Gürcüstanda son 24 saat ərzində daha 2295 nəfərdə “COVID-19” aşkarlanması ilə gündəlik yoluxma sayında rekord qeydə alınıb.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bununla ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 46 min 817-yə çatıb. Sutka ərzində daha 19 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 381-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 31 min 170 nəfərdir.
Rusiyada isə son bir gündə 19 min 768 yeni yoluxma faktı qeydə alınıb.
Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 389 pasiyent vəfat edib ki, bununla da ölənlərin sayı 29 min 217 nəfərə yüksəlib.
Ölkə üzrə ümumilikdə 1 milyon 693 min 454 nəfər insan koronavirusa yoluxub.