Emin Ağalarov Əminə ilə mahnı oxuduXalq artisti Emin Ağalarov Leyla Əliyevanın övladı Əminə ilə video paylaşıb.

"Ölkə.Az" xəbər verir ki, sənətçi konsert hazırlıqlarında Əminə ilə birlikdə məşhur "Baku" mahsını ifa edib. 

Qeyd edək ki, Emin və Leyla Əliyeva cütlüyününü 2 oğlu və Leyla Əliyevanın öz himayəsinə götürdüyü Əminə adında qızı var. 

Həmin videonu təqdim edirik:

Həyat yoldaşı Nüşabə Ələsgərlini aldatdı: ARB TV-nin “Hüseynova bacıları” verilişinin növbəti qonağı əməkdar artist Nüşabə Ələsgərli olub.

"Ölkə.Az" baku.ws-ə istinadən xəbər verir ki, Əməkdar artist həyat yoldaşına qoyduğu şərtdən danışıb:

“Yoldaşım mənə göstədiki bu formada qoluma yazılı döymə etdirmək isdiyirəm. Dedim qətiyyən icazə vermirəm. Dedim qoluna döymə etdirsən, səndən ayrılacam. Mənə yaxşı, etdirmərəm dedi. Sonra gördüm ki, yekə döymə etdirib və qolunu da bağlayıb. Qızdırma filan da vermişdi, çox yekə idi, 45 iynə ilə vurmuşdular.

Mən böyük bir şok yaşadım, dalaşdım ki, günahdır. Mənə dedi ki, bu döymə müvəqqətidir, 3 aydan sonra gedəcək. O zaman rahatladım. 3 ay gözlədim gördüm getmir. Dedim bunu yu getsin də. Dedi ki, yox, mən ora sənin adını yazdırmışam. Sonradan bildim ki, mənim adım deyilmiş”.  

Müğənni Ayan Babakişiyeva “Maşın” şoudan gedib.

Musavat.com xəbər verir ki, səsvermədə qalib gələn Fatma Mahmudova qərarsız qalıb və cavanlardan kimisə uzaqlaşdırmayacağını bildirib. Bu zaman Ayan əlini maşından çəkib. O Fatma Mahmudovanın seçim etməkdə çətinlik çəkməsinə dözə bilmədiyini deyib.
Aktrisa isə Ayanı oyundan uzaqlaşdırmayacağını bildirib.

Murad Dadaşov deyib ki, Ayan bu addımı ilə hamını şoka salıb.

4 ay əvvəl evlənən aktyor ata oldu
Türkiyəli aktyor Eser Yenenler ata olub.

“Ölkə.Az” CNN Türk-ə istinadən xəbər verir ki, Berfu Yıldızla 4 ay öncə evlənən 35 yaşlı aktyorun dünən günorta saatlarında oğlu dünyaya gəlib.

B.Yıldız xəbəri sosial şəbəkə hesabında paylaşıb və bunları yazıb:

“Xoş gəldin ailəmizə kiçik Kuzey. Yaxşı gəldin”.

Qeyd edək ki, cütlük uşağa Kuzey adını qoyub.

Ä°ranlı “Ancelina Coli” həbs edildiHollivud ulduzu Ancelina Coliyə bənzəmək üçün saysız-hesabsız plastik əməliyyatlar keçirən iranlı Səhər Tabar həbs edilib.

"Ölkə.Az" qafqazinfo-ya istinadən xəbər verir ki, o, dini təhqir etmək və əxlaqsızlığa təşviq ittihamı ilə tutulub. Tabarı bəzi şəxslər Tehrandakı dini quruma şikayət etdikdən sonra hüquq-mühafizə orqanları hərəkətə keçib.

21 yaşlı Səhər Coliyə bənzəmək üçün dəfələrlə bıçaq altına yatıb. Sosial şəbəkələrdə fotoları yayıldıqdan sonra dünya mediasının diqqətini çəkən Səhərin əslində heç bir əməliyyat keçirmədiyi, şəkillərin güclü qrim və proqramla hazırlandığı iddia edilirdi.

Səhər həbs edildikdən sonra milyonlarla izləyicisi olan İnstaqram hesabı da bağlanıb. Bu isə onun fanatlarının etirazına səbəb olub.

Ayan qəza görüntülərini paylaşdı

Xəbər verdiyimiz kimi, müğənni Ayan Babakişiyevanın qardaşı Samir Türkiyədə ağır qəzaya düşüb. 

“Qafqazinfo”nun məlumatına görə, sənətçi instaqram səhifəsində qəzadan sonra çəkilən görüntüləri izləyiciləri ilə bölüşüb.

Ayan həmin paylaşıma “Allah qoruyub, heç nə deyə bilmərəm” –şərhini yazıb. 

Kadrlardan görünür ki, Samir Babakişiyevin idarət etdiyi avtomobil tanınmaz hala düşüb. 

Qeyd edək ki, ifaçının qardaşının vəziyyəti ağırdır. 

Özlərini “avtoritet” hesab edən xanım sənətçilərin sayı daha çoxdur

“Anam mənə görə adam döydürüb. Üç nəfər ailəmizin içi kimi idi. Mənə qarşı səhv etmişdilər, anam da paylarını verdi”.

Bu sözləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun son müsahibəsində qeyd edib. Gənc sənətçinin bu açıqlaması sosial şəbəkələrdə, mətbuatda müzakirələrə səbəb olub, birmənalı qarşılanmayıb. Əksəriyyət müğənni Rəqsanə İsmayılovanın özünü “avtoritet” kimi aparmasını tənqidlə qarşılayıb,  bu cür davranışın cinayət əməli olduğunu qeyd edib.

Qeyd edək ki, buna qədər bir çox sənətçilərin özlərini kriminal avtoritet kimi apararaq adam döydürdüyü, “razborka”ya çağırdığı barədə məlumatlar yayılıb. Məsələn, 2015-ci ildə müğənni Röya Ayxanın “razborka” qalmaqalı uzun müddət gündəmdən düşməmişdi.

Röya razborka ile ilgili görsel sonucu

Belə ki, müğənni özünün “İnstagram” səhifəsində gizli çəkilmiş bir video paylaşmışdı. Videogörüntülərindən belə bəlli olurdu ki, müğənni sosial şəbəkədə onun ünvanına təhqiramiz ifadələr işlədən gənci taparaq, onunla şəxsən “razborka” aparıb. Bundan sonra bir sıra güc strukturları məsələyə qarışaraq, müğənninin qanundankənar hərəkətə yol verdiyi üçün onun cəzalandırılacağını bildirmişdi.

Vəkil Adəm Məmmədov isə Röyanın bu əməlinin cinayət xarakteri daşıdığını və müğənninin cəzalandırılmalı olduğunu bildirmişdi. Vəkil müğənninin gizli çəkiliş edib, yaymaqla vətəndaşın konstitusion hüquqlarını pozduğunu qeyd etmiş və bununla bağlı hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət ünvanlamışdı. Bir qədər sonra müğənnini təhqir edən şəxs ondan şikayətçi olmadığını və müğənni ilə barışdığını qeyd etmişdi. Bununla belə, müğənni tələsik olaraq ölkəni tərk etmişdi. İddialara görə, müğənni olaylara tab gətirə bilmədiyindən ölkə xaricinə çıxıb.

Röya razborka ile ilgili görsel sonucu

Röya Ayxanın 2012-ci ildə də “razborka” aparması ilə bağlı məsələ ortalığa çıxmışdı.  Mətbuatda yayılan məlumata görə, məclislərin birində Röya Ayxan və həmkarı Elton arasında mübahisə düşüb. Röya bununla bağlı uzun müddət dostluq etdiyi, hüquq-mühafizə orqanlarında işləyən dostundan Eltonu cəzalandırmasını istəyir.  Həmin şəxs də Eltonun üstünə silahlı adamlar göndərib. Həmin adamlar müğənnini sillələyəndən sonra onun başına silah dirəyiblər. Ona “bir də Röyaya gözün üstə qaşın var, desən, səni öldürərik” tipində hədə-qorxu gəliblər.

Başına gələn bu hadisəni yaxın ətrafına danışandan sonra dostlarından kimsə Eltona başa salıb ki, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsin. Elton da şikayət ərizəsi yazdıqdan sonra əməliyyat hazırlanır. “Bandotdel”in əməkdaşları Röyanı gözəllik salonunda makiyaj masasının arxasından götürərək, idarəyə aparırlar. Bundan sonra Elton da BMCMİ-yə dəvət olunur. Müstəntiq müğənniləri üzləşdirib və Röya hüquq mühafizə orqanında işləyən dostunun vasitəsilə cəzalandırdığını rəsmən etiraf edib. Bundan sonra həmin şəxsin də  “Bandotdel”də ifadəsi alınır və işdən azad edilir. Müğənni Röya Ayxan isə həmin ərəfələrdə telekanallara müsahibəsində artıq səhnədə olmaq istəmədiyini, Azərbaycandan gedəcəyini bildirmişdi.  Deyilənə görə, o zaman onun ölkədən getmək istəyi bu hadisə ilə bağlı olub.

İlhamə Quliyeva Flora ile ilgili görsel sonucu

İllər öncə mərhum İlhamə Quliyevanın da dəfələrlə adam döydürdüyü barədə iddialar yayılmışdı. Həmin iddialardan birini məşhur ifaçı Flora Kərimova irəli sürmüşdü. Onun sözlərinə görə, müğənni Teymur Əmrah “Flora Kərimova mənim ustadımdır” deməsinə görə İlhamə Quliyeva onu döydürüb. Teymur da bununla bağlı ATV-də “Çal-çağır” verilişində açıqlama vermişdi. Müğənni Teymur Əmraha bununla bağlı sual ünvanlananda, o, bu barədə danışmaq istəmədiyini demişdi.

Müğənni Manaf Ağayev də ötən il “razborka” qalmaqalının cənginə düşmüşdü. Mətbuatda yayılan iddialara görə, müğənni yaxın dostu və həmkarı Mətanət Əsədovanın videosunu yayan şəxsi “razborka”ya çağırıb. Həmin şəxsin anası oğlunun bağışlanması üçün müğənniyə yalvarıb. Yenicag.az-a açıqlama verən M.Ağayev həmin qadının şəhid anası olduğu üçün onun övladını bağışlayıb:

“Mətanətlə 20 ilin dostlarıyıq. Adamlar bilirdilər ki, Mətanətin dostuyam. Buna görə də mənə zəng etdilər. Hadisəni araşdırmaq üçün həmin adamları çağırıb, bir məkana yığdım. Bəlli oldu ki, həmin videonu yayan oğlanın anası şəhid anasıdır. Anası bizə yalvardı, həmin adam qarşımızda diz çökdü. Biz anaya dedik ki, sən niyə üzr istəməlisən, sən şəhid anasısan, başını dik tut. O yalvardı ki, oğlumu bağışlayın. Buna görə də həmin adamı bağışladıq, məsələni həll etdik”. Lakin müğənni sonradan bu cür açıqlama vermədiyini, dediklərinin təhrif olduğunu demişdi.

İzzət Bağırov ile ilgili görsel sonucu

Müğənni İzzət Bağırovun da 2017-ci ildə restoranda adam döydürdüyü barədə məlumatlar yayılmışdı. İddialara görə, toy məclisində yaranmış insidentə görə müğənninin Elçin adlı cangüdəni və şadlıq evinin mühafizəçisi məclis sahibinin yaxın qohumunu döymüşdü. Məlumata görə, davaya səbəb qonaqlar arasında bəzilərinin operatordan müğənnini deyil, onları lentə almağı tələb etməsi və İ.Bağırovu təhqir etmələri olub. Bu zaman müğənni buna etiraz əlaməti olaraq mikrofonu yerə qoyub. Nəticədə restoran işçiləri ilə qonaqlar arasında əlbəyaxa dava olub.

Müğənni Afət Fərmanqızı ile ilgili görsel sonucu

Müğənni Afət Fərmanqızı isə ötən il televiziya verilişlərinin birində “El arasında Afətə niyə ”anakonda” deyirlər?” sualına belə cavab vermişdi:

“El arasında mənə ”avtoritet” deyirlər. Mənə deyirlər, filankəs özünü yaxşı aparmır. Mən də bir zənglə həll edirəm. Təbii ki, söhbət şou-biznesdən gedir”.(musavat.com)

"Əxlaqı geyimlə ölçənlər əxlaqsızın böyüyüdür" — Nura Suri

"Mənim 2000-ci illərdən bəri internetdə belə fotolarım var və bu, məni narahat etmir".
Bu sözləri müğənni Nura Suri bikinili şəkillərini nəzərdə tutaraq yazıb.

Sənətçi əxlaqın geyimlə ölçülməsinə qarşı çıxdığını bildirib:
"Əgər fotolarım kimisə narahat edirsə, baxmasın. Kimsə əxlaqı açıq-saçıq geyimlə ölçürsə, özü əxlaqsızın böyüyüdür. Özümə və həyat tərzimə arxayınam. Tanımadığım bədniyətli insanların fikri vecimə deyil. Əgər olsaydı, belə şəkillər paylaşmazdım. Hamınıza xoşbəxt olmağı arzu edirəm". (axşam.az)

"Əxlaqı geyimlə ölçənlər əxlaqsızın böyüyüdür" — Nura Suri

Rəqsanənin müğənni qızı: “Şou proqrama çıxıb, 30 manatlıq menyuda olmaq özümə hörmətsizliyimdir”

“Mənim anamla bağlı söz deməyim düzgün deyil. Biz fotoşopdan istifadə etmirik, haramızısa, arıqlatmırıq, çünki genetikamız incədir. Mən 53, anam 49 kilodur. Bizim şəkillərimizə ancaq rəng verilir. Haqqımızda çıxan fotoşop xəbərləri doğru deyil”.

Bu sözləri müğənni Aysun anası Rəqsanə İsmayılovanın fotoşoplu şəkillərlə gündəmə gəlməsinə münasibət bildirərkən deyib.

Musavat.com-un suallarına cavab verən ifaçı artıq öz adı ilə tanınmaq istədiyini də dilə gətirib: “Anam olmasaydı, indiki kimi hörmətli olmazdım, asan tanınmazdım. Tanınsaydım da, deyəcəkdilər ki, kiminsə sevgilisidir, qabağa çəkir, onun pulunun hesabına tanınır. Mən əziyyət çəkirəm, bahalı işlər təqdim edirəm, 300 manata mahnı sözü alıb, 500 manata aranjeman etdirmirəm. Bir mahnıya 2500-3000 manat pulum çıxır. Media nümayəndələrindən xahiş edirəm ki, məni Rəqsanənin qızı Aysun kimi təqdim etməsinlər. Anamla daim fəxr etmişəm. Şükürlər olsun ki, onun qızıyam. Amma mən də işlər görürəm, dayanmadan sənətim üzərində çalışıram ki, öz yerimi tutum. Sabah konsert verəndə deməyəcəklər ki, oxuyur Rəqsanənin qızı Aysun. Orada məni Aysun İsmayılova kimi təqdim edəcəklər.

– Reymenin “Ela” mahnısına rəqs etdiniz, amma birmənalı qarşılanmadı və tənqid olundunuz.

– Rihanna oynayanda hamı ağzı açıq baxır, biz oynayanda söyürlər. Yazılanlara dözməyib, videonu sildim. Uzun müddət rəqs edib, paylaşmayacağam. Bizdə rəqs normal qarşılansaydı, tamamən başqa səhnələr göstərərdim. Rəqqaslarla səhnəyə çıxardım, elə geyimlər geyinərdim ki, möhtəşəm görünərdim. Səmra Rəhimli ilə Dilarə Kazımova cəsarətli geyimlər geyinib, rəqslər edir. Onları elita izləyir. İkisini də sevirəm. Mən o səhnələri rahat göstərərəm, amma içimdə bir şey məni çıxır. Səhnəyə görə gələcəyimi, ailəmi qurban verə bilmərəm. Gələcəyimi düşünən xanımam. Ailə qurmaq istəyirəm. İnsanlar qısa geyinən qıza tərbiyəsiz kimi baxırlar. Amma adi qızlar toya elə geyinir ki. Amma mən toya uzun don geyinirəm. İnsanlar normal qarşılayana kimi çərçivədən çıxmayacağam.

– Yalnız Azərbaycanda işlər görəcəksiniz, yoxsa digər müğənnilər kimi Türkiyəyə üz tutmaq niyyətinizdəsiniz?

– Cavanlardan kimsə ora getməyib. Ancaq Ali Türkoğlu tanınır, onun da azərbaycanlı olduğunu çox adam bilmir. AleynaTilki tərzində kimsə Azərbaycandan getsə, tanınacaq. Bizimkilər Azərbaycandakı tərzlərindən çıxa bilmədikləri üçün Türkiyədə tanınmırlar.

– Türkiyədə az da olsa, Azərbaycanda isə asan tanınmağın yolu “O səs Türkiyə” müsabiqəsinə qatılmaqdır. Sizin elə fikriniz var?

– Düzdür. Amma mən heç bir müsabiqəyə qatılmaq istəmirəm. Orada oturanlar məndən artıqdır ki, qabaqlarında çıxış edim? Oraya gedənlər Azərbaycanda tanınmaq üçün bunu edir. Mən Allaha şükür tanınıram. Orada tanınmaq istəsəm, fərqli işlər görərəm. Anam illərin sənətçisidir, o mənə hə deyib, dəstək olub.  “O səs”də oturanlar kimdir ki, mənə qiymət versin?!

– Şou-biznesdə yaşanan qalmaqalları izləyirsiniz?

– Mən qalmaqaldan uzaq adamam.  Kiminsə mənimlə problemi olsa, “hə” deyib keçirəm. Dava-dalaş sevən biri deyiləm. “İnstagram”da hamını “like” edib, keçirəm, oxumuram. Bəlkə də o adam məni söyüb, oxumuram. Kimsə zəng edib deməsə ki, filan kəs sənə filan söz deyib, xəbərim olmaz.

– Sabir Samiroğlu ilə işbirliyiniz oldu, bəyənildi. Amma səslərinizdə fərqlilik vardı, sanki hansınızınsa səsində düzəliş etmişdilər. 

– Mən studiyaya girib 15 dəqiqəyə oxuyub bitirdim. Sabir hazırlıqsız gəlmişdi deyə onda alınmadı. O sonradan mahnıları ifa etdi. Səsimiz uyğun gəlmədiyi üçün onun səsində düzəliş etdilər, detonları təmizləmişik. Sabirlə ikinci layihə haqqında düşünürük. Amma əmin deyilik. İlk işimiz uğurlu alındı, ona görə bir az fasilə vermişik. Gələcəkdə maraqlı layihəmiz olacaq. O layihədən sonra tanınmamış insanlar bizə böyük məbləğdə pullar təklif etdilər ki, duet oxuyaq. Qəbul etmədik. Çünki o insanlar mənə mahnısını göstərsəydi, dinlətsəydi, bəlkə də bəyənib, işbirliyi qurardım. Pul gücünə işbirliyi qurmağa çalışmaq düzgün deyil, müğənniyə hörmətsizlikdir. Çünki mən pula qaçan insan deyiləm.

– Bəs sosial şəbəkədən qazanc əldə edirsiniz? 

– Mən çox reklam paylaşmıram. Özümün istifadə edib, bəyəndiyim məhsulları reklam edirəm. Bəzən mənə deyirlər ki, şou proqramlara niyə çıxmırsan? Deyirəm ki, 3000 pul xərcləyib aldığım mahnını 30 manat qazanacağım məclisdə oxumaq istəmirəm, 30 manatlıq menyuda olmaq özümə hörmətsizliyimdir.

Türkiyəli aparıcı Burcu Əsmərsoy həyat yoldaşı Berk Suyabatmazdan ayrıldığını açıqlayıb.

Minval.info  xəbər verir ki, aparıcı biznesmen həyat yoldaşı ilə ayrıldığını açıqlayıb: “Onun həyatında başqa qadının olduğunu hiss etmədim. Mənim həyatımda da başqa kişi yoxdur. Uşaq dünyaya gətirmək barədə mübahisə yaşamadıq. Bir-birimizi yormaq istəmədik”.

Cütlük sentyabrda razılaşma yolu ilə boşanacaq.

Qeyd edək ki, onlar 2018-ci ilin mayında evlənmişdi.