Son xəbərlər

Ermənistan Təhlükəsizlik Şurasının keçmiş direktoru David Şahnzaryanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı fikirləri ölkədə etirazlara səbəb olub.

Ermənistan Xarici İşlər Nazirliyi açıqlama yayaraq, Şahnazaryanı Azərbaycanın maraqlarına xidmət etməkdə ittiham edib.

XİN-in sözçüsü Anna Nağdalyanın sözlərinə görə, keçmiş kəşfiyyat şefinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Cenevrədəki görüşü haqda təhlilinin bugünkü reallığa heç bir aidiyyəti yoxdur: “”David Şahnazaryanın təhlilləri Azərbaycan tərəfi üçün cəlbedici ola bilər, lakin bu təhlilin əsas çatışmazlığı onun bugünkü reallıqla heç bir əlaqəsinin olmamasıdır”.

David Şahnazaryan Cenevrədə Qarabağ münaqişəsinin siyasi həlli ətrafında əsaslı danışıqların getdiyini iddia edib:

“Əsas məsələlərdən biri də Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşayış zonalarının yaradılmasıdır. Şuşa məsələsi və əsaslı danışıqların intensivləşməsi müzakirə olunur. Bu kontekstdə Cenevrədəki danışıqlarla paralel olaraq, ABŞ-ın Bakıdakı səfiri Litsenberger öz təşəbbüsü ilə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşdü”.

Yanvarın 29-30-da keçirilən görüşlərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış etdilər:

“Üç gün davam edən intensiv danışıqlar zamanı Minsk Qrupunun həmsədrləri və xarici işlər nazirləri gündəmdəki aşağıdakı məsələləri müzakirə etdilər: 2019-cu ildə müzakirə olunan razılaşma və təkliflərin icrası və xalqları sülhə hazırlamaq üçün növbəti mümkün addımlar; gələcək bir həll üçün əsas təşkil edən prinsiplər və elementlər; həll müddətini inkişaf etdirmək üçün müddət və gündəlik”.

Nazirlər yaxın gələcəkdə həmsədrlərin vasitəçiliyi altında yenidən görüşmək barədə razılığa gəlib. (teleqraf.com)

Çinin Vuhan şəhərində başlayıb bu günə qədər 22 ölkəyə yayılan yeni tip koronavirusla bağlı hər keçən gün daha dəhşətli iddialar ortaya atılır.

Çinin mətbuat orqanları hökumətin ictimaiyyətdən real rəqəmləri gizlətdiyini və virusdan ölənlərin qeydiyyatı aparılmadan yandırıldığını yazıb.

“Initium” xəbər saytı Vuhan şəhərindəki krematorium mərkəzlərində reportaj edib. Mərkəz işçiləri xəstəxanalardan gətirilən çox sayda cəsədin rəsmi qeydiyyatı aparılmadan yandırıldığını etiraf edib.

Çində fəaliyyət göstərən beynəlxalq yayım qurumlarının müxbirləri də hökumətin reallıqları gizlətdiyini təsdiq edib: “Çinin dünya ilə nələr paylaşdığı mövzusunda şübhəli davranmağının səbəbləri var. Çünki virusla bağlı bəzi şeylər haqqında daha şəffaf olsalar da, digər tərəfdən etibarsız məlumatlar verməyə davam edirlər. Real rəqəmlər açıqlanandan qat-qat çoxdur”.

Çinin artan xəstə sayını qarşılayacaq yataq və işçi heyəti potensialının olmadığını bildirən yerli media orqanları olayın dünyada əks olunması ilə Vuhandakı xəstəxananın 2 günə inşa edilməsi şousunun yaradıldığını və 24 saat canlı yayıma çıxmaqla təəssüratları çatdırmaq məqsədi güddüklərini bildirib.

Qeyd edək ki, Çin hökuməti virusdan ölənlərin sayını 213 olaraq açıqlasa da, təkcə Vuhan şəhərində minlərlə insanın dünyasını dəyişdiyi iddia olunur. Virusla mübarizə mümkünsüz olduğu üçün saysız-hesabsız insan öz evində ölümə tərk edilir.

Xatırladaq ki, daha əvvəl virusun yayıldığı bölgələrdə kütləvi məzarlıqların qazıldığı iddiaları mətbuata sızmışdı. (publika.az)

Rusiya Çinlə sərhədi bağladıRusiya koronavirusa görə Çinlə sərhədi bağlayıb.

"Ölkə.Az" gazeta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın baş naziri Mixail Mişustin koronavirusun Rusiyada yayılmasının qarşısını almaq məqsədilə Çinlə sərhədin bağlanması haqqında sərəncam imzalayıb.

Bundan öncə Rusiya Baş nazirinin müavini Tatyana Qlikova Pekindən başqa bütün Çin şəhərləri ilə dəmiryolu nəqliyyatını müvəqqəti olaraq dayandıracaqlarını açıqlamışdı.

Qeyd edək ki, son məlumatlara görə, koronavirus Çində 170 nəfərin ölümünə səbəb olub. Virus 18 ölkədə yayılıb.

Aprel savaşını Rusiya təşkil edib? – Politoloqdan AÇIQLAMA

Aprel müharibəsini Rusiya təşkil etməyib.

Bunu “168 Jam”a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

“Bu müharibə Rusiya tərəfindən yaradılmayıb. Belə ki, həmin dövrdə Paşinyan hakimiyyətdə olmayıb, Rusiya tərəfinin isə Sərkisyana qarşı heç bir iddiası olmayıb ki, hadisələrin belə inkişafına rəvac versin”, – deyə o bildirib.

Trofimçuk Paşinyanın hələ Rusiyaya müxalif olduğunu da vurğulayıb.

O, Paşinyanın Aprel müharibəsi haqqında məhz indi danışmasının onun Qarabağ konfliktində hadisələrin gələcək inkişafıyla bağlı öz planının olmasıyla əlaqələndirib:

“Onun bu çıxışlarını kimlə razılaşdırdığı hələlik aydın deyil. Bunun Moskva ilə olmadığı da dəqiq deyil”.

Qeyd edək ki, bundan öncə Qafanda təşkil etdiyi mətbuat konfransında çıxışı zamanı Paşinyan müxalifətdə olduğu dövrdə Rusiyanı Aprel müharibəsinin təşkilində ittiham etməsinə aydınlıq gətirib. Jurnalistin “Aprel müharibəsi ilə bağlı fikrinizi dəyişmisiniz?” sualına cavab olaraq Paşinyan deyib ki, bu məsələləri Ermənistanın müttəfiqləri ilə müzakirə edib. (axar.az)
Çində evlənməyə və ölü dəfn etməyə qadağa qoyuldu

Çinin paytaxtı Pekində ölümcül koronavirus səbəbilə evlənmək və dəfn etmək müvəqqəti olaraq qadağan edilib.

Bu barədə “China News” xəbər yayıb.

Qeyd olunur ki, vida mərasimində, adətən onlarla, hətta yüzlərlə insan toplaşdığı üçün virusun yayılmasına qarşı mübarizə öz töhfəsini vermir.

Digər tərəfdən, sevən cütlüklər tələbatın çox olduğu fevralın 2-də nikah qeydiyyatından keçə bilməyəcəklər. Məsələ burasındadır ki, 2 fevral 2020-ci il Çin dilində “Mən səni sevirəm, səni sevirəm” ifadəsi ilə uzlaşır, bu isə min ildə bir dəfə baş verən hadisədir.

Bundan başqa, 14 və 22 fevralda da nikah qeydiyyatından çəkinməyə çağırılıb.

Yanvarın 30-u gecə yarısına olan məlumata görə, Çində koronavirusdan ölənlərin sayı 170-ə yüksəlib, yoluxanların sayı isə 7,7 min nəfəri keçib. 170 nəfər xəstəliyin öhdəsindən gələ bilib və artıq evlərinə buraxılıb.

ÇXR ilə yanaşı, Yaponiya, Cənubi Koreya, Tailand, ABŞ, Almaniya, Avstraliya, Finlandiya və Fransada da yoluxma halları qeydə alınıb.

2019-nCoV virusu insandan insana ötürülür. /oxu.az/

ABŞ özünün sualtı qayıqlarına “Trident” nüvə raketləri yerləşdirib.

Bu məlumatı Amerika Alimlər Federasiyası yayıb. Məlumata görə, bu raketlərlə təchiz edilmiş ilk gəmi 2019-cu ilin sonlarında Atlantik okeanında patrul fəaliyyətinə çıxıb.

Qeyd edək ki, bu tip yeni döyüş başlıqlarının yaradılması haqqında məlumatı Tramp administrasiyası 2018-ci ilin əvvəlində paylaşmışdı. O zaman bütün döyüş başlıqlarının Rusiyanın qarşısının alınması üçün hazırlandığı vurğulanmışdı.   /Axar.az/

Daha bir ölkə Çinə bütün uçuşları dayandırdı
“Avstriya Hava Yolları” şirkəti (AUA) fevralın 9-dək Çinə olan bütün aviareysləri ləğv edib.

Azərtac xəbər verir ki, AUA tərkibində olduğu “Lufthansa” konserni ilə birlikdə koronavirusla əlaqədar belə bir qərar qəbul etmək məcburiyyətində qalıb.

Hazırda Şanxay və Pekin reysləri üzrə səfərdə olan təyyarələr Vyanaya geri qayıtdıqdan sonra Çinə uçuşlar təxirə salınacaq.

Dünyanın ən yaşlı qadını vəfat edib

Tacikistanda dünyanın ən yaşlı qadını vəfat edib.

Trend xəbər verir ki, Fatimə Mirzokulova 127 yaşında dünyasını dəyişib.

Qeyd olunur ki, o, 1893-cü il martın 13-də anadan olub.

Onun 8 övladı və 200-dən çox nəvə-nəticəsi olub.

Hazırda dünyanın ən yaşlı qadını Yaponiyada yaşayan 117 yaşlı Kane Tanaka hesab edilir. O, 1903-cü il yanvarın 2-də anadan olub.

Malayziyada daha 3 nəfər yeni növ koronovirusa yoluxub.

Bu ölkədə virusa yoluxanların sayı 7 nəfərə çatıb.

Məlumata görə, bütün yoluxanlar Çin vətəndaşlarıdır.

Qeyd edək ki, Çində yeni növ koronovirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.   /yenicag.az/

İranın İnqilab Keşikçiləri Ordusunun (“SEPAH”) Qüds korpusunun  yanarın 3-də ABŞ tərəfindən qətlə yetirilmiş komandiri Qasım Süleymaninin qızı Zeynəb Süleymani Livanda “Hizbullah lideri Seyid Həsən Nəsrullahla  görüşüb.
 İsrailin “The Jerusalem Post” nəşrinin  yaydığı məlumata görə, görüş yanvarın əvvəlində baş tutub.
Xəbərdə xatırladılır ki, atasının dəfn mərasimində Zeynab  Süleymani hər birini “əmi” adlandırdığı Nəsrullahı, Yəmən üsyançı lideri Əbdül Malik əl-Xutini və Suriya prezidenti Bəşər Əsədi atasının  qisasını almağa çağırıb. O, İranın ali dini lideri Ayətullah Əli Xameneyinin başçılıq etdiyi matəm toplantısında çıxış edən ilk qadın olub.
General Süleymaninin qızı “Tvitter”-də Nəsrullahla görüşün videosunu paylaşaraq belə bir şərh də yazıb: “Amerikanın və sionistlərin hörümçək yuvaları məhv ediləcək.”
Video-kadrlarda  Zeynəbin barmağında  atası general Süleymaninin ölüm anında barmağında olmuş üzüyə bənzər bir üzük də nəzərə çarpır. Qasım Süleymaninin qızının Hizbullah lideri ilə görüşü mehriban atmosferdə keçib. Lakin onlar arasındakı  söhbətin konkret detalları açıqlanmır. (moderator.az)