Türkiyə Silahlı Qüvvələrinin 25-ci Baş Qərargah rəisi, istefada olan ordu generalı Yaşar Büyükanıt vəfat edib.
“Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkən keçmiş rəis bu gün İstanbulda 79 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, mərhumun xanımı Filiz Büyükanıt isə 4 gün öncə vəfat etmişdi. O, səhhəti ilə əlaqədar həyat yoldaşının cənazə mərasiminə qatıla bilməmişdi.
Xatırladaq ki, Y. Büyükanıt 2006-2008-ci illərdə Baş Qərargah rəisi olub.
İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi əfv sərəncamı imzalayıb.
Əfv olunan 3552 məhbusdan 32 nəfəri İran dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham edilərək azadlıqdan məhrum edilənlərdir. Onların arasında jurnalistlər və tələbələr də var.
İran mətbuatı yazır ki, Ali Rəhbər yüksək humanistlik nümayiş etdirib və dövlətə qarşı çıxanları da əfv edib.
Qeyd edək ki, inqilabdan sonra ilk dəfədir ki, İranda dövlətə qarşı cinayətdə ittiham edilərək həbs olunan adam azadlığa buraxılır. /Modern.az/
Respublikaçı senator Lindsi Qrehem çərşənbə günü Senatın Osmanlı İmperiyasında bir əsrdən əvvəl “erməni soyqırımını” tanıyan qətnamənin qəbul etməsinin əleyhinə olduğunu bildirib.
APA xəbər verir ki, senator Qrehem qətnamənin qəbulunu bloklamaq hüququndan istifadə edib.
“Mən Ərdoğan və Trampla görüşdüm və Türkiyə ilə Suriyada qarşılaşdığımız problemlərdən danışdıq. Ümid edirəm ki, Türkiyə ilə Ermənistan aralarındakı sözügedən problemi birlikdə həll edər”, – deyə senator əlavə edib.
Trampın yaxın müttəfiqi hesab olunan Qrehem senatorlara xitabən “tarixin yenidən yazmağın lazımsız olduğunu” bildirib.
Qeyd edək ki, “erməni soyqırımı” qətnaməsi Xarici İşlər Komitəsində demokrat Robert Menendez tərəfindən təklif edilmişdi.
Türkiyə Prezidenti Tayyib Ərdoğan çərşənbə günü Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatasının Osmanlı İmperiyasında “erməni soyqırımı”nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını diqqətə çatdırmışdı.
Almaniya mətbuatı hüquq-mühafizə orqanlarının ölkədə miqrant alveri ilə məşğul olanlara qarşı keçirdiyi əməliyyat haqda məlumat yayıb.
“Qafqazinfo”nun “tah.de” nəşrinə istinadən verdiyi xəbərə görə, noyabrın 13-də 180 federal polis xüsusi əməliyyat çərçivəsində Şimali Reyn-Vestfaliya və Hessen vilayətlərinə Azərbaycandan Almaniyaya qanunsuz olaraq bir neçə nəfəri aparan dəstənin ələ keçirilməsi üçün göndərilib.
Bildirilir ki, Köln, Düsseldorf, Frankfurt və Visbaden bölgələrində ümumilikdə 13 əmlakda axtarış aparılıb. Bu məqsədlə, Koblenz federal polisi tərəfindən elan edildiyi kimi iki həbs qərarı icra edilib. Bunlar Almaniya mətbuatında 58 və 49 yaşlı şəxslər kimi göstərilir və adlar açıqlanmır. Azərbaycan KİV-nə məlum olan xəbərlərə əsasən isə həmin şəxslər 58 yaşlı Əlövsət Əliyev və 49 yaşlı Mehdi Xəlilbəylidir.
Nəşrin məlumatına görə, adıçəkilənlər azı 20 nəfəri saxta sənədlərlə 3-10 min avro qarşılığında qanunsuz olaraq Almaniyaya aparıblar. Müttəhimlər həm də çirkli pulların yuyulmasında ittiham olunurlar.
Qeyd olunur ki, araşdırmalar cari ilin iyunundan aparılır.
Bu məqamda bildirək ki, federal polis çərşənbə günü digər 6 ştatda da bənzər əməliyyatlar keçirib. Belə ki, xarici işçiləri qanunsuz olaraq Ukraynadan Almaniyaya aparan dəstə ifşa edilib.
Hanoverdəki federal polisin verdiyi məlumata görə, Aşağı Saksoniya, Bremen, Şlezviq-Holşteyn, Şimali Reyn-Vestfaliya, Brandenburq və Reynland-Palatinada 38 ərazidə axtarış aparılıb və həbs qərarı çıxarılıb. Şəbəkəyə qarşı əməliyyatda 500-ə yaxın rəsmi şəxs iştirak edib.
Cinayət törədənlərin onlara saxta Aİ şəxsiyyət sənədləri təqdim etdikləri, onların hökumət orqanlarında və sosial təminat fondlarında qeydiyyata alınmalarında kömək etdikləri müəyyənləşdirilib.
Həmçinin qeyd olunur ki, axtarış aparılan yerlərdən sənədlər, media vasitələri, külli miqdarda pul və silah tapılıb.
Boliviya parlamentinin senatorlar palatasının ikinci vitse-spikeri Janin Anyes Evo Morales prezident vəzifəsindən istefa verdikdən sonra dövlət başçısı vəzifəsini öz üzərinə götürüb.
TASS qeyd edir ki, bu barədə o, çərşənbə axşamı Parlamentin iclasında bildirib.
“Mən Konstitusiyaya müvafiq olaraq dərhal dövlət başçısı vəzifəsini öz üzərimə götürürəm”, – deyə Anyes elan edib.
Onun sözlərinə əsasən, “mümkün qədər tez prezident seçkiləri keçirməyə hazırlaşır”.
Xatırladaq ki, noyabın 10-da bütün ölkə rəhbərliyi – Boliviya prezidenti Evo Morales, vitse-prezident Alvaro Qarsia Linera, eləcə də konstitusiyaya əsasən, ölkədə üçüncü rəhbər şəxs olan Senatının spikeri Adriana Salvatyerra istefa verib.
Prezident və vitse-prezident istefaya gedərsə, Konstitusiyaya əsasən, Senatorlar Palatasının sədri ölkəyə rəhbərlik etməlidir. Əgər o da öz vəzifəsindən gedirsə, dövlətə müvəqqəti olaraq Deputatlar Palatasının sədri başçılıq edir, lakin Adriana Salvatyerra və Viktor Borda da istefa veriblər. Hakimiyyətin ötürülməsinin sonrakı qaydası Boliviya qanunlarında yazılmayıb. Buna baxmayaraq, Anyes bəyan etmişdi ki, prezident vəzifəsinin icrasını öz üzərinə götürəcək, çünki o, Salvatyerra və onun birinci müavininin istefasından sonra yuxarı palatanın sədrinin yerini tutmalıdır.
"Ölkə.Az" İHA-ya istinadən xəbər verir ki, məhkəmə prosesinə Ərdoğanın vəkili Tuba Sağlam Eker və Kılıçdaroğlunun vəkili Nihal Cengiz qatılıb.
Nihal Cengiz məhkəmənin ədalətinə şübhə etdiyi üçün hakimin dəyişdirilməsini tələb edib.
Lakin, onun tələbi rədd edilib və Kılıçdaroğlunun Ərdoğana 50 min lirə (təxminən 14 min 700 manat) mənəvi təzminat ödəməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, Kılıçdaroğluy 17 iyul 2018-ci ildə CHP-nin iclasında Ərdoğan haqqında təhqiramiz ifadələr işlətmiş, həmçinin onun karikaturasının sosial şəbəkədə paylaşmışdı.
ABŞ prezidenti Donald Tramp Türkiyəyə 100 milyard dollarlıq ticarət razılaşması və Rusiya zenit sistemlərini aldığına görə tətbiq edilmiş sanksiyalarla bağlı vəziyyəti həll etmək variantını təklif edib.
Bu barədə “The Washington Post” yazıb.
Nəşrin mənbələri bildirir ki, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması təklifi ötən həftə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanlanmış məktubda yer alıb.
Bu təklifin əvəzində Ankara Suriyadakı siyasətinə yenidən baxmalı, eləcə də C-400 məsələsini ABŞ-ın xeyrinə həll etməlidir.
Qəzetin həmsöhbətləri hesab edirlər ki, ABŞ Nümayəndələr Palatasında Trampın əleyhdarlarının bir hissəsi Ağ Evin təklifindən “qəzəblənəcək”. Belə ki, qanunvericilər Suriyada hərbi əməliyyatlara görə Türkiyəyə qarşı sanksiyaların tətbiqini dəstəkləmişdilər.
Oktyabrın 23-də məlum olmuşdu ki, Türkiyə S-400 komplekslərinin bütün elementlərini planlaşdırılmış müddətdən qabaq alıb və Rusiya ilə əlavə tədarükləri müzakirə edir.
“Ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir”.
“Report” xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Yerevanda keçirilən mətbuat konfransı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sualı cavablandırarkən səsləndiriyi fikirlərinə münasibət bildirilməsi ilə bağlı KİV-in sualını cavablandırarkən deyib.
“Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır”,- XİN sözçüsü bildirib.
Türkiyə lideri Ərdoğanın İraqdakı olayların İrana da sirayət etməsi ilə bağlı xəbərdarlığı yerində deyilmiş sözdür, çünki bəzi gizli əllər islam ölkələrində xaos yaratmaq istəyirlər.
Bu sözləri İran XİN-in rəsmi nümayəndəsi Abbas Musəvi deyib.
“Ərdoğan bu gizli əlləri çox aydın görüb. Buna görə də onun xəbərdarlığını təqdir edirik. Türkiyə-İran münasibətləri heç vaxt bu qədər yaxşı olmayıb”, – Musəvi bildirib.
Qeyd edək ki, Ərdoğan bir qədər əvvəl verdiyi açıqlamada İraqdakı xaosun İrana da yayıla biləcəyi haqda xəbərdarlıq edib. /Axar.az/
“Bir müddət yanlış təbliğat aparıldı ki, guya Moskva Paşinyandan, Paşinyan da Rusiyadan üz döndərib”.
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərindən əvvəl bu ölkənin “Mediamaks” agentliyinə verdiyi müsahibədə diqqət ediləcək məqamlar var: “Lavrovun cavablarından iki əsas seçməni diqqətinizə çatdırıram: “Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi dərinləşdirmək siyasətinə sadiqdir”, “İrəvanın xarici siyasəti Moskvanı qane edir”. Lavrovun Dağlıq Qarabağ münaqişəsiylə bağlı söylədiyi bir başqa fikir də Ermənistanın maraqları ilə tam üst-üstə düşür: “Dağlıq Qarabağın statusu hüquqi nöqteyi nəzərdən özmüqədərratın təyini yolu ilə həll edilməlidir”.
Rusiya rəsmiləri ara-sıra Paşinyandan narazılıqlarını ifadə edə bilərlər, ancaq konseptual məsələlərdə Ermənistanın hazırki baş nazirindən narazı deyillər. Lavrovun Dağlıq Qarabağın statusu ilə bağlı fikri isə bu deməkdir ki, Azərbaycan bölgənin statusunu müəyyənləşdirəcək referendumun keçirilməsi ilə razılaşmalıdır. Biz həmin “referendumun” nə ilə nəticələnəcəyini yəqin bilirik. Lavrovun “məsləhətinin” də elə həmin “nəticəyə” xidmət etdiyi bəllidir”. /Publika.az/