“Ölkə.Az” həmin məqaləni təqdim edir. Məqalədə qeyd olunur ki, Suriyadan daxil olan məlumatlar Rusiya ilə Türkiyə arasında yeni müharibənin başlanması haqqında səslənən fikirləri günbəgün artırır. Növbəti qanlı olay Suriyanın İdlib əyalətində baş verəcəyi gözlənilir. Buna səbəbə isə son günlərdə Əsəd rejiminə məxsus hərbi qüvvələrin İdlib bölgəsində davamlı hücumlarıdır. Fevralın 10-da Əsəd qoşunlaırnın artileriya hücumları nəticəsində 5 Türk əsgəri şəhid olub, 5 isə yaralanıb. Bundan öncə isə fevralın 3-də Əsəd qoşunlarının artileriya zərbələri nəticəsində 8 Türk əsgəri şəhid olmuşdu. Ondan sonra Türkiyə Hərbi-Hava Qüvvələrinin Əsəd qoşunlaırnın mövqelərinə endiridiyi zərbələr nəticəsində Əsəd qoşunları 70-dən artıq itki verib.
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan bəyan etdi ki, Türk ordusu geri yox, irəliyə doğru gedəcək. Məhz fevralın 10-da Əsəd qoşunlarının Türk ordusuna qarşı hücumları cavabsız qalmadı. Türk ordusu səd qoşunlaırnın 115 mövqeyini məhv etdi. Buəməliyyat nəticəsində 100-dən artıq Əsəd döyüşçüsü öldürüldü, 3 tank, 2 artileriya məntəqəsi məhv edildi, 1 helikopter isə vuruldu.
Ankaranın bu cavabı təkcə Əsəd rejiminə yox, həm də onun ən yaxın müttəfiqi Moskvaya bir ciddi siqnal idi. Bununla da Türkiyə Prezidenti bütün məsələlərin üzərinə bir nöqtə qoymuş oldu. “Bizim rusiyalı kolleqalarımıza siqnal çatdırılıb. Bizim yolumuza keçməyin!”-məqalədə qeyd olunub.
Qeyd edək ki, 3 fevral olayından sonra Türkiyə və Rusiya liderləri arasında İdlib məsələsi telefonla müzakirə olunub. Lakin görünən odur ki, Ankara ilə Moskva arasında İdlib məsələsində razılıq əldə olunmayıb.
Əgər Ankarailə Moskva arasında İdlib məsələsində razılaşma olsaydı və Rusiya Bəşər Əsədə dəstək verməsəydi, o zaman Əsəd ondan dəfələrlə güclü Türk ordusuna qarşı belə hərəkət etməzdi.
Bununla belə rusiyalı hərbçilər Suriyanın hava mıəkanına nəzarət etdiklərini bəyan edirlər. Bu Moskvanın dolayısı yolla Ankaraya işarəsidir. Ankara isə hələlik cavab verməyə tələsmir. Ankara hesab edir ki, Moskva Türkiyə Hərbi-Hava Qüvvələrinin öz hava məkanına nəzarət etmək gücünə necə qadir olduğunu unutmayıb.
Onu da qeyd edək ki, İdlib Suriyada Əsəd rejiminin yeganə nəzarət edə bilmədiyi “deskalasiya bölgəsidir”. İdliblə bağlı məsələ hələ 2017-ci ildə Türkiyə, Rusiya və İran liderləri arasında Astanada razılaşma olunub. Razılaşmanın əldə olunmasına baxmayaraq İdlibdə davamlı olaraq atəşkəs rejimi pozulur. Cari ilin fevralından isə bu artıq mütəmadi hal alıb. Gərginlik artıq hərbi qarşıdurmaya çevrilib.
Yaranmış durum isə Ankarailə Moskva arasındakı münasibətlərdə gərginlik yaradıb. Əsəd rejiminin fevralın 3-də Türk əsgərlərinə qarşı qanlı olayından sonra Ərdoğan Kiyevə səfəri zamanı Krımın Rusiya tərəfindən işğal edildiyini və Krım tatarlarının taleyindən narahat olduğunu dilə gətirdi. Rusiya Türkiyə arasındakı gərginlik bununla bitmir. Ərdoğan kəskin bəyan edib ki, onlar Rus muzdlularının Liviyada iştirakına biganə qala bilməz. Ərdoğanın bu bəyanatı onu deməyə əsas verir ki, Ankara ilə Moskvanın təkcə Suriya məsələsində deyil, eyni zamanda Liviya məsələsində maraqları üst-üstə düşmür.
Bütün bunlar onu deməyə əsas verir ki, ərdoğan İdlib məsələsində Kremllə kompromisə getmək niyyətində deyil. Ona görə də Türk ordusunu İdlibdən çıxarmayacaq.
Ankaranın Suriyadan çıxmamasını şərtləndirən bir sıra ciddi səbəblər var. Birincisi, Ərdoğanın rəsmi xəbərdarlığından sonra Əsəd rejimi aviazərbələr və artileriya ilə Türk ordusuna hücuma başlayıb. İkincisi, Ankara ora qoşunlarını Türkiyənin təhlükəsizliyinin təmin olunması məqsədi ilə yerləşdirib. Çünki hər hansı hücum Türkiyənin təhlükəsizliyinə təhdid yaradır. Digər bir səsəb isə suriyalı qaçqınların qarşısını alsın. Hazırda Türkiyədə 3,5 milyon civarında suriyalı qaçqın məskunlaşıb. Əgər Əsəd rejimi İdlibdə də nəzarəti ələ keçirərsə daha bir milyon qaçqın Türkiyəyə sığınmalı olacaq. Bu Türkiyə üçün elə də yaxşı perspektiv vəd etmir. Ən əsas səbəblərdən biri də Ankaranın PKK ilə məsələni həll etməsidir. Digər səbəblər də var. Bu səbəblərdən biri də odur ki, Türkiyə Suriya sərhəddində etnik türklər yaşayır və Ankara onların təhlükəsizliyindən narahatçılıq keçirir. Odur ki, Türkiyə Suriya ərazisinə ciddi əsaslarla girib və oradan çıxamaq niyyətində də deyil.
Ankara ilə Moskva arasında yaranan fikirayrılıqlarına baxmayaraq Ərdoğan və Putin bir-biri ilə genişmiqyaslı müharibə etmək niyyətində də deyildirlər. Lakin tərəflər güzəştə də gedə bilmirlər. Çünki bu onalrın xarici siyasətinə ciddi zərbə vurmuş olar. Bu da öz növbəsində daxili siaysətdə onların əleyhinə işlər. o baxımdan da tərəflər kompromisə gedə bilmirlər. Yəni kompromis tərəflərin heç birinin xeyrinə deyil.
O baxımdan da Rusiya Türkiyə arasında baş verə biləcək müharibə Koreya Vyetnam münaqişəsindəki ssenarində olduğu kimi reallaşa bilər. Necə ki, SSRİ Vyetnamı, ABŞ isə Koreyanı dəstəklədi.Ancaq özləri birbaşa hərbi qarşıdurmaya girməkdən ehtiyat etdilər. Necə ki, ondan Vyetnam MiQ-lərində rusiyalı pilotlar əyləşirdisə, indi də Suriya qırıcılarında da rusiyalı pilotlar əyləşəcək. Necə ki, hazırda rusilyalı hərbi mütəxəssislər və generallar Əsəd rejiminin döyüşçülərinə təlimlər keçəcək.