Azxeber.com xəbər verir ki, jurnalist Vaşinqtonda azərbaycanlıların ordumuza dəstək aksiyasını işıqlandırmaq istəyərkən, bir erməni ona yaxınlaşıb və plakat qaldırıb.
Bu anda azərbaycanlılardan biri onu həmin yerdən uzaqlaşdırmaq istəyib. ABŞ polisi dərhal məsələyə müdaxilə edib və təxribatçı həmin ərazidən qovulub.
Həmin anları təqdim edirik:
Günəş spektrinin ultrabənövşəyi şüaları koronavirusu tezliklə və effektiv məhv edir və buna görə COVID-19-la mübarizədə fəal istifadə oluna bilər.
“Report” xəbər verir ki, bu barədə məşhur immunoloq, italyan bioloqlarının və fiziklərin bu problem üzrə tədqiqatına rəhbərlik edən Milan Dövlət Universitetinin professoru Mario Kleriçi bildirib.
Milan Dövlət Universiteti immunoloqlarının və İtaliyanın Astrofizika Milli İnstitutu mütəxəssislərinin birgə tədqiqatının məzmununu özündə saxlayan material təhlükəli infeksiyaya qarşı mübarizə aparan digər alimlərin də onunla operativ tanış olmaları üçün bir qədər əvvəl dərc edilib.
“Tədqiqatın ilk mərhələsində Sars-CoV-2 virusunu su damlalarına yerləşdirdik və bu da koronavirusa yoluxmuş insanın öskürək və ya asqırması zaman meydana gələn təsiri təkrarladı. Bu halda virusun üç müxtəlif konsentrasiyası istifadə olunurdu.
Aşağı konsentrasiya otaqda virusa yoluxmuş bir insanın olduğu vəziyyətə, yüksək konsentrasiya isə ağır vəziyyətdəki COVID-19 xəstəsinin vəziyyətinə uyğun oldu, çox yüksək konsentrasiyanın real həyatda analoqu yoxdur.
Bütün bu materiallar qısa dalğalar aralığında - ultrabənövşəyi C (UF-C) şüalarının müxtəlif dozalarında günəş radiasiyasına məruz qaldı. Nəticədə aydınlaşdı ki, UF şüanın təsiri hətta kiçik dozalarda bir neçə saniyə ərzində virusun hərəkətsizləşdirməsinə gətirib çıxarmağa qadirdir”, - Klerici bildirib.
Qeyd edək ki, dünyada təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 14,6 milyon nəfərə çatıb. Bununla yanaşı, 608,9 min insan COVID-19-un qurbanı olub.
Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Ukraynanın paytaxtı Kiyev şəhərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə, Tovuz istiqamətində törətdiyi təxribatların pislənildiyi, Milli Ordumuza, dövlətimizə dəstək aksiyası keçirilib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə ölkəmizin Ukraynadakı səfirliyi qarşısında keçirilən dəstək aksiyasında soydaşlarımız, gənclər, ukraynalılar, Türkiyənin icma nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak ediblər. 200-dən artıq iştirakçısı olan aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan, biz səninləyik!”, “Biz Poladıq!” şüarları səsləndirilib.
Aksiya Azərbaycanın və Ukraynanın dövlət himlərinin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göstərdikləri dəstəyə görə soydaşlarımıza təşəkkürünü bildirən Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova deyib ki, son hadisələr bir daha Azərbaycan dövlətinin, ordusunun qüdrətli olduğunu sübut etdi. Bu gün dünyanın bütün ölkələrində Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Milli Ordumuza dəstək aksiyaları keçirilir. İşğalçı Ermənistan bilməlidir ki, Azərbaycan Ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Səfir qeyd edib ki, Tovuz hadisələri zamanı dünya ölkələri Azərbaycanın haqlı mövqeyini dəstəklədi. “Mən xüsusilə Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə təşəkkürümü bildirirəm”.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev çıxışında bildirib ki, Ukraynada yaşayan azərbaycanlılar həmişə Azərbaycan dövlətinin, Prezidentinin yanında olub və bundan sonra da dəstəyini əsirgəməyəcək. “Ukraynada yaşayan azərbaycanlılar Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri əsasında torpaqlarımızı işğaldan azad etməyə hər an hazırdır. Ermənistanın işğalçılıq siyasəti, faşist ideologiyası dünya ölkələri tərəfindən qəbul olunmaqdadır. Bütün dünya azərbaycanlıları Ermənistana qarşı mübarizədə həmrəylik göstərir, xalqla dövlət arasında birlik mövcuddur”, - deyə R.Tağıyev əlavə edib.
Mitinqdə daha sonra Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, diaspor fəalı Əbülfəz Qasımov, Azərbaycanın Ukraynadakı sabiq səfiri Tələt Əliyev, Konqresin Mirqorod şəhər təşkilatının sədri Zamiq İsmayılov çıxış edərək Ermənistanın işğalçılıq siyasətini pisləyiblər.
Mitinqin sonunda elan edilib ki, Azərbaycan Milli Ordusunda xidmətə yazılmaq üçün Konqresin nəzdində qərargah yaradılıb, müraciət edənlərin sayı artmaqdadır.
Amerika alimləri aşağı dozalı şüa terapiyasının koronavirus pasiyentlərinin sağalmasını sürətləndirməyə kömək etdiyini müəyyənləşdirən tədqiqat aparıblar.
Report xəbər verir ki, bu barədə "Ridus" bildirir.
Qeyd edilir ki, tədqiqatda şüa terapiyası müalicəsi keçən 10 pasiyent iştirak edib. Həmçinin adi metodlarla müalicə edən nəzarət qrupu yaradılıb. Nəticədə məlum olub ki, şüa terapiyası pasiyentlərin kliniki sağalmasını sürətləndirməyə kömək edir.
Məlumata görə, şüa terapiyası ilə müalicə edilənlər 3 gün ərzində sağalıb. Lakin adi üsullarla müalicə kursu keçən xəstələrdə bu müddət 12 gün təşkil edib.
Stasionar müalicədən çıxışa qədər vaxt 12 günə qədər azaldılıb, nəzarət qrupundakı pasiyentlər isə 20 gün sonra xəstəxanadan buraxılıb.
Qeyd edək ki, dünyada koronavirus qurbanlarının sayı 600 min nəfəri ötüb. COVID-19-un qeydə alındığı 213 ölkədə və bölgədə COVID-19-a yoluxanların ümumi sayı 14 milyon nəfərdən artıqdır.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Bu haqda məlumatı TASS agentliyi yayıb.
"Münaqişənin güc yolu ilə həlli və bölgəmizin bütün xalqlarının maraqlarına cavab verən dinc danışıqların alternativi yoxdur”, – Paşinyan cümə günü 17 iyulda Minskdə genişləndirilmiş Avrasiya Hökumətlərarası Şurasında çıxışı zamanı bildirib.
O, Şuranın növbəti iclasının oktyabr ayında İrəvanda keçirilməli olduğunu da xatırladıb.
Qeyd edək ki, iyulun 12-də Ermənistan və Azərbaycan sərhədində döyüşlər başlayıb.
Azərbaycan 12 hərbçisini və bir mülki vətəndaşını, Ermənistan isə dörd əsgərini itirdiyini deyib. (konkret.az)
İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində xaincəsinə və qəfildən hərbi təxribat törətməsi barədə xəbər dünyanın kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən “Qafqazinfo”ya verilən məlumat görə, Türkiyə, İsrail, Macarıstan, Almaniya, Fransa, Niderland, Litva, Monteneqro, Serbiya, Ukrayna və digər ölkələrin müxtəlif media quruluşlarında və xəbər portallarında dərc olunan məlumatlarda və məqalələrdə Ermənistanın atəşkəs rejimini kobudcasına pozaraq sərhədlərimizi və yaşayış məskənlərimizi artilleriya atəşinə məruz qoyması, hərbçilərimizin və dinc sakinlərin həlak olduqları, yaralandıqları, evlərin dağıdılması və sair məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, bu məlumatlarıın geniş şəkildə yayılmasında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin və fəallarının da rolu olub. Həmvətənlərimiz təkcə məlumatların yayılması ilə deyil, ölkəmizdə baş verənlərlə bağlı informasiya agentliklərinə müsahibələr və açıqlamalar verərək, işğalçı ölkənin təcavüzkar əməllərinə dünya birliyinin diqqətini cəlb etməyə çalışırlar.
Xarici mətbuatda dərc olunan bəzi məlumatlarla aşağidakı linklər vasitəsilə daha ətraflı tanış ola bilərsiniz:
http://crnogorskiportal.me/sadrzaj/1232
https://slaptai.lt/armenijos-intrigos-ksso-organizacijoje/
https://slaptai.lt/antanas-rasimas-del-karinio-incidento-tovuzo-rajone/
https://www.sabah.com.tr/dunya/2020/07/12/azerbaycan-ermenistan-sinirinda-catisma-cikti
https://www.sabah.com.tr/dunya/2020/07/13/bakan-cavusoglundan-onemli-aciklamalar
https://alfahir.hu/2020/07/13/azerbajdzsan_ormenyorszag_katonak_konfliktus
https://masimovasif.net/kampfe-zwischen-armenien-und-aserbaidschan/
Suriyanın şimalında Firat Qalxanı əməliyyatı ilə terrorçulardan təmizlənən Əl Bab qəsəbəsinin mərkəzindəki yaşayış məntəqələrinə edilən iki hava hücumunu nəticəsində, bir nəfər ölüb, 11 nəfər yaralanıb
Hücum dünən axşam saat 22:29 və 22:44 radələrində gerçəkləşdirilib. Rusiyaya məxsus qırıcıların Babda uçuşlarını davam etdirdikləri də gələn məlumatlar sırasındadır. Aralarında uşaqların da olduğu yaralılar qəsəbədəki xəstəxanalara yerləşdiriliblər. Hadisə yerinə cəlb edilən Mülki Müdafiə dəstəsi dağılan binaların dağıntıları altında axtarış-xilasetmə işlərini davam etdirirlər. Ölən və yaralıların sayının artacağı gözlənilmir.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu 2017-ci ilin fevralında Əl Bab qəsəbəsini İŞİD terrorçularından təmizləmişdilər
Montpellier Universitetinin alimləri paxla və süd məhsullarının koronavirus infeksiyasından qorunmasına kömək edəcəyini müəyyənləşdirib.
Publika.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Bu bitkilər immunitetini gücləndirmək üçün lazımlı antioksidanları ehtiva edir. Bunban başqa bədənin qoruyucu maneə yaratmasına kömək edir və infeksiyaların daxil olmasına icazə vermirlər. Məhsulların daimi istifadəsi yeni növ koronavirusun yaratdığı ağır xəstəlik ehtimalını azaldır.
Tədqiqatçılar bildirib ki, COVİD-19-dan aşağı ölüm nisbətinin qeydə alındığı ölkələrdə Almaniya və Cənubi Koreyada kələmdən çox istifadə olunur. Bundan əlavə, əhalinin qatıq və kefir istehlak etməyi xoşladığı Yunanıstan, Bolqarıstan və Türkiyədə aşağı ölüm halları qeydə alınır.
"Virusun yayılmasına və şiddətinə, həmçinin milli mətbəxdəki fərqlərinə az diqqət yetirilib, lakin mətbəxdəki dəyişikliklər böyük fayda verə bilər" , - professoru və ÜST-ün keçmiş eksperti Dr. Jan Bousk deyib.
Mütəxəssislər koronavirusa qarşı immunitet müdafiəsində qidalanma xüsusiyyətlərini ölkələr arasında əsas fərq adlandırıb.
Hər keçən gün koronavirusa yoluxanların və ölənlərin sayı artdığı bir vaxtda ABŞ-a qaçan çinli mütəxəssisin verdiyi açıqlamalar insanları şoka salıb.
Belə ki, Honq Konqdan olan tanınmış virusoloq mütəxəssis Li-Meng Yan ABŞ-ın "Fox News" kanalına danışaraq ölkəsindən qaçmağa məcbur olduğunu deyib.
O bildirib ki, koronavirus pandemiyası ortaya çıxan zaman Honq Konq Tibb Universitetində virusoloq işləyib. Çinin koronavirusla bağlı həqiqətləri gizlətməsi, virusun yayılması haqda dünyaya gec xəbər verməsi ilə bağlı əvvəlcədən məlumatı olub.
Li-Meng Yan pandemiya ilə bağlı mühüm araşdırmalar apardığını, lakin çinli rəsmilərin buna bilərəkdən əhəmiyyət vermədiyini deyib.
Onu da bildirək ki, Li-Meng Yan Çində yoluxucu xəstəliklər üzrə araşdırma qrupunda olub və koronavirusun ilk ortaya çıxdığı Uhana gedən həkim heyətinin tərkibində yer alıb. O, virusun insandan insana keçdiyi barədə ilk məlumat verən mütəxəssislərdən biridir.
Linin sözlərinə görə, ilk vaxtlarda Çin Kommunist Partiyasının üzvləri bu məlumatın gizlədilməsinə çalışıblar.
Çinli mütəxəssis virusla bağlı məlumatları olan həmkarlarının və özünün sıxışdırıldığını görüb, Honq Konqdan ABŞ-a qaçmağa məcbur olub. O həmçinin qeyd edib ki, Çin hökuməti Honq Konq Tibb Universitetində virusla bağlı araşdırmaları ləğv edib, xaricdən gələn mütəxəssislərin məsələni araşdırmasının qarşısını almağa çalışıb.
Məlumata görə, hazırda Li-Meng Yan ABŞ-da təhlükəsizlik baxımından heç kəsin bilmədiyi bir yerdə qalır. Ölkəsinə bir daha geri dönməyəcəyini deyən mütəxəssis koronavirusla bağlı qorxunc iddialar da irəli sürüb.
Onun sözlərinə görə, koronavirus insanların düşündüyündən də çox öldürücüdür və buna qədər aparılan tədbirlərlə onun qarşısını almaq qeyri-mümkündür:
"Hazırda dünyada təxminən hər 600 insandan biri virusa yoluxub. Lakin bu virusun yoluxma sürəti çox böyükdür. Qarşısı alınmasa tezliklə, hər 100 insandan biri koronavirusa yoluxa bilər.
Bu günə qədər virusun vaksinini tapa bilməmişik və deyə bilərəm ki, heç yaxın vaxtlarda da tapılacağına ümid yoxdur. Vaksindən möcüzə gözləmək əvəzinə virusun kökünü araşdırmaq, onun necə ortaya çıxdığını öyrənməyə çalışmalıyıq. Məhz bunları demək üçün ölkəmdən qaçdım".
Li-Meng Yanın bu açıqlamalarından sonra Honq Konq Universiteti dərhal məsələyə reaksiya verib. Universitetdən bildirilib ki, adıçəkilən mütəxəssisin iddiaları yalandır. /Musavat.com