Son xəbərlər

Xalq aristinin qızı ilə FOTOSU



Xalq artisti Mələkxanım Əyyubovanın qızı ilə fotosu yayılıb.
Foto İnstaqram səhifələrinin birində paylaşılıb. Qızı Nəzrin ilə olan fotosu İnstaqram izləyiciləri tərəfindən çox bəyənilib. Fotoya maraqlı şərhlər yazılıb.

Qeyd edək ki, Mələkxanım Əyyubova 2017-ci ildən Prezident mükafatçısıdır.
“Məmur qorxur ki, müğənni sevgilisi bilinsə…”- Ayan Babakişiyeva


Müğənni Ayan Babakişiyeva prodüser Tolikin “Tarixlə səmimi” “Youtube” layihəsinin qonağı olub.

Musavat.com xəbər verir ki, müğənni həmkarlarının ailə dağıtmaqda ittiham olunmasına münasibət bildirib:
“Müğənnilər ailə dağıtmır, mən də ailə dağıtmamışam. Günah kişilərdədir. Dövlət məmuru, iş adamı sanki müğənni ilə sevgili olmağı, bunu ətrafa bildirməyi xoşlayır. Kişi məşhur simanı həyatına gətirdiyi zaman məsələsini ailəsi ilə həll etməlidir, ya da boşanıb, müğənni ilə ailə qursun. Biz də tanınmış insanıq, bizə ləkə yaxmaq olar? Onlar qorxur ki, müğənni ilə münasibəti bilinsə, işdən çıxarılar”.

İfaçı şəxsi həyatından da bəhs edib: “Bugünkü həyatda qadınlarla kişilərin münasibətindən başım çıxmır. Sevgidə gərək vəfalı olasan. O vaxt həyatımdakı insanın (red: Füzuli Musayev) müğənnilərə meyli yox idi. Mənim həyatının səhvi olduğunu demişdi.

Amma mən peşman deyiləm. O vaxt çox xoşbəxt olmuşam, və övladım dünyaya gəlib. Səmimi deyirəm, heç nəyə peşman deyiləm. Bilirəm ki, qismətimdə olanı yaşamalıyam. O vaxt xoşbəxt idim, sevib-sevilirdim. Sevildiyimi hiss edirdim. Bu həyatı mən yaşamışam. Səfasını da, cəfasını çəkmişəm. Hamı bilir ki, biz Leyli Məcnun sevgisi yaşamışıq”.

Müğənninin keçmiş münasibətindən danışarkən göz yaşları tökməsi də diqqətdən qaçmayıb.

Qeyd edək ki, müğənni Ayan Babakişiyeva Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü Füzuli Musayev ilə eşq həyatı yaşayıb. Onların bu münasibətdən 2014-cü ilin martın 1-də Selena adlı qız övladı dünyaya gəlib.
Azərbaycanlı aktrisa sinəsiaçıq fotosu ilə gündəmdə


Aktrisa Çimnaz Sultanova yenə də sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib. 

O, sinəsiaçıq şəklini yayımlayıb. Çimnaz fotoya “Qadın gözəlliyində ən önəmlisi gözlərdəki parıltıdır. Qalan hər şey kosmetoloqların işidir” sözlərini yazıb.

Aktrisanın şəklinə 11 mindən çox bəyəni, 200-dən artıq şərh yazılıb.

Qeyd edək ki, Çimnaz bundan əvvəl də açıq-saçıq şəkilləri ilə gündəmə gəlmiş və tənqid edilmişdi.Azərbaycanlı aktrisa sinəsiaçıq fotosu ilə gündəmdə
“Təhqirləriniz önəmsizdir” – Pərvindən açıq-saçıq foto


“İldə 1 ayı müsəlman olan təmiz, saf, qeybətsiz, paxıllıq hissi olmayan gözəl millətim, başladız… Neçə gün idi şəkil qoymurdum, necə darıxmışdım fəsadlığınız üçün. Siz hələ də bu 8 ildə başa düşməmisiniz ki, mən sizə görə yox, istədiyim kimi yaşayıram”.

Bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqram səhifəsində yazıb. Yayımladığı açıq foto tənqid olunan Pərvin heç kimə əhəmiyyət vermədiyini yazıb.

Təhqirlərin qarşısını almaq üçün şərh bölümünü bağlayan Pərvin açıq-saçıq fotolar yayımlamağa davam edəcəyini bildirib:

“Məni seçib izləyən sizsiniz. Ona görə də qəbul edəcəksiniz. Başqa yolunuz yoxdur. Ya siz məni belə qəbul edib sevəcəksiniz, ya da belə qəbul edib sevəcəksiniz. Sizin təhqir dolu “tənqidləriniz” mənim üçün o qədər önəmsizdir ki, ona görə də heç dəyişmirəm. Dəyişirəm, amma işimdə, böyüyürəm, güclənirəm. Çünki mən buyam. Siz üstümə gəldikcə, mən daha da böyüyürəm. İçinizdə sevgi bəsləyin, ancaq sevgi. Humanist olaq, camaat”.“Təhqirləriniz önəmsizdir” – Pərvindən açıq-saçıq foto
“İndi müğənniləri otellərə aparırlar” – Dostəliyeva


“Maral Tahirqızının yeri səhnə yox, dəlixanadır. Elə oxumaq olur? Nə geyimini, nə danışığını, nə oturuşunu bilir. Onu müğənni hesab edirsiz? Sabahdan mən müğənniliyi atıram onda”.

Bu sözləri müğənni Zeynəb Dostəliyeva “Bizimləsən” verilişində deyib. İfaçı sənətə yeni gələn müğənniləri tənqid edib:

“İndi siz müğənniləri otellərə aparırlar. Qastrollara gedəndə oteldə qalırsız. Biz o vaxt gedib qonaq evində qalırdıq. Nə tualeti, nə də əl yumağa yeri var idi.

Məni indi verilişə təmənnasız çağırmısınız. Kanallar var ki, deyəndə elə qiymət oxuyurlar ki… O pulu ancaq yaxşı, gündə bir sponsor tapan qızlar verə bilər”.
Manaf Ağayev özünə bahalı avtomobil aldı – Fotolar















Müğənni Manaf Ağayev özünə yeni avtomobil alıb.

Lent.az bildirir ki, əməkdaşı ifaçını yeni “Audi Q8” markalı maşını ilə görüntüləyib. Manaf köhnə avtomobilində olan “10 BU 100” nömrə nişanını yeni maşınına taxıb.

Qeyd edək ki, M.Ağayev bundan öncə “Lexus” markalı avtomobil idarə edirdi.


Manaf Ağayev özünə bahalı avtomobil aldı – FotolarManaf Ağayev özünə bahalı avtomobil aldı – Fotolar
 
Tacir Şahmalıoğlunun qadın müğənni ilə FOTOSU YAYILDI


Müğənni Tacir Şahmalıoğlunun gənc müğənni ilə fotosu yayılıb.
Şahmalıoğlunun gənc müğənni Yağmurla olan fotosu İnstaqramda paylaşılıb.

Xanım müğənninin qısa şortda olması isə izləyicilərin Taciri tənqid etməsinə gətirib çıxarıb.

Tacirin ünvanına “Bu da bizim sənətkar kimi taclandırdığımız Tacir”, “Tacir heç sizə yaraşdırmadım belə fotonu”, “Biabırçılıq, nə deyim?”- kimi sərt mesajlar yazılıb.
Qeyd edək ki, Tacir Şahmalıoğlu evlidir, iki övladı var.Tacir Şahmalıoğlunun qadın müğənni ilə FOTOSU YAYILDI
Şəbnəm və Selcan Bakı küçələrində maşınla "avtoşluq" etdilər — VİDEO














Azərbaycanlı müğənnilər Bakıda “avtoşluq” ediblər.
Şəbnəm Tovuzlu və Səbinə Selcan axşam saatlarında mərkəz prospektlərin birində yarış keçiriblər.

Onların etdiyi təhlükəli ötmə əməliyyatı “Instagram”da paylaşılıb. 

Videodan aydın olur ki, ifaçılar bir-birini ötmək istəyib, lakin qırmızı işığa düşdüklərinə görə avtomobillərini saxlamaq məcburiyyətində qalıblar.
Şəbnəm "Gelandewagen”i ilə Selcanı ötərək keçib. 

Həmin kadrlar sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Müğənnilərin bu hərəkəti izləyicilər tərəfindən sərt tənqid olunub. <iframe width="580" height="514" src="https://www.youtube.com/embed/EdvrGrppAnI" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
“Maşın”ın maşını hara yoxa çıxıb? – Murad Dadaşov susur














Azərbaycanın ən reytinqli realiti şousu olan “Maşın”ın 16-cı sürəti ətrafında yaranmış müəmmalı vəziyyət hələ də davam edir.

Axsam.az xəbər verir ki, verilişin bitməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq, qalibə hədiyyə kimi təqdim edilməli olan avtomobilin aqibəti qeyri-müəyyən olaraq qalıb.

Layihənin rəhbəri və aparıcısı Murad Dadaşov isə bugünədək məsələyə geniş izahat verməyib. Xalq artisti sonuncu dəfə ötən ilin oktyabrında bildirib ki, maşını tamaçılardan birinə verməyi düşünür:

“Maşınla bağlı oyun keçirəcəyik, tamaşaçılar arasında birinə verəcəyik. Hələ ki, fikrimiz budur. Əsas odur ki, maşın kiməsə veriləcək”.

Bu açıqlamanın üstündən aylar keçməsinə baxmayaraq, maşının taleyinin necə olduğu indiyə kimi qaranlıq olaraq qalır.

Xatırladaq ki, keçən ilin mayın 28-də başlayan “Maşın” şounun tarixində bir ilk yaşanıb. Verilişin qalibi olan Roza Zərgərli sonda hər kəsi təəccübləndirərək, avtomobildən imtina edib. Sənətçi üzünü Murad Dadaşova tutaraq bildirib ki, o verilişə maşın üçün deyil, oyun üçün gəlib.

“18 nəfər iştirakçının adından xahiş edirəm, bu maşını xeyriyyə məqsədilə istifadə edin”.

Məsələylə bağlı layihənin təşkilatçısı “M Group” prodakşnla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb.
Səmranın illüminat bağlılığı, yoxsa şou? – Müğənni hansı gizli mesajı təbliğ edir? (FOTOLAR, VİDEO)














Müğənni Səmra Rəhimovanın çəkdirdiyi bir çox kliplərindəki müəmmalı görüntülər yer alıb. Bəziləri müğənninin mason təşkilatına qoşulduğunu iddia edir. Digərləri isə bunu təsadüfi adlandırır. Sənətçi ittihamlar barədə açıqlama verərkən isə konkret fikir bildirməyib. Belə ki, o, ” Məni mason və illüminatilikdə ittiham edən adamlara deyəcək sözüm yoxdur”. 

Minval.info xəbər verir ki, Səmra Rəhimli sosial media hesabındakı paylaşımlardan şou-biznes sahəsində gördüyü işlərə qədər masonik və illüminati işarələrinə geniş yer ayırır.

Rəhimli hələ 2 il öncə klip təqdimatı keçirərkən ekran işində seksual görüntülərin və illüminatı mesajların olması ilə diqqət çəkib. Hətta Səmra Rəhimliyə tədbirdə güllərdən hazırlanmış tək göz kompozisiyanı özündə ehtiva edən çələng hədiyyə olunub.

Səmranın illüminat bağlılığı, yoxsa şou? – Müğənni hansı gizli mesajı təbliğ edir? (FOTOLAR, VİDEO)



Bunun ardınca isə çəkdirdiyi kliplər masonik işarələrin zənginliyi və seksual görüntülər baxımından oxşarlıq təşkil edir. Müğənninin ekran işlərində adətən çoxlarının illümunati nişanə kimi tanıdığı tək göz şəklindən, eyni zamanda üçbucaqlardan istifadə olunur.

Səmranın illüminat bağlılığı, yoxsa şou? – Müğənni hansı gizli mesajı təbliğ edir? (FOTOLAR, VİDEO)


Səmranın son klipi olan ARMAS-dan bir görüntü

Məlumat üçün bildirək ki, tək göz masonluğun ümumqəbulolunmuş rəmzidir “Hər şeyi görən göz” mənasını ifadə edir. Səmra demək olar ki, bütün kliplərində oxşar simvollardan istifadə edir, bu işarələrin görünməsi üçün də xüsusi səy göstərilir.

Səmranın illüminat bağlılığı, yoxsa şou? – Müğənni hansı gizli mesajı təbliğ edir? (FOTOLAR, VİDEO)


SAMRA – Пиджак

Kliplərdə bu simvollara heç ehtiyac olmasa da, mütləq şəkildə kadrlara salınır, bir yolla izləyiciyə təqdim olunur.

Səmranın illüminat bağlılığı, yoxsa şou? – Müğənni hansı gizli mesajı təbliğ edir? (FOTOLAR, VİDEO)


SAMRA – Badminton

Səmra bu işarələrdən istifadə etməsi maraqlı suallar ortaya çıxarır. Ya müğənni həqiqətən bir yolla mason təşkilatına bağlıdır, ya bəzi xarici müğənnilərə bənzəmək üçün bunu edir, ya da bu yaznın ərsəyə gəlməsi üçün çalışır. Daha dəqiq desək, özündən bəhs edilməsini, diqqət çəkməyi istəyir.

Səmranın illüminat bağlılığı, yoxsa şou? – Müğənni hansı gizli mesajı təbliğ edir? (FOTOLAR, VİDEO)


SAMRA – HYPNOTIZED

Səmranın illüminat bağlılığı, yoxsa şou? – Müğənni hansı gizli mesajı təbliğ edir? (FOTOLAR, VİDEO)


SAMRA – TƏRS GEDİR

Masonluq fəlsəfi-etik hərəkat olub, XVIII əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlib. Mason sözü ingilis dilində olan freemason sözündən yaranıb və tərcüməsi “azad bənna” deməkdir. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığın adlandırılmasında Kainatın ulu memarı ifadəsindən istifadə edirlər.

Səmranın illüminat bağlılığı, yoxsa şou? – Müğənni hansı gizli mesajı təbliğ edir? (FOTOLAR, VİDEO)


SAMRA – HYPNOTIZED

Masonluğun rəmzləri və terminologiyası öz mənşəyini hərəkatın ilk qardaşlarından olan bənnaların əmək alətlərindən alır. Mala, pərgar, şaqul masonlar tərəfindən sözün ən geniş mənasında təhlil edilir və bunlara mistik məna verilir. Masonluğun ümumqəbulolunmuş rəmzi daxilində açıq göz olan üçbucaqdır.

Səmranın illüminat bağlılığı, yoxsa şou? – Müğənni hansı gizli mesajı təbliğ edir? (FOTOLAR, VİDEO)


ARMAS

Masonluğun digər rəmzlərindən biri də masonların müqəddəs hesab etdiyi akasiya ağacıdır. “Tək göz” isə Dəccala işarədir. Çünki Peyğəmbər tərəfindən buyurulan hədisdə belə Dəccalın Tək Gözlü olduğu qeyd edilib. Masonluq Dəccalı sistemi təmsil etdiyindən və birbaşa şeytana tapındığından Dəccalın ən diqqətə çarpan xüsusiyyətlərindən birini özünə simvol əldə etmişdir. Xüsusilə Üçbucaq içində ”Tək Göz” Mason lojalarının çox yaxşı tanınan simvoludur.

Səmranın illüminat bağlılığı, yoxsa şou? – Müğənni hansı gizli mesajı təbliğ edir? (FOTOLAR, VİDEO)


Müğənni mediaya açıqlamasında sözügedən işarənin onun talismanı olduğunu bildirib: “Tək göz talismanımdır və onu sevirəm. Məni masson və illuminatilikdə ittiham edən adamlara deyəcək sözüm yoxdur. Belə çıxır ki, hamımız illüminatiyik. Çünki bir çoxları üzərində göz muncuğu gəzdirir”.

Müğənni ittihamları qəbul etməsə də, gördüyü işlər bunu demir. Sənətçinin ya masonlarla əlaqəsi var, ya da bu nişanədən istifadə edib özünü Beyons, Ledi Qaqaya, Madonna kimi dünya ulduzlarına bənzədir.

Digər bir iddiaya görə, Səmra bu işarələr vasitəsilə masonların diqqətini çəkərək onlardan yararlanmaq istəyir.