COVİD-19 pandemiyasında “ikinci dalğa” təhlükəsi ölkələri yenidən sərt karantin rejiminin tətbiq etməyə məcbur edir. May ayında bütün dünyada başlanan yumşalma yoluxma hallarının artması ilə nəticələndi. Karantin rejimini yenidən tətbiq edən Avstraliyanın Viktoriya ştatının rəhbəri Daniel Andresin dedikləri bu kontekstdə diqqət çəkir: “Arxayınlaşdıq və qaydalara əməl etmədik. Hər birimizin ətrafında qaydalara riayət etməyən insanlar var. Buna görə də karantin rejimini tətbiq etməkdən başqa çarəmiz yoxdur”.

Avstraliyada “ikinci dalğa”nın qarşısını almaq məqsədilə 5 milyon insan yenidən karantinə alınıb. Çərşənbə axşamından etibarən ölkənin ikinci böyük şəhəri olan Melburnda 6 həftəlik karantin elan olunub. Sakinlərin evlərindən çıxmaması üçün şəhərin ətrafında nəzarət postları qurulub. Viktoriya əyalət polisi bəyan edib ki, “şəhər sakinləri istənilən yerdə istənilən vaxt saxlanılaraq, yoxlanılacaq”. Bütün iaşə obyektləri yenidən bağlanıb, sakinlər yalnız məcbur olduqda evdən çıxa bilərlər.

Şəhər sakini Maykl Albert “Frans press” agentliyinə açıqlamasında bildirib ki, “bu vəziyyətdən xoşları gəlməsə də, sağlamlıq üçün qərarı dəstəkləyirlər”.

Tokioda son 24 saatda 220 yeni yoluxma faktının qeydə alınmasından sonra Yaponiya hökuməti də hərəkətə keçib. Həkimlər bildirir ki, tezliklə bütün ölkə üzrə yoluxma artacaq. Buna səbəb karantin rejiminin yumşaldılmasıdır, xüsusilə barlar, hecə klubları və restoranların açılması ciddi təhlükə yaradır. Artıq hökumət yumşalma ilə bağlı verdiyi qərarları təxirə salmağa başlayıb. Misal üçün, stadionlarda 5 min azarkeşin iştirak edə bilməsi qərarı ləğv olunub. Hazırda karantin rejiminin yenidən tətbiqi və yumşalma ilə bağlı qərarların ləğvi üzərində iş aparılır.

Özbəkistan isə yenidən bütün ölkə üzrə karantin rejiminin tətbiqinə başlayıb. Karantin rejiminin bitməsinə – avqustun 1-nə qədər içində market olmayan ticarət mərkəzləri, bazarlar, parklar, kafelər, restoranlar, idman və əyləncə məkanları bağlı olacaq. Bu ölkədə karantin rejiminin yumlaşmasından sonra yoluxma hallarında yüksəlmə qeydə alınıb. Ümumilikdə 11 min yoluxma, 40 ölüm faktı qeydə alınıb. Ölüm hallarının yarısı son iki həftədə baş verib.

Özbəkistanın qonşusu Qazaxıstan da iyulun 5-dən etibarən bütün ölkə üzrə yenidən karantin rejiminin tətbiqi haqda qərar qəbul edib. Qazaxıstanda da ərzaq marketləri və apteklər istisna olmaqla bütün iaşə obyektləri bağlanıb.

Avropa ölkələri də sərtləşmə ilə bağlı yeni addımlar atır.

İngiltərənin Leyster şəhərində məhdudiyyətlər başlanıb. Həftənin çərşənbə axşamından etibarən ərzaq mağazası və apteklər istisna olmaqla digər iaşə obyektləri bağlanıb, bu gündən başlayaraq, məktəblər də bağlanır. Səhiyyə naziri Metyu Henkok (Matthew Hancock) şəhər sakinlərini qaydalara əməl etməyə çağırıb və “çətindir, amma həyati əhəmiyyət daşıyır” deyə bildirib.

İspaniyanın Kataloniya əyalətində 210 min insan karantinə alınıb, bütün bölgədə küçəyə tibbi maskasız çıxmaq qadağan olunub. Belçikada da tibbi maska məcburi hala gətirilib.

Fransa isə “ikinci dalğa”ya hazırlıq görür. Elmi Şuranın rəhbəri Jan Fransua Delfressi bildirib ki, “virus dövr etməyə davam edir, sürəti yavaşlasa da, o hələ də buradadır”.

Məhdudiyyətlər Bolqarıstan, Rumıniya, İsrail, Kolumbiya və digər ölkələrdə də tətbiq edilməyə başlanıb.

3 milyondan çox insanın viruda yoluxduğu ABŞ-da yerli səviyyələrdə məhdudiyyətlər olsa da, ölkənin epidemioloqları təhlükə zənglərini çalır və bəyan edirlər ki, epidemiya üzərində sərt nəzarət metodları bütün ölkə miqyasında tətbiq edilməlidir.

Göründüyü kimi, hazırda dünya ölkələri koronavirusda “ikinci dalğa” təhlükəsinin qarşısını almaq üçün yenidən qapanma yolunu seçir, çünki pandemiyaya qarşı yeganə effektli mübarizə vasitəsi budur, may ayından öncəki təcrübə də bunu sübut edir. (publika.az)

22 Noyabr 2024 Putinin müraciəti Trampa idi: xəbərdarlıq etdi
22 Noyabr 2024 Rutte Trampı inandırmaq üçün ABŞ-a gedir
22 Noyabr 2024 Putinin video-müraciətinə Zelenskinin cavabı
22 Noyabr 2024 Tramp Avropada ən böyük adanı almaq üçün hərəkətə keçdi
22 Noyabr 2024 İran hədələdi: İsrail belə sərsəm addım atarsa...
22 Noyabr 2024 ABŞ səhvə yol verdi - Putin
22 Noyabr 2024 Rusiya ilə əsl savaş istəyirdiniz: indi baxın! - Kadırov
22 Noyabr 2024 Çox azıq, miqrantlara ehtiyacımız var... - Rusiya
21 Noyabr 2024 Fidandan Qafqaz açıqlaması: Sülh yaxındır!
21 Noyabr 2024 Rusiyaya inanmamalıyıq, bizdən istifadə edir - Mütəhhəri
21 Noyabr 2024 Qərar məcburidir, Netanyahu həbs edilməlidir - Borrell
21 Noyabr 2024 Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
21 Noyabr 2024 Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...
21 Noyabr 2024 İsrail açıqladı: Üçüncü hücum dalğası tamamlandı!
21 Noyabr 2024 İrəvan Libbini təkzib etdi: Azərbaycanla əməkdaşlıq…
21 Noyabr 2024 Putinin mövqeyini nəzərə almadan bunu etmək olmaz!
21 Noyabr 2024 Güneyli məhbus işgəncə ilə öldürüldü
21 Noyabr 2024 Krımda Yeni il tədbirləri ləğv edildi
21 Noyabr 2024 BMT İranla bağlı qətnaməni qəbul etdi
21 Noyabr 2024 Kabellər buna görə qırılıb, “Moskvanın əli”ni axtarmayın
21 Noyabr 2024 Nüvə savaşı istəmirik, danışmalıyıq - ABŞ admiralı
21 Noyabr 2024 Hakimiyyətin Trampa keçməsinə hazırıq - Admiral
21 Noyabr 2024 Berlin Kiyevə növbəti hərbi yardım göndərdi
20 Noyabr 2024 ATACMS-lar Rusiyanı vurdu: Putinin iş qrafiki… - Peskov
20 Noyabr 2024 Rusiyaya ATACMS-la zərbə: Tramp hərəkətə keçir
20 Noyabr 2024 Çin lideri Ukraynadan danışdı: Görmək istəmirik!
20 Noyabr 2024 Kursk üzərində iki Ukrayna raketi vuruldu
20 Noyabr 2024 İsrail Palmiraya zərbə endirdi: 36 ölü, 50 yaralı
20 Noyabr 2024 Qərbin Ukraynaya icazə verməsi sübut edir ki... - Zaxarova
20 Noyabr 2024 ABŞ Qəzza ilə bağlı bu qətnaməyə veto qoydu