64-cü “Eurovision” mahnı müsabiqəsi start götürüb.
“Qafqazinfo” xəbər verir ki, bu axşam layihənin birinci yarımfinalında 17 ölkə təmsilçisi Təl-Əviv Expo Mərkəzinin səhnəsində çıxış edəcək.
Onlar Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estonya, Portuqaliya, Yunanıstan və San Marionodur.