Son xəbərlər

Afaq Aslanın başı dərddə – Müğənniyə qadağa qoyuldu


Müğənni və model Afaq Aslanın ölkədən çıxışına qadağa qoyulub.

Bu barədə xəbərçi.az səhifəsi məlumat yayıb.

Bildirilir ki, buna səbəb sənətçinin vergi borcunu ödəməməsi olub.

Aslan ləqəbli məşhura dəfələrlə dövlətə olan borcunu ödəməsi xəbərdarlığı olunsa da, Afaq buna məhəl qoymayıb və sənətçinin ölkədən çıxışına qadağa qoyulub.
Anar Ağakişiyev qəzaya düşdü — VİDEO


“Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Çingiz Mustafayevin stilisti, qrimçi Anar Ağakişiyev İsraildə qəzaya düşüb.
News24.az xəbər verir ki, stilist motosikletdən yıxılıb.

Nəticədə o, sol gözündən və başından xəsarət alıb. 
Stilistə təcili tibbi yardım göstərilib. Onun sol gözü əməliyyat olunub və tikişlər qoyulub.<iframe width="580" height="406" src="https://www.youtube.com/embed/Ts7nEiwTlQk" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
“Elə bilirəm ki, arvadım da Allahımdır” – Nadir Qafarzadə – Video


Müğənni Nadir Qafarzadə ARB TV-nin “Hüseynova bacıları” verilişində həyat yoldaşı Sevincdən bəhs edib.

Sənətçi 26 ildir evli olduqlarını deyib. Proqramda diz çökən Nadir xanımı üçün mahnı səsləndirib.

“Hər gün olmasa da, ayda-həftədə bir dəfə xanımıma hədiyyə alıram. Xaricə gedəndə ona nəsə almamış Bakıya qayıtmıram. Hərdən elə bilirəm ki, atam da, anam da, bacım-qardaşım, məcazi mənada Allahım da odur. 26 ildir ac-susuz, sevincli-kədərli bir addımlayırıq. Heç kim bizə dəstək olmadan”- deyə Qafarzadə bildirib.

Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün iki oğul övladı var.<iframe src='https://bax.tv/player/62920.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Çağatay Ulusoy sevgilisindən ayrıldı


Məşhur aktyor Çağatay Ulusoy sevgilisi Duygu Sarışından ayrılıb.
İddiaya əsasən, Serenay Sarıkayanın Kerem Bürsindən ayrılması Çağatayın da sevgilisindən ayrılmasına səbəb olub. Artıq Çağatay və Duygu sosial şəbəkədə bir-birlərini izləmirlər. Çağatayın qardaşı da Serenayı sosial şəbəkədə izləməyə başlayıb.

Çağatay Serenay Kərəmdən ayrıldıqdan sonra onun fotosunu bəyənmişdi. Ulusoyun qardaşının Duygu Sarışını izləmədən çıxarıb Serenayı izləməsi də iki keçmiş sevgilinin yenidən görüşməyə başlaması barədə iddialara səbəb olub.
Qeyd edək ki, Ulusoy və Sarıkaya 2013-2015-ci illər arasında eyni serialda kamera qarşısına keçib sevgili olmuşdular. Cütlük sonradan ayrılmışdı.
Şəbnəm Tovuzlu yenə gülüş obyekti oldu — FOTO


Müğənni Şəbnəm Tovuzlu yenə İnstaqram izləyiciləri tərəfindən tənqid olunub.
İfaçının yeni açıqlaması onu yenə tənqid obyektinə çevirib.

Belə ki, ifaçı - “Tez-tez xarici ölkələrdə konsert və toy dəvəti alıram, buna görə bəzən çətinlik yaşayıram. Çünki öz stilimi heç kimə etibar etmirəm. Buna görə, qonşu olduğumuz dövlətlərin hər birin də bir stilistim var” açıqlaması ilə izləyiciləri qıcıqlandırıb.

“Ona görə deyirsən Amerika Avropa ölkəsidir?”, “Avropanın Dubay ştatıda var yəqin”, “Bu heç olmasa getdiyi ölkələrin adın bilir?”, “Mən bilən getdiyin 3 ölkə var”- deyə müğənniyə tənqidedici şərhlər yazılıb.
Qeyd edək ki, Şəbnəm Tovuzlu bir müddət öncə ARB telekanalında yayımlanan “Hüseynova bacıları” verilişindəki “Amerika Avropa ölkəsidir” açıqlamasına görə tənqid olunub.Şəbnəm Tovuzlu yenə gülüş obyekti oldu — FOTO
Murat Bozdan Əkrəm İmamoğluna 100 minlik dəstək


Türkiyənin məşhur müğənnisi Murat Boz iyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlunun seçki kampaniyası üçün maddi yardım edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi CHP üçün öz adından 54 min 566, anasının adından isə 45 min 434 türk lirəsi ayırıb.

CHP-nin ayrı-ayrı şəxslərdən maddi yardım almasının səbəbi isə partiyaların seçki kampaniyasının dövlət xəzinəsindən maliyyələşməməsi ilə bağlıdır.
“Eurovision”un 10 finalçısı bəlli oldu


64-cü “Eurovision” mahnı müsabiqəsi start götürüb.

“Qafqazinfo” xəbər verir ki, bu axşam layihənin birinci yarımfinalında 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.

Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marionodur.
Gözəlova bu nazirliyə mətbuat katibi təyin edildi













Jurnalist Günel Gözəlova Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə mətbuat katibi təyin olunub. 

Bu barədə həmkarı Mehman Mehdiyev məlumat yayıb.

Qeyd edək ki, bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
Xalq artisti hər kəsin yanında xanımını öpdü – “Dodaq-dodağa” (VİDEO)


Xalq artisti Elçin Əzizov həyat yoldaşı Həmidə Məlikova ilə Bakıda məclislərdən birinə qatılıb.

Teleqraf.com-un məlumatına görə, cütlük hər kəsin içində dodaq-dodağa öpüşüb. Həmin an lentə alınan videonu Həmidə İnstaqram səhifəsində paylaşıb.

O, videosuna “Sevgi, sevgi… Dodaq-dodağa” sözlərini yazıb.

Qeyd edək ki, Elçin və Həmidə cütlüyünün iki övladı var.<iframe src='https://bax.tv/player/62695.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Fərdanın boşanma səbəbi məlum oldu – VİDEO


Aktyor Fərda Xudaverdiyev ilk dəfə şəxsi həyatı ilə bağlı “ATV maqazin onlara” verilişində danışıb.

Sənətçi xoşbəxt olmadığı üçün boşandığını deyib:
“Öldüm-dirildim. Ailənin dağılmağında və birləşməyində ən böyük rolu xoşbəxtlik oynayır. Tam xoşbəxt olmayanda, vurnuxmağa başlayırsan. Ona görə də, vaxtında bitirmək lazım idi. Övladlarıma görə bitirməli idim. Bir evin altında o övladları elə görmək istəmirdim. Ölkədə bir uşağa 154 manat aliment verilirsə, hər uşağıma 500-600 manat pul ayırıram. Qazancımın 70 faizini onlara verirəm. Mənim qədər Azərbaycanda aliment verən adam yoxdur. Məndən xahiş etmişdilər ki, bizi dünyaya gətir?”.

Aktyor sənətdən getməyi haqda elan verməsi və sonradan fikrini dəyişməsi barədə də söz açıb:

“Deyirlər ki, getdi, qayıtdı. İnsanlar niyə bu qədər biganədir? Onlar dost deyillər, həşəratlardı. Getməyim şou deyildi. Bəlkə, həqiqətən ölüb gedəydim? Bu, necə səni dost kimi silkələməyib? Sən necə vicdansız adamsan? Bir neçə nəfəri həyatımdan çıxardım”.

Fərda psixoloji yardım aldığını da etiraf edib:

“Dörd peşəkardan dərs aldım. İlk dəfə həmin adamın yanına gedəndə hönkür-hönkür ağlayıb, danışa bilmirdim”.

Qeyd edək ki, sənətçi bir müddət öncə ikinci dəfə ailə həyatı qurub. Onun ilk evlilikdən iki, ikincidən isə bir oğlu var.