Almaniya mətbuatı mühacir alveri haqda nə yazır?

Almaniya mətbuatı hüquq-mühafizə orqanlarının ölkədə miqrant alveri ilə məşğul olanlara qarşı keçirdiyi əməliyyat haqda məlumat yayıb.

“Qafqazinfo”nun “tah.de” nəşrinə istinadən verdiyi xəbərə görə, noyabrın 13-də 180 federal polis xüsusi əməliyyat çərçivəsində Şimali Reyn-Vestfaliya və Hessen vilayətlərinə Azərbaycandan Almaniyaya qanunsuz olaraq bir neçə nəfəri aparan dəstənin ələ keçirilməsi üçün göndərilib. 

Bildirilir ki, Köln, Düsseldorf, Frankfurt və Visbaden bölgələrində ümumilikdə 13 əmlakda axtarış aparılıb. Bu məqsədlə, Koblenz federal polisi tərəfindən elan edildiyi kimi iki həbs qərarı icra edilib. Bunlar Almaniya mətbuatında 58 və 49 yaşlı şəxslər kimi göstərilir və adlar açıqlanmır. Azərbaycan KİV-nə məlum olan xəbərlərə əsasən isə həmin şəxslər 58 yaşlı Əlövsət Əliyev və 49 yaşlı Mehdi Xəlilbəylidir. 

Nəşrin məlumatına görə, adıçəkilənlər azı 20 nəfəri saxta sənədlərlə 3-10 min avro qarşılığında qanunsuz olaraq Almaniyaya aparıblar. Müttəhimlər həm də çirkli pulların yuyulmasında ittiham olunurlar.

Qeyd olunur ki, araşdırmalar cari ilin iyunundan aparılır.

Bu məqamda bildirək ki, federal polis çərşənbə günü digər 6 ştatda da bənzər əməliyyatlar keçirib. Belə ki, xarici işçiləri qanunsuz olaraq Ukraynadan Almaniyaya aparan dəstə ifşa edilib. 

Hanoverdəki federal polisin verdiyi məlumata görə, Aşağı Saksoniya, Bremen, Şlezviq-Holşteyn, Şimali Reyn-Vestfaliya, Brandenburq və Reynland-Palatinada 38 ərazidə axtarış aparılıb və həbs qərarı çıxarılıb. Şəbəkəyə qarşı əməliyyatda 500-ə yaxın rəsmi şəxs iştirak edib.

Cinayət törədənlərin onlara saxta Aİ şəxsiyyət sənədləri təqdim etdikləri, onların hökumət orqanlarında və sosial təminat fondlarında qeydiyyata alınmalarında kömək etdikləri müəyyənləşdirilib.

Həmçinin qeyd olunur ki, axtarış aparılan yerlərdən sənədlər, media vasitələri, külli miqdarda pul və silah tapılıb.

10 Mart 2025 Latakiya və Tartusda hərbi əməliyyatlar başa çatdı
10 Mart 2025 İran və Rusiya Türkiyəyə qarşı hərəkətə keçdi
10 Mart 2025 Britaniya Zelenskini ABŞ-la görüşə hazırlayır
10 Mart 2025 ABŞ Kiyevlə kəşfiyyat mübadiləsini bərpa etdi - Tramp
10 Mart 2025 İsrail də bu təşkilatdan çıxa bilər
10 Mart 2025 Avropa Trampın vecinə deyil - Zeman
09 Mart 2025 Kurskda son vəziyyət necədir? - Rusların uğurunun səbəbi
09 Mart 2025 Ukraynalı milyarderlərə sanksiya tətbiq edin - Mask
09 Mart 2025 Orban ABŞ və AB arasında iqtisadi savaşa hazırlaşır
08 Mart 2025 Suriya yenə qarışdı: Toqquşmaları bu general başlatdı
08 Mart 2025 Tramp hədələdi: İran ya bizlə saziş bağlayacaq, ya da…
08 Mart 2025 Türkiyə F-16-ları 9 ildən sonra ABŞ-da
07 Mart 2025 Müharibə davam etsə, son pulumuz da xərclənəcək - Orban
07 Mart 2025 Ərdoğandan Ukraynaya dəstək
07 Mart 2025 Rusiya Fransa ordusunu darmadağın etməklə hədələdi
06 Mart 2025 Latviyadan ruslarla bağlı çağırış: Dayandırılsın!
06 Mart 2025 Avropa Ukraynada əbədi müharibə istəyir - Mask
06 Mart 2025 İrlandiya xüsusi təyinatlıları Ukraynaya göndərir
06 Mart 2025 Sevindirici qərarlar var: tezliklə biləcəksiniz - Zelenski
05 Mart 2025 Zelenskiyə oğlum kimi baxırdım - Lukaşenko
05 Mart 2025 KXDR turistlərə qapı açıb, raket şousu göstərdi
05 Mart 2025 Tramp Kiyevə silah tədarükünü bərpa edəcək
05 Mart 2025 Bu hücumlara görə 200 milyard itirdik - Putin
05 Mart 2025 Ukrayna artıq mövcud deyil – de Qoll
05 Mart 2025 Siqnallar aldıq, Rusiya sülhə hazırdır - Tramp
05 Mart 2025 Priqojin nüvə silahı əldə etməyə çalışırdı - Lukaşenko
05 Mart 2025 Tramp Zelenskidən indi “daha çoxunu” alır
05 Mart 2025 Tramp: Zelenskidən vacib məktub aldım, o hazırdır!
05 Mart 2025 ABŞ Panamanı belə ələ keçirir
05 Mart 2025 ABŞ-ın yardımı olmasa, AB Ukraynada... - Siyarto