Rusiyanın “Kosmos-2491” adlı “qatil-peyki” məhv edilib.
Rusiya media xəbərlərinə görə, bu barədə məşhur Amrika astronavtı Conatan Makdauel açıqlama yayıb. Qatil-peykin orbitdən çıxdığını bildirən astronavt, bunun ardınca dəhşətli partlayışın baş verdiyini, bununla da peykin “öldüyünü” bildirib.
Astronavtın sözlərinə görə, peykin vurulması ehtimalı ilə yanaşı, digər ehtimallar da mövcuddur. Belə ki, peykin kosmosdakı hər hansı yad cisimlə toquşması, mühərrik və ya batareyasındalı nasazlığın da partlama ilə nəticələnməsi mümkündür.
Astronavt peykin Rusiyanın özü tərəfindən məhv edilmə ehtimalının da mövcud olduğunu vurğulayıb. Amerikalı astronavtın sözlərinə görə, özü-özünü məhvetmə funksiyası Rusiya tərəfindən öncədən peyk proqramına daxil edilə bilərdi.
Bir sözlə, peykin məhvolma səbəbi dəqiq bəli olmasa da, onun “yaşamadığı” şübhəsizdir. Mütəxəssislər isə hesab edir ki, Rusiyanın “qatil peyki” hansısa təsadüf və qəza nəticəsində deyil, kənar bir müdaxilə nəticəsində məhv edilibsə, bu, Rusiya üçün ciddi təhdid və təhlükəsdən xəbər verir. Çünki bu cür çətin hədəfləri vurmaq kifayət qədər müşküldür və kimsə bunu bacarıbsa, bu, Rusiya üçün böyük problemlərin sadəcə başlanğıcıdır. (moderator.az)
Aksiyalarda daha çox ABŞ-ın öldürdüyü İran generalı Qasım Süleymaninin şəkilləri cırılır. Amerika dövlətinə dəstək şüarları da səslənir.
Bu hadisələrin fonunda başqa maraqlı hadisələr də baş verir. Məsələn, İran televiziyasının diktoru Gülarə Cabbari istefa vermək qərarına gəlib. O, qərarını “Instagram” profilindən elan edib.
Cabbari indiyə qədər səsləndirdiyi həqiqətə uyğun olmayan xəbərlərə görə üzr istəyib: “Bağışlayın, sizə 13 il yalan danışmışam”. (bizimyol.info)
Evdar qadınları da vergiyə cəlb etmək lazımdır.
Turkustan.info xəbər verir ki, bu fikri rusiyalı deputat Sergey Vostretsev təklif edib. Deputat bildirib ki, əmək qabiliyyətli 20 milyona yaxın insan vergidən yayınır: “Halbuki onların ödədiyi vəsait dövlət büdcəsinə trilyonlarla rubl əlavə gəlir verə bilər.Əmək Nazirliyi 29 milyon insanı tapa bilmir. Nədir, onların uşağı yoxdur, özləri yoxdur, heç yerlərindən tərpənmirlər? Gəlin, onlara baxaq!”
Deputat bildirib ki, nazirlik bu məsələyə aydınlıq gətirməyə söz versə də, alınmayıb: “Özünüməşğulluq haqqında” Qanunun qəbulundan sonra ondan ancaq 20 min insan yararlanıb. Baxaq, görək daha nə qədər adam kölgədən çıxacaq. Fakt budur ki, onlar heç bir qrupa daxil deyillər- əlillikləri yoxdur, oxumurlar, təqaüdçü deyillər, işsiz deyillər, çoxuşaqlı ana deyillər. Ancaq poliklinikalarda güzəştlərdən yararlanmaq üçün birinci onlar qaçır”.
Deputatın fikrincə, bu şəxslər də sösial ödənişləri həyata keçirməlidirlər: “Sonra da şikayətlənirlər ki, müəllim və həkimlərin maaşı azdır. Əgər əhalinin üçdə biri vergi vermirsə, az olacaq. Bu dövlət deyil, nəsə qarmaqarışıq bir şeydir”.
Deputatın çıxışı cavabsız qalmayıb. Rusiyalılar maraqlı təkliflərlə qarşılıq veriblər.
““Bomj”lardan vergi tutun, ərlər isə evdə işləyən arvadlarına maaş versinlər. Bundan sonra isə kassa aparatı qoyulsun- borş 200 rubl, seks 2000 rubl”,– deyə sosial şəbəkə istifadəçilərindən biri yazıb. /Cebhe.info/
ABŞ prezidenti Donald Tramp İranda keçirilən aksiyalarla bağlı diqqətçəkən görüntülər yayımlayıb.
Turkustan.info xəbər verir ki, kadrlarda iranlı nümayişçilərin yerə atılan ABŞ və İsrail bayraqlarına hörmətlə yanaşdığı əks olunub. Etirazçılar bayraqları tapdalamamaq üçün istiqamətlərini dəyişiblər. Donald Tramp bildirib ki, iranlıların bu addımı böyük irəliləyişdir. O sosial media hesabında yazıb:
“Möhtəşəmdir. İranlı etirazçılar böyük ABŞ bayrağını tapdalamağı və ya hansısa şəkildə təhqir etməyi rədd etdilər”.
Qeyd edək ki, Tehranda, Ukraynaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı hökumət əleyhinə aksiyalar baş qaldırıb.
/Publika.az/
Dərc olunan materiallara əsasən, bu məsələdə əsas rolu Suriyanın özəl «Cham Wings » avişirkətinin iki işçisindən alınmış məlumat oynayıb.
İsrail mətbuatının yazdığına görə, casuslardan biri Dəməşq aeroportunda, ikincisi isə Dəməşqdən uçan və Süleymanini Bağdada gətirən təyyarədə olub. Əməliyyatın daha iki iştirakçısı isə Bağdad aeroportunun təhlükəsizlik xidməti əməkdaşları olublar.
«Röyter» təsdiqləyir ki, Süleymani birbaşa trapa gətirilib və qeydə alınmış sərnişinlərin siyahısında onun adı olmayıb. O, öz təyyarəsi ilə uçmayb və mobil telefondan istifadə etməyib.
Təyyarə yanvarın 3-ü gecə saat birin yarısında yerə enib. Trapda Süleymanini Əbu Məhdi əl-Mühəndisi – «Həşd əl-Şəbi» şiə üsyançı birləşməsinin komandan müavini gözləyib. Sərhədçilərdən yan keçməklə, zirehli avtomobillər aeroport ərazisindən çıxıblar. Yerli vaxtla 00:55-də onlara raket zərbəsi endirilib. /BakuPost/
Rusiya ordusunun atdığı “İsgəndər-M” ballistik raketi Qazaxıstanın Aqtöbe şəhərinə düşüb.
Turkustan.info xəbər verir ki, mərmi boş əraziyə düşdüyündən tələfat qeydə alınmayıb. Bildirilir ki, raket təlim zamanı Rusiyanın Həştərxan vilayətindəki kosmik bazadan atılıb. Lakin raket şərti hədəfə tuş gəlməyib. Hadisədən dərhal sonra Rusiyanın hərbi diplomatları qazaxıstanlı həmkarları ilə əlaqə quraraq vəziyyət barədə söhbət aparıblar.
Qazaxıstanın Müdafiə Nazirliyinin məlumatına görə, raketin düşdüyü ərazi mühasirəyə alınıb. Ölü və yaralılar yoxdur. Hadisə barədə araşdırma aparılır. /Publika.az/
Ukraynada yaşayan keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvili növbəti açıqlamaları ilə gündəmə gəlib.
“Mtavari Arxi” (Əsas kanal) telekanalına müsahibə verən siyasətçi Gürcüstanın Avropa Birliyi ilə vizasız rejim barədə saziş imzalamasını səhv adlandrıb.
O həmçinin, 2008-ci ilin “5 günlük” döyüşlərindən sonra İsveç və Polşa xarici işlər nazirləri ilə birlikdə vizasız rejimin tətbiqinə başladıqlarını da əlavə edib.
“Gürcülər kütləvi şəkildə Avropaya axın edir. Kutaisi aeroportunda oturan dəlisov avstriyalı polis isə vətəndaşları üzdən yoxlayır. Məhz mənim iştirakımla Avropa Birliyi ilə vizasız rejim təklifi hazırlandı. Amma indi özüm-özümü lənətləyirəm ki, bunu etdim. Axı vətəndaşlarımız Avropaya kütləvi axın edir”.
Gürcüstanda barəsində 2 həbs hökmü olan Saakaşvili tezliklə ölkəyə dönəcəyini də anons edib. (modern.az)
“New York Times” İran tərəfindən vurulan Ukaryna təyyarəsi barədə yeni məlumatlar yayımlayıb.
Turkustan.info “New York Times”a istinadla xəbər verir ki, mütəxəssislər Ukrayna təyyarəsinin vurulma görüntüləri, uçuş məlumatları və digər informasiyaları təhlil ediblər. Verilən məlumatlarda bildirilir ki, yanvar ayının 8-də gecə saat 01:20-də İran Qasım Süleymaninin öldürülməsinə qarşılıq olaraq ABŞ-ın İraqda yerləşən hərbi hissələrini vurur. Bundan cəmi 4 saat sonra səhər 06:12-də 752 saylı uçuşla Ukraynadan təyyarə yola düşür. Təyyarə öz marşrutu ilə hərəkət edərək təxminən 8 min fut yüksəkliyə qalxır. ABŞ-lı mütəxəssislər bildirir ki, bu ana qədər hər şey yolunda gedir. Saat 06:15-də təyyarə radarlardan itir. Ancaq bu vaxt ərazində təyyarəyə hələlik heç bir raket atılmayıb. Bundan 30 saniyə sonra təyyarə vurulur. “Boing-737-800″ün 30 saniyə ərzində radarlardan nə üçün itdiyi hələlik müəmmalı olaraq qalır. Təyyarə vurulduqdan sonra bir neçə dəqiqə alovlar içində uçmağa davam edir. 06:19-da isə İran tərəfindən vurulan təyyarə yerə çırpılır. Təyyarənin parçaları 1500 metrdən çox məsafədə ətrafa yayılır, quyruğu və təkərləri 500 metr uzaqlıqdan tapılır.
Ukrayna təyyarəsinin İranda vurulması ilə bağlı yeni bir detal ortaya çıxıb.
İranın hava hücumundan müdafiə sistemləri Ukrayna təyyarəsi əvəzinə Türkiyə hava yollarına məxsus sərnişin təyyarəsini vura bilərdi.
Məlumata görə, Türkiyəyə sərnişin aparmağa hazırlaşan təyyarə Ukrayna təyyarəsi ilə eyni vaxtda uçuşa hazırlaşıb. Amma təyyarənin 2 dəqiqə gec qalxması onlarla insanın həyatda qalmasını da təmin edib.
Maraqlıdır ki, Türkiyə Hava Yollarına məxsus sərnişin təyyarəsinin Ukrayna təyyarəsindən 9 dəqiqə əvvəl qalxdığı rəsmi sənədlərdə qeydə alınıb. Hesab olunur ki, türk təyyarəsi Ukrayna təyyarəsi ilə eyni saatda qalxsaydı, İran raketlərinin hədəfinə gələcəkdi.
İran tərəfi Ukrayna təyyarəsinin “səhvən” vurulduğunu etiraf edərək, üzr istəyib. (teleqraf.com)
Filippin adalarında Taal vulkanı fəaliyyətə keçib.
Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Filippin adalarında yerləşən Taal vulkanında püskürmə baş verib. Zonada həyəcan səviyyəsi 3-ə qaldırılıb ki, bu da yenidən partlayışların ola biləcəyini göstərir.
Vulkanın püskürməsi səbəbilə heç bir can itkisi və ya yaralanma hadisəsi baş verməyib. Lakin vulkanın ətrafında olan bütün qəsəbə və kəndlərin əhalisi – 80 min nəfər evakuasiya olunub.
Yerli səhiyyə orqanları bölgədəkilərə vulkanın kül və dumanından qorunmaq üçün maska taxmağı məsləhət görüblər. Hazırda vulkana yaxın rayonlarda yağışla birlikdə göydən kül və kiçik daş parçaları da yağır. /Yeni Sabah/