancaq dini elmlərə köklənməliyəm”, deyə bir qayda yoxdur”

– Bəzən mütaliə dedikdə, dindarlar belə düşünür ki, yalnız dini ədəbiyyatlara üstünlük verilməlidir. Sizin buna münasibətiniz necədir?

– Dini sahələrlə yanaşı digər sahələr də mütaliə edilməlidir. Fikrimcə, bu sahələr arasında qırılmaz bağlar var. Məsələn, hüquq fəlsəfəsindən anlayışı olmayan birinin fiqhə baxışı şübhəsiz fərqli olacaq. Ümumiyyətlə, Quranın məntiqində inanclı kəslər hər bir halda daim yer və göylərin yaradılışı barədə təfəkkür edən kəslərdir (Ali-İmran 191). Fikrimcə, bu ayəyə iman edən birisi əlindən gələn qədər emprik elmlərlə məşğul olar, ona maraq göstərər. Çünki yerin və göylərin sirrinə vaqif olmaq üçün ən ideal vasitə hazırda emprik elmlərdir. Bundan əlavə humanitar sahələr, sənət, incəsənət və digər sahələrlə də məşğul olmaq lazımdır. Әlbəttə, bir insan təkbaşına bütün bu sahələrlə məşğul ola bilməz. Maraq duyduğu, potensialı olan sahələrə daha çox üstünlük verməlidir. Sadəcə olaraq demək istədiyim odur ki, “dindaramsa deməli, ancaq dini elmlərə köklənməliyəm”, deyə bir qayda yoxdur.

– Müsəlmanlara hazırki dövrdə tövsiyəniz nədir və onları necə görmək istərdiniz?

– Özüm də qarışıq müsəlmanları savadlı, ziyalı, əxlaqlı, tolerant, anlayışlı, ictimai və siyasi məsələlərdə fəal görmək istəyərdim. Deyəsən, çox şey istədim.

Müəllif: Samir Mirzə
Azərbaycanın bikini çempionu: “Porno saytlarda olan görüntülərim…” – VİDEO


Bakıda bodibildinq və fitness bikini üzrə çempionatın qalibi Salatın Əsədova olub.

Ümumilikdə yarışlarda 31 atlet iştirak edib. Fitnes-bikini kateqoriyasında əla fiqura nümayiş etdirərək Salatın Əsədova qalib olub.

Üç qat Azərbaycan bodibildinq və fitnes bikini üzrə çempionu Salatın Əsədova ilə müsahibəni təqdim edirik:

– Salatın Əsədova kimdir? 

– Salatın Əsədova fitnes müəllimiyəm. 25 yaşım var. Bakıda doğulmuşam, Bakıda yaşayıram. Fitneslə 5 ildir məğul oluram. İlk dəfə 2017-ci ildə Azərbaycan Bodibildinq və Fitnes Federasiyası tərəfindən təşkil olunan bodibildinq və fitnes bikini üzrə çempion oldum. Ondan sonra bu işi özümə sənət olaraq, seçdim. 2 il ara verməyimə baxmayaraq, yenidən qalib olmaq çox xoş hiss idi.

– Gördüyünüz işin çətinlikləri nədir?

Azərbaycanın bikini çempionu: “Porno saytlarda olan görüntülərim…” – VİDEO


-Əgər normal formadasansa və pis vərdişlərin yoxdursa, bu iş elə də çətin deyil. 2017-ci ildəki çıxışımdn sonra fasilə vermişdim. Az məşq edirdim. Ona görə, bir az çətin oldu. Mütləq dieta saxlamalısan. Dieta ac qalmaq deyil, sadəcə rejimlə və sağlam qidalanmalısan.

– Ailəniz sizi dəstəkləyir?

-Ailəm idmanla professional məşğul olmağıma razı deyildi. Uşaqlıqdan karate ilə məşğul olmaq istəyirdim, amma alınmadı. Yaş artdıqca isə artıq o idman növü ilə məşğul ola bilmirsən. Daha sonra basketbolla məşğul olmuşam. Bir gün bir nəfər mənə niyə fitneslə məşğul olmadığımı soruşdu. Bu sual məni düşündürdü və mən ondan sonra başladım fitnesslə məşğul olmağa. 2017-ci ildə çempionata qatıldım və qalib oldum. Ondan sonra valideyinlərim başladı məni dəstəkləməyə.

– Deyilənə görə, porno saytlarda sizin məşq zamanı çəkilən videolarınızı paylaşırlar. Bu barədə məlumatınız varmı və buna münasibətiniz necədir?

-Mənim bu barədə məlumatım indi oldu. Sözümə görə, üzr istəyirəm, yəqin ki insanlar pornonun nə olduğunu bilir. Mən qantellə məşq edirəm. O saytları da şikayət edəcəm…

Müsahibənin tam variantını videodan izləyə bilərsiniz. 

//BAKU.WS<iframe src='https://bax.tv/player/64021.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>