CNN Türk-ə istinadən xəbər verir ki, Ərdoğanın səfəri 13 noyabrda baş tutacaq.
O, səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Türkiyə Prezidenti yanında Rəyasət Heyətinin Ali Məşvərət Şurasının üzvü Bülent Arınç son günlər verdiyi qalmaqallı açıqlama ilə bağlı ölkə gündəmindən düşmür.
“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, siyasətçi reportajında qanunvericilikdə verilən qərarları şərh edərkən “Faciədir. Ətrafımda o qədər bu qərarlardan doğan fəlakətin qurbanları var ki, onlara yazığım gəlir, mərhəmət göstərirəm. Əslində onlardan da üzr istəyirəm” ifadələrini işlədib.
Arınç həmçinin, FETÖ ilə bağlı oxunan hökmlərdə böyük səhvlərə yola verildiyini bildirərək məhkəmələri sərt şəkildə tənqid edib. Onun sözləri hakim partiya daxilində mübahisələrə səbəb olub. Hətta, Prezident Rəcəb Tayyib Ərdoğan da ötən gün B. Arınçın açıqlamasını tənqid edib: “Dostlar, o, yaxşı bir hüquqşünas olduğuna görə qərarları “faciə” olaraq dəyərləndirməsini böyük təəssüflə qarşıladım. Bu gün onsuz da toplantımız var. Bunu da öz aramızda dəyərləndirəcək, bu barədə danışacağıq”.
Daha sonra Ali Məşvərət Şurası Ərdoğanın rəhbərliyi altında yığıncaq keçirib. Təxminən 3 saat davam edən tədbirdə diqqətçəkən məqam isə Arınçın Ərdoğanın yanında əyləşməməsi olub. Belə ki, sonuncu dəfə 2 noyabrda keçirilən toplantıda o, Prezidentin sol tərəfində əyləşmişdi.
“Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır. O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşündə deyib.
O qeyd edib ki, Bakının memarlığı Azərbaycanın milli sərvətidir:
“ İçərişəhər UNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir. Eyni zamanda, şəhərin hər bir yeri abad olmalıdır. Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni, şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq. Onlar da əlbəttə ki, özlərini Bakıda rahat hiss etməlidirlər. Ancaq biz, ilk növbədə, şəhər sakinlərinin problemlərini həll etməliyik. Ona görə siz rayon icra hakimiyyətlərinin başçılarını yığın və həm abadlıqla, həm də təsərrüfat işləri ilə bağlı müşavirə keçirin. İlk növbədə, xoşagəlməz hallara son qoyulmalıdır. Süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır. Əgər kim bu sahədə öz işinə düzəliş etməsə, biz o adamlarla vidalaşacağıq və bu, onlar üçün hələ ən yüngül cəza olacaqdır. Biz şəhərimizi inkişaf etdirməliyik. Bir daha demək istəyirəm ki, Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaqdır”.
''Ölkə.Az'' xəbər verir ki, Malayziya kralı sultan 5 ci Məhəmmədlə rusiyalı modelin boşanması media gündəmi zəbt etmişdi. Modelin evlənmədən bir neçə həftə əvvəl saxta adla realiti şouya qatılması iddia olunmuşdu və həmin proqramda Elisey Poliscuk adlı kişi ilə hovuzda intim görüntüləri yayımlanmışdı.
Belə ki, həmin görüntülərdən sonra Oksananın uğruna taxt-tacdan imtina edən sultan, uşaqları dünyaya gəldikdən sonra modellə rərsmi münasibətlərini bitirib. Üstəlik uşağın atasının Malayziyanın kralı olmadığı iddia edilib.
Bütün bu hadisələrdən sonra susan Oksana keçən gün öz ''İnstagram'' hesabında açıqlama verib. O, uşağının şəklini paylaşaraq "analığımının hər dəqiqəsi üçün şükr edirəm, oğlumla hər anı doya-doya yaşayıram" sözlərini yazıb: "Oğlumun atası uşaq doğulduğu gündən bəri özünü bilərəkdən bu anlardan məhrum edir. Bütün bunlar məni çox incidir. Kaş ki, hekayəmdə daha çox həqiqəti paylaşardım sizinlə lakin, bu, hər kəsi çox incidər".
Qeyd edək ki, "Miss Moskva 2015" Oksana Malayziya kralına görə müsəlman olmuşdu.
BƏƏ-nin Baş Naziri və Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun altıncı həyat yoldaşı şahzadə Həyya Londona qaçdıqdan sonra orada İordaniya səfirliyində yüksək vəzifə alıb.
“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, şahzadə Həyyanın adı Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən diplomatik siyahılarda hallanır. Sənədlərdə onun adı “birinci katib” kimi keçir.
Qeyd edək ki, Həyya bin əl-Hüseyn mərhum İordaniya kralı Hüseynin qızıdır. O, Əl-Məktumla 2004-cü ildə ailə həyatı qurub. Onların iki övladı var.
“Burada heç nə bitməyib. Hər an hər şey ola bilər”.
Bunu Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.
Baş qərargah rəisi və quru qüvvələrinin komandanı ilə birlikdə Suriya sərhəd nöqtəsində xidmət edən əsgərlərə baş çəkən nazir “Barış pınarı” əməliyyatı çərçivəsində Tal Abyad şəhərindəki türk əsgərlərinə səslənib: “Hər an hər şey ola bilər. Türkiyənin İŞİD ilə mübarizəsini görməmək birmənalı şəkildə korluq, cahillik və inaddır”. (publika.az)
Türkiyə Cümhuriyyətinin 96 illiyi münasibətilə prezident Rəcəb Tayyib Ərdoğan qəbul mərasimi keçirib.
Tədbirdə 5 minə yaxın qonaq olub. Onları girişdə 16 türk dövlətini təmsil edən əsgərlər qarşılayıb.
Prezidentlə xanımı “Sülh Çeşməsi Hərəkatı”nda xidmət göstərən əsgərlərlə birlikdə salona daxil olub.
Tədbirdə siyasətçilərlə yanaşı bir çox məşhur sənətçilər də iştirak edib. Onların arasında Orhan Gencebay, Acun Ilıcalı, Kibariye, Demet Akalın, İrem Derici, Ece Erken, Hakan Peker, Kutsi, Metin Şentürk, Esra Erol, Reynmen və s sənət adamları olub.
“
Rusiya rəsmilərindən aldığımız məlumatlara görə, hazırda terrorçular tamamilə ərazidən çəkiliblər. Biz Suriya torpaqlarına qalmağa yox, o torpaqları terror təhlükəsindən təmizləmək üçün getdik”.
APA-nın yerli bürosunun xəbərinə görə, 29 oktyabr Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibətilə Ankaradakı Beştəpə Millət Konqresi və Mərkəzində keçirilən bayram tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri bildirib.
Prezident deyib ki, ABŞ-la 120 saatlıq, Rrusiya ilə 150 saatlıq razılaşma müddəti başa çatsa da, sabahdan yenə də Suriya mövzusunda fəaliyyətlər, görüşlər davam edəcək: “Bununla da “Barış bulağı” əməliyyatını yekunlaşdırmaq cəhdləri içərisindəyik. Qərb ölkələri ilə də görüşlərimiz olacaq. Mən də daxil olmaqla, xarici işlər nazirimiz, müdafiə nazirimiz, milli təhlükəsizlik qurumumuz, baş qərargah rəisimiz səviyyəsində görüşlər davam etməkdədir. Həm Türkiyə, həm də ölkəmizlə sərhəddə olan Suriya sərhədlərini ən qısa zamanda terrorçuardan tam təmizləyəcəyik”.
Ərdoğan qeyd edib ki, “Barış bulğaı” əməliyyatı çərçivəsində Türkiyə ordusu 30-a yaxın, Suriya Milli Ordusu isə 130-a yaxın şəhid verib: “Dünyada Avropadan Qafqazadək türk miləti qədər soyqırıma, zülmə, ədalətsizliyə məruz qalan ikinci bir millət yoxdur. Buna rəğmən biz, mədəniyyətimizin və tariximizin tələblərindən irəli gələrək sərhədlərimizdən kənara heç bir zaman çıxmadıq və çıxmayacağıq. Bizdən başqa hər kəsin Suriyadakı marağının mərkəzində neft mənbəyi olduğu bir daha ortaya çıxıb. Ölkəmiz terrorla mübarizə apararkən Qərb ölkələri başda olmaqla bir çox dövlətlərin bu mübarizədə səmimi olmadığını, ikiüzlü olduğunu ifşa etdi. Türkiyə milli təhlükəsizliyini öz gücü hesabına qoruya biləcəyini bir daha sübut etdi”.
Bayram münasibətilə xalqını və Türkiyə ilə dostluq əlaqələri olan ölkələri təbrik edən Ərdoğan Türkiyə Respublikasının 100 illiyi üçün 2023-cü ildə çox önəmli hədəflərin müəyyənləşdirildiyini də vurğulayıb.