Son xəbərlər

Azərbaycanlı milyarderin boşanma qalmaqalıMilyarder Fərhad Əhmədovun oğlu anasının Londonda məhkəməyə verilməsi qərarını "qanuni don geydirilmiş qəsb" ilə müqayisə edib, anası ilə məhkəmədə çəkişmək əvəzinə öz həyatını yaşayacağını bildirib.

"Ölkə.Az" virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

"Mənim 26 yaşım var və mən anamı məhkəməyə vermək əvəzinə öz həyatımı yaşamaq istərdim",- milyarder Fərhad Əhmədovun və keçmiş həyat yoldaşı Tatyananın oğlu Teymur Əhmədov anasının ona qarşı qaldırdığı məhkəmə iddialarını şərh edərkən deyib.

Onun sözlərinə görə, 2018-ci ildə Tatyana Əhmədovanın iddia hüquqlarını təhvil verdiyi İngiltərə məhkəməsi və "Burford Capital" şirkəti , onu öz oğlunu məhkəməyə verməyə vadar edib.

"Atam beş il əvvəl anama 150 milyon dollar ödəməyi təklif etdi, amma indi 3 vəkilin köməyi ilə piroqun bir hissəsini almaq istəyir", - o əlavə edib.

Fərhad və Tatyana Əhmədovların boşanma prosesi 2013-cü ildən bəri davam edir. Londonun Yüksək Məhkəməsi 2016-cı ilin dekabrında milyarderin keçmiş həyat yoldaşına 453 milyon funt sterlinq (o vaxt təxminən 584 milyon dollar idi) ödəməyə məhkum edib, lakin Əhmədov məhkəmə qərarını yerinə yetirməkdən imtina edib. Təzminatı almağa  çalışan Tatyana Əhmədova isə sonradan oğlunun atasının aktivlərini gizlətməyə kömək etdiyini bildirərək onu məhkəməyə verib.

Məhkəmə iddiasında deyilir ki, Teymur Əhmədov əslində atanın köməkçisi kimi fəaliyyət göstərib və anasının bu mənbələri öz xeyrinə geri ala biləcəyi dəyərlər və maliyyə alətlərini yurisdiksiyalardan çıxarmaq üçün sxemlərin hazırlanmasına və həyata keçirilməsinə kömək edib.

Teymur Əhmədov Londonda özünün müdafiəsi üçün iki cavab iddiası qaldırıb. Onlardan birində, ananın vəkillərinə pul ödəməsinin qadağan edilməsini tələb edib, çünki məhkəməsi üçüncü tərəf "Burford Capital" fondu tərəfindən maliyyələşdirilir və nəzarət olunur. İkinci məhkəmə iddiasında Teymur anasının müdafiəsi ilə təmin edilən bəzi sənədlərin şəxsi həyatı ilə əlaqəli olduğu üçün məhkəmə prosesinin açıq elan edilməsini tələb edib. İyunun 12-də hakim Kvinnet Nouels Teymurun mübahisəli səbəbləri olmadığına görə rədd edib.

"Hakim Nouelsin qərarı qətidir və mənə qarşı ayrıseçkilik etməyən apelyasiya məhkəməsinə göndəriləcək",- deyə Teymur Əhmədov "Forbes" jurnalına bildirib.

Tbilisidə parlament binası qarşısında mitinq keçirilir
Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında kütləvi mitinq keçirilir.

APA xəbər verir ki, “İşğala qarşı birlikdə” şüarı ilə keçirilən mitinq “Qavrilov gecəsi”nin ildönümünə həsr edilib. 

Mitinqin keçirildiyi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Gürcüstanın müxalif partiyalarının liderləri və tərəfdarlarının da qoşulduğu mitinq  COVİD-19 virusu ilə əlaqədar olaraq sosial məsafə saxlamaqla keçirilir.

Qeyd edək ki, ötən il iyunun 20-də Tbilisidə keçirilən Parlamentlərarası Provaslav Assambleyasının 8-ci sessiyasında Rusiya Dumasının Kommunist Partiyasından olan üzvü Sergey Qavrılovun Gürcüstanın parlament sədrinin kürsüsündə əyləşməsi Gürcüstanda etirazlara səbəb olub. Hadisədən bir neçə gün sonra parlament sədri İrakli Kobaxidze istefa versə də, etiraz aksiyaları davam edib. Növbəti günlərdə keçirilən aksiyaların əsas tələbləri ölkədə proporsional seçki sisteminə keçid və o zaman daxili işlər naziri, hazırkı baş nazir Giorgi Qaxarianın istefası olub.

Tramp Çinin koronavirusu qəsdən yaydığını istisna etmir

ABŞ prezidenti Donald Tramp güman edir ki, Çin hakimiyyəti yeni koronavirusun başqa ölkələrə yayılmasının qarşısının alınması üçün daha aktiv tədbirlərə təşəbbüs etməyə bilərdi.
Bu barədə ABŞ lideri “The Wall Street Journal” qəzetinin jurnalistlərinə müsahibəsində bildirib.

"Ehtimal var ki, bu qəsdən idi", - Tramp deyib. Onun versiyasına görə, rəsmi Pekinin beləliklə bir sıra başqa dövlətlərin iqtisadiyyatına zərər vurmağa çalışması mümkündür. Tramp xatırladıb ki, pandemiyanın başlanğıcına qədər ABŞ-da iqtisadi vəziyyət çox əlverişli olub.

ABŞ prezidenti etiraf edib ki, kəşfiyyat xidmətləri bu versiyanı təsdiq edə bilən hər hansı məlumatlar almayıb. Trampın ehtimalına görə, Çin hakimiyyəti virusun yayılması ilə mübarizədə hansısa səhvlər buraxıb.

Çinin virusun başqa ölkələrə yayılmasına mane olmamasından bəhs edən Tramp deyib: "Mən düşünmürəm ki, onlar belə edib”.

Amma dəqiq bilmək olmaz. Bu (koronavirus) zərər vurdu", - o əlavə edib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma hallarının sayına görə birinci yerdədir. Ölkədə habelə xeyli sayda insan COVID-19-dan ölüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,4 milyonu ötüb. Bunların 4,4 milyondan çoxu sağalıb, 451 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Morozovskaya xəstəxanasında iki yaşlı Mariya Parşikova koronavirusdan qaynaqlanan yeni bir xəstəlik səbəbindən həyatını itirib.

“RİA Novosti”yə istinadən xəbər verir ki, həkimlər bir həftə ərzində uşağa kömək etməyə çalışıblar. Əvvəlcə həkimlər körpə qızda Kavasaki sindromunun olduğunu fikirləşiblər. Ancaq meyityarma ekspertizasından sonra onun koronavirusun səbəb olduğu Kavasaki sindromuna bənzər bir xəstəlikdən öldüyü məlum olub.

Sözügedən xəstəliyin körpənin daxili orqanlarına geniş ziyan vurduğu bildirilib.

Morozovskaya Xəstəxanasının məsləhətçi pulmonoloqu Dmitri Ovsyannikov uşaqlarda Kavasaki sindromuna bənzər bir xəstəliyin qızdırma, selikli qişalarda dəyişiklik, ovuc və ayaqlarda şişkinlik, konyuktivit və limfa düyünlərində artım kimi simptomlarla müşayiət olunduğunu qeyd edib.   /Qafqazinfo/

Koronavirusla bağlı indiyədək deyilənləri unudun

Nobel mükafatlı kimya professoru aylardır dünyanı əsarət altına alan koronavirus təhlükəsi barədə indiyədək deyilənləri təkzib edib.

Professor Miçhel Levit insanları bağlı qapılar arxasında tutmağın onlar arasında təşvişə səbəb olduğunu və elmi həll yolu olmadığını bildirib.

Digər tərəfdən ABŞ-da yerləşən maliyyə qurumu JP Morgan da Levitin fikirlərini təsdiq edən məruzə hazırlayıb. Məruzənin yazarı Marko Kolanoviç hökumətlərin aldığı tədbirləri "çox az təsirli" və "gec" olaraq adlandırıb.

Məhdudiyyətlər yumşaldıqdan sonra Almaniya və Danimarkada virusun yayılma əmsalı aşağı düşüb

Kolanoviç Danimarkada virusun yayılma əmsalının məktəblər açıldıqdan sonra aşağı düşdüyünü və Almaniyada isə yarıya qədər endiyini açıqlayıb.

Ailədaxili zorakılıq artıb

"The Telegraph" qəzetinə açıqlama verən professor Levit karantinin əslində düzgün qərar olmadığını qeyd edib.

"Karantinin heç bir həyat qurtarmadığını düşünürəm. Hətta daha artıq can almış ola bilər. Karantinin verdiyi sosial zərbə daha böyükdür. Ailədaxili şiddət, boşanmalar, spirtli içkilərə meyil daha da artıb".

"Karantinin ardınca yoluxmalarda kəskin artım ola bilər"

Professor Levit karantin qaydalarının yumşaldılmasından sonra virusa yoluxmaların sayında kəskin artım olacağını bildirib:

"Daha əvvəl virusa yoluxmayan insanların anidən sosial həyata qayıtmasıyla virusa yoluxmalarda artım yaşana bilər".

Elm adamı həmçinin karantin rejimini tamamilə effektsiz hesab etmədiyini dilə gətirib: "Müəyyən mənada müsbət nəticələri oldu. İndiki mərhələdə isə hökumət başçıları maska taxmağı və insanları iş həyatlarına dönməyi təşviq etməlidir". (Mediapost)

Koronavirusun yeni növü aşkarlandı, sürətlə yayılır

Panamanın Sağlamlıq İnstitutunun alimləri bildiriblər ki, SARS-Cov-2 koronavirusunun ştamlarının beş ölkədəki mutasiyası nəticəsində COVID-19 xəstəliyinə səbəb olan, A2 PAN adlı yeni tipik yarımnöv virus yaranıb.

Report xəbərinə görə, bu barədə Qorqas adına Sağlamlığın Öyrənilməsi İnstitutunun direktoru Xuan Paskal deyib.

"Virusun modifikasiyaları ölkə üçün yeni, tipik A2 PAN yarımnövünü yaratdı", - o nəşrə bildirib.

Qeyd edilir ki, Panamanın coğrafi mövqeyi və onun regional nəqliyyat funksiyası virusun dünyanın müxtəlif regionlarına yayılmasına imkan yaradıb.

SARS virusunun 150 nümunəsinin araşdırılması Qorqas adına İnstitutun alimlərinə onların yaranma ölkələrini müəyyən etməyə icazə verib. Yerli mutasiyanın ölkədə yaranmasına qədər virus ABŞ-da, İtaliyada, İspaniyada, Fransada və Asiyada dörd yarımnöv kimi mövcud olub.

Qeyd edək ki, dünyada koronavirusa yoluxma hallarının sayı 8,1 milyonu ötüb. Təhlükəli infeksiyadan ölənlərin sayı 439 085 nəfərə çatıb. Hazırda 3 460 993 nəfər aktiv koronavirus xəstəsidir. Pandemiya ərzində təhlükəli virusdan ümumilikdə 4 213 601 nəfər sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ermənistanda koronavirusla bağlı vəziyyət psiləşdiyindən xarici ölkələrdən yardım istədi

Ermənistanda koronavirusla bağlı vəziyyət kəskin pisləşdiyindən xəstələri müalicə etmək üçün ciddi surətdə həkim çatışmazlığı yaranıb. Bununla bağlı Ermənistan hökuməti bir sıra dünya ölkələrinə ilk növbədə İrəvana həkim briqadaları göndərmək üçün müraciət edib. Artıq Litva və Gürcüstan Ermənistana koronavruslu xəstələrin müalicəsi üçün həkim briqadası göndərmək barədə qərara gəlib.
Litvanın Xarici işlər naziri Linas Linkeviçus ölkəsinin Ermənistana həkim birqadası göndərmək barədə qərar verdiyini açıqlayıb. O bu barəəd öz Twitter səhifəsində yazıb. O bildirib ki, Ermənistanda koronavirusla bağlı vəziyyət kəskinləşdiyindən Litva hökuməti bu ölkəyə həkim və ekspertlərdən ibarət qrup göndərmək barədə qərar qəbul edib. Qeyd edək ki, Gürcüstan Baş naziri Georgiy Qaxariya da ölkəsinin Ermənistana həkim birqadası göndərəcəyini açıqlayıb. Bundan əlavə olaraq Estoniya hələlik həkim briqadası göndərməsə də, 30 min Avro miqdarında yardım edib. Estoniya bu məqsədlə “Ermənistan uşaqları” Fonduna (COAF) 30 000 Avro həcmində yardım köçürüb.

Avropa Parlamentinin məruzəçiləri – Azərbaycan üzrə Zhelen Zavko, Ermənistan üzrə Trayan Basesku və Avropa Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə həmsədri Mariya Kalyuran ilk dəfə birgə bəyanat qəbul etdilər.

Bu, Avropa Parlamenti rəsmilərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətlərlə bağlı ilk birgə sənədidir.

Sənəddə tərəflər Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə çağırılır.

Qeyd etmək lazımdır ki, belə bir bəyanatın qəbul edilməsi Ermənistanın və Nikol Paşinyanın diplomatik cəbhədə növbəti məğlubiyyətidir.  /konkret.az/