Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər – FOTO, VİDEO














Salyanda daşqın fəlakətinin olması an məsələsidir.

Bu barədə AzEuroNews.com-a məlumat verən sakinlərin sözlərinə görə, Babazanlı yaşayış mərkəzində torpaq sürüşmələri və su sızmalar əleyhinə tikilən bəndlər sovet dövründən qaldığından uçulub.

Artıq burada tez-tez torpaq sürüşmələri və su sızmaları baş verir. Təkcə 2016-ci ildə istifadəyə verilən və Babazanlı ilə rayon mərkəzini birləşdirən körpü ətrafında Kür çayında su axının təmizlənməsi üçün Azərbaycan Avtomobil Yolları Agentliyi tərəfindən uzunluqları sağ sahildə 108+108 =216 metr, sol sahildə isə 70+72=142 metr olan qazma-doldurma svay əsaslı monolit beton istinad divarları tikilib. Həmin divarlar bu gün də salamatdır.

Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər – FOTO, VİDEO


Problem isə, sovet dövründən qalan və ötən illərdə bir dəfə də təmir olunmayan beton bəndlərdir ki, onlar da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin balansındadır. Bu quruma 2006-cı ildən Əhməd Əhmədzadə rəhbərlik edir. Təkcə ötən ilin mart ayında bu quruma 21 milyon manat dövlət vəsaiti ayrılıb.

Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər – FOTO, VİDEO


Qurumun 2018-ci ildə gördüyü işlə bağlı saytında verdiyi məlumatda qeyd olunur ki, Kür, Araz və onlara qovuşan dağ çayları boyunca salınan torpaq mühafizə bəndlərinin 133 km-lik hissəsində möhkəmləndirmə işləri görülüb və 3890,0 kbm həcmində daş və beton məmulatları ilə sahilbərkitmə işləri yerinə yetirilib. Suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 62,0 mln.kbm həcmində lildən təmizləmə işləri görülüb, 5837 hidrotexniki qurğu, 5203 subartezian quyusu, 276 nasos stansiyası təmir edilib

Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər – FOTO, VİDEO


Əhməd Əhmədzadə

Çay məcralarında 17,2 mln.kbm həcmində məcratəmizləmə işləri aparılıb, 10,3 min kbm şax-daş və faşın, 2,9 min kbm qabion bəndlər quraşdırılıb və daş-beton bəndlərdə 18,4 min kbm həcmində təmir işləri yerinə yetirilib. Görülən tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilib. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1392,8 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılıb. 2018-ci il ərzində bütün mənbələrdən, o cümlədən dövlət büdcəsindən, Dövlət Neft Fondundan və Dünya Bankından ayrılmış vəsaitlər hesabına 16 ədəd yeni və 28 ədəd keçid obyektlərində layihələndirmə, əsaslı tikinti-quraşdırma, yenidənqurma və bərpa işləri görülüb.


Əhməd Əhmədzadə minlərlə insanın həyatına son qoya bilər – FOTO, VİDEO


Sakinlər deyir ki, hazırda təhlükəli vəziyətlə bağlı dəfələrlə Salyan Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə və eləcə də, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə müraciət etsələr də, konkret bir addım atılmayıb.

Hazırda bu ərazidə reallıq nədən ibarətdir? Gəlin birlikdə baxaq:<iframe width="425" height="325" src="https://www.youtube.com/embed/6wJHK7wqOqo" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)















Sumqayıtda yerləşən uşaq bağçasında azyaşlının müəlliməsi tərəfindən zorakılığa məruz qaldığı iddia olunur. Rəhbərlik isə bunu inkar edir və şər-böhtan adlandırır. O, “əgər belə bir hal baş veribsə, polisə şikayət etsinlər, araşdırılsın” söyləyir.

Minval.info xəbər verir ki, hadisənin şəhərin 14-cü məhəllədə yerləşən 2o saylı uşaq bağçasında yaşandığı bildirilir.

Belə ki, 2014-cü il təvəllüdlü Ramal İbrahimovun sözlərinə görə, Zahidə adlı müəlliməsi tərəfindən fiziki zorakılığın qurbanı olub. Bu səbəbdən azyaşlının üzündə qançır izləri əmələ gəlib.

Minval.info-ya göndərilən videonu lentə alan azyaşlının anası Reyhan Quliyeva “Yetimçiliklə uşaq böyüdürük, onu da belə edirlər. Müdriyyət hara baxır? Kim edib bunu? Deməmisən, müdriyyətə? Görün nə gündədir uşaq?!” deyərək qəzəbini ifadə edib.

Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)


Azyaşlı isə anasına “Müdriyyətə demişəm. Ən birinci Zahidə (müəlliməsi – red.) vurdu, sonra isə Zəhra” cavabını verib.

İddiayla bağlı 20 saylı uşaq bağçasının direktoru Nüranə Həsənova ilə əlaqə saxladıq. Bağça müdirəsi deyilənlərin tamamilə yanlış və şər-böhtan olduğunu dilə gətirdi:

“Bu bağçada elə bir hadisə baş verməyib. Ola bilsin, uşaqlar dalaşıb. Müəllimə tərəfindən zorakılığın yaşanması mümkün deyil. Burada kameralar var. Uşaq bizə deyib ki, öz yaşıdı ilə dalaşıb. Ramalın videoda elə deməsinə səbəb anasının onu elə öyrətməsidir. Müəllimə ümumiyyətlə, uşaq vurmur. Bu, ola bilməz. Səhər uşaq burada faktiki deyib ki, maşın sürürmüş qabağına yoldaşı çıxıb və dalaşıblar. Əgər elə bir hadisə olubsa, polisə şikayət edərdilər də, niyə sizə deyirdilər?! Bölməyə müraciət olunsun, biz də araşdıraq”.

Bağçada uşağa qarşı zorakılıq – Müəllim 5 yaşlı uşağı bu hala saldı? (FOTO,VİDEO)


N.Huseynovanın sözlərinə görə, valideyn uşağını vaxtlı-vaxtında bağçaya gətirmir: “O zaman Ramalı bağçadan çıxarmalıyıq? Biz ona güzəşt edirik, amma belə olmamalıdır”.

Bağça direktoru “nəyə görə sizə qarşı bu iddianı irəli sürüb” sualına “bilmirəm” cavabını verib:

“Reyhan xanım səhər burada bizimlə gözəl insan kimi, səmimi danışıb. Uşağı da dindirmişik. Özünün, müəlliməsinin, hətta mənim yanımda söhbət etmişik. Gərək mən onu videoya çəkərdim, səhv etmişəm. Bilməmişəm, o cür münasibətin qarşısında sizə şikayət ünvanlayar. İndi uşaqların yatan vaxtıdır, saat 14-dür. İstəmirəm onları oyadım. Yuxudan dursunlar, onu videoya çəkərik. Uşaq özü deyirdi ki, məni Ayla ilə Zəhra vurdu. Qızın biri çox aqressivdir”.
<iframe src='https://bax.tv/player/58872.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Məhkəmələrlə bağlı qaynar xətt yaradılacaq















Məhkəmə-Hüquq Şurasında qaynar xətt yaradılacaq.

Bu, prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanında öz əksini tapıb.

Qeyd olunub ki, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xətt yaradılmalıdır.

Bundan başqa, Məhkəmə-Hüquq Şurasına hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünü təmin etmək tapşırılıb.
 “Diqlas”da mağaza və anbarı yanan sahibkara ödəniləcək məbləğ AÇIQLANDI















“Diqlas” ticarət mərkəzində mağaza, anbar icarəyə götürmüş zərər çəkmiş sahibkara 10000 manat maddi yardım veriləcək.

ONA xəbər verir ki, bu, İqtisadiyyat Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərlməsi Qaydası”nda əksini tapıb.

Piştaxta və digər sahə icarəyə götürmüş zərər çəkmiş sahibkara isə 2000 manat maddi yardım ediləcək.

Maddi yardım zərər çəkmiş sahibkara dəymiş ziyandan artıq ödənilmir.

Zeynal Məmmədli: “5-6 adamı yığıb, moderator tipli veriliş təqdim etməklə maraqlı, nüfuzlu veriliş əldə etmək olmur”

Son zamanlar telekanallarda xeyli yeniliklər,  mövzu baxımından rəng müxtəlifliyi  müşahidə olunmaqdadır. Məlum olduğu kimi, bir müddət bundan əvvəl “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin nəzdində Bədii Şura yaradılıb. Xalq artistləri Mübariz Tağıyev, Siyavuş Kərimi, Faiq Sücəddinov, Mənsum İbrahimov, Fidan Hacıyeva, Fəxriyyə Xələfova, Təranə Muradova, Ramiz Quliyev, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudovanın da təmsil olunduğu şura  kanalda nümayiş olunan nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatına nəzarət edir, öz irad və təkliflərini verir.

Eləcə də İctimai Televiziyanın getdikcə daha fərqli, maraqlı formatda verilişlər təqdim etməyə çalışdığı müşahidə olunmaqdadır. Digər televiziya kanallarına gəldikdə isə hələlik gözə çarpan yeniliklərə rast gəlinmir.

Bəs televiziya kanallarında daha hansı yeniliklərə ehtiyac var?

Zeynal Məmmədli ile ilgili görsel sonucu

Mövzu ilə bağlı ekspert Zeynal Məmmədli “Yeni Müsavat”a danışıb: “Son zamanlarda televiziya kanallarını diqqətlə izlədiyimi deyə bilmərəm. Lakin bəli, müəyyən dəyişikliklər nəzərə çarpır. Bu dəyişiklikləri belə təsəvvür edin - bir stəkan çirkli suya bir-iki damcı saf su tökülür və yaxud 1 stəkan saf suya çirkli su əlavə olunur.  Yəni hər iki halda prosesi tamamilə saf, təmiz hesab etmək olmaz. Əsas odur ki, proses başlasın”.

Zeynal Məmmədli televiziya ekranlarında müsbət dəyişikliklərin olduğunu vurğuladı: “Hazırda AzTV-də müsbət dəyişikliklər var. Artıq aktual mövzulu debata bənzər verilişlər müşahidə olunur. Arzulayırıq ki, bunun davamı gəlsin. AzTV və İTV dövlət tərəfindən maliyyələşən televiziya kanallarıdır. Bu cür televiziyalar cəmiyyət maraqlarını öndə tutmalı, cəmiyyətin bütün kəsimlərini əhatə edəcək verilişlər olmalıdır. Yəni iqtidar-müxalifət deyil, bütün kəsimlərdən olan insanların iştirak etdiyi verilişlər təqdim edilməlidir. Çünki keçid dövrü yaşayan ölkələrdə birdən-birə yetkin siyasi partiyalardan yetkin dözümlülük tələb etməkdən söhbət gedə bilməz. İlk növbədə bir şəkildə cəmiyyətin özünün durumu öyrənilməli, müzakirə edilməlidir”.

Ekspert qeyd etdi ki, insanların özünü ifadə etməsinə şərait yaradan proqramlara ehtiyac var: “Bu danılmaz faktdır ki, Azərbaycan vətəndaşları müxtəlif səbəblərdən özünü ifadə etməkdə  çətinlik çəkir. Səbəb isə budur ki, şəxslərin ya buna savadı çatmır, çünki məlum olduğu kimi, bizdə təhsil çox zaman formal olur və yaxud fikir söyləməyə cəsarəti çatmır, ona elə gəlir ki, öz fikrini ifadə etsə, nəsə olacaq. Bu da sovet dövründən qalmış düşüncələrdir və bu günə kimi davam etməkdədir. Təəssüf ki, bu gün də insanlar susmağa üstünlük verir. Düşünürəm ki, diskussiya verilişləri insanların özünü ifadə etməsinə şərait yaradacaq. Həmçinin arzu olunandır ki, cümhuriyyət tariximizlə bağlı silsilə verilişlər hazırlansın. Bu, çox önəmlidir. Həmçinin görkəmli şəxsiyyətlərimizlə bağlı verilişlərə ehtiyac var. Bu tip verilişləri bu cür düşünmək olar - forması əyləncəli, amma hədəfi maarifləndirici, öyrədici olsun. Təhsil proqramlarına da çox ciddi ehtiyac var. Amma bu tip verilişlər çox maraqlı olmalıdır. 5-6 adamı yığıb, moderator tipli veriliş təqdim etməklə maraqlı, nüfuzlu veriliş əldə etmək olmur”.

Dövlət Sığorta Kommersiya Şirkəti də belə diqqət cəlb edir... - GİLEY













Sığorta dələduzluğu günün “dəbdən düşməyən” qonularındandır. Dövlət Sığorta Kommersiya Şirkəti Qarabağ əlillərinin, şəhid ailələrinin qanpulunu dələduzluqla mənimsəyir, özəl sığorta şirkətləri də sığorta olayı baş verəndə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmirlər.

Ən böyük dələduzluq “reqress dələduzluğu”, yəni öhdəliyin başqasının üzərinə qoyulmasıdır. Bu dələduzluq avtomobil yiyələrinin üçüncü şəxslərə vurduqları ziyanın ödənilməsi hallarında geniş yayılıb. Bu sahədə vəziyyət o həddə çatıb ki, hətta sığorta hadisəsinin - qəzanın səbəbkarı kimi yola çıxan mal-heyvan yiyələrindən “reqress iddia dələduzluğu” ilə ödəniş tələbi alınır. Təsəvvür edin, “heyvanın yol hərəkəti qaydasını pozmasına” görə yiyəsi cəzalanır.

“Diqlas”ın yanması sığorta məsələsini yenidən ən yuxarı səviyyədə gündəmə gətirdi. Bəlli oldu ki, sığorta şirkətləri sahibkarlıq obyektlərini yanğından sığortalamaqda maraqlı deyillər. Bu maraqsızlıq risk dərəcəsinin böyüklüyü ilə izah olunur. Bəs digər bədbəxt olaylardan necə, onları sığortalamaq da risklidir?

Sadəcə, sahibkarların, vətəndaşın sığorta şirkətlərinə inamı yoxdur, problem bundadır. “Diqlas” həm ölçülərinə, həm də işçilərin sayına görə yetərincə iri obyektdir. Təbii ki, yiyəsi də sıradan sahibkar yox, ən iri məmurlardandır. Ona görə də “tüstüsü” hələ də “yandırır”! Demək istəyirik ki, belə obyektlərin sığortaçısı elə öz sığorta şirkətləri olur. Sığortası olmasa da, dövlət məmur sahibkarlığının inkişafına yardımını əsirgəmir. Adi sahibkara gəldikdə isə, yanan da sahibkar olur, yaman günə qalan da.

Bir il qabaq - 15 aprel 2018 -ci ildə Ağsu şəhərində iş adamı Sabir Mustafayevə məxsus çörək sexi içindəki inventarla birlikdə yanıb kül olub. Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsi 12.06.2018-ci il tarixli qərar ilə cinayət işi qaldırılmasından imtina edib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 11.06.2018 tarixli 40137 saylı rəyi ilə binaya dəyən ziyan məbləği 75541 manat, inventarlara dəyən ziyan isə 114606 manat müəyyən edilib. Sığortaçı “Azsığorta” şirkəti inventara cavabdehlik daşımadığını, yalnız tikilinin sığortalandığını bildirib və Ədliyyə Nazirliyinin rəyi ilə müəyyən olunmuş məbləği ödəməyə razılıq verib. Lakin bir ildir şirkət nəinki sığorta ödənişi edir, əksinə, dələduzluq yolunu tutub, sahibkara cəmi 15 min 110 manat ödəməyi təklif edir.

“Azsığorta” şirkətinin idarə heyətinin sədri Anar Talıbov yanıb külə dönmüş çörək sexinə dəyən ziyanın ekspert tərəfindən 15 min manat qiymətləndirildiyini açıqlayıb. Sahibkarın Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayəti də sonuc verməyib. Palatadan idarə heyətinin üzvü Əfqan Baxışov bildirib ki, “Azsığorta” şirkətinin ekspertizası dəyən ziyanı 15100 manat dəyərində qiymətləndirib və avtomobilə (?-M.B.) dəyən ziyanın sığorta şirkətinin eksperti tərəfindən yenidən qiymətləndirilməsi təklif olunub. Fikir verin, Palata yanan çörək sexini avtomobillə dəyişik salıb, ekspertiza sahəsində ən yüksək qüvvəyə malik olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəyi sığorta şirkətinin rəyindən aşağıda tutur! (?) Özü də 13 dəfə! Ümumi ziyan məbləği 190 min manat olduğu halda, sığorta şirkəti sığorta haqqı aldığı sığortalaya cəmi 15 min pul təklif edir! Belədə hansı nəzarətdən, hansı bədbəxt olaydan sığortalanmaqdan söhbət gedə bilər?

Fövqəladə Hallar Nazirliyi yanğın zamanı dəyən ziyanın ödənilməsinin sığorta şirkətinin səlahiyyətinə aid olduğunu, sığorta dələduzluğuna qarışmaq səlahiyyətinin olmadığını vurğulayıb. Göründüyü kimi, bütün çabalar, yollar sığorta dələduzluğuna aparır. Sığorta sahibkarlığı da məmurların monopoliyasında olduğundan yanan sahibkarın tüstüsü təpəsindən çıxır.
Məğrur BƏDƏLSOY
Əlillərə qulluq edənlərin Prezident təqaüdü necə veriləcək? – Nazirlik AYDINLIQ GƏTİRDİ














Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli sərəncamı ilə aprelin 1-dən sosial müavinət və təqaüdlər 100 faiz artırılmaqla yanaşı, yeni təqaüd növlərinin təsis edilməsi də nəzərdə tutulub.

Sərəncama əsasən, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Bəs bu təqaüdlərin ödənişi necə aparılacaq və təyin olunması üçün hansı sənədlər tələb ediləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Minval.info-ya bildirlib ki, hazırda bununla bağlı müvafiq icra mexanizmi hazırlanır.

“Sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunan təqaüdün onlara ödənilən sosial müavinətlə birgə ödənilməsi, bunun üçün hər hansı bir sənədin tələb olunmaması nəzərdə tutulur.

I qrup əlilliyi olan şəxslərə qulluğa görə təqaüd isə qulluq edən şəxsin özünə ödənəcək. Hazırlanmış ilkin layihədə qulluq edənin müəyyən edilməsi üçün tələb olunan sənədlərə qulluq edənin şəxsiyyət vəsiqəsi, müvafiq yerli icra hakimiyyəti orqanının vətəndaşın I qrup əlilliyi olan şəxsə qulluq göstərməsinə dair arayışı və Dövlət Sosial Müdafiə Fondunun yerli bölməsinə ərizəsi daxildir”.
Sosial şəbəkə bu azərbaycanlıların həyatını məhv etdi: Xəyanət, ehtiras, zorakılıq – VİDEO















Son günlər 3 qızın çılpaq videosu ölkə gündəmini zəbt edib.

Azxeber.com məsələnin aktuallığını nəzərə alaraq bu günə qədər sosial şəbəkədə yayılan ən məşhur videolar haqda kiçik araşdırma aparıb.

Yasamal rayonunda fəaliyyət gostərən “Kids Studio Uşaq Mərkəzi”ndə uşaqların doyülməsini əks etdirən görüntülər səs-küyə səbəb olmuşdu. Sözügedən görüntülərdən sonra özəl baxaçalarla bağlı məsələ Milli Məclisin gündəliyində müzakirəyə çıxarılmışdı. Görüntülərdən sonra baxça müəlliməsi Firuzə Tağıyeva həbs edilmişdi.

Mingəçevir şəhər sakini G.M keçmiş həyat yoldaşı tərəfindən döyülərək videoya çəkilmişdi. Keçmiş həyat yoldaşı qadının ona xəyanət etdiyini və buna görə saçlarını kəsərək onu rüsvay etdiyini demişdi.

Səbael rayonunda yerləşən 134 saylı orta məktəbin şagirdlərinin intim əlaqədə olarkən çəkilən görüntüləri sosial şəbəkələrdə paylaşılmışdı. Görüntülər ölkə gündəminin əsas xəbər başlığına çevrilmişdi.

Qadının həyat yoldaşına xəyanət etməsi və ərin bu görüntüləri çəkib yayımlaması ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilmişdi.

3 qızın çılpaq şəkildə rəqs edərək mahnı oxuması da social şəbəkələrin əsas müzakirə mövzusu olan hadisələrdən biri oldu. Videonu çəkən və yayan şəxslər haqqında cinayət işi açılıb.

AZXEBER.COM bütün bu hadisələri özündə əks etdirən videoçarxı təqdim edir:

<iframe src='https://bax.tv/player/58776.html' width='560' height='315' frameborder='0' allowfullscreen></iframe>
Kəlbəcərin işğalından 26 il ötür















Ərazicə ən böyük strateji rayonumuzun əldən getməsi Azərbaycana baha başa gəldi

Aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsindən 26 il keçir. 1936 kvadratkilometr ərazisi, 60 min əhalisi, 128 kəndi olan Kəlbəcər rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan iki tərəfdən mühasirədə idi, 1992-ci ildə Laçının işğalından sonra Kəlbəcərin daha bir tərəfi bağlandı və rayon 3 tərəfdən düşmən mühasirəsində qaldı. Kəlbəcərin Azərbaycanın digər bölgələri ilə əlaqəsi yalnız 3500 metr hündürlükdə olan Murov dağı vasitəsilə həyata keçirilirdi.

Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejimin hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından yararlanaraq Rusiya hərbçilərinin köməyi ilə 1993-cü il aprelin 2-də oranı işğal etdilər. Kəlbəcər uğrunda gedən döyüşlərdə 55 hərbçi və 220 mülki şəxs həlak olub, minlərlə sakin yaralanıb, 321 nəfər əsir götürülüb. Ovaxtkı qiymətlərlə rayonun xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan dəyib.

Azərbaycanın ərazicə ən böyük rayonu olan Kəlbəcər ölkənin bir nömrəli strateji nöqtəsi sayılırdı. Qarabağın “qala qapısı” adlanan Kəlbəcərin işğalı ilə Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim 3500 metr hündürlükdə olan Murov yüksəkliyini ələ keçirdi, həmçinin Dağlıq Qarabağla Ermənistan arasında ən yaxın quru yolu açılmış oldu. Məhz bu üstünlükləri əldə etdikdən sonra çox keçmədi ki, Ermənistan qısa zamanda Azərbaycanın daha beş rayonunu işğal edə bildi. Hazırda Kəlbəcər rayonundan olan məcburi köçkünlər Azərbaycanın 44 rayon və şəhərində, o cümlədən Bakıda, Sumqayıtda və Gəncədə məskunlaşıblar.

Ölkənin cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu dəniz səviyyəsindən 1500-3800 metr yüksəklikdə Tərtər çayı vadisində Kiçik Qafqazda yerləşir. Kəlbəcər antik dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Azərbaycanın ən mənzərəli və şəfa mənbəli rayonlarından biridir, burada tanınmış İstisu və digər çoxsaylı mineral bulaqlar, qızıl da daxil olmaqla, saysız-hesabsız təbii sərvətlər yerləşir. Kəlbəcər təbiətində dünyada nadir sayılan dərman bitkiləri, ağaclar da yer alırdı ki, artıq 26 ildir ermənilər bu təbii sərvətləri talan edirlər.

Ermənilər Kəlbəcərin təkcə təbii sərvətlərini deyil, infrastrukturunu, yaşı min ildən yuxarı olan tarixi abidələrini də məhv ediblər. Rayon işğal olunarkən 140 iri və orta müəssisə, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisələri, 214 mədəniyyət ocağı ermənilər tərəfindən yandırılıb, darmadağın edilib. Artıq 26 ildir Kəlbəcər rayonunun əhalisi ölkənin 61 rayon və şəhərində məskunlaşıblar. 1993-cü ilin aprelin 30-da BMT Təhlükəsizlik Şurası Kəlbəcər rayonunun qeyd-şərtsiz azad edilməsi, erməni qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul edib. Lakin bu günədək Ermənistan həmin qətnamələri yerinə yetirməyib. BMT kimi dünyanın ən böyük beynəlxalq qurumu isə verdiyi qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana heç bir təzyiq etmir. İşğalçı Ermənistan isə bundan istifadə edərək daha bir məkrli niyyətini – Kəlbəcərdə erməni əhalinin məskunlaşdırılmasını həyata keçirir. Ermənistan həm öz vətəndaşlarını, həm də Suriyadan köç edən erməniləri Kəlbəcər rayonunda məskunlaşdırır. Eyni zamanda son vaxtlar yayılan xəbərlərə görə, Ermənistan Rusiyanın bəzi şirkətlərini Kəlbəcərin dünyaca məşhur olan təbii sərvətlərini – müalicəvi əhəmiyyətli istisuyu, civə və qızıl yatağını işləməyə cəlb edib. Kəlbəcərin təbii sərvətləri bu şəkildə talan edilir.

Çılpaq videosu yayılan qızları tənqid edən Xoşqədəmə ağır cavab: “Ərin kamera qarşısında lüt…” – Qalmaqal














Bir neçə gündür gündəmi zəbt edən video ilə bağlı müzakirələr davam edir.

Yayılan görüntülərdə 3 gənc xanım tamamilə lüt şəkildə videoya çəkilib. Onlar içkinin təsiri altında meyxana deyərək rəqs ediblər. Qızları lentə alan şəxsin isə xanımları içki içməyə təhrik etdiyi aydın görünür.

Minval.info xəbər verir ki, qalmaqallı hadisəyə tanınmış jurnalist Ülviyyə Alovlu da münasibət bildirib. Saytımıza danışan həmkarımız qalmaqallı sözlər işlətməkdən çəkinməyib.

Ü.Alovlu ilk olaraq aparıcı Xoşqədəm Hidayətqızının videosu yayılan məlum üç qız haqda, “Onları elə etmək lazımdır ki, insan içinə çıxmağa üzləri olmasın” sözlərinə cavab verib:

“Mən demirəm ki, qızlar düz hərəkət ediblər. Bəli, mental dəyərlər baxımından o xanımlar öz əməlləri ilə gənc ömürlərini, təmiz adlarını puç etdilər.

Çılpaq videosu yayılan qızları tənqid edən Xoşqədəmə ağır cavab: “Ərin kamera qarşısında lüt…” – Qalmaqal


Ülviyyə Alovlu

Amma maarifləndirmədən danışan xanım, sənin heç səhvin olmadımı? Ya bəlkə, ərin Doğuş kamera qarşısında heç çılpaq poz vermədimi? Bəs, onda onu niyə bağışladın? Ona ər, övladlarına ata olmaq statusu verdin? Bu gənc qızların da ikinci şansa, səhvlərini anlayıb bağışlanmağa haqqları yoxdurmu?”

Həmkarımız xalq artisti Flora Kərimovanın da sözlərinə qalmaqallı cavab verib: “F.Kərimova “Sabah bizim, millət olaraq, namusdan söz düşəndə oğullarımızın üzünə sillə kimi bu videonu çırpacaqlar ki, sənin “qadının” budur, sənin “kişin” budur, sənin “qeyrətin-namusun” budur?! – deyərək, məlum video səbəbkarlarını rəzil edib.

Çılpaq videosu yayılan qızları tənqid edən Xoşqədəmə ağır cavab: “Ərin kamera qarşısında lüt…” – Qalmaqal


Ey hörmətli xalq artisti, milyonluq Azərbaycan televiziyasının efirində jurnalistin: “Evli kişilərin ailəsini dağıtmısınız, özünüzə ər etmisiniz” kimi bitməmiş sualına “Yaxşı arvadın əri ailədən getməzdi” – deyərək, özünə bəraət qazandıran, “efirdə ilk dəfə dekolteli libası mən geyinmişəm” – deyərək fəxrlə döşünə döyən, bu ahıl yaşında çılpaq halda hamam vannasına uzanaraq kameralara poz verən də siz deyildinizmi? İndi cəmiyyətdə baş alıb gedən əxlaqsızlıq toxumunun kökünümü axtarırsınız? O toxumu səpən siz və sizin kimilər olmadımı? Amma indi necə oldu ki, sizə dad, onlara bidad?

Ötən ay Prezidentimizin əfv fərmanı ilə vaxtilə qətl törətmiş cinayətkarlar belə əfv edildi.

Bu qızlar hansı qətlin, cinayətin səbəbkarı oldu ki?

Nə etdilərsə, özlərinə etdilər…

Axı, niyə onsuz da əməllərindən bədbəxt olmuş o 3 qadın hesabına indi siz – tv və sənət divaları özünüzü mənəviyyat polisi kimi aparıb, bundan riyakarlıqla istifadə edirsiniz?

Bu çıxışlarınızla o qadınları niyə intihara sürükləyir, qohum-qardaşlarını niyə cinayətə sövq edirsiniz? Heç vicdanınız, insafınız qalmadımı? Yoxsa o baxdığınız eynəklər öz eyiblərinizdən o qədər ləkəlidir ki, hamını rəzil və rüsvay görürsünüz? Budurmu maarifləndirmə? Budurmu tərbiyyə?