Müğənni Nadir Qafarzadə ARB TV-nin “Hüseynova bacıları” verilişində həyat yoldaşı Sevincdən bəhs edib.
Sənətçi 26 ildir evli olduqlarını deyib. Proqramda diz çökən Nadir xanımı üçün mahnı səsləndirib.
“Hər gün olmasa da, ayda-həftədə bir dəfə xanımıma hədiyyə alıram. Xaricə gedəndə ona nəsə almamış Bakıya qayıtmıram. Hərdən elə bilirəm ki, atam da, anam da, bacım-qardaşım, məcazi mənada Allahım da odur. 26 ildir ac-susuz, sevincli-kədərli bir addımlayırıq. Heç kim bizə dəstək olmadan”- deyə Qafarzadə bildirib.
Qeyd edək ki, Nadir və Sevinc cütlüyünün iki oğul övladı var.<iframe src='https://bax.tv/player/62920.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>