İtaliyanın DAZN kanalında çalışan idman jurnalisti Diletta Leotta yenə ölkəsində gündəm olub.
“Qafqazinfo” xəbər verir ki, xanım müxbir “Instagram”da “Əgər futbolla maraqlanırsınızsa, məni sadəcə, izləməyin, həm də dinləyin” yazıb.
Onun bu çağırışına italiyalı həmkarı Fulvio Kollovati maraqlı cavab yazıb: “Əgər bir xanım jurnalist stadiona belə geyimlə gəlirsə, deməli, özünə baxılmağını sevir. Belə halda kimsə onu dinləməz”.
Onların bu yazışması İtaliya mətbuatında müzakirələrə səbəb olub.
“Napoli” azarkeşləri ötən ay “Breşiya” ilə oyundan öncə Dilettaya “Möhtəşəm sinəni aç, baxaq” şüarlarını səsləndirmişdi. Xanım jurnalist jestlə bunu etməyəcəyini bildirmişdi.
İtaliyalı jurnalistin İnstaqramda 5,2 milyon izləyicisi var.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu feysbuk hesabında azərbaycanlı gənclə dialoqunun yer aldığı videonu paylaşıb.
Görüntülərdə həmin şəxs İmamoğlunu qucaqlayaraq “Universtitet məzunuyam. İşsizlikdən hətta, xaricə qanunsuz miqrant olaraq getməyi düşünürdüm. Mənə bu ölkənin vətəndaşı olduğumu hiss etdirdin” deyərək təşəkkür edib.
Eyni zamanda o, qeyd edib ki, İstanbulda bələdiyyə seçkiləri zamanı heç bir partiyanın üzvü olmadığı təqdirdə CHP-yə üzv olub.
Rusiya Prezidentinin “Boçarov ruçey” iqamətgahında altı saatdan artıq davam edən görüşdə Suriya münaqişəsinin həlli prosesi müzakirə olunub.
Görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin bildirib ki, danışıqlar zamanı Suriyaya dair taleyüklü məsələləri, Suriya-Türkiyə sərhədində yaranmış vəziyyəti həll etməyə imkan verən qərar qəbul olunub. Onun sözlərinə görə, Türkiyə Prezidenti Ərdoğan ölkəsinin məqsəd və vəzifələri barədə ətraflı danışıb.
Vladimir Putin, həmçinin vurğulayıb ki, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasının vacibliyinə əmin olan Rusiya və Türkiyə suriyalı qaçqınlara öz vətənlərinə qayıtmaqda kömək göstərəcəklər. O deyib ki, Suriyadakı separatçı əhval-ruhiyyə xaricdən qızışdırılır.
Tərəflər, həmçinin iqtisadi sahədə əməkdaşlığı, qarşılıqlı ticarət əməliyyatlarında yerli valyutalardan istifadə edilməsi, Türkiyə ərazisində “Mir” bank kartından istifadənin genişləndirilməsi, eləcə də Türkiyənin bank və şirkətlərinin “Bank Rossii”nin maliyyə məlumatlarının ötürülməsi sisteminə qoşulması məsələlərini müzakirə ediblər.
Baku.ws xəbər verir ki, Emine Bulut 18 avqustda 10 yaşlı qızı ilə kafedə yemək yeyən zaman əri Fedai Varan tərəfindən vəhşicəsinə qətlə yetirilmişdi.
Dünən keçirilən məhkəmə prosesində ona “qəsdən adam öldürmə” maddəsi ilə ömürlük həbs cəzası verilib.
Onun vəkili cinayətin vəhşicə tördilmədiyini iddia edərək cəzanın azaldılmasını istəsə də, onun tələbi rədd edilib. F.Varan isə son söz haqqından istifadə etmək istəməyib.
Qeyd edək ki, uşağın vəkalət hüququnun Fedai Varandan alınması üçün də müraciət edilib.
Polislərin xidmətini xüsusi qeyd etmək istəyirəm. Onlara təşəkkür edirəm, minnətdaram ki, fəallıq göstərdilər.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hadı Rəcəbli YAP-ın İcra Katibliyində Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Milli Şuranın 19 oktyabr qanunsuz mitinqi ilə bağlı keçirilən toplantıda səsləndirib.
Deputat bildirib ki, bu mitinqlərin məqsədi asayişi pozmaqdır:
“Hadisələrin gedişi onu göstərdi ki, bu adamların heç bir sağlam fikirləri yoxdur. Onlar 6 iddia irəli sürdülər ki, biz bu iddaların tətbiqini Azərbaycan Prezidentinin öz dilindən eşitmişik. Nəyin davası gedirdi? Lökbatan uzaqdır, orada mitinq keçirmək istəmirlər. Sonra da deyirlər ki, rayonlardan mitinqə gəlmək istəyənlərin qarşısını alıblar, onları avtobuslardan düşürüblər, geri qaytarıblar. Özləri özlərini ifşa edirlər. Rayonda mitinq etmirlər, amma rayonlardan mitinqə gələnlərin olduğunu deyirlər. Maraqlı paradoksdur”.
Hadı Rəcəbli bildirib ki, mitinqdə beş yüz nəfər iştirak edirdisə, mediadan min adam var idi:
“Yəni göstərildi ki, nəyi istəyirsiniz, çəkib göstərin. Əslində Milli Şuranın təşkili ilə mitinq keçirilmədi. Siyasi təşkilatçılıq yox idi. Məişət səviyyəsində narazılığı olan adamlar ordan-burdan gəlib danışırdılar. Polislərin xidmətini isə xüsusi qeyd etmək istəyirəm. Onları söyüb təhqir edirdilər. Məqsəd polisi hövsələdən çıxarmaq idi. Lakin polis göstərdi ki, onlar dövləti müdafiə edirlər, Prezidentin yanındadılar. Belə süni mitinqlərlə bizi aldatmaq olmaz. Əli Kərimlinin tutulması zamanı ətrafdakı qışqırıqlar belə süni idi”.
Müğənni Banu Parlak şoumeni evində ziyarət edib. O, oğlu ilə oynayan Erbilin videogörüntüsünü öz “İnstagram” səhifəsində paylaşıb. Videoda şoumenin zəiflədiyi gözə çarpır. 20 gün bundan öncə televiziya verilişlərinin birinin qonağı olan Erbilin qısa müddət ərzindəki bu cür dəyişimi onu sevənləri qorxudub.
Qeyd edək ki, Mehmet Ali Erbil ötən ilin 18 oktyabrında evinin hamamında yıxılaraq ağır zədə almışdı.
Türkiyənin “Sülh çeşməsi” əməliyyatı bölgədə kürd dövləti yaradılması ilə bağlı xəyalların üstündən xətt çəkdi.
Bu barədə “Yerusəlim Post” qəzetində araşdırma yayımlanıb.
“Həmin dövlətin yaradılması ilə bağlı 6 ildir plan qurulurdu, lakin İsrailin bu planı 6 gün içində pozuldu. Türkiyənin əməliyyatı YPG/PKK-nın arzularını yox etdi”, – yazıda bildirilib. /Axar.az/
ABŞ prezidenti Donald Tramp növbəti dəfə Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Adam Şiffi tənqid edərək, onu dələduz və korrupsiyalaşmış məmur adlandırıb.
“Report” xəbər verir ki, bunu Tramp “Twitter” hesabında yazıb.
Birləşmiş Ştatların rəhbəri Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığının ideal olduğunu vurğulayıb.
“Bunu ukraynalı həmkarım heç bir təzyiq olmadan özü də bəyan edib”.
Amerika lideri, Şiffin telefon danışığını təhrif etdiyini bilmək üçün onun sorğu-sual edilməsini söyləyib.
“Mən onun ifadəsini tələb edirəm. O, dələduzdur” deyə Trump bildirib.
Bir albomun ən önəmli qismi içərisindəki musiqilər olsa da, hər şey sadəcə mahnılardan ibarət deyil. Üz qabığının maraqlı olması da, onu tamamlamalıdır.
Axşam.az xəbər verir ki, bəs, qadın müğənnilər albom qapaqlarından tamamilə silinərsə, necə görünər?
İranın musiqi platforması “Melovaz” qadın musiqiçiləri albom kağızlarından silərək, bu sualın cavabını verib.
''Ölkə.Az'' xəbər verir ki, Xorvatiyada yaxınlaşan prezident seçkilərinə 31 yaşlı porno ulduzu və şou aparıcısı olan model də namizədliyini irəli sürüb.
Karabatik sosial mediada gündəm olacaq vədlərini bir-bir açıqlayıb.
İqtisadiyyatı yüksəldəcəyi sözünü verən model Xorvatiyanı şengen ölkələri arasına qatacağını da bildirib.
Belə ki, o narkotikdən istifadəni və insan alverini də qanunlaşdıracağını açıqlayıb.
Tibbi məqsədlə narkotik istifadənin tərəfində olduğunu, abortun yanlış bir şey olmadığını da qeyd edib.
Qeyd edək ki, prezidentliyə namizəd model fikirlərini açıq-aşkar deməkdən qorxmadığını da bildirib.