Gapp.az-ın məlumatına görə, bu, sosial şəbəkələrdə yayımlanan videodan aydın sezilir.
Kadrlarda Ermənistanın polis əməkdaşlarının Azərbaycan sərhədindən qaçan fərariləri saxladıqları görünür.
Qeyd olunur ki, hazırda döyüşlərin davam etdiyi sərhədə aparan yollarda polis sədləri quraşdırılıb. Göründüyü kimi, Ermənistan hakimiyyətinin təbliğat-təşviqatından fərqli olaraq, erməni xalqı ordusunun “qəhrəmanlığına”, həqiqətən də, inanmır. Bunun üçün çoxlu əsasları da var.
Xatırladaq ki, 2016-cı ilin Aprel döyüşləri günlərində də erməni hərbçiləri Azərbaycan Ordusunun əks-hücumundan vahiməyə düşərək, cəbhə xəttindən kütləvi şəkildə təkcə işğal altındakı Qarabağa deyil, həm də Ermənistana qaçmışdılar. Eyni mənzərə bu gün də müşahidə olunur.
Keçmiş hakimiyyət Ermənistanı Rusiyanın altına qoydu, indi də rusların təsir dairəsindən çıxmaq istəyən ölkəni orada saxlamağa can atırlar. İndi ölkədə baş verənlər anti-Rusiya prosesi deyil, bu, ABŞ və İrana xoş gəlmək üçün baş verən hadisələrdir. Əgər Rusiya anti-Ermənistan siyasəti aparırsa, deməli, belə də olmalıdır.
Bunu erməni politoloq Levon Şirinyan deyib.
Şirinyan Rusiyanı Aprel döyüşlərində və digər həssas məqamlarda Ermənistanı Azərbaycanla tək qoymaqda ittiham edib:
“Aprel döyüşlərindən əvvəl və sonra Azərbaycan ordusunu silahlandıran Rusiyanı xalqımızın sevməyinin ehtimalı azdır. Rusiya ilə münasibətləri tənzimləməliyik və Moskva hüquqlarımıza hörmət etməlidir.
Daxildəki bəzi qüvvələrin məqsədi 1920-ci ildə olduğu kimi yenidən ruslar tərəfindən Ermənistanın işğalına nail olmaqdır. Ermənistan Rusiyanın quberniyası statusundan imtina etməlidir. İndi məsələ təkcə Rusiya deyil, Ermənistanı Türkiyəyə vermək istəyənlərin sayı da kifayət qədərdir.
Oliqarxlar Putini təhrik edirlər ki, Ermənistanı ələ keçirsin. Hesab edirəm ki, ruslarla münasibətlərə yenidən baxılmalıdır”. (teleqraf.com)
Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın sərhədindəki toqquşmaları pisləyir və tərəfləri dərhal güc tətbiqini dayandırmağa çağırır.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin başçısı Morqan Ortequsun bəyanatında deyilir.
"Birləşmiş Ştatlar qəti surətdə Ermənistan və Azərbaycanın dövlətlərarası sərhədindəki zorakılığı pisləyir. Biz tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmaq, həmçinin atəşin dayandırılması rejiminə qəti tərəfdar olmaq üçün onlar arasındakı mövcud rabitənin birbaşa kanallarından istifadə etməyə çağırırıq", - o deyib.
“ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə qətiyyətli olaraq qalır. Biz bu hədəfin nailiyyətinə yönəldilmiş səylərdə fəal iştirak etməyə davam edəcəyik.
ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaq çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə qaytarılmasının vacibliyini qeyd edir”, - ABŞ-ın xarici siyasət idarəsində bildiriblər.
“Ölkə.Az” xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində deyib.
“Biz görürük ki, Ermənistan diqqəti işğal etdiyi torpaqlardan başqa yerlərə çəkmək istəyir. Yeni silahl toqquşma məkanları seçir. Ermənistan indiədək münaqişənin siyasi həll yoluna sadiq qalmayaraq, bunu pozdu. Biz də Tükiyə olaraq bu istiqamətdə çox səylər göstərdik. Ancaq Ermənistan tərəfi riayət etmədi”-nazir bildirib.
Nazir əlavə edib ki, Ermənistanın bu hərəkətləri qəbul edilməzdir: “Ermənistan ağlına başına toplasın. Azərbaycan tək deyil. Biz Türkiyə dövləti və Türk milləti olaraq bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Danışıqlar yolu ilə Azərbaycanın ərazi bütövlüyün təmin olunması üçün bundan sonra da əlimizdən gələn bütün siyasi dəstəyi verəcəyik və buna hazırıq. Amma Ermənistan Tovuza hücum etməklə savaşı istəyən tərəf olduğunu ortaya qoyub. Biz də Azərbaycanı bu məsələdə tək qoymayacağıq”.
Dünən axşam Tovuz istiqamətində baş verən atışmadan sonra Ermənistanda ciddi çaşqınlıq müşahidə olunur.
Rəsmi mənbələr döyüşdə itkilərlə bağlı məlumat verməsələr də, xüsusilə sosial şəbəkələrdə müxtəlif fikirlər irəli sürülür.
Sosial şəbəkə istifadəçiləri yerli sakinlərdən, döyüş gedən ərazidəki hərbçilərdən aldıqları məlumata istinadən, erməni tərəfinin böyük itkilər verdiyini bildirir.
“Cəbhədə nəsə dəhşət baş verir. Qardaşım zəng etdi, bildirdi ki, hospital və xəstəxanalar dolub. Bizim əsgərlərin cəsədi ilə dolu 3 yük maşını görüb. Deyilənə görə, 70 əsgər ölüb. 300-dən çox yaralı var. Əgər belədirsə, 3 yük maşınında azı 200 ölü daşınıb. Mən nə edəcəyimi bilmirəm,çox qorxuram, qardaşımla əlaqə də kəsilib,şəhərdə böyük panika var. Hökumət heç nə etmir”,-deyə Diana Arutunyan adlı sosial şəbəkə istifadəçisi yazıb.
Bu, bu qəbildən ilk paylaşım deyil. Dünən axşamdan bəri sosial şəbəkə istifadəçiləri erməni hökumətinin itkilərlə bağlı məlumatı gizlətdiyini bildirir.
/cebhe.info/
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepnyan “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, polis əməkdaşları blindajın yaxınlığında olublar.
Xatırladaq ki, bu, Ermənistan rəsmilərinin itki və yaralılar barədə ilk açıqlamasıdır. Düşmən cəbhədə 30-dan çox itki verməsinə baxmayaraq, bunu etiraf etmir.
Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.
Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.
Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.
Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.
Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.
COVİD-19 pandemiyasında “ikinci dalğa” təhlükəsi ölkələri yenidən sərt karantin rejiminin tətbiq etməyə məcbur edir. May ayında bütün dünyada başlanan yumşalma yoluxma hallarının artması ilə nəticələndi. Karantin rejimini yenidən tətbiq edən Avstraliyanın Viktoriya ştatının rəhbəri Daniel Andresin dedikləri bu kontekstdə diqqət çəkir: “Arxayınlaşdıq və qaydalara əməl etmədik. Hər birimizin ətrafında qaydalara riayət etməyən insanlar var. Buna görə də karantin rejimini tətbiq etməkdən başqa çarəmiz yoxdur”.
Avstraliyada “ikinci dalğa”nın qarşısını almaq məqsədilə 5 milyon insan yenidən karantinə alınıb. Çərşənbə axşamından etibarən ölkənin ikinci böyük şəhəri olan Melburnda 6 həftəlik karantin elan olunub. Sakinlərin evlərindən çıxmaması üçün şəhərin ətrafında nəzarət postları qurulub. Viktoriya əyalət polisi bəyan edib ki, “şəhər sakinləri istənilən yerdə istənilən vaxt saxlanılaraq, yoxlanılacaq”. Bütün iaşə obyektləri yenidən bağlanıb, sakinlər yalnız məcbur olduqda evdən çıxa bilərlər.
Şəhər sakini Maykl Albert “Frans press” agentliyinə açıqlamasında bildirib ki, “bu vəziyyətdən xoşları gəlməsə də, sağlamlıq üçün qərarı dəstəkləyirlər”.
Tokioda son 24 saatda 220 yeni yoluxma faktının qeydə alınmasından sonra Yaponiya hökuməti də hərəkətə keçib. Həkimlər bildirir ki, tezliklə bütün ölkə üzrə yoluxma artacaq. Buna səbəb karantin rejiminin yumşaldılmasıdır, xüsusilə barlar, hecə klubları və restoranların açılması ciddi təhlükə yaradır. Artıq hökumət yumşalma ilə bağlı verdiyi qərarları təxirə salmağa başlayıb. Misal üçün, stadionlarda 5 min azarkeşin iştirak edə bilməsi qərarı ləğv olunub. Hazırda karantin rejiminin yenidən tətbiqi və yumşalma ilə bağlı qərarların ləğvi üzərində iş aparılır.
Özbəkistan isə yenidən bütün ölkə üzrə karantin rejiminin tətbiqinə başlayıb. Karantin rejiminin bitməsinə – avqustun 1-nə qədər içində market olmayan ticarət mərkəzləri, bazarlar, parklar, kafelər, restoranlar, idman və əyləncə məkanları bağlı olacaq. Bu ölkədə karantin rejiminin yumlaşmasından sonra yoluxma hallarında yüksəlmə qeydə alınıb. Ümumilikdə 11 min yoluxma, 40 ölüm faktı qeydə alınıb. Ölüm hallarının yarısı son iki həftədə baş verib.
Özbəkistanın qonşusu Qazaxıstan da iyulun 5-dən etibarən bütün ölkə üzrə yenidən karantin rejiminin tətbiqi haqda qərar qəbul edib. Qazaxıstanda da ərzaq marketləri və apteklər istisna olmaqla bütün iaşə obyektləri bağlanıb.
Avropa ölkələri də sərtləşmə ilə bağlı yeni addımlar atır.
İngiltərənin Leyster şəhərində məhdudiyyətlər başlanıb. Həftənin çərşənbə axşamından etibarən ərzaq mağazası və apteklər istisna olmaqla digər iaşə obyektləri bağlanıb, bu gündən başlayaraq, məktəblər də bağlanır. Səhiyyə naziri Metyu Henkok (Matthew Hancock) şəhər sakinlərini qaydalara əməl etməyə çağırıb və “çətindir, amma həyati əhəmiyyət daşıyır” deyə bildirib.
İspaniyanın Kataloniya əyalətində 210 min insan karantinə alınıb, bütün bölgədə küçəyə tibbi maskasız çıxmaq qadağan olunub. Belçikada da tibbi maska məcburi hala gətirilib.
Fransa isə “ikinci dalğa”ya hazırlıq görür. Elmi Şuranın rəhbəri Jan Fransua Delfressi bildirib ki, “virus dövr etməyə davam edir, sürəti yavaşlasa da, o hələ də buradadır”.
Məhdudiyyətlər Bolqarıstan, Rumıniya, İsrail, Kolumbiya və digər ölkələrdə də tətbiq edilməyə başlanıb.
3 milyondan çox insanın viruda yoluxduğu ABŞ-da yerli səviyyələrdə məhdudiyyətlər olsa da, ölkənin epidemioloqları təhlükə zənglərini çalır və bəyan edirlər ki, epidemiya üzərində sərt nəzarət metodları bütün ölkə miqyasında tətbiq edilməlidir.
Göründüyü kimi, hazırda dünya ölkələri koronavirusda “ikinci dalğa” təhlükəsinin qarşısını almaq üçün yenidən qapanma yolunu seçir, çünki pandemiyaya qarşı yeganə effektli mübarizə vasitəsi budur, may ayından öncəki təcrübə də bunu sübut edir. (publika.az)
СOVID-19-dan sağalan insanlar gələcəkdə immunitetlə bağlı uzun müddətli problemlər yaşaya bilər.
Report xəbər verir ki, belə nəticəyə Rusiya və Çin Xalq Respublikasının alimləri gəlib.
Məlumata görə, araşdırmalar zamanı virusdan sağalan insanların bir hissəsinin qanında limfositlərin səviyyəsinin aşağı düşməsi qeydə alınıb. Limfositlərin səviyyəsi hətta sağalmadan 11 həftə sonra da əvvəlki normaya çatmır.
Qeyd edilir ki, bu zaman immun hüceyrələri zədələnir. İmmun hüceyrələri xroniki zədəsi isə ən çox insan immun çatışmazlığı virusuna səbəb olur. Rusiya mütəxəssisləri isə bildiriblər ki, SARS - coV-2 immun çatışmazlığı virusundan fərqli olaraq, limfositlərdə çoxala bilmir.
Bu baxımdan, immunitet sistemindəki durğunluq uzun, lakin geri dönə bilən ola bilər.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib
Dünyanın koronavirusun ikinci dalğasına hazırlaşdığı bir dövrdə italiyalı həkim, mütəxəssis dünyanı rahatlaşdıran belə proqnozla çıxış edib.
Yoluxucu xəstəliklər üzrə mütəxəssis olan Matteo Bassettinun sözlərinə görə, yeni növ koronavirus mutasiyaya uğrayaraq zəifləyib və ölümcül təsirlərini azaldıb. O, qeyd edib ki, dünyadakı vəziyyət belə davam edərsə COVİD-19 heç bir peyvəndə gərək qalmadan yox olacaq.
İtaliyalı mütəxəssis deyib ki, virus ortaya çıxdığı ilk dövrdə “vəhşi bir pələng” idi və daha güclü bir sturuktura malik idi. Lakin indi o bir “pişiyə” çevrilib.Onun sözlərinə görə, virusun zəifləməsində sosial məsafə, maska, dezinfeksiya tədbirləri, şəxsi gigiyenanın artırılması, virusun qarşısını almaq üçün görülən tədbirlərin, o cümlədən sağalan xəstələrin antikorlarının da təsiri var. Bundan başqa artıq ölkədə xəstələnənlər belə müalicəyə daha asan və tez cavab verir, sürətlə sağalırlar.
“80 və 90 yaşlı xəstələr belə indi öz yataqlarında özbaşına hərəkət edə bilirlər. Onlar heç bir kömək olmadan nəfəs alırlar. Bu xəstələr bir ay öncə yoluxsalar öləcəkdilər”.
Xatırladaq ki, İtaliya virusun ən çox ziyan vurduğu ölkələrədn biridir. Bu ölkə Çindən sonra koronavirusun episentri hesab edilirdi. Lakin heç də bütün elm adamları Bassettinin fikri ilə razılaşmırlar. Onlar həmkarlarının dediklərinin elmi əsası olmadığını qeyd edirlər
Cənubi Florida Universitetinin alimləri Arizona Universitetindəki həmkarları ilə SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıb. Müəyyən edilmiş birləşmələr insan hüceyrələrində koronavirusun çoxalmasını dayandıra bilir.
Bu barədə “Cell Research” jurnalında dərc olunan məqalədə bildirilib.
Tədqiqatçılar Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənmiş hepatit C boceprevir və GC-376 antiviral dərmanları virusun çoxalmasında, yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan Mpro viral proteazını hədəf aldıqlarını müəyyən edib. Mütəxəssislər uzun müddətdir Mpro-nu SARS və MERS-ə səbəb olan SARS-CoV-2 viruslarına bənzər genlərə qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edib. GC-376 yoluxucu peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklər üçün potensial müalicədir.
Neyrodegenerativ xəstəliklərə qarşı kömək edən və antiviral təsir göstərən Calpain II və XII inhibitorları koronavirusun müalicəsində istifadə olunan digər dərmanlardır. (publika.az)