Bir neçə gündür ki, dünya gündəmini zəbt edən, daha sonra məşhur aktyor Ceyson Steytemlə məşhurlaşan trendə azərbaycanlı karateçi (kumite) Niyazi Əliyev də qoşulub. “Qafqazinfo” xəbər verir ki, o, ingilis aktyorun instaqramda 1 gündə 15 milyon baxış toplayan hərəkətini təkrarlayıb.
Niyazi həmin anı lentə alaraq sosial şəbəkədəki hesabında paylaşıb. İdmançı qeyd edib ki, bu, onun üçün yeni bir şey deyil: “Bu, bizim həyat tərzimizdir və sadə bir hərəkətdir”.
Bu il Azərbaycan 2019-cu il Uşaq “Eurovision” müsabiqəsinə qatılmayacaq.
Axşam.az xəbər verir ki, bu barədə qərarı İctimai Televiziya və Radio yayımları şirkəti verib.
Qeyd edək ki, ötən il yarışmada Azərbaycanı Fidan Hüseynova təmsil edib.
Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.
Leyla Əliyeva 3 iyul 1984-cü ildə dünyaya gəlib.
1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.
2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.
2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.
10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.
Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada “Baku” jurnalını təsis edib.
2008-ci il mayın 8-dən start götürmüş “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarıdır.
Artıq 11 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada – Avropadan Amerikayadək – yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.
Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.
2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə “Key to life” fəxri mükafatına layiq görülüb.
12 sentyabr 2012-ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.
IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.
Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində indiyə qədər 25 həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.
2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.
20 oktyabr 2015-ci ildə “Puşkin” medalı ilə təltif olunub.
2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalına layiq görülüb.
Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.
“Mən səssizliyi sevirəm. Kiminsə qəlbinə dəymədən, incitmədən, atmaca atmadan, qüruruna toxunmadan yaşamaqdan həzz alıram. Hər qəlbin bir ahı var. O ahı almaqdan qorxuram”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Damla istirahət fotolarını tənqid edənlərə cavabında bildirib. Sənətçi, əvvəlcə fotosunu paylaşıb, yazılan mənfi rəylərdən sonra şəklinə status əlavə edərək açıqlama yayıb.
“Özünüzə, duyğularınıza, ruhunuza zaman ayırın. O bunu etdi, bura getdi, bunu dedi, deməklə dəyərli vaxtınızı kiminsə həyatını müzakirə edərək xərcləməyin. Ən gözəl günləri dua edin. Beyninizi başqalarının həyatını düşünməklə yükləməyin. Həyat o qədər qısadır ki, vallah dəymir. Kiməsə neqativ şərh yazıb, başqalarının yanında onu alçaltmaqdansa, özünə zaman ayır. Təmiz havada gəz, idmana başla.
Vallah kiməsə bəslədiyin kinə, nifrətə görə hədiyyə almayacaqsan. Əksinə, Allahın sənə hədiyyə etdiyi sağlam canı yarı can edəcəksən. Heç nəyə gec deyil. Hər açılan sabah bir başlanğıcdır”, - deyə sənətçi instaqram hesabında qeyd edib.
İçərişəhərdə kitab evi təmirə bağlanıb. İllərdir Elman dayının kitab mağazası kimi tanınan məkanın book-kafe olaraq fəaliyyət göstərəcəyi barədə məlumat yayılıb.
“Qafqazinfo” mövzu ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxlayıb. İdarənin mətbuat xidməti kitab evinin yeniləndiyini qeyd edib:
“Kitab Evinin sahibi Elman Mustafayev bu ilin fevralında dünyasını dəyişib. İlin sonuna kimi ənənəni pozmadan kitab evini gözəl və mədəni istirahət məkanına çevirməklə həm kitab evi, həm də kafe kimi fəaliyyətini davam etdirməsi planlaşdırılır. Müasir həyatın trendlərinə uyğun olaraq məkanda köhnə və müasir kitabların satışı ilə bərabər onlayn satış da həyata keçiriləcək”.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimi keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, yenilənmiş həyət Binəqədi rayonu, İsrafil Həşimov küç. 8 ünvanında 2000 nəfər sakinin yaşadığı binaları əhatə edir.
“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
Layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınmış, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə ərazidə 1 ədəd mini futbol meydançası, şahmat meydançası, 4 ədəd idman qurğusu, uşaqlar üçün oyun meydançası və 16 ədəd oturacaq quraşdırılmışdır. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, yeni işıqlandırma dirəkləri quraşdırılmış, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac əkilib və1735kv.m ərazidə yaşıllıq zolağı salınıb.
Binəqədi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan iyirmi beşinci həyətdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın bu nəcib təşəbbüsü ilə paytaxt rayonlarında təmir olunub istifadəyə verilən həyət və məhəllələr sakinlər tərəfindən çox böyük rəğbətlə qarılanır, onların hədsiz sevincinə səbəb olur. Bununla əlaqədar ölkəmizdə və onun sərhədlərindən kənarda xeyriyyəçilik, təhsil, səhiyyə və digər sahələrdə böyük böyük işlər həyata keçirən, öz ictimai-siyasi fəaliyyətı ilə gənclərimizə örnək olan Leyla Əliyevaya gələcək fəaliyyətində uğurlar arzu edirik.
Müğənni Zenfira İbrahimova məşqçi həyat yoldaşı Anar Heydərovla istirahətə yollanıb. “Qafqazinfo” xəbər verir ki, tanınmış cütlük tətil üçün Antalyanı seçiblər.
Zenfira Anarla fotolarını instaqramda paylaşaraq sevgiyə aid bir parça şeir yazıb: “Eşq dediyin bir bəladır, sonu nədir bilmək olmur. Dəli kimi bağlanırsan, heyif bir də silmək olmur”.