“Bizim şəhəri vəba təhdid edəndə o, şəhər həkiminin xahişi ilə öz alovlu nəfəsini gölə püskürtdü və gölü qaynatdı. Bütün şəhər qaynadılmış su içdi, epidemiyadan xilas oldu”

(Yevgeni Şvars, “Əjdaha” pyesindən)

Hökumət maaşları artırmaq qərarı verən kimi qiymətlər də qalxır. Hətta bəzən qiymətlər namərdlik eləyib hökumətin qərarının qüvvəyə minməsini gözləmirlər. Örnək üçün, son maaş artımı qərarı, deyəsən, sentyabrdan hesablanacaq, ancaq bir çox zadın qiyməti dünəndən qalxmışdır. Bu da əhalinin haqlı narazılığına səbəb olur, ölkəmizdə aparılan dinc quruculuq işlərinə mane olur, dövlət qulluqçularının nəzakətlilik prinsiplərini pozur, sistemli yanaşmaya imkan vermir. Gərək qiymət idarəsindən tələb olunsun, bu sahəyə nəzarət güclənsin. Bizdə adətən belə olur: nəzarət güclənməsə xeyri yoxdur. Odur, seçkilərə nəzarət güclənəndən bəri heç bir saxtakarlığa yol verilmir. Dünən mən xəbər gördüm, Ərdoğan müxalifətçi Əkrəm İmamoğlunu İstanbula mer seçilməsi münasibətilə təbrik etmişdir. Görün nə qədər demokratik yanaşmadır. Bizdə də belədir, sadəcə, müxalifət heç Biləcərinin Qıllıdərə məhəlləsində qalib gəlməyi bacarmır. Yoxsa niyə təbrik eləməyək? Bir dövlət, iki millətik.

O baxımdan, hesab edirəm, gələcəkdə maaşlar artırılanda qiymətlərin sakit oturması haqda ora hansısa əlavə edilsə, dövlətçilik məqsədlərimizə uyğun olar. Biz daima millətin rifah halını fikirləşməliyik. Baxın, hava dəhşət isti keçir, “Sədərək” yarmarkasında nəfəs almaq mümkün deyildir. Srağagün getmişəm, o üzdən dəqiq bilirəm. Nəticədə Vergilər Nazirliyindən bir neçə yoldaş gedib orada alver edənləri cərimələyiblər. Tacirlər cərimədən narazı qalıb tətil elan edibdir – dükanı bağlayıb evlərinə gediblər. Görün nə qədər humanist nəticə alınıbdır! Orada qalsalar, günvurmadan ölə bilərdilər.

Yaxud Bakı metrosunda ventilyasiya, havalandırma problemi bütün dünyaya məlumdur. Mən eşitdiyimə görə, Sakit okeandakı Marian çökəkliyinə enib elmi tədqiqat aparan alimləri bir neçə aylığına gətirib “Dərnəgül-Əhmədli” marşrutunda metroya buraxırlar, burada onlar dərin qatlarda havasız qalmağın, o cümlədən, oksigensiz mühitdə yetişən canlıların sirlərini öyrənirlər, hazırlıq kursu keçirlər (bu arada Eldar Mahmudovun uşaqlarından xahiş edirik, Metro Tağının 3 milyon dollarını qaytarsınlar). Bəs idarə bu problemi necə həll edir? Olduqca sadə: maşinistlər tunellərdə vaqonların qapısını açıq qoyub sürürmüş! Bəli, dahilik sadəlikdir. Qatarın qapılarından vurub-çıxan hava kütlələri hərəkət zamanı inanılmaz effektli sərinlik yayır, hətta bir çox sərnişinin tükləri biz-biz olur. Əlbəttə, qorxudan yox, soyuqdan. İndi AZAL ekspertləri metronun bu təcrübəsini öyrənib uçuşlar zamanı tətbiq eləməyi düşünürlər.

Ancaq bəzən zəhmətkeşlərimiz bu yenilikləri qəbul eləməkdə, qavramaqda, anlamaqda çətinlik çəkir, qəzetlərə şikayət yazırlar. Sitat: ““Yeni Müsavat”a daxil olan məlumata görə, bu ilin may ayının 28-də “20 Yanvar” stansiyası istiqamətində maşinist Fazil Rəsulovun idarə etdiyi qatar stansiyada saxlamadan yoluna davam edib. İyunun 7-də 1-ci yolda maşinist Tərlan Tağıyevin idarə etdiyi qatar “Koroğlu” stansiyasını saxlamadan keçib”. Sitatın sonu. Görün bu şikayəti edən yoldaş nə qədər savadsızdır, dövlətçilik ruhundan necə uzaq düşübdür! Allah səni öldürsün, Pənah bəy demişkən. Axı “20 Yanvar” stansiyasında düşmək sənin nəyinə lazımdır, əgər düzgün adamsansa? Orada taksi sürücüləri metronun çıxışında tərlan kimi dayanırlar. Məni bir dəfə Biləsuvara, başqa bir gün isə Sumqayıta tutub aparırdılar, yolda tualetə getmək adıyla düşüb birtəhər qaçmışam. O cümlədən, maşinist “Koroğlu” stansiyasında nə üçün qatarı saxlasın? Bəs Koroğlu babamızın adına layiq vətəndaşları necə yetişdirməliyik? Bacarırsansa, özün qatarı saxla, düş, hara istəyirsən cəhənnəm ol. O vaxt Koroğlu Çənlibelə çıxanda bəlkə maşinistdən icazə almışdı? Adam o boyda dəlini idarə eləyirdi, siz bir vaqon adam yola getmirsiniz. Yox, bunların hərəsinə görə bir dəfə qatar dayanmalıymış. Qələtinizi eləyin, yenə Pənah bəy demiş…

Çox əsəbləşmişəm, ona görə yazını burada saxlayıram.

20 Noyabr 2024 Türkiyənin məşhur aktyoru Bakıda - Foto
11 Noyabr 2024 Ərbil saxlanıldı, Sərdar Ortaç axtarışa verildi
05 Noyabr 2024 Meksika səfirliyində Ölülər Günü qeyd edilib
05 Noyabr 2024 "Yanında qız olan oğlan olmaq istəyirəm” - FOTO
05 Noyabr 2024 Məşhur türk serialında Azərbaycan mahnısı - Video
26 Oktyabr 2024 Şahlar Quliyev dəfn olundu
26 Oktyabr 2024 Bir qrup beynəlxalq səyyah Şuşaya gəldi
24 Oktyabr 2024 Tarzan öldü
22 Oktyabr 2024 “Mehmed: Fəthlərin Sultanı” serialı Kann Film Festivalında
18 Oktyabr 2024 Xalq artisti oğlu və qızı ilə Hindistanda - Video/Foto
09 Oktyabr 2024 "Kuruluş Osman"ın aktyoru yeni serialda - FOTO
07 Oktyabr 2024 Qarabağ savaşından film çəkiləcək - Ərhan Ufak
05 Oktyabr 2024 Tatlısəs növbəti dəfə məhkəməyə verildi
20 Sentyabr 2024 Qərbi Azərbaycanda Manna məbədi dağıdılır
18 Sentyabr 2024 Rus alim darmadağın etdi: Bütün dahilərimiz türkdür!
17 Sentyabr 2024 "Bir qalanın sirri" filminin çəkiliş prosesindən nadir görüntülər
13 Sentyabr 2024 Rusiyanın Elçibəyi öldürmək istəyən məşhur dəstəsi…
31 Avqust 2024 Tanınmış şairin səhhəti yenidən pisləşdi
29 Avqust 2024 Ermənilər onları atıb, Qarabağ geyimlərini geyinirdilər…
27 Avqust 2024 Türkiyəli məşhur aktrisa öldü
22 Avqust 2024 "Atabəylər" serialının çəkilişləri bitdi
17 Avqust 2024 Məşhur türkiyəli aktyor vəfat etdi
17 Avqust 2024 Şərqi Zəngəzurun unudulan zinət əşyaları...
13 Avqust 2024 Azərbaycandan Avropaya uzanan ənənə... - Foto
12 Avqust 2024 Tom Kruzdan bağlanış mərasimində şok hərəkət - Video
09 Avqust 2024 Rasim Balayevin ad günündən görüntülər - VİDEO
09 Avqust 2024 "Tağıyev" filminin çəkilişləri başa çatdı
06 Avqust 2024 Türkiyənin məşhur serialında Nəsimi ilə bağlı ŞOK səhnələr – VİDEO
06 Avqust 2024 Milli geyimlərimiz filmlərdə... - Video
21 İyul 2024 Türkiyəli məşhur aktyor vəfat etdi