ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının bu ilin aprelində sona çatacağını bildirib. RİA “Novosti”nin xəbərinə görə, bunu ABŞ prezidenti qubernatorlarla görüşündə bildiribç “Koronavirus barədə, insanlar düşünürlər ki, o isti səbəbindən apreldə gedəcək. Ümumiyyətlə, isti belə virusu öldürür”. ABŞ prezidentinin sözlərinə görə, Çin virus epidemiyasının apreldə başa çatacağı barədə onu əmin edib. Tramp həmçinin deyib ki, ABŞ-da koronavirusla mübarizədə “vəziyyət yaxşıdır”. Qeyd edək ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 13 nəfərə çatıb. (publika.az)