Avropa Şurasının jurnalistika və jurnalistlərin müdafiəsinin təşviqi internet platforması Fransanın TF1 televiziya kanalını və onun jurnalisti Lizron Budulu hədəfə alan nifrət kampaniyası ilə bağlı Fransaya xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, internet platformasının tərəfdaşları olan “Avropa Jurnalistlər Federasiyası” (EFJ) və “Sərhədsiz reportyorlar” (RFS) təşkilatları tərəfindən təqdim edilmiş xəbərdarlıqda təhlükənin mənbəyinin qeyri-müəyyən olduğu, jurnalistlərin hələ də sıxışdırıldığı bildirilir. Qeyd edilir ki, L.Budul oktyabrın 22-də Dağlıq Qarabağda vəziyyəti əks etdirən reportajından sonra onun və TF1 kanalının sosial şəbəkələrindəki hesablarında çoxsaylı təhqiramiz mesajlar yazılıb. L.Budul bir neçə gün davamlı olaraq nifrət zəminli çıxışların və hədələrin hədəfinə çevrilib. TF1 televiziya kanalının elektron poçtuna təhqir və hədə dolu mesajlar göndərilib, zənglər edilib.
Erməni icmasının TF1 kanalının qarşısında nümayiş keçirdiyi və nəticədə reportajın kanalın internet səhifəsindən silindiyi vurğulanıb.
Xatırladaq ki, L.Budulun Dağlıq Qarabağdan hazırladığı reportaj erməni lobbisinin təzyiqi ilə TF1 kanalının internet səhifəsindən silinsə də, sonradan Azərbaycanın Fransadakı səfirliyinin və icmasının fəaliyyəti nəticəsində bərpa olunub.
ASALA erməni terror təşkilatı, onun rəhbərləri, eləcə də Suriyadan olan erməni mənşəli muzdlular işğal olunmuş Dağlıq Qarabağda ön cəbhədə döyüşür.
Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Jewish Press”in araşdırması nəticəsində məlum olub.
Qeyd olunub ki, bölgədən əldə olunan fotogörüntülərdə hətta Liviyadan olan döyüşçülər yer alıb.
Araşdırma nəticəsində məlum olub ki, yenidən bərpa olunmuş ASALA ilə suriyalı, livanlı və liviyalı silahlıların birləşməsi ilkin olaraq erməni terror təşkilatının rəhbərliyi ilə razılaşdırılır.
Bildirilir ki, bir neçə il əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi erməni terrorçuluğu ilə bağlı məxfi hesabatlardan birini ictimailəşdirmişdi. Bu hesabatda ASALA-ya qoşulmuş qruplaşmaların fəaliyyəti, eləcə də onların törətdiyi terror aktları izlənirdi:
“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu (ASALA) ABŞ-ın bir sıra siyası maraqlarına təhdiddir. ASALA-nın bir çox hücumları türklərə qarşı reallaşdırılsa da, Qərbi Avropa və ABŞ-da da bəzi obyektlər hədəf olub. Bundan başqa, Liviya və Suriya ilə təmasların aktivləşməsi marksistyönümlü ASALA-nın anti-Amerika təsirini daha da gücləndirə bilər”.
Bu günlərdə Ermənistanın baş naziri Rusiya Prezidentinə rəsmi Moskvanın Ermənistanın təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardımla bağlı məsləhətləşmələrə dərhal başlamaq xahişi ilə müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan parlamentdəki jurnalistlərə müsahibəsində bildirib.
”Müqavilə münasibətlərimizə və bundan irəli gələn funksiyalara gəldikdə, deyə bilərəm ki, hazırda bütün lazımi tədbirlər görülür. 1997-ci il müqaviləsi baza müqaviləsidir və bundan başqa sənədlərdə də ifadə olunan funksiyalar irəli sürülür”, – deyə Mnatsakanyan bildirib.
Nazir KTMT-nin ən azı iki üzvünün – Belarus və Qazaxıstanın bilavasitə Azərbaycanın iqtisadi tərəfdaşları olduğunu nəzərə alaraq, KTMT-yə müraciət etmək üçün maneələrin olub-olması ilə bağlı sualı da cavablandırıb:
”Bu sual dərin təhlil və uzun bir müzakirə mövzusu ola bilər. Konkret cavab isə budur ki, biz səmərəlilik və sürət baxımından vacib saydığımız addımları atırıq. Biz mövcud alətlərə uyğun olaraq üç həmsədr və ayrı-ayrı ölkələrlə işləyirik. İlk gündən etibarən bütün alətlərimizi işə salmışıq”.
Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarına dəyişiklik edib.
Axar.az-ın məlumatına görə, koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi müddəti 2021-ci ilin yanvarın 1-dək uzadılıb.
Əvvəllər bu müddət 2020-ci ilin oktyabrın 1-dək müəyyən edilmişdi.
Gürcüstanda son 24 saat ərzində daha 2295 nəfərdə “COVID-19” aşkarlanması ilə gündəlik yoluxma sayında rekord qeydə alınıb.
Ermənistanı itirildiyi ərazilərdən geri çəkildikcə müharibə cinayətlərinə əl atmaqda davam edir.
Axar.az xəbər verir ki, bunu Trend-ə qarşılığında ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov dedi.
O bildirib ki, Ermənistan bu məsuliyyətdən yayına bilməyəcək:
"Ermənistanın boş sahələri minalaması, fosfor bombalarından istifadə etməsi daha çox beynəlxalq təşkilatların günahıdır. Ona görə ki, Ermənistana bu şəraiti yaradıblar. Fürsətdən istifadə edir".
Hərbi ekspert qeyd etdi ki, Ermənistan bu müharibə cinayətlərinə görə cavab verməli olacaq:
“Döyüş əməliyyatları bitəndən sonra Ermənistan Azərbaycana buna görə təzminat ödəməli olacaq. Bu gün Azərbaycanın mülki vətəndaşı minaya düşürsə, buna görə Ermənistana cavab verməli olacaq. Artıq bu müalicə ilə əlaqəli Azərbaycanın Baş Prokurorluğu lazımi sənədlər toplayır. Ermənistanın məsuliyyətə cəlb olunmasına heç kimin köməkliyi olmasın. Ermənistanın döyüş əməliyyatları zamanı hazırlanan bütün müharibə cinayətləri özlərinə qarşı bumeranq effekti veriləcək ”.
Polkovnik-leytenant bildirib ki, hərbi əməliyyatlar bitəndən sonra Ermənistanın daha ağır günləri başlayacaq:
"Ermənistanın törətdiyi müharibə cinayətləri o qədər çoxdur ki, o dövlətin özünü toparlamasına uzun illər lazım olacaq. Ermənistan dövlətinin varlığı məsələsi gündəmə gələ bilər. İqtisadiyyatı çökmüş vəziyyətdə olan bir ölkənin hərbisi də çökəndən sonra özünü hansı qüvvə ilə müstəqil dövlət adlandıracağı qaranlıq məsələdir".
"Oktyabrın 23-də Vaşinqtonda dövlət katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə nəzərdə tutulan görüşü Donald Tramp administrasiyasının beynəlxalq nüfuzunu artırmaq məqsədi daşıyır və hər hansı səmərə verəcəyi inandırıcı deyil".
Axar.az xəbər verir ki, bu fikirləri Report-a açıqlamasında amerikalı politoloq, beynəlxalq əlaqələr eksperti Piter Teys (Peter Tase) deyib.
“Ermənistan qüvvələri geri çəkilərkən dövlət katibi Pompeo birdən-birə oyanıb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu görüşmək üçün Vaşinqtona dəvət edir. Həmçinin Pompeo Ermənistan xarici işlər naziri ilə də ayrıca görüşəcək. Bu, Qafqaz təmasları sırf Tramp administrasiyasının beynəlxalq nüfuzunu qaldırmağa, dünyadakı geosiyasi mövqeyinə diqqəti cəlb etməyə yönəlib”, – o diqqətə çatdırıb.
P.Teys oktyabrın 23-də keçiriləcək Vaşinqton görüşlərinin “boşa çıxacağ”ını bildirib: “Beynəlxalq hüququ pozaraq hələ də Azərbaycanın şəhərlərini atəşə tutan, azərbaycanlı uşaqları, qadınları, günahsız insanları öldürən Ermənistan tərəfi bununla vaxt qazanmış ola bilər”.
Ekspertin fikrincə, qarşıdakı görüşlərin daha bir məqsədi Rusiyanın regiondakı rolunu azaltmaq ola bilər:
“ABŞ-ın diplomatik təsiri, dövlət katibi Pompeonun ikili standartlar mövqeyi də ATƏT-in Minsk qrupu formatının artıq köhnəldiyinə dəlalətdir. Odur ki, Vaşinqtonda keçiriləcək görüşlərdən müsbət nəsə gözləməyə dəyməz. Bu görüşlərin yeganə nəticəsi Ermənistanın vaxt qazanaraq Nikol Paşinyan və başqa erməni terrorçulara siyasi mötəbərlik təmin etməsi ola bilər. Halbuki bu şəxslər Dövlət Departamenti və Avropanın başlıca diplomatik qurumları tərəfindən arzuolunmaz şəxs elan edilməlidir”.
Ermənistanın baş naziri Nikol Paşinyanın Gorusda olarkən Azərbaycan PUA-larından qorxaraq, qaçdığı xəbəri yayılıb.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində yazırlar.
Erməni istifadəçi Qagik Soqomonyan yazır ki, iki gün əvvəl Paşinyan Gorusda toplantı keçirib:
“Məclisin sonunda mühafizəçisi Paşinyana yaxınlaşır, qulağına pıçıldayır ki, Gorusun üzərində PUA-lar fırlanır. Həmin vaxt Gorusun Hava Hücumundan Müdafi sistemləri PUA-lara atəş açmağa başlayır. Bu axmaq da elə fikirləşir ki, PUA-lar ona atəş açır. İnsanlarla dolu zalda təşvişə düşən “eşşək oğlu” ayağa qalxır və qaçır. Qaçarkən yerə yıxılır, bu vaxt mühafizəçi onun üstünə uzanır. Sonda mühafizəçi onu büzülmüş vəziyyətdə binadan çıxarır, maşına tullayır və ərazidən uzaqlaşdırır. “Ali baş komandan”ın bu davranışından heyrətənmiş və karıxmış Sünik rayonunun rəhbərləri dərhal yaşayış məntəqələrinə gedərək, özünümüdafiə üçün adam toplamağa başlayırlar”.
Q.Soqomonyan qeyd edir ki, ertəsi gün mühafizəçi həmin zala gəlir və yaxınlıqdakı ərazilərdə müşahidə kameralarını müsadirə edir.
“Çünki Paşinyanın elə vəziyyətdə qaçmasını gizlətmək istəyirlər. Lakin nə vaxtsa o görüntülər ortaya çıxacaq, onda Paşinyanın qorxmuş üzünü görəcəksiniz və düşünəcəksiniz ki, bu vəziyyətə çatmaq üçün nə qədər eşşək olmaz lazımdır”, - erməni istifadəçi yazır.
Rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko oktyabrın 18-də Yutub dakı səhifəsində Dağlıq Qarabağda döyüş əməliyyatlarına həsr olunmuş növbəti videomüraciətini yayıb.
Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, müraciətin lap əvvəlində M.Şevçenko yenə də Ermənistan tərəfinin guya Azərbaycanın tərəfində vuruşan muzdlular haqqında yalan məlumatlarına toxunub.
"Azərbaycan gənclərinin böyük əksəriyyəti döyüşə can atır. Analar bu uşaqları azadlıq müharibəsinə göndərirlər. Azərbaycanda görünməmiş vətənpərvərlik yüksəlişi hökm sürür. Kimsə mənə heç olmasa bir səbəb göstərə bilərmi ki, Azərbaycanın ən müasir silahlarla təchiz olunmuş Ordusuna həmin müxtəlif dərili yaraqlılardan ibarət qruplaşmalar nə üçün lazımdır?" - deyə Maksim Şevçenko soruşub.
Rusiyalı siyasətçi xaricdəki erməni diasporunun xadimlərini Qarabağda gedən müharibədə birbaşa ittiham edib.
"Bu insanlar hazırda Qarabağ dağlarında öləcək erməni uşaqlarının ətini və qanını satırlar", - deyə M.Şevçenko bildirib.
O qeyd edib ki, Azərbaycan Ordusu Şuşadan bir neçə kilometr aralıda dayanıb və onu götürə bilər. Maksim Şevçenko bunun qaçılmaz bir proses olduğunu vurğulayıb.
Rusiyalı siyasətçi bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın arxasında duran qüvvələr məsələnin sülh yolu ilə həllində maraqlı deyillər.
Maksim Şevçenko xatırladıb ki, Heydər Əliyev və Levon Ter-Petrosyan məsələnin sülh yolu ilə həll olunması barədə, demək olar ki, razılığa gəlmişdilər, lakin Saziş pozuldu. Bu məsələdə rusiyalı siyasətçi RF XİN-in keçmiş rəhbəri Andrey Kozırevi ittiham edib.
Maksim Şevçenko Moskvanın Cənubi Qafqazla bağlı siyasətində Kozırevin hələ də iştirak etdiyini vurğulayıb və bildirib ki, Rusiya Prezidenti Vladimir Putin bu vektoru dəyişdirməyə çalışır.
M.Şevçenko bir daha vurğulayıb ki, Azərbaycan Ordusu Şuşanı və Xankəndini götürə bilər, amma bunu etmir.
"Yalnız hərbi qərar qalarsa, bu, Rusiyanın maraqlarına dəhşətli zərbə olacaq. İslam dünyası ilə, Türkiyə ilə, Qafqazla yaxşı münasibətlər saxlamaq Rusiyanın xeyrinədir. Bu, Rusiyanı reallaşdırır. Bu, Rusiya üzərində hökmranlıq edən rusofoblu transmilli elitaların hakimiyyətinə son qoymaq imkanıdır. Ona görə də mən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını dəstəkləyirəm. Bu gün Azərbaycan əsgəri həm də erməni xalqı üçün, ermənilərin onları bu fəlakətə düçar etmiş qüvvələrdən azad olması və Rusiya xalqlarının mənafeyi uğrunda mübarizə aparır ki, onlar, onları Qərb elitalarına topdan və pərakəndə satanların girovuna çevrilməsinlər...
Biz əlbəttə ki, sülh tərəfdarıyıq, amma bəzən sülh yalnız silah hesabına əldə edilir", - deyə Maksim Şevçenko vurğulayıb.