Yanvarın 8-də İranın İraqda Ayn əl- Əsəddəki ABŞ hərbi bazalarına raket zərbələri endirməsi nəticəsində 11 amerikalı hərbçi xəsarət alıb.
Turkustan.info xəbər verir ki, 11 əsgər Almaniya və Küveytdəki hərbi sağlamlıq mərkəzlərinə köçürülüb. Bu barədə ABŞ-ın Mərkəzi Qüvvələr Komandanlığı məlumat yayıb. İran bu hücumdan sonra “80 ABŞ öldürüldü” ifadəsini işlədib. Ancaq Pentaqondan heç bir əsgərin ölmədiyi, 11 hərbiçinin beyin sarsıntısı keçirdiyini deyib.
Xatırladaq ki, yanvarın 8-nə keçən gecə saatlarında İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket zərbəsi endirib. Bu, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ-ın hava zərbəsi nəticəsində Bağdadda ölümünə cavab idi. /Cebhe.info/
Şimali Koreya ordusundakı qadın əsgərlərin Kim Çen Inın qarşısında canfəşanlıq göstərmələri maraqlı görüntülərə səbəb olub.
DHA-ya istinadla xəbər verir ki, Şimali Koreya prezidenti Kim Çen Inın 2019-cu ildə baş tutan maraqlı görüntülərindən ibarət sənədli film hazırlanıb.
Həmin görüntülərdə ən maraqlı hadisə qadın hərbçilərin Kim Çen In üçün mahnı oxumaqları olub.
Videoda, Şimali Koreya prezidenti stulda əyləşir, 25 hərbçi qız isə ağlayaraq onun üçün mahnı oxumağa başlayır.
Prezidentə qarşı sevgilərini göstəmək istəyən hərbçi qızların qəribə hərəkətləri diqqəti cəlb edib.
Kim Çen In isə sakit şəkildə onları izləyib, sonda isə gülərək qızları alqışlayıb.
/Yeniavaz.com/
Elektrikli avtomobilə keçid Almaniyada 410 min nəfərin işsiz qalmasına səbəb ola bilər.
Almaniya hökumətinin Milli Avtomobil Platforması (NPM) tərəfindən aparılmış bir araşdırmaya görə, Almaniyanın daxili yanma mühərrikli avtomobillərdən imtina edib elektrikli avtomobillərə (elektromobil) keçməsi baha başa gələcək.
“Marja” xəbər verir ki, 2030-cu ilə qədər ölkənin elektrikli nəqliyyata keçməsilə 410 min nəfərin işsiz qalması gözlənilir.
İş yerlərinin bağlanmasının səbəbləri “elektrik mühərriklərin benzinlə çalışan mühərriklər ilə müqayisədə daha az ehtiyat hissəsinə malik olması və istehsalında daha az işçiyə ehtiyac olmasıdır”.
Daxili yanma mühərrikə ən azı 1200 ehtiyat hissəsi montaj edilir, elektrik mühərriki isə təxminən 200 ədəd ehtiyat hissəsindən istifadə edilməklə istehsal olunur.
Almaniyanın avtomobil sektoru cəmi əlavə dəyərin 5%-ini yaradır. Ölkədə məşğulluğun 3%-i də avtomobil sektoru tərəfindən təmin edilir. /Cebhe.info/
Ankara Vaşinqtonun təzyiqinə boyun əymədi və S-400-dən imtina etmir.
Turkustan.info xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Ellen Lord deyib.
“Yenə də mövqeyimiz eynidir. F-35 və S-400-lərin uyğunsuz olduğunu bildiririk. Təəssüf ki, Türkiyə S-400-lə bağlı hər hansı addım atmadı. Bu səbəbdən biz Türkiyədəki fəaliyyətimizi ( F-35 hissələrinin istehsalını Türkiyədən ABŞ-a daşımaq) davam etdiririk”, – deyə Lord bildirib. /Axar.az/
ABŞ tərəfindən raketlə vurularaq öldürülən iranlı generalın yanan avtomobildəki fotoları yayımlandı.
Turkustan.info xəbər verir ki, ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə bilinən Fox News televiziyası Qasım Süleymaninin qətl edildikdən sonrakı ekskluziv görüntülərini yayımlayıb. Verilən məlumatlarda bildirilir ki, hədəfə alınan hər iki avtomobil raketlə vurulduqdan sonra hadisə yerinə ABŞ əsgərləri gələrək Süleymaninin ölüb ölmədiyini dəqiqləşdirməyə başlayıblar. Bu vaxt onlar avtomobildən kənarda yanmış halda iranlı generalın və əşyalarının fotosunu çəkiblər. Həmin görüntülər isə “Fox News” televiziyası tərəfindən ekskluziv xəbər olaraq efirə verilib. Ancaq, Süleymaninin cəsədinin görüntüləri bulanıq şəkildə paylaşılıb. Buna səbəb isə cəsədin hücum sonrası narahatedici hala düşməsi ilə əsaslandırılıb.
Həmin görüntüləri təqdim edirik:
“Yaxın Şərqdəki problemləri həll etmək üçün İrandakı rejim dəyişməlidir”.
Bunu Kanadanın keçmiş baş naziri Jozef Harper deyib.
Ukrayna sərnişin təyyarəsinin Tehranda hava hücumunda müdafiə sistemləri ilə vurulması haqda danışan Harper bildirib: “Bu, sizə rejimin əsl mahiyyətini göstərir”.
Keçmiş baş nazir İranın dini-siyasi hakimiyyətini bölgənin təhlükəsizliyini təhdid etməkdə ittiham edib:
“Yaxın Şərqdə sülh istəyirsinizsə, əvvəlcə İrandakı rejim dəyişməlidir. Ukrayna təyyarəsinin vurulmasından sonra İrandakı etiraz aksiyalarının miqyasının daha da genişlənəcəyini düşünürəm. Məncə, bu, Yaxın Şərqdəki problemlərin həlli üçün bir fürsət olacaq. Bunun tezliklə olub bitəcəyini demirəm, amma İrandakı rejim dəyişikliyi Yaxın Şərqdəki problemlərin həllinə təkan verəcək. Bu, Yaxın Şərqin xaosdan xilas olması deməkdir”. (teleqraf.com)
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı üzvü Pol Qosar (Paul Gosar) 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata əsasən, bəyanatda Azərbaycanda “Qara Yanvar” kimi yadda qalan faciənin 1990-cı ilin yanvar ayında baş verdiyi, o zamankı SSRİ rəhbərliyinin azadlığı boğmağa və Azərbaycan xalqına öz siyasi iradəsini yeritməyə cəhd göstərdiyi diqqətə çatdırılır. Buna baxmayaraq, bildirilir ki, o zaman, Azərbaycan xalqı Sovet əsarətinə qarşı təngə gəldiyini və onunla mübarizə əzmini nümayiş etdirib.
Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərəst etiraz və azadlıq çağırışlarına rəğmən, Sovet rəhbərliyi bu çağırışlara silah və tanklarla cavab verdi. Bunun nəticəsində, 147 nəfər mülki əhalinin qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və həbs olunduğu bəyanatda bildirilir. Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən Azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və 1991-ci il avqust ayında müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır.
Bu monumental müstəqilliyin elanından sonra, Azərbaycanın regionda azadlıq mayakı rolunu oynadığı, ABŞ-la dost və müttəfiq olduğu xüsusi vurğulanır.
Bu xüsusda bəyanatda, həlak olanların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı qüdrəti təntənəli surətdə qeyd olunur. Konqresin digər üzvləri də Qara Yanvarı yad etməyə çağırılır və Azərbaycanın müttəfiq rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.
Bəyanatın ingilis dilində mətni ilə Konqresin https://www.congress.gov/116/crec/2020/01/09/CREC-2020-01-09-pt1-PgE22-5.pdf internet səhifəsində tanış olmaq mümkündür.
İordaniya Kralı II Abdullah Brüssel, Paris və Strasburqa səfəri çərçivəsində “France 24” telekanalına müsahibə verən II Abdulla bildirib ki, Yaxın Şərqdə İŞİD terrorçuları yenidən baş qaldırıb və təşkilatlanmağa başlayıblar.
Kral terrorçuların təkcə Suriyanın şərqində deyil, həm də İraqın qərb bölgələrində fəallaşdıqlarını diqqətə çatdırıb.
Məsələ ilə bağlı Cebhe.info-ya danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, İŞİD terror təşkilatının yerində yeni terror təşkilatı yarana bilər.
“Dünyanın təhlükəli terror təşkilatlarından olan “Əl Qaidə” terror təşkilatı 2001-ci ildə çox böyük hədəfi, Amerikanı vurdu və 3000 Amerika vətəndaşı həlak oldu. Sonra Amerika “Əl Qaidə” terror təşkilatına qarşı Əfqanıstanda, İraqda əməliyyatlara başladı. İndi bu terror təşkilatı haqqında heç nə danışılmır. Çünki lideri öldürüldü və təşkilat zəiflədi. Onun yerində daha güclü İŞİD yaradıldı. Hazırda İŞİD-də zəifləyib. Düşünürəm ki, İordaniya Kralı II Abdullah məhz bunu nəzərdə tutub və gələn xəbərlərə görə, İordaniya Kralı haqlı görünür. Çünki Suriyadakı İŞİD qalıqları Liviyaya keçə bilərlər. Çünki Liviyada xaosdur və müharibə gedir. Burada maraqlı olan əsl məsələ isə terrorçuların Suriyadan Liviyaya necə və hansı keçidlərlə keçmələridir. Yəni böyük dövlətlər bu keçidlərdən terrorçuların keçməsinin qarşısını ala bilmir? Çünki Suriyadan Liviyaya qədər kiçik məsafə deyil. Bu da bir sualdır. Digər tərəfdən İdlibdə də xeyli terrorçular var və şəhər terrorçuların nəzarətindədir.
Terrorçular da bilir ki, Rusiya və Suriya ordusu İdlibə hücuma keçə bilər. Buna görə onlar da şəhəri tərk edib özlərinə başqa məkan axtarırlar. Bu Liviya da ola bilər. Əsl məsələ həmin terrorçuların hansı yollarla Liviyaya gedib orada toplaşmasıdır. Kral ll Abdullah əslində bu sualı verməli idi. Əgər Suriyada terrorla mübarizədə uğurlar əldə edilibsə və sərhədlər nəzarət altındadırsa, bu terrorçular Liviyaya hansı yollarla gedib çıxırlar? Əvəllər məlumatlar vardı ki, bəzi Ərəb dövlətləri İŞİD-i maliyyələşdirir ki, Liviya hökuməti yıxılsın. Amma İŞİD zəifləyəndən sonra kimsə ona dəstək durmaq istəmədi. İŞİD-in yenidən aktivləşməsi bir yolla mümkün olar ki, İŞİD-in yerində yeni bir terror təşkilatı yarana bilər. Bu özü də beynəlxalq aləm üçün yeni bir təhlükə mənbəyinə çevriləcək”.
“Ölkə.Az” “unian”a istinadən xəbər verir ki, Ukrayna Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksey Danilov Tehranda vurulan təyyarənin gizli məqamlarını açıqlayıb.
Onun sözlərinə görə, təyyarənin vurulması ilə bağlı bir neçə versiya mövcud idi: “Məsələn, bunlardan biri ekzotik versiya idi. Bu versiyaya əsasən kimlərsə ABŞ-ın Tehrandakı rezidenturasının əməkdaşlarının evakuasiyana mane olmaq olub. Digər variant isə nüvə silahı və raket proqramında iştirak edən alimlərin İrandan çıxışmasına imkan verməmək olub”.
Ukrayna Prezidenti Vladimir Zelenski sabiq dövlət başçısı Petro Poroşenkonun arvadı Marina Poroşenkonu Milli Muzey Kompleksinin rəhbəri vəzifəsindən azad edib.
Növbəti sərəncamla isə öz həyat yoldaşı Yelena Zelenskayanı bu vəzifəyə təyin edib.
Bundan əvvəl xanım Poroşenko Ukrayna Mədəniyyət Fondunun rəhbəri postunu tərk etmişdi. O, bu qərarını hakimiyyətin təzyiqi ilə əlaqələndirmişdi. Sabiq birinci xanımın sözlərinə görə, mədəniyyət naziri Vladimir Borodyanski postu tərk etməklə bağlı ona müraciət edib. Xanım Poroşenko hesab edir ki, təzyiq ona Ukrayna prezidentinin ofisindən gəlib:
“Mənə yeganə irad soyadımla bağlı ola bilər. Ancaq mən soyadımı dəyişmək niyyətində deyiləm, 30 ildir bu soyadı daşıyıram və bununla fəxr edirəm”.
(cebhe.info)