Son xəbərlər

Koronavirusla bağlı ŞAD XƏBƏR DÜNYAYA ELAN EDİLDİ
Çin alimləri tərəfindən COVID-19-a qarşı hazırlanan yeni peyvənd meymunlar üzərində sınaqdan keçirilib.

 APA bildirir ki, nəticələr ümidverici olub. 

Tədqiqatçıların oxşar sınaqları bir müddət əvvəl siçanlar, siçovullar, qvineya donuzları, dovşan və digər heyvanlar üzərində aparsalar da, bu qədər müsbət nəticənin əldə olunmadığı bildirilib.

 

Reuters-in məlumatına görə, hazırda Çin mütəxəssisləri COVID-19-a qarşı 5 növ peyvəndi sınaqdan keçirir.

Xatırladaq ki, dünyada koronavirusa qarşı 100-dən çox mümkün vaksin hazırlanıb. Ən perspektivlilər sırasında əczaçılıq nəhənglərindən olan “AstraZeneca” şirkəti ilə Oxford Universitetinin birgə hazırladığı, o cümlədən Çin şirkəti “CanSino Biologics”in və ABŞ-ın dərman firması “Moderna”nın peyvəndləridir.

Türkiyənin Liviyada öz maraqları var. Bu, heç kəsə sirr deyil. Lakin Ankara digər böyük güclərdən fərqli olaraq, öz maraqlarını destruktiv yolla deyil, konstruktiv yolla təmin edir. Türkiyənin Liviyada həyata keçirmək istədiyi “təhlükəsiz bölgə” modeli bunun bariz sübutudur.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Türkiyənin Suriyada tətbiq etdiyi “təhlükəsiz bölgə” modelini Liviyada da həyata keçirmək istəyi haqda danışarkən deyib. O bildirib ki, bu plan iki ölkənin münasibətlərinə müsbət təsir edəcək:

“Türkiyə Liviyada aktiv bir oyunçudur. Ankaranın Sərrac hökumətinə verdiyi dəstək Liviyada siyasi tarazlığı ciddi ölçüdə dəyişib. Devrilmək təhlükəsi ilə üz-üzə olan Sərrac hökuməti faktiki olaraq Türkiyənin dəstəyi ilə qələbəyə çox yaxındır. Böyük güclər üçün Liviya artıq yükdür. Yəni artıq digər güclər də Türkiyənin fonunda Liviyada tam olmasa da, sülhün bərqərar olmasının lehinədir”.

Ekspertin sözlərinə görə, “təhlükəsiz bölgə” modelinin Liviyada tətbiq edilməsi müsbət haldır və effekt verəcək:

“Biz bu modelin Suriya üçün təsirlərini gördük. Faktiki olaraq Suriya 3-4 ildir daha yaxşı vəziyyətdədir. Bu model tərəflərin həm diplomatik danışıqlara girməsinə, həm də infrastruktur işlərinin aparılmasına müsbət təsir etdi. Prinsip etibarilə bu modeli Liviyada etmək mümkündür və bu, öz bəhrələrini verəcək. Qeyd edim ki, bu təklif Liviyanın bölünməsi və s. şeylərə gətirib çıxarmayacaq. Çünki Liviyanın bölünməsi Türkiyə üçün də qəbuledilməzdir. Türkiyənin Liviyada həyata keçirmək istədiyi genişmiqyaslı yenidənqurma işləri insanların gündəlik həyatlarını etibarlı şəkildə davam etdirməsinə şərait yaradacaq. Liviyada təhlükəsizliyin təmin edilməsi, ərzaq və səhiyyə xidmətlərinin artırılması ölkədə canlanma prosesini sürətləndirəcək. Eyni zamanda, iqtisadi sabitlik, infrastruktur xidmətləri, ədalətin bərqərar olması, mənzil-kommunal təsərrüfatının yenidən qurulması əsas məqsədlərdən sayılacaq. Türkiyə faktiki olaraq bu gün Liviya ilə müttəfiqlik səviyyəsindədir. Ankara Haftar üzərində qələbədən sonra zəif, dağıdılmış, tarimar olmuş bir Liviya yerinə güclü bir Liviya görmək istəyir”.

Rusiyanın Buryatiya Respublikasının koronavirusa ilk təkrar yoluxma faktı qeydə alınıb.

Bizimyol.info-nun xəbərinə görə, bu barədə Respublika İnfeksiya Xəstəxanasının baş həkimi Tatyana Sımbelova məlumat verib.

“Aprelin 21-də biz müalicə olunub sağalmış pasiyentimizi iki dəfə test analizləri mənfi nəticə göstərdikdən sonra evə yazdıq. Lakin 16 gündən sonra onda yenidən COVİD-19 əlamətləri görünməyə başlayıb. Testlər müsbət nəticə verdikdən sonra ,xəstəni yenidən hospitala yatırmışıq.

Bizdə indi sual yaranıb.Bu ya təkrar yoluxmadır, ya da onda olan infeksiyanın residividir”,- deyə Baş həkim qeyd edib

Rusiyada 252 245 nəfər koronavirusa yoluxub, 53 min nəfər sağalıb, 2,3 min nəfər həyatını itirib.

Rus ekspertdən şok iddia: Yeni Rus-Türk müharibəsi gözlənilirRusiyanın tanınmış “Rosbalt” portalı Rusiya ilə Türkiyə arasında Suriyada hərbi qarşıdruma yaranacağının gözlənildiyi barədə Aleksey Jelenininin “Насколько близка новая русско-турецкая война?” “Yeni Rus-Türk müharibəsi nə qədər yaxındır?) məqaləsi dərc olunub.

“Ölkə.Az” həmin məqaləni  təqdim edir. Məqalədə qeyd olunur ki, Suriyadan daxil olan məlumatlar  Rusiya ilə Türkiyə arasında yeni müharibənin başlanması haqqında səslənən fikirləri günbəgün artırır. Növbəti qanlı olay  Suriyanın İdlib əyalətində baş verəcəyi gözlənilir. Buna səbəbə isə son günlərdə Əsəd rejiminə məxsus hərbi qüvvələrin İdlib  bölgəsində davamlı hücumlarıdır. Fevralın 10-da Əsəd qoşunlaırnın artileriya hücumları nəticəsində 5 Türk əsgəri şəhid olub, 5 isə yaralanıb. Bundan öncə isə fevralın 3-də Əsəd qoşunlarının artileriya zərbələri nəticəsində 8 Türk əsgəri şəhid olmuşdu. Ondan sonra Türkiyə Hərbi-Hava Qüvvələrinin Əsəd qoşunlaırnın mövqelərinə endiridiyi zərbələr nəticəsində Əsəd qoşunları 70-dən artıq itki verib.

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan  bəyan etdi ki, Türk ordusu geri yox, irəliyə doğru gedəcək. Məhz fevralın 10-da Əsəd qoşunlarının Türk ordusuna qarşı hücumları cavabsız qalmadı. Türk ordusu səd qoşunlaırnın 115 mövqeyini məhv etdi. Buəməliyyat nəticəsində 100-dən artıq Əsəd döyüşçüsü öldürüldü, 3 tank, 2 artileriya məntəqəsi məhv edildi, 1 helikopter isə vuruldu.

 Ankaranın bu cavabı təkcə Əsəd rejiminə yox, həm də onun  ən yaxın müttəfiqi Moskvaya bir ciddi siqnal idi. Bununla da Türkiyə Prezidenti bütün məsələlərin üzərinə bir nöqtə qoymuş oldu. “Bizim rusiyalı kolleqalarımıza siqnal çatdırılıb. Bizim yolumuza keçməyin!”-məqalədə qeyd olunub.
Qeyd edək ki, 3 fevral olayından sonra Türkiyə və Rusiya liderləri arasında İdlib məsələsi telefonla müzakirə olunub. Lakin görünən odur ki,  Ankara ilə Moskva arasında İdlib məsələsində razılıq əldə olunmayıb. 

Əgər Ankarailə Moskva arasında İdlib məsələsində razılaşma olsaydı və Rusiya  Bəşər Əsədə dəstək verməsəydi, o zaman Əsəd  ondan dəfələrlə güclü Türk ordusuna qarşı belə hərəkət etməzdi.

Bununla belə rusiyalı hərbçilər Suriyanın hava mıəkanına nəzarət etdiklərini bəyan edirlər. Bu Moskvanın dolayısı yolla Ankaraya işarəsidir. Ankara isə hələlik cavab verməyə tələsmir. Ankara hesab edir ki, Moskva Türkiyə Hərbi-Hava Qüvvələrinin öz hava məkanına nəzarət etmək gücünə necə qadir olduğunu unutmayıb.

Onu da qeyd edək ki, İdlib Suriyada Əsəd rejiminin yeganə nəzarət edə bilmədiyi “deskalasiya bölgəsidir”. İdliblə bağlı məsələ  hələ 2017-ci ildə Türkiyə, Rusiya və İran liderləri arasında Astanada razılaşma olunub. Razılaşmanın əldə olunmasına baxmayaraq İdlibdə davamlı olaraq atəşkəs rejimi pozulur. Cari ilin fevralından isə bu artıq mütəmadi hal alıb. Gərginlik artıq  hərbi qarşıdurmaya çevrilib.

Yaranmış durum isə Ankarailə Moskva arasındakı münasibətlərdə gərginlik yaradıb. Əsəd rejiminin fevralın 3-də Türk əsgərlərinə qarşı qanlı olayından sonra Ərdoğan Kiyevə səfəri zamanı  Krımın Rusiya tərəfindən işğal edildiyini  və Krım tatarlarının  taleyindən narahat olduğunu dilə gətirdi. Rusiya Türkiyə arasındakı gərginlik bununla bitmir. Ərdoğan kəskin bəyan edib ki, onlar  Rus muzdlularının  Liviyada iştirakına  biganə qala bilməz. Ərdoğanın bu bəyanatı  onu deməyə əsas verir ki, Ankara ilə Moskvanın  təkcə Suriya məsələsində deyil, eyni zamanda Liviya məsələsində maraqları üst-üstə düşmür.
Bütün bunlar onu deməyə əsas verir ki, ərdoğan İdlib məsələsində Kremllə kompromisə getmək niyyətində deyil. Ona görə də Türk ordusunu İdlibdən çıxarmayacaq.

Ankaranın Suriyadan çıxmamasını şərtləndirən bir sıra ciddi səbəblər var. Birincisi, Ərdoğanın rəsmi xəbərdarlığından sonra Əsəd rejimi aviazərbələr və artileriya ilə Türk ordusuna hücuma başlayıb. İkincisi, Ankara ora qoşunlarını Türkiyənin təhlükəsizliyinin təmin olunması məqsədi ilə yerləşdirib.  Çünki hər hansı hücum Türkiyənin təhlükəsizliyinə təhdid yaradır. Digər bir səsəb isə suriyalı qaçqınların qarşısını alsın. Hazırda Türkiyədə 3,5 milyon civarında suriyalı qaçqın məskunlaşıb. Əgər Əsəd rejimi İdlibdə də nəzarəti ələ keçirərsə daha bir milyon qaçqın Türkiyəyə sığınmalı olacaq. Bu Türkiyə üçün elə də yaxşı perspektiv vəd etmir. Ən əsas  səbəblərdən biri də Ankaranın PKK ilə məsələni həll etməsidir. Digər səbəblər də var.  Bu səbəblərdən biri də odur ki, Türkiyə Suriya sərhəddində etnik türklər yaşayır və Ankara onların  təhlükəsizliyindən  narahatçılıq keçirir. Odur ki, Türkiyə Suriya ərazisinə ciddi əsaslarla girib və oradan çıxamaq niyyətində də deyil.
Ankara ilə Moskva arasında yaranan fikirayrılıqlarına baxmayaraq  Ərdoğan və Putin bir-biri ilə genişmiqyaslı  müharibə etmək  niyyətində də deyildirlər.  Lakin tərəflər güzəştə də gedə bilmirlər. Çünki bu onalrın xarici siyasətinə ciddi zərbə vurmuş olar. Bu da öz növbəsində daxili siaysətdə onların əleyhinə işlər. o baxımdan da  tərəflər kompromisə gedə bilmirlər. Yəni kompromis tərəflərin heç birinin xeyrinə deyil.

O baxımdan da Rusiya Türkiyə arasında baş verə biləcək müharibə  Koreya Vyetnam münaqişəsindəki ssenarində olduğu kimi reallaşa bilər. Necə ki, SSRİ Vyetnamı, ABŞ isə Koreyanı dəstəklədi.Ancaq özləri birbaşa hərbi qarşıdurmaya girməkdən ehtiyat etdilər. Necə ki, ondan Vyetnam MiQ-lərində rusiyalı pilotlar əyləşirdisə, indi də  Suriya qırıcılarında da  rusiyalı pilotlar əyləşəcək. Necə ki, hazırda rusilyalı hərbi mütəxəssislər və generallar Əsəd rejiminin döyüşçülərinə təlimlər keçəcək.

Ukrayna yanvarın 8-də İranda raket sistemləri ilə vurulan sərnişin təyyarəsinin qara qutusunu almaq üçün rəsmi Tehrana təzyiq etdiyini açıqlayıb.

Ukraynanın Xarici Işlər naziri Vadim Pristayko qarşı tərəfin qara qutunu vermək istəmədiyini deyib.

“İstər qara qutu, istərsə də digər məsələlərlə bağlı Tehranla əməkdaşlıq etmək həmişə çətin olub, amma biz verdiyimiz vədin arxasında duracağıq. Qara qutunu necə alacağımızla bağlı planlarımız var. Bu məqsədlə beş ölkə ilə əməkdaşlıq edirik”, – deyə nazir vurğulayıb.

Pristayko qara qutunun alınmasınadək İrana təzyiqlərin davam edəcəyini bildirib:

“Biz təyyarənin vurulması əmrinin kim tərəfindən verilməsini və ədalətin bərqərar olmasını istəyirik”.

Qeyd edək ki, yanvarın 8-də Tehranda Ukraynaya məxsus sərnişin təyyarəsinin zenti-raket sistemləri ilə vurulması nəticəsində 176 nəfər həlak olub. (teleqraf.com)

“Hər kəsin marağına səbəb olan sual budur ki, Rusiya və Türkiyə İdlib məsələsində niyə anlaşa bilmir? 2018-2019-cu illərdə baş tutan Soçi görüşlərində verilən qərarlara baxsaq, indiyədək bölgədə müşahidə məntəqələri qurulmalı və İdlib terrorçulardan təmizlənməli idi. Amma bu olmadı”.

Bunu politoloq Orxan Qafarlı deyib.

Ekspertin fikrincə, Soçi anlaşmaları üzrə verilən qərarların Türkiyənin maraqlarına uyğun olmadığı əvvəldən bəlli idi:

“Bu baxımdan, Türkiyənin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi də məlum idi. Qənaətimə görə, İdlib məsələsini iki formada həll etmək mümkündür.

Birincisi, Rusiya və Türkiyə anlaşır və İdlibin şimalında təhlükəsizlik zolağı qurulur, Türkiyəyə yönələn qaçqınlar orada yerləşdirilir. Nəticədə Türkiyə hərbi qüvvələrini və müşahidə məntəqələrini cənubdan geri çəkir. Bu, yanvar ayında Hulusi Akarın Berlində Ərdoğan-Putin görüşündən əvvəl açıqladığı ssenaridir”.

Orxan Qafarlı İdlib məsələsi üçün ikinci ssenaridən də danışıb:

“İkincisi, Türkiyə İdlibdə hərbi gücünü artırır və Əsəd rejimi bundan ehtiyat edərək geri çəkilir. Soçi və Astana zirvələrində verilən qərarlar və müəyyən edilən sərhədlər de-fakto tətbiq edilir. Bir az çətindir, amma Türkiyənin əsas istəyi budur. Hesab edirəm ki, bu planın həyata keçirilməsi mümkün deyil. Mən daha çox birinci ssenarinin həll variant ola biləcəyini düşünürəm.

Ən pis ssenari isə Türkiyə və Əsəd orduları arasında ehtimal olunan savaşdır. Ümid edirəm ki, vəziyyət bu yerə çatmayacaq”. (teleqraf.com)

ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını bildirib.
RİA “Novosti”nin xəbərinə görə, bunu ABŞ prezidenti qubernatorlarla görüşündə bildiribç
“Koronavirus barədə, insanlar düşünürlər ki, o isti səbəbindən apreldə gedəcək. Ümumiyyətlə, isti belə virusu öldürür”.
ABŞ prezidentinin sözlərinə görə, Çin virus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib.
Tramp həmçinin deyib ki, ABŞ-da koronavirusla mübarizədə “vəziyyət yaxşıdır”.
Qeyd edək ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb. (publika.az)

Ötən gün keçirilən növbədənkənar patlament seçkilərində deputatlığa namizədlərdən 6 dairədə hələ ki, hansı namizədin qalib olduğu rəsmi təsdiqini tapmır.

 

 

Bundan başqa bu seçkilərdə 38  dairədən qalib olmuş namizədlər ötən çağırış deputat olmayanlardı.

 

 

Modern.az onların siyahısını təqdim edir.

 

 

 

7 saylı Ordubad-Culfa Seçki Dairəsi - Quliyev Cəbi (YAP) – 63.5 %

12 saylı Qaradağ-Binəqədi- Yasamal Seçki Dairəsi -  Səbinə Xasıyeva (YAP)- 48.5%

14 saylı Xəzər Seçki Dairəsi – Soltan Məmmədov ( bitərəf) – 47.2  %

16 saylı Yasamal İkinci Seçki Dairəsi - Erkin Qədirli (bitərəf) – 34.4  %

24 saylı Nizami Birinci Seçki Dairəsi – Könül Nurullayeva (bitərəf)  - 46.1 %

27 saylı Sabunçu İkinci Seçki Dairəsi – Əliabbas Salahzadə (YAP) – 57.6 %

29 saylı Səbail Seçki Dairəsi – Nigar Arpadarai  (bitərəf) – 42.3 %

31 saylı Suraxanı İkinci Seçki Dairəsi – Etibar Əliyev (bitərəf) – 41.4 %

32 saylı Suraxanı Üçüncü Seçki Dairəsi – Afət Həsənova (YAP) – 64.9 %

39 saylı Kəpəz Birinci (Gəncə) Seçki Dairəsi – Müşfiq Cəfərov (YAP) –45.8%

41 saylı Sumqayıt Birinci Seçki Dairəsi - Hicran Hüseynova (YAP) – 31.5 %

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi - Emin Hacıyev (YAP)- 63.4  %

46 saylı Şirvan Seçki Dairəsi – İltizam Yusifov (bitərəf) – 49.5 %

53 saylı Quba-Qusar Seçki Dairəsi - Anatoliy Rafailov (bitərəf) – 44.1 %

54 saylı Şabran-Siyəzən Seçki Dairəsi - Sadiq Qurbanov (YAP) -  55.3 %

56 saylı Xaçmaz Kənd Seçki Dairəsi - Sevil Mikayılova (bitərəf) – 43.8 %

57 saylı Kürdəmir Seçki Dairəsi -  Əminə Ağazadə (bitərəf) – 64.9 %

59 saylı Salyan Seçki Dairəsi - Jalə Əhmədova (bitərəf) – 59.7 %

61 saylı Neftçala Seçki Dairəsi - Sabir Rüstəmxanlı (VHP) – 21.4 %

62 saylı Saatlı Seçki Dairəsi - Əziz Ələkbərov (YAP) – 49 %

63 saylı Sabirabad birinci Seçki Dairəsi - Kamal Cəfərov (YAP) – 52.8 %

64 saylı Sabirabad İkinci Seçki Dairəsi - Ramin Məmmədov (YAP) – 54.6 %

66 saylı Biləsuvar Seçki Dairəsi - Bəhruz Məhərrəmov (bitərəf) – 52.9 %

70 saylı Masallı Şəhər Seçki Dairəsi - Məşhur Məmmədov (YAP) – 64.8 %

71 saylı Masallı Kənd Seçki Dairəsi -  Anar İsgəndərov (YAP) – 62.7 %

79 saylı İmişli Seçki Dairəsi – Fərzəliyev Murad  (bitərəf) –23.7 %

84 saylı Füzuli Seçki Dairəsi - Vüqar Bayramov (bitərəf) – 71.2 %

85 saylı Şamaxı Seçki Dairəsi - Tamam Cəfərova (bitərəf) – 48.9 %

89 saylı Göyçay-Ağdaş seçki dairəsi – Məzahir Əfəndiyev (bitərəf)- 63.9 %

91 saylı Ucar seçki Dairəsi - Ramil Həsən (YAP) – 51.7 % 

93 saylı Bərdə Şəhər Seçki Dairəsi - Fatma Yıldırım (YAP) – 65.7 %

96 saylı Goranboy-Naftalan Seçki Dairəsi – Anar Məmmədov (YAP) – 59 %

99 saylı Şəmkir Kənd Seçki Dairəsi – Nurlan Həsənov ( YAP) – 61.3 %

101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsi  - Elşad Mirbəşiroğlu (YAP) – 54.9 %

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi - Arzu Nağıyev (bitərəf) – 56.2 %

113 saylı Şəki Şəhər Seçki Dairəsi – Vüqar İsgəndərov (bitərəf) – 52. 9 %

120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi – Ceyhun Məmmədov (YAP) – 62.7 %

122 saylı Xankəndi Seçki Dairəsi - Tural Gəncəliyev (bitərəf) – 56.7 %

Bundan şərəf və qürur duydum – Mövlud Çavuşoğlundan təsirli PAYLAŞIM ( FOTO)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

“Hörmətli Prezident İlham Əliyevin əlindən “Dostluq” ordenini almaqdan şərəf və qürur duydum”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib. (trend)
Küçədə limon, simit, su satan, Menderesin edamına ağlayan uşaq – Ərdoğanın ilginc dosyesi

Rizədən İstanbula köçən yoxsul bir ailənin uşağı olan Rəcəb Tayyib Ərdoğanın həyat hekayəsi Türkiyənin son 50 illik siyasət tarixinin xülasasidir. Çoxpartiyalı hökumət, Menderesin edamı, siyasi savaşlar, 12 sentyabr qiyamı, Özalla başlayan liberal dalğa, 28 fevral prosesi, klassik sağçı partiyaları çöküşü və AKP-nin ortaya çıxması… Rəcəb Tayyib Ərdoğan bu olayların bir hissəsinin izləyicisi, əksəriyyətində isə rol alan siyasi oyunçu idi. Cəmiyyət hakimiyyəti 2001-ci ildə bəri Türkiyə siyasətində 1990-cı illərdə ulduzu parıldayan bu adama etibar edib.


Teleqraf.com Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uşaqlığı haqda yazını təqdim edir.

O, ötən əsrin ortalarında yoxsulluğa görə bölgələrdən İstanbula köç edən yoxsul ailələrdən birinin övladı idi. Oxumaq, ailəsinin maddi qayğılarına dəstək olmaq üçün kiçik yaşlarında küçələrdə işləmək məcburiyyətində qaldı. Təhsil aldığı məktəbdə ayrı-seçkiliyə məruz qalan Ərdoğanın uşaqlıq arzusu futbolçu olmaqdı. Qiyam dövründə siyasi mövqeyinə görə işdən qovuldu. Həmçinin siyasi fikirlərinə görə həbs həyatı yaşamağa da məcbur olmuşdu. Əlbəttə bunlar Rəcəb Tayyib Ərdoğanı Menderes-Özal ənənəsinin mirasçısı kimi siyasətin zirvəsinə qaldıran olayların başlanğıcı idi.

Özal-Menderes ənənəsi

Tənzilə və Əhməd Ərdoğanın ailəsinə doğulan Rəcəb Tayyib ailənin ikinci övladı idi. Rizənin Güneysu qəsəbəsindən yoxsulluq və işsizlik səbəbindən 13 yaşında köç edən atasının əvvəlki evliliyindən iki uşağı vardı. Dənizdə bərə kapitanı olan Əhməd Ərdoğan ona öz atasının adını vermişdi. Keçmiş təqvimə görə rəcəb ayında doğulan uşağa bu ad qoyuldu. Atası Demokrat Partiyasının üzvü idi. Rəcəb Tayyib hələ bir yaşı olmamış Demokrat Partiyası seçkilərdə qələbə qazandı. 1950-ci il seçkilərində 52.7 faiz səslə qalib gələrək təkbaşına hökumət qurmaq imkanı əldə edən Adnan Menderes 1954-cü ildə CHP qarşısında səslərini iki dəfə artıraraq ikinci dəfə seçkiləri qazandı.

Demokrat Partiyası bu dövrdə 57.6 faizlik səslə çoxpartiyalı bir ölkədə rekord qırırdı. Bu hadisədən 53 il sonra Ərdoğan özünün qurduğu partiya ilə CHP-ni təkbaşına məğlub edərək ölkənin baş naziri olacaqdı. Həmin dövrdə gələcəkdə siyasi mirasçısı olacağı Turqut Özal da bürokratiyanın pillələrini qalxmağa başlamışdı. Özal ABŞ-dakı təhsilini başa vuraraq ölkəyə qayıtmış, Elektrik İdarəsində sıravi məmur kimi işləyirdi. Ərdoğan hər nə qədər siyasi xətt olaraq Menderesə, liberal baxışı ilə Özalı xatırlatsa da, gəldiyi sosial çevrə, təhsil aldığı məktəblər və işlədiyi qurumlara baxanda onlardan fərqli görünür.

Menderesin edamı

Menderes elit məktəblərdə təhsil almış, CHP-dən gəlmə bir siyasətçi idi. Özalın atası bank işçisi, anası ibtidai sinif müəllimi – bürokratiyanın, yəni hakimiyyətin içində yetişmiş bir siyasi liderdi. Jurnalist Can Dündar Ərdoğan haqda yazırdı:

“Ərdoğan Kasımpaşadan çıxıb bələdiyyə istisna olmaqla bürokratiyanın yorucu dəzgahından keçmədən hökumətə çatmağı bacaran yeganə sağcı liderdir”.

İlk baxışda hər nə qədər Menderes və Özal sağçı kimi görünsə də, ənənəvi siyasətçi idilər. Ərdoğanın sağ kuluarlarda siyasət yürütməsi və Menderes sevgisinin kökündə şübhəsiz atası Əhməd Ərdoğanın təsiri var. O zaman “bir qrup siyasi azlığın partiyası” adlandırılan CHP qarşısında Anadolunun mühafizəkar ənənələrinə sayğılı bir siyasət yürüdən Adnan Menderesin qiyamçılar tərəfindən 1961-ci ildə edam edilməsi atası ilə yanaşı Rəcəb Tayyib Ərdoğanı da göz yaşlarına boğdu.

“O gün baş verənlər…”

Atasının kədərli halını görən yeddi yaşlı Rəcəb Tayyib çox da yaxşı anlamadığı bu vəziyyət qarşısında göz yaşlarına hakim ola bilməmişdi. Çox sonralar Ərdoğan o gün yaşadıqlarını bu cümlələrlə ifadə etmişdi:

“Rəhmətlik Menderesin əlləri arxasında bağlı, əynində edam libasında dar ağacına getdiyi yerdə rəsmi var. Həyat məcmuəsindəki rəsmlər, məhkəmə sənədləri vardı, atam onların dərc olunduğu qəzeti evə gətirmişdi. Mən də qəzetə baxarkən o mənzərəni gördüm. Orada çox anlamlı, duyğulu ifadələr də yer alırdı. Əlbəttə o vaxt mən bunları çox yaxşı anlamırdım. Amma edama gedən belə bir insan, ata və anamın duyğusal anları, yəni evdə bir duyğu vardı. Dövlətə bu qədər xidmət edən bir insanın edama aparılması olayı var”.

Yüksəlişin əlamətləri

Piyalə Paşa orta məktəbinin beşinci sinfində din dərslərinə qatılan məktəb direktoru İhsan Aksoyun bir gün şagirdlərə verdiyi sual bəlkə də Tayyip Ərdoğanın bütün siyasi həyatını şəkilləndirəcək nəticələr ortaya çıxardı. Dərs vaxtı yaxındakı məsciddən azan səsi eşidildi. Aksoy şagirdlərdən “Kim namaz qılmağı göstərəcək?”, – deyə soruşdu. Kimsədən səs çıxmadı, amma Rəcəp Tayyib əlini qaldırıb “Mən namaz qılaram”, dedi. Müəllim yerə bir qəzet sərdi və ondan namaza başlamasını istədi. Ancaq Ərdoğan etiraz etdi. Üzərində rəsmlər olan qəzetin üstündə namaz qıla bilməzdi. Bu, müəllimini həm təəccübləndirdi, həm də sevindirdi. Müəllim masanın üzərindəki örtüyü yerdə sərdi və Ərdoğan şagirdlərə namazın necə qılındığını göstərdi.

Bu hadisədən sonra məktəbdə ona “xoca” deyə xitab edirdilər, nüfuzu xeyli artmışdı. Namaz sayəsində müəllimindən beş almağı bacardı, din dərsi xanasındakı qiyməti də yüksəkdir. Bundan sonra – 1965-ci ildə İmam Xatib liseyinə adını yazdırdı. Artıq Rəcəb Tayyib üçün yeni bir həyat başlayırdı.

Yoxsul ailə

Atasının qazancı beş uşağın yemək və məktəb xərclərinə bəs etmirdi. Orta məktəbə başlayan Tayyib Ərdoğan məktəb xərclərini çıxarmaq üçün kiçik yaşlarında küçələrdə işləməyə məcbur qaldı. Məktəbdən sonra boş qalan vaxtlarında gah su, gah konfet, gah da salfet sataraq ailəsinə yük olmadan təhsilini davam etdirirdi. Əlbəttə çörək pulu üçün apardığı mübarizə dərslərinə də mənfi təsir edirdi. Qiymətləri aşağı düşdü, din dərsindəki qiyməti isə əla idi.

Orta məktəbdə başladığı ticarət həyatı ali məktəb illərində də davam etdi. Yoxsulluq və işləmək məcburiyyəti Tayyip Ərdoğana istər həyat, istərsə də siyasətdə zirvəyə qalxmaq şansı verirdi. Ərdoğan qıt-qənaət yaşayan ailəsinə yük olmamaq üçün liseyin yataqxanasında qaldı. Çünki atasının verdiyi məktəb xərcliyi ilə təhsili davam etdirmək mümkün deyildi. Dövr kəmərləri sıxma dövrüydü. Soyuq günlərdə belə xərclərini azaltmaq üçün məktəbə uzun məsafələri piyada gedir, piyada geri qayıdırdı.

Limon satan uşaq

Həftə sonlarında isə limon alıb satırdı. Ticari zəkasını işə salaraq çoxlu pul qazanmağın yollarını da tapdı. Simit dükanlarına gedib axşamdan qalma boyat simitləri yarı qiymətinə alır, anası buxarda isidib yumşaldırdı. O da bazarda 10 quruşa satılan simitləri 5 quruşa sataraq pul qazanırdı. Yataqxanada ticari fəaliyyətlərdən biri də məktub markalarının satışı idi. Yataqxanadakı uşaqlar tez-tez ailələrinə məktub göndərirdilər, o da bundan qazanc əldə edirdi. Təhsilini davam etdirən Tayyib Ərdoğan öz xərclərini ödədiyi kimi ailəsinə də dəstək olmağa başlamışdı. Qazandığı pulların böyük hissəsini kitab almağa xərcləyirdi.