Əməkdar artist Yusif Mustafayev “Ay Zaur” verilişinin qonağı olub.
Axşam.az xəbər verir ki, müğənni qardaşına dəstək olmadığı üçün onu qınayanlara cavab verib:
“Qardaşlarım, qohumlar məni qınayırlar ki, niyə qardaşını da efirə çıxarmırsan? Gərək insanın özü əziyyət çəksin. Bir-iki dəfə efirə çıxardım, amma dişlə-dırnaqla irəli getməlisən. Gecələr oyaq qalmalısan ki, nəsə qazanasan. İnsana balıq vermək yox, balığı tutmağı öyrətmək lazımdır”.
“Mənim xanımım bizə gələn gündən ruzim artıb. Heç vaxt onun xətrinə dəyməmişəm, dəymərəm də. Onun ruzisidir, ayağı ocağımıza düşərli oldu. O, bizim evimizə gələndən mən Yusif oldum. Ata-anamın məsləhəti ilə evləndik.
Yoldaşım qayınatamın kiçik pul sandıqcasını cehizinin arasında gətirmişdi. Bir gün qayınatam dedi ki, bütün ruzimiz o sandıqla gedib.
Pulu özüm yığıram, ailənin nə işi var büdcə ilə… Bir də iki oğlum məşğuldur büdcə ilə”.
“Deyirlər ki, yaşına yaraşmayan hərəkətlər edir. Bəzi şeylər var ki, balalarım irad tutur. Deyirlər, bizim də ətrafımız var. Mən də zarafat etməsəm, yaşaya bilmərəm. Qardaşım oğlu idi, efirdə ona sözü dedim (“köpəkoğlu” sözünü nəzərdə tutur – red.). Bilmədim mikrofon açıq idi. Özümə həvəs yığıram, gülmək üçün dedim. Onunla mən cavanlaşıram. Qınamasınlar, qoyun yaşayaq. Çalışırıq yaşımızdan cavan görünməyə çalışırıq”.
Müğənni qardaşının başına açdığı oyundan söz açıb:
“Yanırdım, qardaşım tufağımı dağıtdı. Bizim ailədə bir adət var: 10 uşağıq, hamımızın süfrəsi birdir. Əgər qardaşımın soyuducusu boş olsa, evimdə ət yemərəm. Qardaşım hər şeyimizi məhv etdi. Onu indi çəkmişəm yanıma, qızını oğluma aldım. Böyük məbləğdə pul götürüb, getdi Rusiyaya. Hamı töküldü mənim üstümə. Özümü öldürmək istəyirdim”.
ATV kanalının iki siması - Günay və Zaur Baxşəliyevlərin instaqramda paylaşılan fotoya yazdıqları status müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, tanınmış cütlük sosial şəbəkədə foto paylaşaraq “Nəhayət ki, 2. Bəs sizdə?” şərhini yazıb. Bundan başqa, Zaur fotoda əliylə iki işarəsini göstərib.
İddia olunub ki, Günay Baxşəliyeva növbəti dəfə hamilədir. Hətta instaqram istifadəçiləri də onları bu münasibətlə təbrik ediblər.
Qeyd edək ki, cütlük 2012-ci ildə ailə həyatı qurub. Onların bir il sonra Dilavər adlı qız övladı dünyaya gəlib.
Şou-biznesin daha iki üzvü arasındakı gərginlik sona çatıb. “Qafqazinfo” xəbər verir ki, bir-birinə söz atan, qalmaqal yaşayan Günay İbrahimli ilə İradə İbrahimova münasibətlərini normallaşdırıb.
Hətta, Günay ötən gün İradənin “Yaşananlar” mahnısını instaqramda paylaşaraq onun adını “tag” edib. Gənc ifaçı İbrahimovaya öpüş və ürək smayliki göndərib.
Xatırladaq ki, iki sənətçi arasında soyuqluq uzun illərdir davam edir. Belə ki, onların arasında sonuncu qalmaqal “ATV maqazin onlarla” proqramında baş vermişdi. İradə Günayı Əməkdar artist Röya Ayxana bənzətdiyini, ailəsini ön plana çəkərək həmkarına acıq vermişdi.
İbrahimli isə qeyd etmişdi ki, İradə ailə və ərindən kimisə “vurmaq” üçün istifadə edir.
Azərbaycanın Xalq artistləri Mənsum İbrahimovla Canəli Əkbərov barışıb. “Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl bir-birinə ağır sözlər deyən iki məşhur sima küsülülüyə son qoyub.
Belə ki, M. İbrahimov xəstəxanada müalicə alan həmkarını ziyarət edib. O, xəstəxanada foto çəkdirərək instaqram səhifəsində paylaşıb, C. Əkbərova şəfalar diləyib.
Qeyd edək ki, Canəli Əkbərov “Qafqazinfo”ya müsahibəsində muğam müsabiqəsinin 5 münsifi- Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova və Mənsum İbrahimov haqqında sərt fikirlər səsləndirmişdi. O, M. İbrahimovun 90-ci illərdə hərbidən yayındığını qeyd etmişdi.
Türkiyənin tanınmış cütlüyü- aktrisa Ezgi Eyüboğlu ilə aktyor Kaan Yıldırım boşanıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə onlar instaqram səhifələrində məlumat yayıblar.
Hər iki məşhur sima ortaq açıqlama yayaraq ayrıldıqlarını elan ediblər: “Oraq qərara gələrək boşandıq. Bundan sonrakı həyatımıza hörmət və sevgi çərçivəsində dost olaraq olaraq davam edəcəyik”.
Qeyd edək ki, Kaanla Ezgi 2016-ci ilin mayında nikah bağlamışdı.
Əməkdar artistlər Bəhram Bağırzadə ilə Tahir İmanov illərdir vəzifədə olan məmurları tənqid edib. “Qafqazinfo” xəbər verir ki, B. Bağırzadənin instaqram səhifəsində paylaşdığı kiçik videoçarxda T. İmanov vəzifəli şəxs obrazını canlandırıb.
O, uzun müddət vəzifədə çalışdığını qeyd edib: “27 il, 8 ay, 25 gün, 4 saat vəzifədə işləmişəm. Nə az, nə çox! Dünyanın heç bir yerində belə şey olmayıb. Heç nədən məni bayıra tulladılar. Niyə? 32 milyon oğurlamışam. 32 milyon nədir ki? Camaat 70-100 milyon oğurlayır. Özü də dollarla”.