"Ölkə.Az" axar.az-a istinadən bildirir ki, Videoda türk pilotların Yunanıstan hərbi təyyarələrinə Egey dənizi üzərində uçmağa imkan verməməsi, davamlı olaraq qovması və sonda yunan pilotların həmin hava məkanını tərk etməsi görünür.
Qeydə alınmış görüntülərdə türk pilotların yunan qırıcılarını daim hədəfdə saxladığı və bir atəşlə məhv edə biləcəyi aydın görülür.
Yunanıstan Müdafiə naziri Nikos Panqiotopulos isə hadisəni başqa cür şərh etməyə çalışıb. O, Yunanıstan Hava Qüvvələrinə məxsus 38 ədəd F-16 və Miraj-2000 reaktiv təyyarələrinin Egey dənizi üzərində havaya qalxdığını iddia edib. Nazir yunan pilotlarların guya türk pilotlarına "dərs verməsi" haqda fikir səsləndirsə də, üzə çıxan bu video həqiqəti - türk pilotlarının müstəsna ustalığını, yunan qırıcıların qaçmasını gözlər önünə sərir.
Qeyd edək ki, türk pilotlar NATO qüvvələri içərisində xüsusi peşəkarlıqları və cəsarətləri ilə seçilirlər.
“Qarşımızda bütünləşmiş biriləri var. Yunanıstan, Misir, İsrail, Cənubi Kipr. Biz isə Liviya ilə bərabər olduq. Əslində, Qəddafi dövründə başlamış proses idi bu. Onun ölümü ilə pouzlmuşdu. Bundan sonra bu yolu davam etdirəcəyik”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İnsan Haqları Günü çərçivəsində təşkil edilən “Hər İnsan Bir Dünya” tədbirində səsləndirib.
Gənclərin müxtəlif mövzularda suallarını cavablandıran prezident Liviya illə əldə olunan razılaşmadan danışarkən bildirib ki, Liviya Türkiyədən hərbi qüvvə tələb etsə, bunu əsirgəməyəcəklər: “Bunlar bizimlə belə bir təhlükəsizlik razılaşması imzaladıqdan sonra, onsuz da, qarşımızda hər hansı əngəl müzakirə mövzusu belə deyil”. (publika.az)
Ümumdünya Meteoroloji Təşkilatının (WMO) Madriddə keçirilən iqlim sammitində açıqladığı ilkin məlumatlarda 2015-2019-cu illər meteoroloji müşahidələrin bütün dövrləri üçün ən isti beş il kimi qeyd olunub.
“2019-cu ildə dünya temperaturu (yanvar ayından oktyabra qədər olan məlumat) sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,1 dərəcə yüksək olub. Cari il meteoroloji müşahidələrin başlandığı vaxtdan indiyədək qeydə alınan ən isti illər arasında ikinci və ya üçüncü yeri tutacaq. Ən isti il isə əvvəlki kimi 2016-ci ildir. “Sonuncu beşillik (2015-2019-cu illər) və onillik (2010-2019-cu illər) çox güman ki, meteoroloji müşahidələrin başladığı vaxtdan bu yana ən isti dövrlər olacaq”, – təşkilatın məruzəsində belə deyilir.
Həmçinin qeyd olunub ki, 2018-ci ildə atmosferdə karbon qazının miqdarı rekord səviyyəyə çatıb və 2019-cu ildə artmaqda davam edib. Qrenlandiya və Antarktidada buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.
Bəs bu sadalananlar ölkəmizə necə təsir edəcək? Su mənbələri çatışmayan Azərbaycan üçün hansı təhlükələr yarada bilər? Hansısa fəlakət baş verməməsi üçün nələr edirik? Bununla bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovla əlaqə saxladıq. “Yeni Sabah”a danışan mütəxəssis istiləşmənin yaradacağı problemlərdən danışıb:
“Birincisi, əsas problem quraqlıqdır. Su qıtlığı, kənd təsərüfatında qıtlıq, qiymətlərin qalxması – bu problemləri yaradacaq. Heç kim ona qarşı mübarizə aparmaq niyyətində deyil. İqlim dəyişmələrinə qarşı mübarizə aparmaq lazımdır. İqlim dəyişmələrinə hamı hazır olmalıdır. Quraqlıq yaranırsa, quraqlığa qarşı texnologiyalar var, tətbiq et, problemi həll et. Aclığı da aradan qaldır, qiymətləri də aşağı sal, ölümü də minimuma endir. Bir də son iqlim dəyişmələrinə qarşı meteroloji silahlardan istifadə edirlər. Onlar əhalinin məhv olmasına gətirib çıxarır. Onlara o lazımdır ki, dünyada əhalinin sayı azalsın.
Quraqlığa qarşı tədbir həyata keçirsinlər. Heç kəs tədbir keçirmək həvəsində deyil. Suyun az istifadə edilməsi ilə problemi həll etmək olmaz. Yeganə tədbir yolu yaşıllıqların sayını artırmaq, buludlar yaratmaq, buxarlanmanı gücləndirmək, yağış yağdırmaq lazımdır.
Quraqlığın qarşısının alınmasına dünyada nail olan yoxdur. İki nəhəng qrum arasında korporosiya qurmaq üstündə müharibə gedir. Kim kimə qalib gəldi. Birinci neft-qaz, ikinci alternativ enerji. Hibrid maşınlarla heç nəyə nail olunmayacaq. Nağıl danışırlar. Yaşıllaşdırma çaylarda suluq səviyyəsinin artmasına səbəb olur.
Şoranlaşdırılmış əraziləri münbitə çevirmək çətin proses deyil. Drenaj şəbəkə qurulur, hər hansı sahəni, əkin yerini suvarırlar, o sular torpağa hopur, oradan da şoranlığı aparır drenaj şəbəkəsinə, o da onu aparıb dənizə tökür. Bizdə o yoxdur. Var idi. SSRİ dağılandan qabaq ermənilər, yəhudilər işləyirdilər. İndi hamısını İsrailə aparıblar. İsraili dəvət edirik ki, gəlin, görək, şoranlığa qarşı necə müarizə aparaq. Bunu Azərbaycan 45-ci illərdə edib də”.
Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də bir neçə gün əvvəl bu barədə danışıb. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında çıxış edən nazir bildirib ki, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyumuzun 70 faizi sərhədlərimizdən kənarda formalaşır:
“Suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var. Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır. Ölkə əhalisinin artması və iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı səbəbindən suya olan təlabat artır. Suya qənaət olunması üçün beynəlxalq praktikaya uyğun olaraq çevik su idarəçiliyi tətbiq edilməlidir. Gələcəkdə bu problemlə üzləşməmək üçün su itkilərinin qarşısı alınmalı, suya qənaət edən müasir texnologiya və avadanlıqlardan istifadə olunmalıdır”.
"Ölkə.Az" report-a istinadən xəbər verir ki, bu barədə o, Nazirlər Kabinetinin həftəlik iclasının açılışında bildirib:
"Əgər atəş davam etsə, heç bir razılaşma (HƏMAS-la-red) olmayacaq. Əksinə, Qəzzada terrorçular hələ bizim gücümüzü hiss edəcəklər. O hissi ki, 3 həftə əvvəl bizə "İslam cihadı"nın lideri və bu təşkilatın onlarla döyüşçüsü hücüm edəndə, onlar İsrailin “Qara kəmər” əməliyyatının gedişatında hiss ediblər, - bu, yalnız başlanğıc idi".
Netanyahu əlavə edib ki, İsrailin müdafiə nazirinə vəmüdafiə ordusuna hərbi əməliyyata hazırlaşmağı tapşırıb.
Rusiya Prezidenti Vladimir Putin İttifaq Dövlətinin yaradılması haqqında müqavilənin imzalanmasının 20-ci ildönümü münasibətilə Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik teleqramı göndərib.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Bu vacib müqaviləni bağlamaq barədə tarixi qərarda əsrlər boyu davam edən qardaşlıq, dostluq, mədəni və mənəvi yaxınlıq ənənələrinə əsaslanan Rusiya-Belarus münasibətlərinin möhkəmləndirilməsində qarşılıqlı istək əks olunub”, - Putin məktubda qeyd edib.
Putin bu müddət ərzində iki ölkənin əldə etdiyi inteqrasiya tərəqqisini, təhlükəsizlik və xarici siyasət sahələrində səylərin koordinasiyasını, ticar-iqtisadi və bölgələrarası əlaqələrin inkişafını, habelə federal büdcə hesabına innovativ elmi-texniki proqramların və irimiqyaslı humanitar layihələrin həyata keçirilməsini yüksək qiymətləndirib.
Qeyd edək ki, İttifaq Dövləti haqqında müqavilənin 20 illiyi ilə bağlı Lukaşenko Soçiyə ötən gün səfər edib və Putinlə 5 saatlıq görüş keçirib. Daha sonra liderlər ziyafətə qatılıblar.
Zaur Kamalın aparıcısı olduğu 5/5 verilişinin növbəti qonağı xalq artisti Rafiq Hüseynov (Rəmiş) olub.
Kult.az xəbər verir ki, gitara ifaçısı öncə özünü tənqid edib:
"Danışığımı itirmişəm. Mədəni danışa, çəngəllə yeyə bilmirəm. Çox danışıram. İnsanlar məni belə qəbul etməlidir, beləyəm".
Rəmiş daha sonra aparıcı Zaur Kamalın "Ağdamda gitaranı elə ifa etdiniz ki, mənfur düşmənlərimiz eşitdi" sözlərinə "Onlar da bizim balalarımızdır, bizdən törəmələrdir. Məni çox danışdırma" cavabını verib.
Sözügedən dialoqa videonun 8-ci dəqiqəsindən sonra baxa bilərsiniz.
İranın Birinci vitse-prezidenti İshaq Cihangiri ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin Rəsmi Tehranı çökdürmək üçün əlindən gələni etdiklərini deyib. “Amerikalılar son 2 ildə ölkə iqtisadiyyatının bütün yollarını bağladılar. ABŞ rəhbərliyi İranın ehtiyaclarının böyük hissəsini qarşılayan məhsulları təsbit edərək, neftdən sonra neft-kimya, alüminium, polad, nəqliyyat və sığorta şirkətlərini də sanksiyalarla əhatə edib”.
Turkustan.info xarici mediaya istinadən xəbər verir ki, Cihangiri, ABŞ-ın İran iqtisadiyyatı üçün infrastruktur və həlledici əhəmiyyət daşıyan maddələrə qarşı sanksiyalar tətbiq etdiyini və hətta çox yaxın münasibətləri olan “İranla dost ölkələr”in də neft almağa cəsarət etmədiyini söyləyib.
Son iki ildə baş verən bütün iqtisadi və psixoloji təzyiqlərə baxmayaraq, ağır şərtlər qarşısında ayaqları üstündə dayandıqlarını deyən vitse-prezident “ABŞ iqtisadi və psixoloji sahədə tətbiq etdikləri maksimum təzyiq politikası ilə İranın neft ixracatını sıfıra endirməyi bacarmadı. Neftimizi başqa üsullarla satmağı bacarırıq” sözlərini dilə gətirib. /konkret.az/
"Ölkə.Az"ın oxu.az-a istinadən məlumatına görə, səfərin dekabrın 3-dək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bir neçə gün öncə keçirdiyi brifinqdə Sergey Lavrovun Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə, eləcə də, azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini demişdi.
Ermənistanda onkoloji və ürək-damar xəstəliklərindən ölənlərin sayının artması ekoloji situasiyanın həddindən artıq pis olması ilə bağlıdır.
Musavat.com xəbər verir ki, bu cümlə bloger Aleksandr Lapşinin Feysbukdakı qeydlərində əks olunub.
Onun sözlərinə görə, Avropadan gətirilən köhnə avtomobillər, ölkədə zibil emalı zavodunun olmaması, dağ-mədən sənayesi Ermənistanın ekoloji vəziyyətini bərbad hala salıb.
“İrəvanda yaşadığım 4 ay ərzində artıq hiss etim ki, sağlam deyiləm. Ətraf mühit mənə olduqca pis təsir etdi. Hələ İrəvanda olduğum qədər həyatımda bu qədər soyuqdəymə keçirməmişəm. Heç bir səbəb olmadan halımda süstlük baş verdi və gecələr yata bilmirdim. Artıq bundan sonra daha betər şəkildə xəstələnəcəyimi anladım”, - deyə bloger öz səhifəsində yazıb.
Lapşin İrəvanın 2018-2019-cu illərdə Dünya Bankı statistikasına əsasən dünyanın ən çirkli 10 şəhəri arasına girdiyini, burada Kinşasa (Konqo), Dakka (Banqladeş) və Cakarta (İndoneziya) kimi şəhərlərlə yarışdığını vurğulayıb. Bundan başqa İrəvan Ümumdünya Səhiyyə Təşkilatının versiyasına görə, onkoloji xəstəliyə mübtəla olmaq riski daşıyan 10 ən təhlükəli şəhərdən biri sayılır.
Belarus-İsrail əsilli bloger şəhərdə bütün ağacların qırıldığını və park-meşələrin məhv edildiyini də yazıb.
O, bir çox insanın burada artıq 35-40 yaşlarından ürək, damar, böyrək xəstəliklərindən əzyyyət çəkdiyini bildirib.
Ermənistanda hər il 9 min onkoloji xəstəliyə yaxalanma və 20-30 min infarkt hadisəsi qeydə alınır. İnfarktların sayına görə də Ermənistan ilk onluqda qalmağa davam edir. Xərçəng xəstələrinin üçdə birinin vəziyyəti ümidsizdir, yəni Ermənistanda hər il elə 3 min adam bu xəstəlikdən ölür.
“Bərbad ekoloji vəziyyət hər il Ermənistanda ən az 3-5 min vətəndaşın ölümünə bais olur. Bu isə Ermənistanın Qarabağ müharibəsində itirdiyinin 10 qatıdır”, - deyə Aleksandr Lapşin sonda qeyd edib.