"Ölkə.Az" bildirir ki, Zərbə Liviya Milli Ordusu Hərbi Hava Qüvvələri tərəfindən sahə marşalı Xəlifə Haftarın əmrinə əsasən vurulub. Yanvarın əvvəlində o, “xarici qüvvələrə qarşı mübarizə” üçün ümumi səfərbərlik elan edib. Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin işlərinə qarışmaqda məsuliyyət daşıyır.
Qeyd edək ki, 2011-ci ildə Liviyada vətəndaş müharibəsi başlayıb. (oxu.az)
"Ölkə.Az" bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə ABŞ-la İran arasında münaqişənin dərinləşməsindən narahatdır. Bu, regiondakı qeyri-sabitliyi gücləndirir.
"Biz regionumuzda qeyri-sabitlik riskini artıran ABŞ-la İran arasındakı vəziyyətin inkişafını narahatlıqla izləyirik. Bu, təkcə İraqda baş verənlər deyil, problemlər Suriyada da mövcuddur, indi Liviyada da hadisələr baş verir.
ABŞ və İran arasında vaxtaşırı gərginlik yaranır. Bu, çat verə bilər. Fikirləşməyə dəyər: o, hara apara bilər?", - Türkiyənin dövlət başçısı deyib.
"Ölkə.Az" bildirir ki, yanğınlar nəticəsində 4 milyon hektar meşə zolağı yanıb, yanğında ən azı 23 insan ölüb. Bundan başqa, 17 nəfər itkin düşüb.
İçlərisində koala, kenquru kimi məməlilər olan 480 milyon heyvan yuvasız qalıb.
Alimlərin fikrincə, bu, ekoloji fəlakətlər arasında ən ciddisidir.
NASA-nın kosmosdan çəkilmiş sonuncu şəkli yanğının miqyasını görməyə yardım edir. (oxu.az)
"Ölkə.Az" bildirir ki, “Primamedia”nın məlumatına görə, hadisə ilə bağlı görüntülər “Youtube”da yayılıb.
Bildirilib ki, əyalətin Fövqəladə Hallar Xidmətinə hadisə ilə bağlı 45 müraciət daxil olub.
Avtomobillərin bəzilərinin qismən batdığı, hadisə nəticəsində heç kimin xəsarət almadığı bqeyd edilib.
Rusiyanın hərbi polisi ABŞ-ın Suriyada boşaltdığı strateji bazaya yerləşib.
Turkustan.info xəbər verir ki, Tel Samin kəndindəki hərbi baza köhnə bir məktəbin binasında yerləşir. Rus hərçbiləri bazaya yerləşdikdən sonra ərazidə patrul yoxlanışı aparıb.
Qeyd edək ki, sözügedən hərbi baza Rakkanı Suriyanın mərkəzi, həm də şimal bölgələri ilə birləşdirən strateji nöqtədə yerləşir və baza bir neçə gün əvvələ qədər ABŞ hərbçilərinin nəzarətində idi. /Axar.az/
Pakistan – Hindistan sərhədində şiddətli toqquşma baş verib.
Turkustan.info Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan ordusundan məlumat verilib. Bildirilib ki, hindistanlı əsgərlərin Kəşmir bölgəsindəki Hacı Pir nəzarət məntəqəsini atəşə tutması nəticəsində iki pakistanlı hərbçi həlak olub. Açıqlamaya görə, cavab atəşi nəticəsində Hindistana məxsus hərbi məntəqə yerlə bir edilib. Nəticədə 3 əsgər həlak olub.
Hindistan ordusu isə atəşkəsin pozulmasına görə, qarşı tərəfi ittiham edib. Atışma zamanı daha bir dinc insanın həlak olduğu bildirilir. Toqquşma zamanı hər iki tərəf ağır silahlardan istifadə edib. Hazırda sərhəddə ara-sıra silah səsləri eşidilir. /Publika.az/
“Ölkə.Az” xəbər verir ki, Qazaxıstan Respublikası Baş Nəqliyyat Prokurorluğundan verilən məlumata görə, Fokker-100 təyyarəsi Almatıda qəzaya düşüb.
2Bek Air” Hava Yollarına məxsus olan təyyarə Almatı-Nur - Sultan reysi ilə hərəkət edib. etdi. Uçuş zamanı təyyarə yüksəkliyini itirərək, şəhərin yaşayış sektoru ərazisindəki iki mərtəbəli binaya çırpılıb.
Təyyarədə 95 sərnişin və 5 ekipaj üzvü olub. Son məlumatlara görə, qəzada 14 nəfər ölüb. Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, daha 30 nəfər yaralanıb. Onlardan 20 nəfərin vəziyyəti ağırdır.
Hadisə yerində xilasedicilər işləyir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olanların yaxınlarına başsağlığı verib.
Prezident Tokayev, faciədə günahkar olanların hamısının ciddi şəkildə cəzalandırılacağına söz verib.
“Demoqrafik vəziyyəti dəyişmək üçün iqlim şəraiti məqsədli şəkildə dəyişdirilir”.
Turkustan.info bildirir ki, bunu Cebhe.info-ya açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov qış fəslində havaların iyun-iyul aylarındakı kimi isti keçməsinə münasibət bildirərkə deyib:
“Qış mövsümündə havanın temperaturunun normadan artıq olması epidemiya xəstəliklərin yayılmasına səbəb olacaq. Bunun da əsəs səbəbi meteoroloji silahlardan istifadə edilməsidir. Məqsəd isə yer kürəsində yaşayan insan sayını azaltmaqdır. Yəni demoqrafik vəziyyəti süni yolla dəyişmək istəyirlər. Bu siyasət çoxdan həyata keçirilir. Dünyanın iki böyük güc mərkəzi olan Amerika və Rusiya arasında “kapital müharibəsi” gedir. Əsasən də Qərb dövlətləri dünyanı iki yerə bölüblər – varlı və yoxsul. Varllar yoxsul qismi məhv etməyə çalışır. Digər tərəfdən iqlimin quraq keçməsi torpaqların quraqlaşmasına və kənd təsərrüfatının məhvinə gətirib çıxaracaq. Əsas məqsəd isə insanların sayını minimuma endirməkdir”. Amma onlar bilməlidirlər ki, özləri də məhv olurlar”.
Türkiyə Prezidenti 15 dekabrda bildirmişdi ki, lazım gələrsə, ABŞ-ın yararlandığı İncirlik hərbi bazasını bağlayacaq. Lakin indi məlum olub ki, Pentaqon İncirlik aviabazasında təmir-tikinti işləri aparmaq üçün 8 Türkiyə şirkəti ilə 95 milyon dollarlıq müqavilə imzalayıb.
Turkustan.info xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, müqaviləyə görə işlər 2024-cü ildə başa çatmalıdır:
“Bundan başqa, ABŞ hökuməti Adana şəhərində (İncirlik bu vilayətin ərazisindədir) yeni Baş Konsulluq binasının tikintisi üçün tender elan edib.
Yəni nə Türkiyə amerikalıları öz torpaqlarından çıxarır, nə də amerikalılar oradan çıxır. ABŞ-ın Aralıq dənizi və Orta Şərq regionlarındakı maraqları baxımından İncirlik önəmlidir”.
Politoloq rəsmi Ankaranın maraqları haqqında da danışıb:
“Türkiyənin isə marağı bundan ibarətdir ki, son vaxtlar Yunanıstanda hərbi mövcudluğunu artıran, Aralıq dənizində ərazi suları və enerji məsələləri ilə bağlı mübahisələrdə yunan tərəfini dəstəkləməyə meyillənən (Konqres xətti) Vaşinqtonu öz siyasətini təkrar balanslaşdırmağa yönəltsin. Eyni zamanda, ABŞ-la münasibətlərdə böhranın dərinləşməsi kövrək Türkiyə iqtisadiyyatına sarsıdıcı təsir göstərə bilər ki, bu da Ankaraya lazım deyil”.
Ş.Cəfərlinin sözlərinə görə, böyük ehtimalla önümüzdəki dönəmdə S-400 məsələsi də hansısa şəkildə çözüləcək və Türkiyə F-35 təyyarələrini alacaq:
“Çünki hərbi aviaparkının köhnəldiyi və alternativin də hələ ki olmadığı şəraitdə Türkiyənin istehsalında yer aldığı halda F-35-dən imtinası ciddi xəta olardı. Bu təyyarələr Türkiyəyə həm bölgənin ən böyük hava gücünə (İsraillə bərabər) çevrilməyə, həm də 2021-ci ildə hazır olacaq 232 metrlik “TCG Anadolu” desant gəmisini kiçik aviadaşıyıcı kimi istifadə etməyə imkan verəcək”. /Axar.az/
Afinada Aralıq dənizində yeni müharibə ssenariləri üzərində hazırlıq aparılır.
Turkustan.info xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti yazıb.
Məqalədə deyilir ki, Yunanıstan və müttəfiqləri Aralıq dənizinin şərqində gərginliyi sistemli şəkildə yüksəldir.
Türkiyənin Liviya ilə anlaşma imzalaması və Aralıq dənizində güc balansını öz xeyrinə dəyişdirməsindən sonra Yunanıstan Ankaraya qarşı cəbhə formalaşdırmaq istiqamətində hərəkətə keçib.
Yunanıstanın xarici işlər naziri Nikos Dendias ötən həftənin əvvəlində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi, həftə sonu isə Misirdə idi. Bu səfər marşrutunun Liviyada tamamlanması diqqət çəkdi.
Dendias Liviyaya səfəri zamanı BMT-nin tanımadığı general Xaftarın dəstəsinin üzvləri ilə – Abdullah əs-Sinni və Abdulhadi əl-Haviclə, daha sonra Xaftarın özü ilə görüşdü. Görüşdə Liviyanın BMT tərəfindən tanın Milli Barışıq Hökumətinin (MBH) Türkiyə ilə Aralıq dənizində sərhədlərin müəyyən edilməsi ilə bağlı razılaşması müzakirə olunub, Xaftarın bunu tanımadığı qeyd edilib.
Yunan nazirin Liviya, Misir, cənubi Kipr, BƏƏ və Səudiyyə Ərbistanına səfərləri ilə bağlı yerli medianın iddiası xüsusi diqqət çəkir. Xaftara yaxın media orqanlarında Yunanıstan və Misir donanmalarının “Livanın sahil xəttini qorumaq” adı altında ortaq hərbi güc yaratmaq istədiklərini yazıb. Bu ittifaqın qurulması Türkiyənin Liviya Milli Barışıq Hökumətinə silah və hərbi yardımın qarşısını almağa hesablanıb.
Yunanıstanın müdafiə naziri Nikos Panaqiotopoulos da eyni mesajlar verib.
“Bu, o qədər də bəsit olmayacaq. Türkiyə bu addımına görə bir çox ölkəni qarşısında görəcək”, – Nikos Türkiyənin Liviyaya hərbi yardım etməsi ilə bağlı qərarını şərh edərkən deyib.
Aralıq dənizində gərginliyi artıracaq digər səbəb İsrail qazının Türkiyədən yan keçərək, Avropaya çıxarılmasını təmin edəcək “EastMed” boru xəttidir. Yunanıstan, cənubi Kipr və İsrailin bu boru xətti ilə bağlı son anlaşmanı 2020-ci ilin 2 yanvar tarixində imzalayacağı gözlənilir. Afinada keçiriləcəyi gözlənilən imzalanma mərasiminə Yunanıstanın baş naziri Kiryaos Miçotakis, Cənubi Kiprin lideri Nikos Anastasiades və İsrailin baş naziri Binyamin Netanyahunun qatılacağı deyilir.
İmzalanacaq anlaşmaya görə, İsrailin Levant hövzəsindəki təbii qaz rezervlərini daşıyacaq “EastMed” boru kəməri Aralıq dənizindən keçərək, Girit adası və Yunanıstana, oradan da İstaliyaya qədər uzanacaq. Boru xəttinin tranziti Türkiyənin planlaşdırdığı xətt üzərindən keçir.
Bütün bunların fonunda Liviyadakı qarşıdurmada Rusiyanın Xaftara verdiyi dəstəyi artırması diqqət çəkir. Liviya Milli Barışıq Hökumətinin daxili işlər naziri Fethi Başağa Xaftarın dəstəsinə Rusiyanın muzdlu əsgərlərinin liderlik etdiyini açıqlayıb.
ABŞ mediasına danışan Başağa bildirib ki, Rusiya Xaftara dəstək olaraq, Milli Barışıq Hökumətinə 2 min 500 top atəşi atıb. Bununla yanaşı, ruslar MBH-nin dronlarının qarşısını almaq üçün Xaftara müasir texnologiyalar verib.
İsrail kəşfiyyatına yaxınlığı ilə tanınan “Debkafile” saytı isə Misirin prezidenti Sisi tərəfindən Xaftara dəstək olaraq göndərdiyi tankların Liviyaya çatdığını yazıb. Məlumata görə, T-72 tankları və digər zirehli texnika dekabrın 19-da Xaftara verilib.
Bir tərəfdən Türkiyəyə qarşı cəbhə yaratmağa çalışan Yunanıstanın digər tərəfdən müharibə ssenariləri üzərində hazırlıq apardığı haqda məlumatlar var.
Yunanıstanın “Kathimerini” media orqanı dövlət rəsmilərinə istinadən yazıb ki, hökumət 4 müxtəlif ssenari üzərində plan hazırlayıb.
Birinci ssenari: Türkiyənin Livyanın Giritin cənubuna yaxın bölgəsinə araşdırması gəmisi göndərməsi;
İkinci ssenari: Türkiyənin döyüş gəmilərinin müşahidə etmədiyi araşdırma gəmisini Yunanıstan sularına göndərməsi;
Üçüncü ssenari: Yunanıstan sularına hərbi donanmanın nəzarətindəki araşdırmaq gəmisi göndərməsi;
Dördüncü ssenari: Türkiyənin hərbi donanma və döyüş təyyarələrinin müşahidə etdiyi araşdırması gəmisi göndərməsi;
İddialara görə, Yunanıstan ordusu bu 4 ssenariyə qarşı ayrı-ayrılıqda plan hazırlayır. /Publika.az/