Afaqdan “Malena” pozu

Aparıcı Afaq Gəncəli paylaşdığı foto ilə sosial mediada müzakirə olunub.
O, Monika Belluçinin məşhur filmi “Malena”dakı səhnəni təkrarlayıb.
Görüntüdə müğənnilər Ceyhun Zeynalov, Samir Piriyev, Zamiq Hüseynov, Əhməd Mustafayev və Ayaz Qasımov da yer alıb.

Bildirilir ki, çəkiliş “ATV maqazin onlarla” verilişinin anonsu üçün baş tutub.

İnanın ki, o vaxt xəstə olanda onkologiyanın nə olduğunu bilmirdim. Əgər bilsəydim, bəlkə də, intihar edərdim.

Bunu Oxu.Az-a açıqlamasında Xalq artisti, xanəndə Zabit Nəbizadə deyib.

“O vaxt Asəf Zeynallı adına Bakı Musiqi Kollecinə qəbul olmaq bir az çətin idi. Bakı qeydiyyatında olmayanları qəbul etmirdilər. Mən də ona görə məcbur olub Ələt qəsəbəsindəki Ağac Emalı Kombinantında işləmək qərarına gəldim. Çünki iki ildən sonra oranın yataqxanasının qedyiyyatına düşəcəkdim.

Kombinatda qapı və pəncərə istehsal edirdik. İşim çətin deyildi. Sonradan orada işləyən zaman belimin zədələndiyini öyrəndim. Hətta bir ildən sonra yeriyə bilmədim. Ayağımın biri tutulmuşdu. Bunu valideynlərimdən gizlədib, müalicə üçün bir çox yerlərə getdim. Amma bir müddətdən sonra bir ayağım şişdi. Məlum oldu ki, belim səpdiyi üçün bütün çirk ayağıma yığılıb.

Bu hadisələr baş verən zaman 1988-ci ildə Cabbar Qaryağdıoğlu adına müsabiqəyə hazırlaşırdım. Ona görə xəstəxanada yata bilmədim. Müsabiqəni udub tanınmaq istəyirdim. Çünki harada oxusam, mənə “Bala Alim” deyirdilər.

Müsabiqədə yer tuta bilmədiyim üçün xəstəxanaya getməli oldum. Dörd ay ərzində iki dəfə əməliyyat olundum. Ancaq həm çirk kəsilmədi, həm də çirk olan ayağım şişdi. Ona görə də məni onkoloji xəstəxanaya göndərdilər. İnanın ki, o vaxtı onkologiyanın nə olduğunu bilmirdim. Əgər bilsəydim, bəlkə də, intihar edərdim.

Son olaraq Nisə xanım adında həkim məni 10 günə sağaltdı. Məlum oldu ki, belimdə yırtıq olub. Çirk həmin yırtıqdan yaranıbmış. Nisə həkimin dediyi kimi, taxtanın üstündə yatdıqdan sonra düzəldim. İndi bir az ağır bir şey qaldıran kimi ağrıyıram. Yenidən yırtıq əmələ gəlmə ehtimalı var. Ona görə ehtiyatlı olmalıyam.

Onu da qeyd edim ki, həmin vaxt dörd ay xəstəxanada yatdığım üçün pensiyaya belə çıxmışdım”, – deyə Xalq artisti qeyd edib.

Zabit Nəbizadə Hepatit C xəstəliyindən də əziyyət çəkdiyini qeyd edib:

“2005-ci ildə İrana konsertə getdiyim zaman Hepatit C xəstəsi olduğunu öyrəndim. Analizlər diaqnozu təsdiqlədi. Amma Bakıda ailəmlə bağlı vacib işim olduğu üçün geri qayıtdım. İki aydan sonra yenidən İrana gedib dostlarımın köməyi ilə həkimə getdim və 300 dollara olan iynələri aldım. Altı ay həmin iynələri vurdurdum. 2-3 il müalicə aldıqdan sonra tam sağaldım.

Müalicə aldığım zaman xeyli arıqlamışdım, rəngim belə saralmışdı. Çünki vurulan iynələr kimyəvi idi. Hətta sənət yoldaşlarımdan ikisi sarı rəngdə olan halımı görüb mənimlə qorxa-qorxa salamlaşırdılar. Çəkinirdilər ki, xəstəlik onlara keçəcək. İnanın ki, o an gözümün önündən getmir.

Hər şeyə rəğmən, həmin vaxt səsim yerində idi. Hətta toyda oxuduğum zaman qısqanclıqdan aparata müdaxilələr edirdilər. O günümdə belə ayağımı qazanlar oldu”.

Aysun “Maşın”da yalan danışdıÖtən gecə "Maşın” realiti-şousunun "Maskarad” adlı sürətində yetərincə səs toplamayıb oyundan çıxan müğənni Aysun İsmayılova layihədə yalan danışdığını etiraf edib.

"Ölkə.Az" xəbər verir ki, Aysun oyun bitdikdən sonra bu haqda açıqlama verib. O bildirib ki, şouda aktyor Məcid Hüseynovu çıxaracağını desə də, oyunda qaldığı təqdirdə sağ göstərib, sol vuracaqdım.

"Əsas odur ki, oyunda uduzdum, həyatda uduzmayım. Burada satqınlar, yalançılar, maskası çox olan insanlar var. Saf olduğum üçün hər dəfə onlara inanırdım. Hər kəsə təşəkkür edirəm.  Bu gün "Maşın” şouda iştirak edirdimsə, böyükdür. İnanıram ki, xalq məni sevir, bu nəticə deyil. Kimə qismətdirsə, o da maşını qazansın. Deməli, mənim üçün xeyirlisi bu imiş.  Qalib olsaydım, aparıcı Kəmalə Piriyevanı çıxaracaqdım”.

Qeyd edək ki, şouda Aysun 44,86 faiz səs topladığı üçün şounun aparıcısı Murad Dadaşov "Maşın əldən getdi” kəlməsi ilə İsmayılovanı evə yola salıb.

Məşhur idmançımız Eyyub Yaqubovla bir aradaAzərbaycanın məşhur güləşçisi Rövşən Bayramov xalq artisti Eyyub Yaqubovla fotosunu sosial şəbəkədə paylaşıb.

"Ölkə.Az" xəbər verir ki, idmançının məclislərin birində çəkdirdiyi foto maraqla qarşılanıb.

Qeyd edək ki, R.Bayramov Yay Olimpiya Oyunlarının iki dəfə gümüş mükafatçısı olub, dünya və ikiqat Avropa çempionudur.  

“Oqtay əgər məni sevirdisə, vaxtında deyərdi”Meyxanaçı Samirə ARB TV-də yayımlanan “Səhər-səhər” verilişinin növbəti qonağı olub.

"Ölkə.Az" xəbər verir ki, teleaparıcı Rövşanə Ağasəfqızı ötən buraxılışda meyxanaçı Oqtayın Samirə haqqında dediyi sözlərdən danışıb.

Meyxanaçının: “Samirə hara getsə axırda qayıdıb gələcək”,- fikrinə münasibət bildirən Samirə deyib:

 “Oqtay mənim hara getsəm baş çıxara bilməyəcəyimi bilir deyə, belə açıqlama verib. Mənim Oqtayın ağılına, dərrakəsinə zərrə qədər də şübhəm yoxdur. Oqtay əgər məni sevirdisə, gərək ki, vaxtında deyərdi, mən də camaata söz verməzdim. O bilir, arxayındır ki, hara getsəm qayıdıb gələcəm. Pis arvadlar kimi gedib arvad ola bilməyəcəm, qayıdıb gələcəm üstünə”.

Ulvira FOTO PAYLAŞDIMəşhur teleaparıcı Ulvira Qarayevanın son paylaşımı maraq doğurub.

“Ölkə.Az” xəbər verir ki, aparıcı yeni fotosunu “İnstagram” səhifəsində yayımlayıb.

Fotoda qısa ətək geyinən jurnalist bir izləyicisi tərəfindən məktəb şagirdinə bənzədilib.

O, “Lap 11-ci sinif şagirdinə oxşadin”,- deyə qeyd edib. Bəzi xanım izləyiciləri isə Qarayevadan gözəllik sirrlərinin açıqlamasını istəyib.

Sözügedən fotonu təqdim edirik:

Dilarə metroda MAHNI OXUDUMüğənni Dilarə Kazımovanın yeni videosu yayılıb.

“Ölkə.Az” xəbər verir ki, videoda ifaçı metroda “Dəm olmuşam” mahnısını ifa edir. Dilarə qatarda həm də rəqs edib. Maraqlısı isə sərnişinlərin arasında “Bakılı oğlanlar” komandasının üzvü Bəhram Bağırzadənin olması olub. Videonu da məhz Bağırzadə öz “İnstagram” hesabında paylaşıb. 

Görüntü İTV-də yayımlanan verilişlərin biri üçün çəkilib.

Aygün Kazımovadan yeni  CAZÄ°BƏDAR FOTOXalq artisti Aygün Kazımova yeni fotosu ilə pərəstişkarlarını heyran edib.

“Ölkə.Az” xəbər verir ki, ifaçı fotosunu “İnstagram” səhifəsində paylaşıb. Bundan sonra onun ünvanına təriflər yağıb.

Kazımovanın cazibədar görünüşü qısa müddət ərzində minlərlə insan tərəfindən bəyənilib.

Sözügedən fotonu təqdim edirik:

Əməkdar artist şou-biznesdə qalmaqala səbəb olan "Oğluma müğənni qız almaram" fikrinə münasibə bldirib.

 “Ölkə.Az” xəbər verir ki, bu Ə.Şükürov ARB-də yayımlanan "Söhbət var" verilişinin qonağı olub.

 İfaçı "Oğlum müğənni xanım almaq istəsə, biz valideynləri etiraz etməyəcəyik. Allah xoşbəxt eləsin”,- deyə qeyd edib.

"Bir çox müğğənnilərin övladların tanımırsız. Onlar göstərmirlər. Mədəni, istiqanlı, ali savadlı, əsgərliyə gedən övladlar bizdə çoxdur. Biz incəsənət adamları övladlarımızla fəxr edirik.

Həyat yoldaşım mənə ərə gələndə bilmirdi ki, Ədalət müğənni olacaq. Fəxr edirəm sənətimlə. Sənətdə olan dostlarımla fəxr edirəm ki, gözəl ailələri var. Adam var heç müğənni deyil, amma 1 aydan sonra boşanır. Onun sənətə heç bir aidiyyatı yoxdur".

Xərçəng diaqnozu qoyulan Xalq artistiXalq artisti Zabit Nəbizadənin həyatı ilə bağlı hazırlanan süjet "Şou ATV"nin efirində təqdim edilib.

"Ölkə.Az" xəbər verir ki, xanəndənin sağlamlığı ilə bağlı yaşadığı çətin günlərdən bəhs edən videoda Zabit Nəbizadənin həyatının bir çox məqamları öz əksini tapıb.

İllər öncə xalq artistinə həkimlərin səhvən onkoloji xəstə diaqnozu qoyduğu və sonradan bunun onurğa yırtığı olduğu üzə çıxıb. 6 ay yataq xəstəsi olan Zabit Nəbizadəyə xərçəng xəstəsi diaqnozu ilə şüalar verilib. Saçları tökülən xanəndə 4 ay boyunca iki dəfə əməliyyat edilir:

"Ölümdən qorxmurdum açığı. Artıq bezmişdim, Allaha acıq getməsin. Yaşamaqdanmı, inamsızlıqdanmı, bilmirəm, nədənsə bezmişdim. Dedim, bu əməliyyata getmirəm, nə olar olar. 2 ildən sonra üzə çıxdı ki, bel fəqərəmdə yırtıq (qrija) olub".

Xalq artistinin başına gələnlərlə bağlı daha geniş məlumat videoda:(milli.az)